• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri
FAQ

2019-cu il 27 may tarixli 711 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Təhsil haqqında” və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2020-ci il 19 may tarixli 104-VIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə

 

qərara alıram:

 

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 17.4-cü maddəsinin ikinci cümləsinə uyğun olaraq, peşə təhsili üzrə qeyri-formal və informal təhsil formaları vasitəsilə əldə edilmiş bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi və tanınması xidmətləri ilə əlaqədar digər xidmətlərin siyahısını və göstərilən xidmətlərə görə ödəniləcək haqların məbləğini Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla üç ay müddətində təsdiq etsin;

1.2. həmin Qanunun 44.2-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq, Azərbaycan Respublikasında xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası), xarici ölkələrdə verilən təhsil haqqında sənədlərin tanınması xidmətləri ilə əlaqədar digər xidmətlərin siyahısını və göstərilən xidmətlərə görə ödəniləcək haqların məbləğini Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla üç ay müddətində təsdiq etsin;

1.3. həmin Qanunun 45.2-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq, Azərbaycan Respublikası Təhsil Nazirliyi işçilərinin sosial müdafiəsini gücləndirmək məqsədilə həmin Nazirliyin hesabına köçürülən vəsaitdən istifadə qaydasını iki ay müddətində təsdiq etsin;

1.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 mart tarixli 203 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 3, maddə 161, № 12, maddə 1102; 2007, № 10, maddə 947; 2008, № 11, maddə 970; 2009, № 12, maddə 983; 2010, № 2, maddə 83; 2011, № 2, maddə 85; 2012, № 4, maddə 291, № 6, maddə 531, № 9, maddə 854; 2016, № 11, maddə 1805; 2017, № 7, maddə 1355, № 12 (I kitab), maddə 2312; 2019, № 3, maddə 403, № 5, maddə 848, № 11, maddə 1718) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

2.1. 8.8-ci bənd aşağıdakı redaksiyada verilsin:

“8.8. təhsil müəssisələrinin akkreditasiyasının həyata keçirilməsini təmin edir;”;

2.2. 8.10-1-ci bəndə “təhsil proqramlarını” sözlərindən sonra “(kurikulumları)” sözü əlavə edilsin;

2.3. 9.5-ci bənd aşağıdakı redaksiyada verilsin:

“9.5. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq təhsil fəaliyyəti üçün verilmiş lisenziyanın tələblərinə və şərtlərinə riayət olunmasına nəzarət etmək;”.

3. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 9, maddə 685; 2012, № 3, maddə 197, № 4, maddə 289, № 6, maddə 532; 2016, № 1, maddə 76, № 11, maddələr 1804, 1828, № 12, maddə 2086; 2017, № 7, maddə 1360, № 10, maddə 1800, № 12 ( I kitab), maddə 2313; 2018, № 2, maddə 216, № 12 (I kitab), maddə 2545; 2019, № 5, maddə 848, № 7, maddə 1229, № 8, maddə 1398; Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 15 may tarixli 1024 nömrəli Fərmanı) aşağıdakı dəyişikliklər edilsin:

3.1. 2.1-ci bənd aşağıdakı redaksiyada verilsin:

