-
Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.
Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.
MenyuMenyu
-
Xidmətlər
Təhsil Nazirliyi tərəfindən təqdim edilmiş Dövlət və elektron xidmətlər. -
Məktəbəqədər təhsil
İntellektual, fiziki, mənəvi inkişafa xidmət edən ilkin bilik, bacarıq və vərdişlərin mənimsənilməsi prossesidir. -
Ümümi təhsil
Təhsilalanlar tərəfindən bilik, bacarıq və vərdişlərin mənimsənilməsini təmin edən mühüm fəaliyyət sahəsidir. -
Peşə Təhsili
Zəruri əmək bacarıqlarının yiyələnməsini təmin edən prioritet fəaliyyət sahəsidir. -
Orta ixtisas təhsili
Ümumi orta təhsil bazasında cəmiyyətin və əmək bazarının tələbatına uyğun olaraq, müxtəlif sənət və kütləvi peşələr üzrə ixtisaslı işçi kadrlar hazırlığını təmin edir. -
Ali təhsil
Tam orta təhsil və orta peşə-ixtisas təhsili bazasından cəmiyyətin və əmək bazarının tələbatı nəzərə alınmaqla yüksək ixtisaslı mütəxəssis hazırlığını təmin edir. -
Əlavə təhsil
Hər bir vətəndaşın fasiləsiz təhsil almaq imkanını təmin edir. -
Sənədlər
Normativ sənədlər və təlimatlar -
Layihələr
Təhsil Nazirliyi tərəfindən həyata keçirilən layihələr. -
Tədqiqatlar
Təhsil Nazirliyi tərəfindən həyata keçirilən tədqiqatlar. -
Hesabatlar
İllərə dair hesabatlar -
Atributlar
-
Sağlam təhsil - sağlam millət
-
Azərbaycan üçün öyrət
-
Məktəblinin dostu
-
SABAH qrupları
-
Təhsil Sisteminin İnformasiyalaşdırılması
-
Ehtiyat dərslik
-
İcma qrupları vasitəsilə məktəbəqədər və ibtidai təhsilin yaxşılaşdırılması
-
Xüsusi istedadlı siniflər
-
“Ümumi təhsil müəssisələrində peşə təmayüllü siniflərin təşkili”
-
STUDY IN AZERBAIJAN
2018-2019-cu tədris ilində ümumi təhsil müəssisələrində “Sağlam Təhsil-Sağlam Millət” layihəsinin tətbiqi barədə Azərbaycan Respublikası Təhsil Nazirliyinin əmri
Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Pilot layihənin həyata keçirilməsi barədə” 14 may 2014-cü il tarixli 591 nömrəli və 17 iyun 2014-cü il tarixli 723 nömrəli əmrlərinə əsasən 2014-2015-ci ilin tədris ilindən etibarən Bakı və Sumqayıt şəhərlərinin 6 tam orta məktəbinin 15 birinci sinfində təhsilalanların sağlamlığının qorunması və təlim nailiyyətlərinin yüksəldilməsi məqsədi ilə “Sağlam Təhsil-Sağlam Millət” layihəsinin tətbiqinə başlanılmışdır. 2015-2016-cı tədris ilindən etibarən pilot layihə 34 məktəbin 67 sinfində, 2016-2017-ci tədris ilində 34 məktəbin 116 sinfində, 2017-2018-ci tədris ilində isə 38 məktəbin 168 sinfində tətbiq edilməktədir. Həmin məktəblərdə aparılan tibbi, psixoloji, sosioloji, pedaqoji monitorinqlərin nəticələri göstərmişdir ki, sağlam təhsil texnologiyaları təhsil alanların fiziki-psixi inkişafına, təlim nailiyyətlərinin yüksəldilməsinə, emosional-psixoloji vəziyyətinin yaxşılaşmasına səmərəli şərait yaradır.
2018-2019-cu tədris ilində layihənin əhatə genişləndirilməsi məqsədilə "Azərbaycan Respublikası Təhsil Nazirliyi haqqında Əsasnamə"nin 13.5-ci bəndini rəhbər tutaraq
ƏMR EDİRƏM:
1. Bakı şəhəri, Yasamal rayonu, Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən inşa olunan ümumtəhsil məktəbinin 15 sinfinin “Sağlam Təhsil-Sağlam Millət” layihəsi çərçivəsində təmiri və təchizatı təşkil olunsun.
2. Təsərrüfat hesablı əsaslı tikinti və təchizat idarəsi (A.Axundov) MİDA məktəbində yalnız fiziki indikatorlara təsir edən amilləri nəzərə alaraq 15 “Sağlam Təhsil” sinfinin təmir və təchizatını həyata keçirsin.
3. Növbəti tədris ilində siyahı üzrə 6 ümumtəhsil məktəbinin 15 birinci sinfinə layihə çərçivəsində qəbul həyata keçirilsin.
4. Təhsilin inkişafı proqramları şöbəsinə (E. Əmrullayev), Ümumi və məktəbəqədər təhsil şöbəsinə (A. Əhmədov), Bakı Şəhəri üzrə Təhsil İdarəsinə (M. Vəliyeva) tapşırılsın ki:
4.1 Əmrə əlavədə adları qeyd edilən təhsil müəssisələrində birinci siniflər komplektləşdirilərkən sinif otaqlarında hər bir şagirdin normativlərdə nəzərdə tutulan ölçüdə sahə ilə təmin olunması gözlənilsin;
4.2 Sağlam təhsil texnologiyalarının tətbiq olunduğu birinci siniflərin müəllimlərinin təlim məşğələlərinə və digər maarifləndirmə tədbirlərinə cəlbi üçün ümumi təşkilatı işlər həyata keçirilsin;
4.3 Sağlam təhsil texnologiyaları tətbiq edilən bütün ümumi təhsil müəssisələrində sağlamlığın mühafizəsinə yönəlmiş təlim texnologiyalarının davamlı inkişafına köməklik məqsədi ilə ümumtəhsil məktəblərindəki müvafiq işçi qruplarının səmərəli fəaliyyətinə lazımi şərait yaratsınlar;
4.4 Sağlam təhsil texnologiyalarının mahiyyəti, məqsəd və vəzifələri ilə bağlı valideynlərlə davamlı maarifləndirmə işlərinin aparılmasını təmin etsinlər;
5. Təhsilin inkişafı proqramları şöbəsi (E. Əmrullayev) müvafiq qurumları cəlb etməklə layihənin tədris ili ərzində mütəmadi monitorinqini keçirsin;
6. Əmrin icrasına nəzarəti öz üzərimə götürürəm.
Əsas: Nazirin müşaviri H.Həsənlinin 16.03.2018-ci il tarixli təqdimatı
Ceyhun BAYRAMOV,
Nazir vəzifələrini müvəqqəti icra edən, nazir müavini
19 aprel 2018-ci il