Sual: Elektron sistem hansı zərurətdən tətbiq edilir?
Cavab: Məktəbəhazırlıq qruplarına elektron sənəd qəbulunun tətbiqi “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 may 2011-ci il tarixli Fərmanının tələblərinin həyata keçirilməsini təmin etmək üçün təhsil sahəsində əhaliyə göstərilən elektron xidmətlərin dairəsinin genişləndirilməsi məqsədilə tətbiq olunur.
Həmçinin dövlət ümumi təhsil müəssisələrində məktəbəhazırlıq qruplarına uşaqların qəbulu üzrə müraciətlərin elektron qeydiyyat sisteminin tətbiqi valideynlərin rahatlığının təmin olunması və ümumilikdə uşaqların məktəbə qeydiyyatı prosesinin sadələşdirilməsinə xidmət edir.
Sual: Elektron sistem hansı zərurətdən tətbiq edilir?
Cavab: Məktəbəhazırlıq qruplarına elektron sənəd qəbulunun tətbiqi “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 may 2011-ci il tarixli Fərmanının tələblərinin həyata keçirilməsini təmin etmək üçün təhsil sahəsində əhaliyə göstərilən elektron xidmətlərin dairəsinin genişləndirilməsi məqsədilə tətbiq olunur.
Həmçinin dövlət ümumi təhsil müəssisələrində məktəbəhazırlıq qruplarına uşaqların qəbulu üzrə müraciətlərin elektron qeydiyyat sisteminin tətbiqi valideynlərin rahatlığının təmin olunması və ümumilikdə uşaqların məktəbə qeydiyyatı prosesinin sadələşdirilməsinə xidmət edir.
Dövlət Proqramı çərçivəsində xaricdə doktorantura təhsil ilə bağlı mütəmadi verilən suallar
2019-2020-ci dərs ili üçün məktəbəhazırlıqla bağlı ən çox verilən suallar və onların cavabları
Sual: Elektron sistem vasitəsilə məktəbəhazırlıq qruplarına sənəd qəbulu hansı rayon və şəhərləri əhatə edir?
Cavab: Ərizələrin onlayn qeydiyyatı respublika üzrə dövlət ümumi təhsil, o cümlədən məcburi köçkün məktəbləri və ümumtəhsil proqramı ilə təhsilin təşkil edildiyi internat məktəblərini əhatə edir.
Sual: Məktəbəhazırlıq qruplarına uşaqların elektron sənəd qəbulu necə həyata keçirilir?
Cavab: Məktəbəhazırlıq qruplarına şagird qəbulu https://mektebeqebul.edu.az/az/ elektron sistemi vasitəsilə həyata keçirilir.
Sual: Məktəbəhazırlıq qruplarına hansı uşaqlar qəbul edilir?
Cavab: Məktəblərdə təşkil olunmuş məktəbəhazırlıq qruplarına məktəbin yerləşdiyi ərazidə yaşayan və həmin ildə 5 yaşı tamam olan (2014-cü il təvəllüdlü) uşaqlar qəbul edilir. Yaşayış ərazisindəki məktəbdə məktəbəhazırlıq qrupu təşkil olunmadığı halda, uşaqlar digər məktəbdə yaradılan məktəbəhazırlıq qrupuna qəbul edilə bilər.
Sual: Məktəbəhazırlıq qruplarına uşaqların elektron sənəd qəbulu hansı müddətlərdə həyata keçirilir?
Cavab: Ərizələrin onlayn qeydiyyatı avqustun 26-dan başlayaraq sentyabrın 25-dək davam edəcək. Elektron ərizəsi qeydiyyata alınan şəxslər sentyabrın 2-dən 27-dək sənədlərini qəbul olunduqları məktəbə təqdim etməlidirlər.
Sual: Məktəbəhazırlıq qruplarına getməyən uşaqlar üçün hər hansı bir məhdudiyyət varmı?
