• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri
FAQ

Gəncə şəhərinin sosial-iqtisadi və mədəni inkişafında xidmətləri olan şəxslərə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq 

 

QƏRARA ALIRAM:

 

Gəncə şəhərinin sosial-iqtisadi və mədəni inkişafında xidmətləri olan aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilsin:

 

“Xalq artisti”

Bayramov Adil Müseyib oğlu

Bayramov Rafael Əli oğlu

İbrahimova Sevinc Süleyman qızı

 

Əməkdar artist

Məmmədova Kəmalə İmdad qızı

 

Əməkdar rəssam

Abdullayev Faik Nağı oğlu

İmamverdiyev Musa İsmayıl oğlu

 

Əməkdar mədəniyyət işçisi

Cəfərova Mehparə İrza qızı

Hacıyev Sənan Zahid oğlu

Hüseynova Xəzangül Abbasqulu qızı

Muradov Bəxtiyar Yunis oğlu

 

Əməkdar müəllim

Abdullayeva Sahibə Zahid qızı

Hüseynov Valeh Məmməd oğlu

Qurbanəliyeva Sevda Firuddin qızı

Məmmədova Sara Zeynal qızı

Səfərova Aidə Kamal qızı

Yusifova Elnura Məsim qızı

 

Əməkdar həkim

Əsgərova Sevda Cəmil qızı

Rəhimov İlqar Mahmud oğlu

Sadıqova Xalidə İdris qızı

 

Əməkdar memar

Musayev Nəbi Əmirqulu oğlu

 

Əməkdar bədən tərbiyəsi və idman xadimi

Həsənov Asif Zahid oğlu

 

Əməkdar jurnalist

Nəbiyev Yaşar Nəcəf oğlu

 

Əməkdar mühəndis

Babayev Tahir Qüdrət oğlu

Qəhrəmanov Bəhruz Şərif oğlu

Mustafayev Hafiz Carı oğlu

Ramazanov Əkbər Əhməd oğlu.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 27 noyabr 2017-ci il.


Sayt test rejimində çalışır