• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri
FAQ

"Azərbaycan Respublikası Təhsil Nazirliyinin Azərbaycan Dəniz Balıq Sənayesi Kolleci ilə bağlı bəzi məsələlər barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 19 may tarixli 197 nömrəli qərarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi və "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti ilə razılaşdırılmış təklifinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti 

 

QƏRARA ALIR:

 

                "Azərbaycan Respublikası Təhsil Nazirliyinin Azərbaycan Dəniz Balıq Sənayesi Kolleci ilə bağlı bəzi məsələlər barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 19 may tarixli 197 nömrəli qərarına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 5, maddə 957) aşağıdakı məzmunda 1-1-ci hissə əlavə edilsin:

"1-1. Bakı şəhəri, Nərimanov rayonu, Bakuvi küçəsi, 18 ünvanında yerləşən yataqxana binası Azərbaycan Respublikası Təhsil Nazirliyinin balansında saxlanılsın.".

 

Artur Rasi-zadə,

 Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 31 may 2016-cı il

№ 240


Sayt test rejimində çalışır