Peşə təhsili müəssisələri şəbəkəsinin rasionallaşdırılması və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 15 iyul tarixli 118 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı
Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 oktyabr tarixli 13 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın 4.2-ci, 4.4-cü bəndlərinə və Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi”nin “10. Tədbirlər Planı” hissəsinin 1.1.3-cü yarımbəndinə uyğun olaraq, Azərbaycan Respublikası Təhsil Nazirliyinin təkliflərinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti
QƏRARA ALIR:
1. Abşeron Binə Peşə Liseyi Aviasiya və Avtomobil Nəqliyyatı üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinə birləşdirilsin.
2. 1 nömrəli Sumqayıt Peşə Liseyi və 10 nömrəli Sumqayıt Peşə Liseyi birləşdirilsin və onların bazasında Sənaye və Yüksək Texnologiyalar üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzi yaradılsın.
3. 3 nömrəli Sumqayıt Peşə Liseyinin bazasında Xidmət Sahələri üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzi yaradılsın.
4. Xaçmaz Peşə Məktəbi və Xaçmaz Peşə Liseyi birləşdirilsin və onların bazasında Xaçmaz Dövlət Peşə Təhsil Mərkəzi yaradılsın.
5. Lerik Peşə Məktəbi və Lənkəran Peşə Liseyi birləşdirilsin və onların bazasında Lənkəran Dövlət Peşə Təhsil Mərkəzi yaradılsın.
6. Cəlilabad Peşə Məktəbi və Cəlilabad Peşə Liseyi birləşdirilsin və onların bazasında Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzi yaradılsın.
7. Ağstafa Peşə Məktəbi, Vüqar İdris oğlu Süleymanov adına Qazax Peşə Liseyi və Tovuz Peşə Liseyi birləşdirilsin və onların bazasında Tovuz Dövlət Peşə Təhsil Mərkəzi yaradılsın.
8. 1 nömrəli Şəki Peşə Məktəbi və 2 nömrəli Şəki Peşə Məktəbi birləşdirilsin və onların bazasında Şəki Dövlət Peşə Təhsil Mərkəzi yaradılsın.
9. 1 nömrəli Balakən Peşə Məktəbi və 2 nömrəli Balakən Peşə Məktəbi birləşdirilsin və onların bazasında Balakən Dövlət Peşə Təhsil Mərkəzi yaradılsın.
10. 2 nömrəli Ağdam Peşə Məktəbi və 4 nömrəli Ağdam Peşə Məktəbi birləşdirilsin və onların bazasında Ağdam Dövlət Peşə Təhsil Mərkəzi yaradılsın.
11. 1 nömrəli Füzuli Peşə Məktəbi və 2 nömrəli Füzuli Peşə Məktəbi birləşdirilsin və onların bazasında Füzuli Dövlət Peşə Təhsil Mərkəzi yaradılsın.
12. Bu Qərarla yaradılan Dövlət Peşə Təhsil Mərkəzlərinin maliyyələşdirilməsi Azərbaycan Respublikası dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərinin “Təhsil” bölməsində Azərbaycan Respublikasının Təhsil Nazirliyi üçün nəzərdə tutulmuş vəsait hesabına həyata keçirilsin.
13. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 15 iyul tarixli 118 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 7, maddə 745, № 10, maddə 969, № 12, maddələr 1241, 1245; 2012, № 3, maddə 257, № 4, maddə 399, № 6, maddələr 633, 634, № 12, maddə 1346; 2013, № 6, maddə 775, № 9, maddə 1130; 2014, № 1, maddə 72, № 2, maddə 214, № 6, maddə 751, № 7, maddə 907, № 9, maddə 1120; 2015, № 3, maddə 336, № 6, maddə 807, № 8, maddə 966, № 10, maddələr 1226, 1229, № 12, maddə 1571; 2016, № 1, maddə 176, № 2 (II kitab), maddə 373, № 3, maddə 622, № 5, maddə 957, № 6, maddə 1209, № 10, maddə 1723, № 11, maddə 1919; 2017, № 2, maddələr 285, 302, 319, № 6, maddələr 1223, 1226; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 8 noyabr tarixli 479 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nın “İlk peşə-ixtisas təhsili müəssisələri” bölməsində aşağıdakı dəyişikliklər edilsin:
13.1. 23-cü, 26-cı, 42-ci, 72-ci, 73-cü, 82-ci, 84-cü, 86-cı, 93-cü, 102-ci və 110-cu hissələr ləğv edilsin;
13.2. 24-cü, 25-ci, 34-cü, 35-ci, 44-cü, 45-ci, 85-ci, 87-ci, 103-cü və 112-ci hissələr aşağıdakı redaksiyada verilsin:
“24. Xidmət Sahələri üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzi
25. Sənaye və Yüksək Texnologiyalar üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzi
34. Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzi
35. Lənkəran Dövlət Peşə Təhsil Mərkəzi
44. Tovuz Dövlət Peşə Təhsil Mərkəzi
45. Xaçmaz Dövlət Peşə Təhsil Mərkəzi
85. Şəki Dövlət Peşə Təhsil Mərkəzi
87. Balakən Dövlət Peşə Təhsil Mərkəzi
103. Füzuli Dövlət Peşə Təhsil Mərkəzi
112. Ağdam Dövlət Peşə Təhsil Mərkəzi”.
14. Azərbaycan Respublikasının Təhsil Nazirliyi Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi ilə birlikdə bu Qərardan irəli gələn məsələləri həll etsin.
Novruz Məmmədov,
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, 28 noyabr 2018-ci il
№ 507