• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri
FAQ

“Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi Qaydaları”nda dəyişikliklərin edilməsi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri

2019-2020-ci tədris ilinə ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu və yerdəyişməsi üzrə müsabiqənin təşkili və keçirilməsi prosesinin tənzimlənməsi məqsədilə “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 8.30-cu, 8.39-cu və 13.5-ci bəndlərini rəhbər tutaraq

 

əmr edİrəm:

 

1. Təhsil Nazirliyinin 08 may 2018-ci il tarixli F-346 nömrəli əmri ilə təsdiq edilmiş  “Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

1.1   3.4-cü bənd aşağıdakı redaksiyada verilsin:

“3.4. Vakansiyalara yerləşdirilmə zamanı namizədlərin müəllimlərin işə qəbulu üzrə müsabiqədə və ya diaqnostik qiymətləndirmədə topladığı daha yüksək bal əsas götürülür.”;

1.2.   5.5-ci bənd aşağıdakı redaksiyada verilsin:

“5.5. Müsabiqənin test imtahanı mərhələsində toplanmış keçid balı 2 (iki) tədris ili müddətində qüvvədədir və namizədə növbəti tədris ili üçün keçirilən müsabiqədə test imtahanı vermədən vakant yerlərin seçimi mərhələsində iştirak etmək hüququ verir. Keçid balı toplamış namizədlər növbəti tədris ili üçün keçirilən müsabiqənin test imtahanı mərhələsində iştirak etdikdə, vakant yerlərə yerləşdirilmə zamanı onların topladığı daha yüksək bal əsas götürülür.”.

2. İnformasiya şöbəsi (E.Məmmədov) bu əmrin yerli təhsili idarəetmə orqanlarına göndərilməsini və Nazirliyin internet saytında yerləşdirilməsini təmin etsin.

3.  Əmrin icrasına nəzarət nazir müavini M.Vəliyevaya həvalə olunsun.

Əsas: Nazir müavini M.Vəliyevanın xidməti məlumatı.

 

Ceyhun BAYRAMOV,

Azərbaycan Respublikasının təhsil naziri

24 iyul 2019-cu il

F-465


Sayt test rejimində çalışır