“2.1. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.48-ci, 1.0.54-cü, 1.0.55-ci maddələrində, 7.2-ci maddəsinin birinci cümləsində, 9.3-cü maddəsində, 14.8-1-ci maddəsində, 14.11-ci maddəsinin birinci cümləsində, 14.20-ci maddəsinin ikinci cümləsində, 15.3-cü maddəsində, 16.4-cü maddəsinin birinci cümləsində, 17.4-cü maddəsində (hər üç halda), 19.14-cü maddəsinin üçüncü cümləsində, 20.2-ci maddəsində, 21.2-1-ci maddəsinin ikinci cümləsində, 22.5-ci, 22.5-1-ci, 22.11-ci, 22.12-ci maddələrində, 22.14-cü maddəsinin ikinci cümləsində, 22.16-cı, 26.1-1-ci, 26.5-2-ci, 26.5-3-cü maddələrində, 30.2-ci maddəsinin birinci cümləsində, 36-1.1-ci, 36-1.2.4-cü, 36-1.3-cü, 36-2.1-ci, 36-2.2-ci maddələrində, 44.1-1-ci maddəsində (hər iki halda), 44.2-ci maddəsinin ikinci cümləsində (hər iki halda), 45.2-ci maddəsində (hər üç halda) nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının və 22.11-ci (elmi dərəcələrin verilməsi qaydasının müəyyən edilməsi üzrə), 22.12-ci maddələrində, 22.14-cü maddəsinin ikinci cümləsində (elmi dərəcələrin verilməsi qaydasının müəyyən edilməsi üzrə), 22.16-cı maddəsində, 30.2-ci maddəsinin birinci cümləsində (dövlət ali təhsil müəssisələri rəhbərlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi üzrə), 44.1-1-ci maddəsində (birinci halda) nəzərdə tutulmuş orqanın (qurumun) səlahiyyətlərini, habelə həmin Qanunun 29.0.1-ci (təhsil sahəsində vahid dövlət siyasətinin müəyyənləşdirilməsi üzrə), 29.0.2-ci, 29.0.3-cü (təhsil sisteminin inkişafı üçün müxtəlif istiqamətli dövlət proqramlarının təsdiq edilməsi üzrə), 29.0.7-ci (təhsil sahəsinin inkişafına ayrılan dövlət büdcəsi vəsaitinin həcminin müəyyən edilməsi üzrə), 29.0.13-cü (dövlət ali təhsil müəssisələri rəhbərlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi üzrə), 29.0.16-cı (xüsusi təyinatlı ali təhsil müəssisələri və ali təhsil əsasında xüsusi təyinatlı əlavə təhsil müəssisələrinin nizamnamələrinin təsdiq edilməsi üzrə), 29.0.34-cü, 29.0.35-ci (dövlət təhsil müəssisələri işçilərinin əməyinin stimullaşdırılmasının, o cümlədən onların mükafatlandırılmasının həyata keçirilməsi, xüsusi istedadı ilə fərqlənən təhsilalanlar üçün adlı təqaüdlərin təsis edilməsi üzrə) maddələrində nəzərdə tutulmuş vəzifələri Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;”;

3.2. 2.1-1-ci bənd ləğv edilsin;

3.3. 2.2-ci və 2.3-cü bəndlər aşağıdakı redaksiyada verilsin:

“2.2. həmin Qanunun 6.3-cü, 10.4-cü maddələrində, 11.5-ci maddəsinin birinci cümləsində, 12.2-ci, 14.14-cü, 14.16-cı maddələrində, 18.4-cü maddəsinin ikinci cümləsində, 19.5-ci, 19.8-ci, 21.5-ci maddələrində, 22.3-cü maddəsinin beşinci cümləsində, 22.4-cü maddəsinin ikinci cümləsində, 22.6-cı maddəsinin ikinci cümləsində, 24.3-cü maddəsində, 24.5-ci maddəsinin birinci cümləsində, 26.2-ci, 26.4-cü maddələrində, 26.5-1-ci maddəsinin ikinci cümləsində, 26.6-cı, 27.3-cü, 27.4-cü, 28.1-ci, 28.3-cü maddələrində, 30.8-ci maddəsinin birinci cümləsində, 32.3.13-cü (ümumi təhsil pilləsində təhsilalanların yekun attestasiyası ilə bağlı biliyin yenidən qiymətləndirilməsi üzrə), 36.3-cü, 36.5-ci, 41.1-ci maddələrində, 44.2-ci maddəsinin birinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının və 14.20-ci maddəsinin ikinci cümləsində, 17.4-cü maddəsində (hər üç halda), 21.2-1-ci maddəsinin ikinci cümləsində, 22.11-ci (doktoranturaların yaradılması, doktoranturaya qəbul qaydalarının müəyyən edilməsi üzrə) maddəsində, 26.1-1-ci, 26.5-2-ci, 26.5-3-cü, 36-1.1-ci, 36-1.2.4-cü, 36-2.2-ci maddələrində, 44.2-ci maddəsinin ikinci cümləsində (hər iki halda), 45.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş orqanın (qurumun) səlahiyyətlərini, o cümlədən həmin Qanunun 29.0.1-ci (təhsil sahəsində vahid dövlət siyasətinin həyata keçirilməsinin təmin edilməsi üzrə), 29.0.4-cü, 29.0.7-ci (dövlət təhsil qrantlarının məbləğinin müəyyən edilməsi üzrə), 29.0.8-ci, 29.0.9-cu, 29.0.12-ci (təhsil pillələri üzrə dövlət təhsil standartlarının təsdiq edilməsi üzrə), 29.0.14-cü, 29.0.15-ci, 29.0.16-cı (“Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət tərəfindən yaradılan ali təhsil müəssisələrinin nizamnamələrinin, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq edilməsi, habelə xüsusi təyinatlı orta ixtisas təhsili, ümumi təhsil müəssisələri, orta ixtisas təhsili əsasında xüsusi təyinatlı əlavə təhsil müəssisələrinin nizamnamələrinin təsdiq edilməsi üzrə), 29.0.20-ci, 29.0.21-ci (xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) qaydalarının müəyyən olunması üzrə), 29.0.22-ci, 29.0.23-cü, 29.0.25-ci, 29.0.28-ci (təhsil müəssisələrinin akkreditasiyası qaydalarının müəyyən edilməsi üzrə), 29.0.28-1-ci (xidmət haqlarının məbləğinin müəyyən edilməsi üzrə), 29.0.29-cu (təhsil müəssisələrində təhsilverənlərin (dövlət ümumi təhsil və peşə təhsili (tam orta təhsil üzrə təhsilverənlərə münasibətdə) müəssisələrində təhsilverənlər istisna olmaqla) attestasiyasının, ümumi təhsil pilləsində təhsilalanların yekun attestasiyasının aparılması qaydalarının müəyyən edilməsi üzrə), 29.0.32-ci və 29.0.43-cü (dövlət ümumi təhsil və peşə təhsili (tam orta təhsil üzrə təhsilverənlərə münasibətdə) müəssisələrinin təhsilverənlərinin sertifikatlaşdırılması qaydasının müəyyən edilməsi üzrə) maddələrində nəzərdə tutulmuş vəzifələri Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;