Cavab: Xeyr, məktəbəhazırlıq qruplarında təhsil icbari xarakter daşımır.
Sual: Məktəbəhazırlıq qruplarına uşaqların elektron sənəd qəbulu həyata keçirilən rayon və şəhərlərdə ərazi prinsipinin tətbiqi gözlənilirmi?
Cavab: Yalnız Bakı şəhərinin bir sıra ümumi təhsil məktəblərində məktəbəhazırlıq qruplarına qəbul ərazi prinsipi əsasında aparılır. Digər rayon və şəhərlərdə ərazi prinsipi tətbiq olunmur. Məcburi köçkün məktəblərindəki məktəbəhazırlıq qruplarına yalnız məcburi köçkün ailələrindən olan uşaqlar qəbul edilir.
Sual: Məktəbəhazırlıq qruplarına uşaqların qəbulu üçün hara və hansı sənədlərin təqdim edilməsi tələb olunur?
Cavab:
• Azərbaycan Respublikasının vətəndaşları üçün - valideynin şəxsiyyətini təsdiq edən sənədin, uşağın doğum haqqında şəhadətnaməsi və ya şəxsiyyət vəsiqəsinin əsli və surəti;
• Azərbaycan Respublikasının vətəndaşlığını sonradan almış və övladının doğum haqqında şəhadətnaməsi əvvəllər vətəndaşı olduğu ölkə tərəfindən verilmiş şəxslər üçün Azərbaycan Respublikasının 16 yaşına çatanadək vətəndaşa verilən şəxsiyyət vəsiqəsi və ya xarici ölkənin doğum haqqında şəhadətnaməsi;
• Xarici ölkə vətəndaşları üçün - valideynin xarici pasportu, Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqəsi (olduğu təqdirdə), uşağın doğum haqqında şəhadətnaməsinin əsli və surəti;
• Digər ölkələrin vətəndaşları olan, qaçqınlıq statusu almış şəxslər üçün Birləşmiş Millətlər Təşkilatının Qaçqınların İşləri üzrə Ali Komissarlığının Himayə Sənədi;
• Uşağın sağlamlığı haqqında tibbi arayış (forma 26U);
• 2 (iki) ədəd 3x4 ölçüdə rəngli fotoşəkil;
• Valideynin (qanuni nümayəndənin) https://mektebeqebul.edu.az/az/ saytında yaradılmış “Şəxsi kabinet”indən çap olunmuş “Ərizə”.
Sual: Elektron ərizənin qeydiyyatı kim tərəfindən aparıla bilər?
Cavab: Qeydiyyat valideyn (qanuni nümayəndə) tərəfindən onlayn (https://mektebeqebul.edu.az/az/ ) və ya şəhər və rayonlar üzrə məktəbəhazırlıq qruplarına elektron sistem vasitəsilə ərizələrin qeydiyyatı məsələlərində vətəndaşlara kömək göstərilməsi məqsədilə müəyyənləşdirilmiş Alternativ Qeydiyyat mərkəzlərində aparıla bilər.
Sual: Elektron sistemdən istifadə ödənişlidirmi?
Cavab: Elektron sənəd qəbulu sistemindən istifadə üçün ödəniş tələb olunmur.
Sual: Məktəbəhazırlıq qruplarında təhsil ödənişlidirmi?
Cavab:Məktəbəhazırlıq qruplarında təhsil dövlət hesabına həyata keçirilir. Bu qruplar dövlət vəsaiti hesabına müvafiq təlim və metodiki vəsaitlərlə təmin edilir.
Sual: Elektron sistemdə qeydiyyat zamanı istifadəçi hansı əlaqə vasitələrindən istifadə edə bilər?
Cavab: Mobil telefon və ya elektron poçt ünvanı.
Sual: Məktəblərin seçimi hansı qaydada aparılır?
Cavab: Valideyn (qanuni nümayəndə) elektron sistemdə seçdiyi məktəbə sorğu yerləşdirməlidir.
