• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri
FAQ

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş “Ölkəmin rəqs çələngi” respublika uşaq rəqs festival-müsabiqəsinin keçirilməsi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri

Azərbaycan Xalq Cümhuriyyəti irsini uşaq və gənclər  arasında təbliğ etmək, onları Azərbaycanın mədəniyyəti, milli adət-ənənələri və folkloru ilə yaxından tanış etmək, istedadlı gəncləri üzə çıxarmaq məqsədi ilə “Azərbaycan Respublikası Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 13.5-ci bəndini rəhbər tutaraq

 

ƏMR EDİRƏM:

 

1. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş uşaq-gənclər inkişaf mərkəzlərinin dərnək üzvləri arasında “Ölkəmin rəqs çələngi” respublika uşaq rəqs festival-müsabiqəsi keçirilsin.

2. Festival-müsabiqənin əsasnaməsi, təşkilat komitəsi, münsiflər heyətinin tərkibləri  təsdiq olunsun (əlavə olunur).

3. Festival-müsabiqənin təşkili və keçirilməsi Təhsil Nazirliyinin 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinə həvalə edilsin.

4. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin, rayon (şəhər) təhsil şöbələrinin (idarələrinin) müdirləri festival-müsabiqədə uşaq-gənclər inkişaf mərkəzlərinin kollektivlərinin iştirakını təmin etsinlər.

5. Maliyyə şöbəsi (R.Orucov) və Təhsilin iqtisadiyyatı sektoru (L.Abdullayev)  müvafiq mal, iş və xidmətlərin satın alınması ilə əlaqədar 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin sifarişi əsasında tələb olunan vəsaitin ayrılmasını təmin etsinlər.

6. Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsi (V.Məmmədov) və 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi (L.Qəti) festival-müsabiqənin təşkili və keçirilməsi ilə əlaqədar aidiyyəti üzrə lazımi tədbirlərin  görülməsini təmin etsinlər.

7. İnformasiya şöbəsi (E.Məmmədov) əmrin əsasnamə ilə birlikdə Nazirliyin internet  saytında yerləşdirilməsini təmin etsin.

 

Ceyhun BAYRAMOV,

Azərbaycan Respublikasının təhsil naziri

8 may 2018-ci il

№F-325/1


 

Əlavə:

Festival-müsabiqənin əsasnaməsi, təşkilat komitəsi, münsiflər heyətinin tərkibləri 


Sayt test rejimində çalışır