• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri
FAQ

Ümumtəhsil məktəblərinin 2018-2019-cu dərs ilinə aid tədris planlarının təsdiqi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri

Ümumi təhsil müəssisələrində təhsil prosesinin təşkili və tənzimlənməsini təmin etmək məqsədilə “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 8.10-1-ci və 13.5-ci bəndlərini rəhbər tutaraq

 

ƏMR EDİRƏM:

        

1.  Azərbaycan Respublikasının tədris Azərbaycan, rus, gürcü dillərində aparılan, ləzgi dili və azsaylı xalqların dilləri öyrədilən ümumtəhsil məktəbləri üçün 2018-2019-cu dərs ilinə aid aşağıdakı tədris planları və “Tədris planlarına dair qeydlər” təsdiq edilsin:

1.1. Ümumtəhsil məktəblərinin I-XI sinifləri üçün tədris planları (1, 2, 3 nömrəli əlavələr);

1.2. Ləzgi dili öyrədilən ümumtəhsil məktəblərinin I-XI sinifləri üçün tədris planları (4, 5 nömrəli əlavələr);

1.3. Azsaylı xalqların dilləri öyrədilən ümumtəhsil məktəblərinin I-IV sinifləri üçün tədris planları (6, 7 nömrəli əlavələr);

1.4. “Tədris planlarına dair qeydlər” (8 nömrəli əlavə).

2. Ümumi və məktəbəqədər təhsil şöbəsi (A.Əhmədov) və Maliyyə şöbəsi (R.Orucov) tədris planlarının çap olunub vaxtında yerlərə çatdırılmasını təmin etsinlər.

3. İnformasiya şöbəsi (E.Məmmədov) bu əmrin əlavələrlə birlikdə «Azərbaycan müəllimi» qəzetində dərc olunmasını və Nazirliyin internet səhifəsində yerləşdirilməsini təmin etsin.

4. Əmrin icrasına nəzarət nazir müavini Məhəbbət Vəliyevaya həvalə olunsun.                               

 

Ceyhun BAYRAMOV,

Azərbaycan Respublikasının təhsil naziri

20 iyul 2018-ci il

F-528


Əlavə:

Tədris planları

Tədris planlarına dair qeydlər


Sayt test rejimində çalışır