• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri
FAQ

2018-2019-cu dərs ilində Pedaqoji mühazirələrin keçirilməsi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri

Azərbaycan Respublikası təhsil nazirinin “Ümumi təhsil sahəsində 2018-2019-cu dərs ilinin prioritet fəaliyyət istiqamətləri” barədə 14 avqust 2018-ci il tarixli, F-550 nömrəli əmrinin 5-ci bəndinə əsasən, ümumi təhsil sahəsində keyfiyyət göstəricilərinin yaxşılaşdırılması ilə bağlı aktual məsələlərə diqqəti artırmaq, təhsil işçilərinin bu barədə rəy və mülahizələrini öyrənmək, yaradıcı müəllim və məktəb rəhbərlərini aşkara çıxarmaq, qabaqcıl təcrübə nümunələrini təbliğ etmək və perspektiv üçün inkişafyönlü təkliflər hazırlamaq məqsədilə “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 13.5-ci bəndini rəhbər tutaraq

 

ƏMR EDİRƏM:

 

1. 2019-cu ildə rayon (şəhər) və ölkə üzrə olmaqla 2 mərhələdə “Müasir dövrdə ümumi təhsilin aktual problemləri” mövzusunda Pedaqoji mühazirələr keçirilsin (təxmini mövzular əlavə olunur).

2. Pedaqoji mühazirələr Azərbaycan Respublikası təhsil nazirinin “2017-2018-ci dərs ilinin “Ümumi təhsildə keyfiyyət ili” elan edilməsi barədə” 28.08.2017-ci il tarixli, 261 nömrəli əmri ilə təsdiq edilmiş “Pedaqoji mühazirələrin keçirilmə qaydaları”na uyğun olaraq təşkil edilsin.

3. Pedaqoji mühazirələrin ilk mərhələsi 2019-cu ilin mart-aprel aylarında rayon və şəhərlərdə, ölkə mərhələsi isə iyun ayında Bakı şəhərində keçirilsin.

4. Pedaqoji mühazirələrin ölkə mərhələsinin iştirakçıları üçün aşağıdakı qaydada kvota müəyyənləşdirilsin:

4.1. Bakı şəhərindən – 15 nəfər;

4.2. Gəncə şəhərindən – 5 nəfər;

4.3. Sumqayıt və Mingəçevir şəhərlərinin hər birindən – 3 nəfər;

4.4. digər şəhər və rayonların hər birindən – 2 nəfər;

4.5. Təhsil Nazirliyinin birbaşa tabeliyindəki və özəl ümumi təhsil müəssisələrinin hər birindən – 1 nəfər.

5. Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Gəncə Şəhər Təhsil İdarəsi, rayon (şəhər) təhsil şöbələri, Təhsil Nazirliyinin birbaşa tabeliyindəki və özəl ümumi təhsil müəssisələrinin direktorları Pedaqoji mühazirələrin ilk mərhələsini mütəşəkkil keçirmək üçün işçi qrupu və münsiflər heyəti yaratsınlar, müəyyən etdikləri meyarlar əsasında iştirakçıları qiymətləndirib qaliblərin Pedaqoji mühazirələrini may ayının 10-dək Təhsil Nazirliyinə göndərsinlər.

6. Pedaqoji mühazirələrin qalibləri diplom, tərifnamə və qiymətli hədiyyələrlə mükafatlandırılsın.

7. Ümumi və məktəbəqədər təhsil şöbəsi (A.Əhmədov) Pedaqoji mühazirələrin ölkə mərhələsinin nəticələri barədə əmr layihəsini müsabiqə başa çatdıqdan sonra 5 gün müddətinə hazırlayıb rəhbərliyə təqdim etsin.

8. Əsaslı Tikinti və Təchizat İdarəsi (A.Axundov) Pedaqoji mühazirələrin yekun tədbirinin keçirilməsi, qaliblərin mükafatlandırılması ilə əlaqədar mal, iş və xidmətlərin satın alınması üzrə lazımi tədbirlərin həyata keçirilməsini təmin etsin.

9. Ümumi və məktəbəqədər təhsil şöbəsi (A.Əhmədov) Pedaqoji mühazirələrlə bağlı satın alınması tələb olunan mal, iş və xidmətlər barədə məlumatı Əsaslı Tikinti və Təchizat İdarəsinə təqdim etsin.

10. Maliyyə şöbəsi (R.Orucov) müvafiq mal, iş və xidmətlərin satın alınması ilə əlaqədar Əsaslı Tikinti və Təchizat İdarəsinin sifarişi əsasında həmin idarəyə vəsaitin ayrılmasını təmin etsin.

11. İnformasiya şöbəsi (E.Məmmədov) əmrin əlavəsi ilə birlikdə “Azərbaycan müəllimi” qəzetində dərc olunmasını, Nazirliyin internet səhifəsində yerləşdirilməsini və çoxaldılıb yerlərə çatdırılmasını təmin etsin.

12. Əmrin icrasına nəzarət nazir müavini Məhəbbət Vəliyevaya həvalə olunsun.

 

Ceyhun BAYRAMOV,

Azərbaycan Respublikasının təhsil naziri

25 fevral 2019-cu il

F-98


 

Pedaqoji mühazirələrin təxmini mövzuları

 


Sayt test rejimində çalışır