• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri
FAQ

Mehdi Hüseynzadənin 100 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri

Azərbaycan xalqının qəhrəman oğlu, İkinci Dünya müharibəsi dövründə antifaşist müqavimət hərəkatının görkəmli nümayəndəsi, Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin 100 illik yubileyinin təhsil müəssisələrində qeyd edilməsi məqsədi ilə “Azərbaycan Respublikası Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 13.5-ci bəndini rəhbər tutaraq

 

ƏMR EDİRƏM:

 

1. Mehdi Hüseynzadənin 100 illik yubileyinin keçirilməsi ilə bağlı Təhsil Nazirliyinin tədbirlər planı təsdiq edilsin (əlavə olunur).

2. Tədbirlər planına müvafiq olaraq ümumtəhsil məktəbləri, məktəbdənkənar təhsil müəssisələrində Mehdi Hüseynzadənin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş geniş tədbirlər həyata keçirilsin.

3. Rayon (şəhər) təhsil şöbələri (idarələri) Mehdi Hüseynzadənin 100 illik yubileyi ilə əlaqədar görülmüş işlər barədə hesabatı hazırlayıb Nazirliyə təqdim etsinlər.

4. İnformasiya şöbəsi (E.Məmmədov) əmrin “Azərbaycan müəllimi” qəzetində dərc olunmasını və Nazirliyin internet saytında yerləşdirilməsini təmin etsin.

5. Əmrin icrasına nəzarət nazir müavini F.Qurbanova həvalə olunsun.

 

Əsas: Azərbaycan Respublikası Prezidentinin 23 iyun 2018-ci il tarixli, 218 nömrəli Sərəncamı.

 

 

Ceyhun BAYRAMOV,

Azərbaycan Respublikasının təhsil naziri

17 iyul 2018-ci il

№F-495


Sayt test rejimində çalışır