-
Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.
Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.
MenyuMenyu
-
Xidmətlər
Təhsil Nazirliyi tərəfindən təqdim edilmiş Dövlət və elektron xidmətlər. -
Məktəbəqədər təhsil
İntellektual, fiziki, mənəvi inkişafa xidmət edən ilkin bilik, bacarıq və vərdişlərin mənimsənilməsi prossesidir. -
Ümümi təhsil
Təhsilalanlar tərəfindən bilik, bacarıq və vərdişlərin mənimsənilməsini təmin edən mühüm fəaliyyət sahəsidir. -
Peşə Təhsili
Zəruri əmək bacarıqlarının yiyələnməsini təmin edən prioritet fəaliyyət sahəsidir. -
Orta ixtisas təhsili
Ümumi orta təhsil bazasında cəmiyyətin və əmək bazarının tələbatına uyğun olaraq, müxtəlif sənət və kütləvi peşələr üzrə ixtisaslı işçi kadrlar hazırlığını təmin edir. -
Ali təhsil
Tam orta təhsil və orta peşə-ixtisas təhsili bazasından cəmiyyətin və əmək bazarının tələbatı nəzərə alınmaqla yüksək ixtisaslı mütəxəssis hazırlığını təmin edir. -
Əlavə təhsil
Hər bir vətəndaşın fasiləsiz təhsil almaq imkanını təmin edir. -
Sənədlər
Normativ sənədlər və təlimatlar -
Layihələr
Təhsil Nazirliyi tərəfindən həyata keçirilən layihələr. -
Tədqiqatlar
Təhsil Nazirliyi tərəfindən həyata keçirilən tədqiqatlar. -
Hesabatlar
İllərə dair hesabatlar -
Atributlar
-
Sağlam təhsil - sağlam millət
-
Azərbaycan üçün öyrət
-
Məktəblinin dostu
-
SABAH qrupları
-
Təhsil Sisteminin İnformasiyalaşdırılması
-
Ehtiyat dərslik
-
İcma qrupları vasitəsilə məktəbəqədər və ibtidai təhsilin yaxşılaşdırılması
-
Xüsusi istedadlı siniflər
-
“Ümumi təhsil müəssisələrində peşə təmayüllü siniflərin təşkili”
-
STUDY IN AZERBAIJAN
Təhsil işçilərinin 2019-cu il sentyabr konfranslarının keçirilməsi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri
Ümumi təhsil sahəsində 2018-2019-cu dərs ili üçün müəyyən olunmuş hədəflərin yerli təhsili idarəetmə orqanları tərəfindən yerinə yetirilməsi vəziyyətini araşdırmaq və 2019-2020-ci dərs ilində qarşıda duran aktual vəzifələri müzakirə edib müvafiq əməli təkliflər hazırlamaq məqsədilə “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 13.5-ci bəndini rəhbər tutaraq
əmr edİrəm:
1. Təhsil işçilərinin 2019-cu il sentyabr konfransları plenar müşavirə və metodiki bölmə iclaslarından ibarət 2 gün ərzində keçirilsin.
2. Nəzərdə tutulan məsələlərin maraqlı tərəflərin iştirakı ilə peşəkar səviyyədə müzakirəsini təmin etmək üçün səmərəli və mobil iş mühiti yaratmaq məqsədilə plenar müşavirələrin zonalar üzrə keçirilməsi məqsədəmüvafiq hesab olunsun.
3. Plenar müşavirələr 2019-cu il 2-6 sentyabr tarixlərində təşkil edilsin.
4. Müşavirələrin keçirildiyi zona və mərkəzlər, hər bir zona üzrə tədbirin keçirilmə tarixi, yerlərə ezam olunan məsul əməkdaşlar barədə qrafik təsdiq edilsin (əlavə olunur).