2.3. həmin Qanunun 7.3-cü, 13.3-cü, 18.6-cı, 22.3-1-ci maddələrində, 26.5-1-ci maddəsinin birinci cümləsində, 30.2-ci maddəsinin üçüncü cümləsində (yerli icra hakimiyyəti orqanlarının tabeliyindəki məktəbəqədər təhsil müəssisələri istisna olmaqla, digər dövlət təhsil müəssisələrinin elmi və pedaqoji şuralarının yaradılması və fəaliyyəti üzrə), 30.5-ci maddəsinin ikinci cümləsində, 32.3.13-cü (ümumi təhsil pilləsində təhsilalanların yekun attestasiyası ilə bağlı biliyin yenidən qiymətləndirilməsi istisna olmaqla), 38.5-ci və 42.1-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının, habelə 7.2-ci maddəsinin birinci cümləsində, 9.3-cü maddəsində, 16.4-cü maddəsinin birinci cümləsində, 19.14-cü maddəsinin üçüncü cümləsində, 30.2-ci maddəsinin birinci cümləsində (dövlət ali təhsil müəssisələri, peşə təhsili müəssisələri, Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olmayan təhsil müəssisələri və yerli icra hakimiyyəti orqanlarının tabeliyində olan məktəbəqədər təhsil müəssisələri istisna olmaqla, digər dövlət təhsil müəssisələrinin rəhbərlərinin vəzifəyə təyin edilməsi üzrə), 36-1.3-cü, 36-2.1-ci maddələrində və 45.2-ci maddəsinin birinci cümləsində (hər iki halda) nəzərdə tutulmuş orqanın (qurumun) səlahiyyətlərini, o cümlədən həmin Qanunun 29.0.1-ci (təhsil sahəsində vahid dövlət siyasətinin həyata keçirilməsinin təmin edilməsi üzrə), 29.0.3-cü (təhsil sisteminin inkişafı üçün müxtəlif istiqamətli dövlət proqramlarının icrasına nəzarətin həyata keçirilməsi üzrə), 29.0.5-ci, 29.0.6-cı, 29.0.11-ci (“Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi” dövlət elektron məlumat sisteminin yaradılması və ondan istifadənin təmin edilməsi üzrə), 29.0.12-ci (təhsilin müvafiq dövlət standartlarına uyğun təşkilinə nəzarətin həyata keçirilməsi üzrə), 29.0.13-cü (dövlət ali təhsil müəssisələri, peşə təhsili müəssisələri, Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olmayan təhsil müəssisələri və yerli icra hakimiyyəti orqanlarının tabeliyindəki məktəbəqədər təhsil müəssisələri istisna olmaqla, digər dövlət təhsil müəssisələri rəhbərlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi üzrə), 29.0.16-cı (Azərbaycan Respublikası Prezidentinin başqa qayda müəyyən etdiyi hallar istisna olmaqla, dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin (dövlət adından yaradılan publik hüquqi şəxslər istisna olmaqla) tabeliyində yaradılan təhsil müəssisələrinin (ali təhsil müəssisələri istisna olmaqla) nizamnamələrinin təsdiq edilməsi, bələdiyyə və özəl təhsil müəssisələrinin nizamnamələrinə rəyin verilməsi üzrə), 29.0.17-ci, 29.0.18-ci, 29.0.21-ci (xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınmasının və ekvivalentliyinin müəyyən edilməsinin (nostrifikasiyasının) həyata keçirilməsi üzrə), 29.0.26-cı, 29.0.27-ci, 29.0.28-ci (təhsil müəssisələrinin akkreditasiyasının həyata keçirilməsi üzrə), 29.0.29-cu (ümumi təhsil pilləsində təhsilalanların yekun attestasiyası istisna olmaqla, təhsilalanların attestasiyasının aparılması qaydasının müəyyən edilməsi üzrə), 29.0.30-cu, 29.0.32-ci, 29.0.33-cü, 29.0.36-cı (yerli icra hakimiyyəti orqanlarının tabeliyindəki məktəbəqədər təhsil müəssisələri istisna olmaqla, digər dövlət təhsil müəssisələrinin texniki vasitələrlə təminatının həyata keçirilməsi üzrə), 29.0.37-ci, 29.0.38-ci, 29.0.39-cu, 29.0.42-ci (ümumi təhsili həyata keçirən təhsil müəssisələrində ümumtəhsil fənləri üzrə təhsilalanların biliyinin yekun attestasiyası istisna olmaqla) və 29.0.43-cü (sertifikatlaşdırmanın həyata keçirilməsi üzrə) maddələrində nəzərdə tutulmuş vəzifələri Azərbaycan Respublikasının Təhsil Nazirliyi həyata keçirir;”;

