• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri
FAQ

“Azərbaycan Respublikası Təhsil Nazirliyi sistemindəki məktəbdənkənar müəssisələrin Nümunəvi Əsasnaməsi”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 19 sentyabr tarixli 334 saylı qərarında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

“Azərbaycan Respublikası Təhsil Nazirliyi sistemindəki məktəbdənkənar müəssisələrin Nümunəvi Əsasnaməsi”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 19 sentyabr tarixli  334 saylı qərarında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin və Azərbaycan Respublikası Təhsil Nazirliyinin təkliflərinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti

 

QƏRARA  ALIR:

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 19 sentyabr tarixli 334 saylı qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Təhsil Nazirliyi sistemindəki məktəbdənkənar müəssisə haqqında Nümunəvi Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

1. Adında “müəssisə haqqında Nümunəvi Əsasnamə” sözləri “müəssisələrin Nümunəvi Əsasnaməsi” sözləri ilə əvəz edilsin.

2. 26-34-cü hissələr ləğv edilsin.

3. Aşağıdakı məzmunda 35-1-ci hissə əlavə edilsin:

“35-1. Məktəbdənkənar təhsil müəssisəsinin maliyyələşmə mənbələri aşağıdakılardır:

35-1.1. dövlət büdcəsindən ayrılan vəsaitlər;

35-1.2. büdcədənkənar vəsaitlər;

35-1.3. kreditlər, qrantlar, ianələr;

35-1.4. qanunvericiliklə qadağan olunmayan digər mənbələr.”.

 

Artur Rasi-zadə,

 Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 1 avqust 2017-ci il

№ 309


Sayt test rejimində çalışır