Ali təhsil müəssisələrinin tələbələri arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunmuş bədii yaradıcılıq müsabiqə-festivalının keçirilməsi barədə Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi qərarı
Azərbaycan Respublikası |
Azərbaycan Təhsil İşçiləri |
QƏRAR |
|
28 fevral 2020-ci il | 20 fevral 2020-ci il |
№ Q-02 |
№ 20/02 |
Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş gənclər siyasəti bu gün uğurla davam etdirilir. 2020-ci ilin may ayının 10-da ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü tamam olur. Ulu öndərin anadan olmasının 97-ci ildönümü münasibətilə və onun xatirəsinə ehtiram əlaməti olaraq ali və orta ixtisas təhsili müəssisələrinin tələbələrini milli vətənpərvərlik, mədəniyyətimizə, incəsənətimizə, milli adət-ənənələrimizə hörmət ruhunda yetişdirmək məqsədilə Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin Rəyasət Heyəti
qərara alır:
1. Ali təhsil müəssisələrinin tələbələri arasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunmuş bədii yaradıcılıq müsabiqə-festivalı 3 mərhələ üzrə 2020-ci ilin mart-may aylarında keçirilsin.
2. Ali təhsil müəssisələrinin tələbələrinin bədii yara¬dıcılıq müsabiqə-festivalı Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə tədbiri sayılsın.
3. Müsabiqə-festival qaliblərinin yekun konserti 2020-ci ilin may ayının birinci yarısında keçirilsin.
4. Bədii yaradıcılıq müsabiqə-festivalının Əsasnaməsi (əlavə 1), Təşkilat Komitəsinin (əlavə 2) və Münsiflər heyətinin tərkibi (əlavə 3) təsdiq edilsin.
5. Respublika Təşkilat Komitəsi ali təhsil müəssisələrinin rəhbərləri, tələbə həmkarlar ittifaqı komitələrinin sədrləri:
müsabiqə-festivalın yüksək səviyyədə keçirilməsi üçün tələbələrə lazımi şəraitin yaradılmasını;
bu qərarla təsdiq edilmiş Əsasnamənin şərtlərinə uyğun olaraq müsabiqə-festivalın keçirilməsini;
yekun konsertin kütləvi-informasiya vasitələri tərəfindən işıqlandırılmasını təmin etsin.
6. Bədii yaradıcılıq müsabiqə-festivalının keçirilməsi ilə bağlı tərəflər üzərinə götürür:
6.1. Azərbaycan Respublikasının Təhsil Nazirliyi:
- müsabiqə-festival qaliblərinin yekun konsertinin keçirilməsi üçün yerin (zalın) icarəyə götürülməsini və səhnə tərtibatını;
müsabiqə-festivalda qaliblərə hədiyyələrin alınmasını;
6.2. Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi:
müsabiqə-festivalda qaliblərə hədiyyələrin alınmasını;
diplomların hazırlanmasını;
münsiflər heyətinin sədrinə 800 manat, üzvlərinə 600 manat məbləğində pul mükafatının ayrılmasını;
Müsabiqənin I və II mərhələsində Münsiflər heyətinin zonalarda iştirakının təmin olunmasını;
Respublika mərhələsində bölgələrdə təhsil alan iştirakçıların Bakı şəhərinə ezamiyyə xərclərinin ödənilməsini.
7. Tərəflər müsabiqə-festivalın keçirilməsi və qaliblərin mükafatlandırılması ilə bağlı xərclər smetasını hazırlayıb 15 gün müddətində təsdiq etsinlər.
8. Təhsil Nazirliyinin Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsi (E.Əliyev) və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin Mədəni-kütləvi və idman işləri şöbəsi (R.Nəzirov) bu qərardan irəli gələn vəzifələrin yerinə yetirilməsini təmin etsinlər.
9. Təhsil Nazirliyinin və Respublika Komitəsinin müvafiq şöbələri qərar və əlavələrin “Azərbaycan müəllimi” və “Ülfət” qəzetlərində dərc olunmasını və internet səhifələrində yerləşdirilməsini təmin etsinlər.
10. Qərarın icrasına nəzarət nazir müavini F.Qurbanova və sədr müavini M.Cəfərzadəyə həvalə olunsun.
Azərbaycan Respublikası təhsil naziri |
Azərbaycan Təhsil İşçiləri |
Ceyhun Bayramov | Səttar Möhbalıyev |
Əlavə:
1. Ali məktəb tələbələri arasında keçiriləcək bədii yaradıcılıq festivalının Əsasnaməsi
2. Ali məktəb tələbələrinin bədii yaradıcılıq festivalının Təşkilat Komitəsi
3. Ali məktəb tələbələrinin bədii yaradıcılıq festivalının keçirilməsi üzrə Münsiflər heyəti