• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri
FAQ

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 11 yanvar 2018-ci il tarixli 9 nömrəli qərarının icra olunması haqqında Azərbaycan Respublikası Təhsil Nazirliyinin əmri

Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Orta ixtisas təhsili müəssisələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları»nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 dekabr 2013-cü il tarixli 354 nömrəli qərarında dəyişikliklər edilməsi barədə” 11 yanvar 2018-ci il tarixli 9 nömrəli qərarının icrasını təmin etmək məqsədilə “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 13.5-ci maddəsini rəhbər tutaraq

 

ƏMR EDİRƏM:

 

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 yanvar 2018-ci il tarixli 9 nömrəli qərarı rəhbərlik və icra üçün qəbul edilsin.

2. Orta ixtisas təhsili müəssisələrinin rəhbərləri qərarın 2017/2018-ci tədris ilinin qış imtahan sessiyasından başlayaraq tətbiq olunmasını təmin etsinlər.

3. Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsi (Y.Piriyev) qərardan irəli gələn məsələləri həll etsin və digər zəruri tədbirləri həyata keçirsin.

4. İnformasiya şöbəsi (E.Məmmədov) əmrin “Azərbaycan müəllimi” qəzetində dərc olunmasını, Nazirliyin internet səhifəsində yerləşdirilməsini və çoxaldılıb yerlərə göndərilməsini təmin etsin.

5. Əmrin icrasına nəzarət nazir müavini Firudin Qurbanova tapşırılsın.

 

Ceyhun BAYRAMOV,

Nazir vəzifələrini müvəqqəti icra edən, nazir müavini

16 yanvar 2018-ci il


Sayt test rejimində çalışır