• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri
FAQ

“Rus dilinin intensiv tədrisi” layihəsinin davam etdirilməsi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri

Azərbaycan Respublikasının 50 ümumi təhsil müəssisəsində həyata keçirilən “Rus dilinin intensiv tədrisi” layihəsinin davam etdirilməsi, həmin müəssisələrdə tədris prosesinin təşkili və tənzimlənməsini təmin etmək məqsədilə “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 8.10-1-ci və 13.5-ci bəndlərini rəhbər tutaraq

 

ƏMR EDİRƏM:

        

1.  2018-2019-cu dərs ilində Bakı şəhəri 3, 12, 13, 36, 42, 45, 51, 63, 70, 95, 106, 129, 178, 193, 212, 238, 244, 245, 246, 250, 257, 263, 265, 272, 274, 275, 276, 278, 283, 284, 286, 292, 295 nömrəli, 20 nömrəli məktəb-lisey, 43 nömrəli məktəb-lisey kompleksi, Gəncə şəhəri 5 nömrəli, Mingəçevir şəhəri Texniki-humanitar liseyi, Sumqayıt şəhəri 11, Şirvan şəhəri 3, Abşeron rayonu Xırdalan şəhəri 2, Masallı şəhəri 2,  Şəki şəhəri 5,  Şamaxı şəhəri 6 nömrəli, İsmayıllı rayonu Talıstan, Zaqatala rayonu Əli Bayramlı, Tovuz rayonu Ağbulaq, Quba rayonu Əliməmmədoba, Qusar rayonu Ləcət, Lənkəran rayonu Havzava, Saatlı rayonu Məmmədabad kənd tam orta  məktəblərinin I-IX siniflərində rus dilinin intensiv tədrisi üzrə Təhsil Nazirliyinin layihəsi davam etdirilsin.

 2. Rus dili intensiv tədris edilən siniflərin 2018-2019-cu dərs ilinə aid tədris planı və tədris planına dair “Qeydlər” (1və 2 nömrəli əlavələr) təsdiq edilsin

3. İnformasiya şöbəsi (E.Məmmədov) bu əmrin əlavələrlə birlikdə «Azərbaycan müəllimi» qəzetində dərc olunmasını və Nazirliyin internet səhifəsində yerləşdirilməsini təmin etsin.

4. Əmrin icrasına nəzarət nazir müavini Məhəbbət Vəliyevaya həvalə olunsun.                               

Ceyhun BAYRAMOV,

Azərbaycan Respublikasının təhsil naziri

27 sentyabr 2018-ci il

F-673


Əlavə:

Rus dili intensiv tədris edilən siniflərin 2018-2019-cu dərs ilinə aid tədris planı

Tədris planına dair qeydlər


Sayt test rejimində çalışır