Sual: Məktəbəhazırlıq qruplarına qəbul üzrə müraciətlərin çox olduğu bəzi məktəblərdə şagird qəbulu hansı prioritetlər nəzərə alınmaqla aparılır?
Cavab: Bakı şəhərində yerləşən bir sıra məktəblərdə məktəbəhazırlıq qruplarına onlayn qeydiyyat zamanı aşağıda qeyd olunan uşaqların məktəbə qəbulu üzrə üstünlük hüquqları təmin olunur:
• Valideyni (qanuni nümayəndəsi) qeydiyyat ünvanı üzrə həmin məktəb üçün müəyyən edilmiş ərazidə yaşayanlar;
• Valideynləri (qanuni nümayəndələri) həmin məktəbdə işləyənlər;
• Bacısı və ya qardaşı həmin məktəbdə təhsil alanlar.
Sual: Digər dildə tədris aparılan bölmə üzrə məktəbəhazırlıq qruplarına sənəd qəbulu necə həyata keçirilir?
Cavab: 2019-2020-ci dərs ili üçün məktəbəhazırlıq qruplarına sənəd qəbulu zamanı valideyn digər dildə tədris aparılan bölməni seçdiyi zaman uşağın şifahi nitq bacarıqlarının qiymətləndirilməsinə ehtiyac yaranmır.
Sual: Məktəbəhazırlığa sənəd qəbulu zamanı müsahibə önəm daşımır. Bəs, bu proses 1-ci sinfə qəbul zamanı prioritet xarakter daşıyacaqmı?
Cavab: Bəli, uşağın məktəbəhazırlıq qruplarında təhsil almasından asılı olmayaraq 1-ci sinfə qəbul zamanı həmin uşaq üçün digər dildə tədris aparılan bölmə seçilərsə, uşağın şifahi nitq bacarıqlarının qiymətləndirilməsi üçün təşkil edilmiş müsahibədə iştirakı mütləqdir.
Sual: İşğal altında olan rayon məktəblərini necə seçmək olar?
Cavab: İşğal altında olan rayon məktəblərini seçən zaman yaşayış ünvanına uyğun rayon (şəhər) təhsil şöbəsini (idarəsini) seçib qeydiyyatdan keçmək lazımdır.
Sual: Məcburi köçkün ailəsindən olan vətəndaşa dair məlumatlar tapılmırsa, nə etmək lazımdır?
Cavab: Seçilmiş uşağın məlumatları "Vahid Aylıq Müavinətlə Bağlı Elektron İnformasiya Sistemi"ndə tapılmırsa, vətəndaş daimi qeydiyyatda olduğu rayon icra hakimiyyətinə, yaxud məcburi köçkün vəsiqəsi ilə birlikdə Alternativ Qeydiyyat mərkəzlərinə müraciət etməlidir.
Sual: Bakı şəhəri üzrə məktəbəhazırlıq qruplarına qəbul zamanı paytaxtda daimi qeydiyyatı olmayan, kirayədə yaşayan vətəndaşlar uşaqlarını elektron sistemdə qeydiyyatdan necə keçirə bilərlər?
Cavab: Bakıda ərazi prinsipi tətbiq olunan məktəblərdə, ilk növbədə, həmin təhsil müəssisələrinin mikroərazisində daimi qeydiyyatda olan vətəndaşlar övladlarını elektron sistem vasitəsilə qeydiyyatdan keçirə bilərlər. Həmin valideynlərə müvəqqəti və ya qeydiyyatsız yaşadıqları ərazidə yerləşən məktəbdə sıxlıq olduğu halda, digər məktəbləri seçmələri tövsiyə olunur. Onu da qeyd edək ki, kirayədə yaşayan valideynlər ərazi prinsipi tətbiq olunmayan bütün məktəblərdə övladlarını məktəbəhazırlığa elektron sistem vasitəsilə qeydiyyatdan keçirə bilərlər.
