• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri
FAQ

Böyük Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin 135 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Təhsil Nazirliyinin əmri

Böyük Azərbaycan şairi və dramaturqu  Hüseyn Cavidin 135 illik yubileyinin keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin  24 oktyabr 2017-ci il tarixli 3313 nömrəli Sərəncamının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 13.5-ci bəndini rəhbər tutaraq

 

ƏMR EDİRƏM:

 

1. Hüseyn Cavidin 135 illik yubileyinin  keçirilməsi ilə bağlı Tədbirlər Planı təsdiq edilsin (əlavə olunur).

2. Naxçıvan MR Təhsil Nazirliyi, rayon (şəhər) təhsil şöbələri (idarələri), ali və orta ixtisas təhsil müəssisələri, Təhsil Nazirliyinin tabeliyindəki ümumi təhsil müəssisələrinin rəhbərləri Tədbirlər Planının yerinə yetirilməsini təmin etsin və görülmüş işlər barədə 10 may 2018-ci il tarixinədək Təhsil Nazirliyinə hesabat təqdim etsinlər.

3.İnformasiya şöbəsinin müdiri vəzifəsini icra edən, sektor müdiri Elvin   Məmmədov  əmrin əlavəsi ilə birlikdə çoxaldılıb aidiyyəti müəssisələrə göndərilməsini, Nazirliyin internet səhifəsində yerləşdirilməsini və “Azərbaycan müəllimi” qəzetində dərc olunmasını təmin etsin.

4.Əmrin icrasına nəzarəti öz üzərimə götururəm.

Əsas: “Böyük Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin 135 illik yubileyinin keçirilməsi haqqında”  Azərbaycan Respublikası Prezidentinin 24 oktyabr 2017-ci il tarixli 3313 nömrəli Sərəncamı, Azərbaycan Respublikası  Mədəniyyət və Turizm Nazirliyinin 04 dekabr 2017-ci il tarixli 280 nömrəli əmri ilə təsdiq olunmuş Tədbirlər Planı.

 

Ceyhun BAYRAMOV,

Nazir vəzifələrini müvəqqəti icra edən, nazir müavini

11 yanvar 2018-ci il

№37


 

Əlavə:

“Böyük Azərbaycan şairi və dramaturqu  Hüseyn Cavidin 135 illik yubileyinin keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 24 oktyabr 2017-ci il tarixli 3313 nömrəli Sərəncamının icrası ilə əlaqədar Təhsil Nazirliyinin  Tədbirlər Planı


Sayt test rejimində çalışır