• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri
FAQ

Xarici dillər təmayüllü lisey və gimnaziyaların 2017-2018-ci dərsilinə aid nümunəvi tədris Planlarının təsdiqi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri

Azərbaycan Respublikasının xaricidillər təmayüllü lisey və gimnaziyalarında təhsil prosesinin təşkili və tənzimlənməsini təmin etmək məqsədilə “AzərbaycanRespublikası Təhsil Nazirliyihaqqında Əsasnamə”nin 8.10-1-ci və 13.5-ci bəndlərini rəhbər tutaraq

 

ƏMR EDİRƏM:

 

1.Azərbaycan Respublikasının tədris Azərbaycan və rus dillərində aparılan xarici dillər  təmayüllü lisey və gimnaziyalarının 2017-2018-ci dərsilinə aid nümunəvi tədris planları və tədris planlarına dair “Qeydlər” təsdiq edilsin.

2. İnformasiya şöbəsi (E.Əliyev) bu əmrin əlavələrlə birlikdə «Azərbaycan müəllimi» qəzetində dərc olunmasını və Nazirliyin internet saytında yerləşdirilməsini təmin etsin.

3. Əmrin icrasına nəzarət nazir müavini Ceyhun Bayramova həvalə olunsun.

 

Mikayıl CABBAROV,

Azərbaycan Respublikasının təhsil naziri

7 sentyabr 2017-ci il

№271


 

Xarici dillər təmayüllü lisey və gimnaziyaların XI sinifləri  üçün 2017-2018-ci dərs ilinə aid və tədris  planına dair qeydlər


Sayt test rejimində çalışır