Sual: Elektron qeydiyyat zamanı bir neçə məktəb seçmək mümkündürmü?
Cavab: Xeyr. Valideynə yalnız bir məktəb seçərək sorğu yerləşdirmək imkanı yaradılır.
Sual: Valideyn məktəb seçdikdən sonra fikrini (seçimini) dəyişə bilərmi?
Cavab: Valideyn şəxsi kabinetə daxil olaraq yerləşdirilmiş sorğunu silib yenidən məktəb və müəllim seçə bilər.
Sual: Hansı halda valideyn elektron sorğusunu ləğv edib başqa məktəb seçimi edə bilməz?
Cavab: Valideyn məktəb tərəfindən sistemdə təsdiq vurulduqdan sonra sorğusunu ləğv edə bilməz. Yalnız məktəb tərəfindən sistemdə imtina düyməsi vurulduğu halda başqa məktəb seçimi edə bilər.
Sual: Yerləşdirilmə bitdikdən sonra valideyn hansı addımları atmalıdır?
Cavab: Qaydalara uyğun olaraq, məktəbəhazırlıq qruplarında məşğələlərin hər il oktyabrın 1-də başlaması nəzərdə tutulur. Valideynlər oktyabrın 1-dən övladını məktəbə gətirməlidir.
Sual: Qeydiyyatdan keçdikdən sonra uşaqların məktəblərdə müsahibəyə cəlb olunması və ya onların ümumi psixoloji durumunun müəyyənləşdirilməsi üçün müvafiq söhbətlər aparılacaqmı?
Cavab: Valideyn (qanuni nümayəndə) məktəbəhazırlıq qruplarına uşaqların qəbulu üçün uşağın mübadilə vərəqini (sağlamlığı haqqında tibbi arayışı (forma 26U)) məktəbə təqdim etdiyinə görə uşağın psixoloji durumunun müəyyənləşdirilməsinə ehtiyac yaranmır.
Sual: Uşaq hansı halda məktəbəhazırlıq qrupuna qəbul olunmaya bilər?
Cavab: İlk növbədə, məsul şəxs https://mektebeqebul.edu.az/az/ saytından elektron qeydiyyat zamanı valideynin (qanuni nümayəndənin) özü və uşaq haqqında daxil etdiyi məlumatları təqdim olunan sənədlərin əsli ilə üzləşdirərək yoxlayır və həmin sənədlərin surətini saxlayaraq, əslini dərhal valideynə (qanuni nümayəndəyə) qaytarır. Sənəd qəbulu üzrə məsul şəxs tərəfindən tələb olunan sənədlərin müvafiq tələblərə uyğun olmadığı aşkar edildikdə (elektron ərizə qeydiyyatı zamanı məlumatların bilərəkdən saxtalaşdırıldığı halda) və təhsil qanunvericiliyinin tələblərinin pozulduğu digər hallarda uşaq məktəbəhazırlıq qrupuna qəbul olunmaya bilər.
Sual: Məktəbəhazırlıq qruplarında tədris ilinin təşkili necə müəyyənləşdirilib və tətillər olacaqmı?
Cavab: Məktəbəhazırlıq qruplarında dərs ili iki yarımilə bölünəcək:
• I yarımil: 1 oktyabr-26 yanvar
• II yarımil: 1 fevral-31 may
• 5 gün payız tətili (16-20 noyabr)
• 5 gün qış tətili (27-31 yanvar)
• 5 gün əlavə tətil (1-5 may)
Sual: Məşğələlərin müddəti necə müəyyən olunur?
Cavab:
• Həftədə 4 gün olmaqla, 12 məşğələ;
• Bir gün ərzində 3 məşğələ;
• Bir məşğələnin müddəti 30 dəqiqə, məşğələlərarası fasilə 10 dəqiqə;
• Zehni gərginlik tələb edən məşğələlərdə, bir qayda olaraq, 3 idman dəqiqəsi keçirilir.