3.4. 2.4-cü bənddə (hər iki halda) ismin müvafiq hallarında “yekun qiymətləndirilməsi (attestasiyası)” sözləri “yekun attestasiyası” sözləri ilə əvəz edilsin;

3.5. aşağıdakı məzmunda 2.4-1-ci, 2.5-1-ci və 2.7-1-ci bəndlər əlavə edilsin:

“2.4-1. həmin Qanunun 1.0.55-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi nəzərdə tutulur;”;

“2.5-1. həmin Qanunun 29.0.24-cü maddəsində nəzərdə tutulmuş vəzifəni Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi həyata keçirir;”;

“2.7-1. həmin Qanunun 20.2-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzərdə tutulur;”;

3.6. 2.8-ci bəndə hər iki halda “dövlət ali təhsil müəssisələri” sözlərindən sonra “, Azərbaycan Respublikası Prezidentinin başqa qayda müəyyən etdiyi hallar istisna olmaqla, dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin (dövlət adından yaradılan publik hüquqi şəxslər istisna olmaqla) təklifi əsasında onların tabeliyində yaradılan təhsil müəssisələri” sözləri əlavə edilsin, həmin bənddən birinci halda “və vəzifədən azad edilməsi” sözləri çıxarılsın, “müvafiq icra hakimiyyəti orqanının” sözləri “orqanın (qurumun)” sözləri ilə, “nizamnamələri Azərbaycan Respublikasının Prezidenti və Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilən dövlət təhsil müəssisələri istisna olmaqla,” sözləri “xüsusi təyinatlı təhsil müəssisələri və Azərbaycan Respublikası Prezidentinin başqa qayda müəyyən etdiyi hallar istisna olmaqla, ali təhsil müəssisələrindən başqa” sözləri ilə, “və yerli icra hakimiyyəti orqanları” sözləri “, yerli icra hakimiyyəti orqanları və dövlət adından yaradılan publik hüquqi şəxslər” sözləri ilə əvəz edilsin;

3.7. aşağıdakı məzmunda 2.8-1-ci bənd əlavə edilsin:

“2.8-1. həmin Qanunun 30.2-ci maddəsinin birinci cümləsində (dövlət ali təhsil müəssisələri, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının tabeliyində yaradılan təhsil müəssisələri istisna olmaqla, digər dövlət təhsil müəssisələri rəhbərlərinin vəzifəyə təyin edilməsi üzrə) nəzərdə tutulmuş orqanın (qurumun) səlahiyyətlərini, habelə 29.0.7-ci (özünüidarəetmə prinsipi əsasında fəaliyyət göstərən dövlət təhsil müəssisələri istisna olmaqla, digər dövlət təhsil müəssisələrinin maliyyələşdirilməsinin həyata keçirilməsi üzrə), 29.0.13-cü (dövlət ali təhsil müəssisələri, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının tabeliyində yaradılan təhsil müəssisələri istisna olmaqla, digər dövlət təhsil müəssisələri rəhbərlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi üzrə), 29.0.35-ci (xüsusi istedadı ilə fərqlənən təhsilalanlar üçün məqsədli təqaüdlərin təsis edilməsi üzrə) maddələrində nəzərdə tutulmuş vəzifələri, Azərbaycan Respublikası Prezidentinin başqa qayda müəyyən etdiyi hallar istisna olmaqla, tabeliyindəki dövlət təhsil müəssisələrinə münasibətdə dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər (dövlət adından yaradılan publik hüquqi şəxslər istisna olmaqla) həyata keçirirlər;”;