5. Plenar müşavirələrin iş qaydası aşağıdakı kimi müəyyən olunsun:
5.1. Tədbirin açılışı və Dövlət Himninin ifa edilməsi;
5.2. 2018-2019-cu dərs ilinin yekunları barədə təhsil şöbəsi (idarəsi) müdirlərinin hesabatı;
5.3. 2019-2020-ci dərs ilində yerli təhsili idarəetmə orqanları və ümumtəhsil məktəblərinin pedaqoji kollektivləri qarşısında Təhsil Nazirliyinin müəyyən etdiyi vəzifələr haqqında Nazirliyin nümayəndəsinin məruzəsi;
5.4. Hesabatlar və məruzə ətrafında təklifyönümlü çıxışlar, müşavirə iştirakçılarının suallarının cavablandırılması;
5.5. Plenar müşavirələrin yekunlaşdırılması.
6. Konfransların metodik bölmə iclasları aşagıdakı təhsil işçiləri üçün təşkil edilsin:
- məktəb direktorları;
- təlim-tərbiyə işləri üzrə direktor müavinləri;
- məktəbdənkənar və sinifdənxaric tərbiyə işləri üzrə təşkilatçılar;
- fənlər üzrə metodbirləşmə sədrləri;
- məktəb kitabxanaçıları;
- praktik məktəb psixoloqları;
- uşaq birliyi təşkilatı rəhbərləri.
7. Metodik bölmə iclasları hər bir zona üzrə plenar müşavirə başa çatdıqdan sonra yerli təhsili idarəetmə orqanlarının müəyyən etdiyi tarixdə təşkil olunsun və sentyabrın 10-dək başa çatdırılsın.
8. Ümumi və məktəbəqədər təhsil şöbəsi (Aydın Əhmədov) zonalar üzrə plenar müşavirələrə müvafiq rayon və şəhərlərdən dəvət olunan təhsil işçilərinin sayı və tərkibinin müəyyənləşdirilməsini, müşavirələrin səmərəli keçirilməsi ilə bağlı yerli təhsil orqanlarına təşkilati-pedaqoji köməklik göstərilməsini təmin etsin.
9. Plenar müşavirələrdə və metodik bölmə iclaslarında irəli sürülən təkliflər aidiyyəti üzrə təhsil şöbələri (idarəsi) tərəfindən ümumiləşdirilib sentyabrın sonunadək Təhsil İnstitutuna göndərilsin.
10. Təhsil İnstitutuna (Emin Əmrullayev) tapşırılsın ki:
10.1. Metodik bölmə iclaslarında kurikulumların və qiymətləndirmə növlərinin tətbiqi, fənlərin tədrisi metodikası, psixoloji xidmətin təşkili ilə bağlı yeniliklərin və digər aktual məsələlərin müzakirəsinin təşkili istiqamətində tövsiyələr hazırlayıb konfranslar başlananadək pedaqoji mətbuatda dərc olunması üçün təqdim etsin;
10.2. Yerli təhsili idarəetmə orqanlarından daxil olmuş təkliflərin təhlilini aparsın və ümumiləşdirilmiş material hazırlayıb rəhbərliyə təqdim etsin.
11. Maliyyə şöbəsi (Rauf Orucov) yerlərə göndərilən əməkdaşların ezamiyyə xərclərinin ödənilməsini konfransların keçirilmə tarixi nəzərə alınmaqla təmin etsin.
12. İnformasiya şöbəsi (Elnur Məmmədov) bu əmrin, Təhsil İnstitutu tərəfindən hazırlanmış metodik tövsiyələrin “Azərbaycan müəllimi” qəzetində dərc olunmasını və Nazirliyin internet saytında yerləşdirilməsini, habelə konfransların gedişinin KİV-lərdə işıqlandırılmasını təmin etsin.
13. Əmrin icrasına nəzarət nazir müavini Məhəbbət Vəliyevaya həvalə olunsun.
Ceyhun BAYRAMOV,
Azərbaycan Respublikasının təhsil naziri
30 avqust 2019-cu il
F-530