• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri
FAQ

Rayon (şəhər) təhsil şöbələrinə (idarələrinə), Təhsil Nazirliyinin birbaşa tabeliyində olan ümumtəhsil müəssisələrinə

Azərbaycan Respublikasının Təhsil, Fövqəladə Hallar, Gənclər və İdman nazirliklərinin birgə razılaşmasına əsasən, Fövqəladə Hallar Nazirliyinin 11 aprel 2017-ci il tarixli 034 nömrəli əmri ilə uşaq və gənclər arasında  3 may 2017-ci il tarixdən 2 iyul 2017-ci il tarixədək “Gənc xilasedici və yanğınsöndürən” Respublika yarışı keçirilir.

Yarışın əsasnaməsi əlavələrlə birlikdə Təhsil Nazirliyinin www.edu.gov.az saytında  verilmişdir.

Yarışın təşkili və keçirilməsi ilə bağlı Fövqəladə Hallar Nazirliyinin regional mərkəzləri ilə əlaqə saxlamaq, qalib komandanızın müsabiqənin zona mərhələsində iştirakını təmin etmək, zona mərhələsində iştirak etmək hüququ qazanmış komandaları vahid formada geyim, idman dəstləri, nəqliyyatla təmin etmək, eyni zamanda ezam olunan komandanın rəhbərinin ezamiyyə xərclərini vaxtında ödəmək, Respublika turunda iştirak etmək hüququ qazanmış komanda haqqında məlumatları məktubla Təhsil Nazirliyinə bildirmək xahiş olunur.

 

Firudin Qurbanov,

təhsil nazirinin müavini

25 aprel 2017-ci il

№ 03-07-247/15


 

“Gənc xilasedici və yanğınsöndürən” yarışının keçirilməsi haqqında Əsasnamə

 


Sayt test rejimində çalışır