• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri
FAQ

Lisey, məktəb-lisey və gimnaziyaların təmayül sinifləri üçün 2019-2020-ci dərs ilinə aid nümunəvi tədris planlarının təsdiqi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri

Azərbaycan Respublikasının lisey, məktəb-lisey və gimnaziyalarında təhsil prosesinin təşkili və tənzimlənməsini təmin etmək məqsədilə “Azərbaycan Respublikası Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 8.10-1-ci və 13.5-ci bəndlərini rəhbər tutaraq

 

ƏMR EDİRƏM:

        

1. Azərbaycan Respublikasının tədris Azərbaycan və rus dillərində aparılan lisey, məktəb-lisey və gimnaziyalarının təmayül sinifləri üçün 2019-2020-ci dərs ilinə aid nümunəvi tədris planları və tədris planlarına dair “Qeydlər” (1-7 nömrəli əlavələr) təsdiq edilsin.

2. Lisey, məktəb-lisey və gimnaziyaların X-XI təmayül siniflərində Azərbaycan Respublikası Təhsil nazirinin 15.07.2019-cu il tarixli, F-447 nömrəli əmri ilə təsdiq olunmuş tam orta təhsil səviyyəsində təhsilin təmayüllər üzrə təşkil olunduğu ümumi təhsil müəssisələrinin 2019-2020-ci dərs ili üçün  tədris planlarından istifadə edilsin.

3. İnformasiya şöbəsi (E.Məmmədov) bu əmrin əlavələrlə birlikdə «Azərbaycan müəllimi» qəzetində dərc olunmasını və Nazirliyin internet səhifəsində yerləşdirilməsini təmin etsin.

4. Əmrin icrasına nəzarət nazir müavini Məhəbbət Vəliyevaya həvalə olunsun.     

 

Ceyhun BAYRAMOV,

Azərbaycan Respublikasının təhsil naziri

30 iyul 2019-cu il

F-472


Sayt test rejimində çalışır