• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri
FAQ

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2020-ci il tarixli 67 nömrəli Qərarının icrasının təmin edilməsi barədə Azərbaycan Respublikası Təhsil nazirinin əmri

“Ümumi təhsil müəssisələri üçün dərsliklərin, dərs vəsaitlərinin və digər tədris-metodik vasitələrin hazırlanması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2020-ci il tarixli 67 nömrəli Qərarının tətbiqi ilə əlaqədar “Azərbaycan Respublikası Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 13.5-ci bəndini rəhbər tutaraq

 

əmr edİrəm:

 

1. Azərbaycan Respublikası Təhsil Nazirliyinin 2013-cü il 23 dekabr tarixli 927 nömrəli əmri ilə təsdiq edilmiş “Tədris vəsaitlərinə nəşr hüququ (qrif) verilməsi Qaydalarının 1.3-cü bəndi aşağıdakı redaksiyada verilsin:

“1.3.Ümumi təhsil müəssisələri üçün nəzərdə tutulmuş dərsliklərə qrif verilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 25 fevral tarixli 67 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ümumi təhsil müəssisələri üçün dərsliklərin, dərs vəsaitlərinin və digər tədris-metodik vasitələrin hazırlanması Qaydası” ilə tənzimlənir.”.

2. Azərbaycan Respublikası Təhsil Nazirliyinin 2004-cü il 1 noyabr tarixli 810 nömrəli və 2009-cu il 21 dekabr tarixli 1421 nömrəli əmrləri qüvvədən düşmüş hesab edilsin.

3. Azərbaycan Respublikası Təhsil Nazirliyi Aparatının Tədris resursları şöbəsinə (E.Rüstəmov) tapşırılsın ki, bu əmrin icrasından irəli gələn məsələlərin həllini təmin etsin.

4. Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinə (Vüsal Xanlarov) tapşırılsın ki, “Ümumi təhsil müəssisələri üçün dərsliklərin, dərs vəsaitlərinin və digər tədris-metodik vasitələrin hazırlanması Qaydası”nın 3.4-cü və 4.4-cü bəndlərinin icrasını təmin etmək məqsədilə müvafiq proqram təminatlarının 3 (üç) ay müddətində hazırlanmasını təmin etsin.

5. Azərbaycan Respublikası Təhsil Nazirliyi Aparatının İnformasiya şöbəsinə (E.Məmmədov) tapşırılsın ki, bu əmrin “Azərbaycan müəllimi” qəzetində dərc edilməsini və Nazirliyin rəsmi internet səhifəsində yerləşdirilməsini təmin etsin.

6.Əmrin icrasına nəzarət nazir müavini Məhəbbət Vəliyevaya tapşırılsın.

 

Ceyhun BAYRAMOV,

Azərbaycan Respublikasının Təhsil naziri

17 iyun 2020-ci il

F-315


Sayt test rejimində çalışır