3.8. 2.9-cu bənddən ikinci halda “və vəzifədən azad edilməsi” sözləri çıxarılsın, həmin bəndə “və 30.2-ci maddəsinin” sözlərindən əvvəl “nəzərdə tutulmuş orqanın (qurumun)” sözləri əlavə edilsin;

3.9. 2.10-cu bənddə “müvafiq icra hakimiyyəti orqanının” sözləri “orqanın (qurumun)” sözləri ilə əvəz olunsun və həmin bəndə “Peşə Təhsili üzrə Dövlət Agentliyi” sözlərindən sonra “qismində Azərbaycan Respublikasının Təhsil Nazirliyi” sözləri əlavə edilsin;

3.10. 2.12.1-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:

“2.12.1. nizamnamə fondunun təsdiq edilməsi və dəyişdirilməsi, habelə Azərbaycan Respublikası Prezidentinin başqa qayda müəyyən etdiyi hallar istisna olmaqla, nizamnamənin təsdiq edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətləri, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla, Azərbaycan Respublikasının Nazirlər Kabineti;”;

3.11. 2.12.2-ci yarımbəndə “icra hakimiyyəti orqanları” sözlərindən sonra “və dövlət adından yaradılan publik hüquqi şəxslər” sözləri əlavə edilsin.

4. Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 8 iyul tarixli 939 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 7, maddə 804; 2016, № 11, maddə 1803; 2017, № 5, maddələr 787, 802, № 7, maddə 1363; 2018, № 4, maddə 698; 2019, № 3, maddə 401; 2020, № 2, maddə 106; Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 iyun tarixli 1056 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasının Nizamnaməsi”nin 8.13.7-ci yarımbəndindən “Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada” sözləri çıxarılsın.

5. Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 26 dekabr tarixli 432 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 12, maddə 1585; 2016, № 7, maddə 1250, № 11, maddə 1803; 2017, № 5, maddələr 789, 802, № 7, maddə 1366; 2018, № 4, maddə 697; 2019, № 3, maddə 402, № 5, maddə 856, № 7, maddə 1230; 2020, № 2, maddə 103; Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 iyun tarixli 1056 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “Bakı Xoreoqrafiya Akademiyasının Nizamnaməsi”nin 8.12.7-ci yarımbəndindən “Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada” sözləri çıxarılsın.

6. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 21 dekabr tarixli 710 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 12, maddə 1464; 2016, № 11, maddə 1803; 2017, № 5, maddələr 791, 802, № 7, maddə 1369; 2018, № 4, maddə 699; 2019, № 3, maddə 402, № 5, maddə 856; 2020, № 2, maddə 103; Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 iyun tarixli 1056 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “Azərbaycan Turizm və Menecment Universitetinin Nizamnaməsi”nin 7.7.7-ci yarımbəndindən “Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada” sözləri çıxarılsın.

7. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 4 avqust tarixli 1007 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 8, maddə 1368; 2017, № 7, maddə 1372; 2020, № 2, maddə 107) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasının Nizamnaməsi”nin 9.11.5-ci yarımbəndindən “Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada” sözləri çıxarılsın.

8. “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının 2019-cu il 29 mart tarixli 1532-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 may tarixli 711 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 5, maddə 863; Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 iyun tarixli 1057 nömrəli Fərmanı ) aşağıdakı dəyişikliklər edilsin:

8.1. 2.2-ci bəndə “19.2-ci,” sözlərindən sonra “22.2.4-cü (təhsilalanların yekun attestasiyası ilə bağlı biliyin yenidən qiymətləndirilməsi üzrə),” sözləri əlavə edilsin;

8.2. 2.4-cü bəndə “22.2.4-cü” sözlərindən sonra “(təhsilalanların yekun attestasiyası ilə bağlı biliyin yenidən qiymətləndirilməsi istisna olmaqla)” sözləri əlavə edilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 7 iyul 2020-ci il.


Sayt test rejimində çalışır