Sual: Məktəbəhazırlıq qruplarında hansı dərs məşğələləri tədris olunacaq?
Cavab: Məktəbəhazırlıq qruplarında “Ətraf aləmlə tanışlıq”, “Savad təliminə hazırlıq və nitq inkişafı”, “Bədii təfəkkürün inkişafı”, “Məntiqi və riyazi təfəkkürün inkişafı”, “Təsviri fəaliyyət”, “Musiqi” və “Fiziki mədəniyyət” dərs məşğələləri tədris ediləcək.
Sual: Məktəbəhazırlıq qruplarında uşaqların say həddi necə müəyyənləşdirilir?
Cavab:
• Qəsəbə və kəndlərdə yerləşən ümumtəhsil məktəbləri üçün - ən azı 10 uşaq;
• Şəhərlərdə yerləşən ümumtəhsil məktəbləri üçün - ən azı 15 uşaq;
• Dövlət ümumi təhsil məktəblərində yaradılan məktəbəhazırlıq qrupunda uşaqların sayının 30 nəfərdən artıq olmasına yol verilmir.
Sual: Məktəbəhazırlıq qruplarında məktəbli forması tətbiq edilirmi?
Cavab: Məktəbəhazırlıq qruplarına cəlb olunan uşaqlar üçün məktəbli forması tətbiq edilmir.
Sual: Məktəbəhazırlıq qrupları bütün şəhər və rayonlarda fəaliyyət göstərəcək?
Cavab: Məktəbəhazırlıq qrupları ölkənin bütün şəhər və rayonlarında fəaliyyət göstərəcək.
Sual: Məktəbəhazırlıq qruplarına qəbulla əlaqədar sual yarandıqda hara müraciət etmək olar?
Cavab:
• Elektron ərizənin qeydiyyatı ilə əlaqədar şəhər və rayon ərazisində fəaliyyət göstərən Alternativ Qeydiyyat mərkəzlərinə;
• Bütün digər hallarla bağlı şəhər və rayon ərazisində fəaliyyət göstərən Apelyasiya Komissiyasına;
• Həmçinin, Rayon (Şəhər) Təhsil İdarələrinin (Şöbələrinin) telefon nömrələrinə və Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinin146-1 nömrəli telefonuna (“Qaynar xətt” xidməti) zəng etməklə suallara aydınlıq gətirmək mümkündür.
Şagirdlərin elektron yerdəyişməsi ilə bağlı ən çox verilən suallar və onların cavabları
Sual: Şagird yerdəyişməsi prosesinin elektronlaşdırılmasında məqsəd nədir?
Cavab: Elektron xidmətin yaradılmasında məqsəd ümumi təhsil müəssisələrində şagird kontingentinin sabit saxlanılmasına, şagirdlər haqqında statistik hesabatların dəqiq və optimal göstəricilər əsasında formalaşdırılmasına nail olmaq, icbari təhsilin yerinə yetirilməsinə rəhbərlik və nəzarəti gücləndirmək, həmçinin vətəndaş məmnuniyyətini təmin etməkdir.
Sual: Şagirdlərin elektron yerdəyişmə prosesi hansı mərhələlərdən ibarətdir?
Cavab: Övladını digər məktəbə dəyişmək istəyən valideyn (digər qanuni nümayəndə), ilk növbədə, elektron sistemdə şəxsi kabinet yaradaraq övladını qeydiyyatdan keçirir. Valideyn (digər qanuni nümayəndə) övladını dəyişmək istədiyi məktəbdə tədris dili, xarici dil, təmayül istiqaməti uyğun gəldikdə müvafiq qruplar və siniflər üzrə boş yerə elektron sorğu yerləşdirir. Bundan sonra elektron sistemdə şagirdin yerdəyişməsi barədə əvvəl oxuduğu məktəbə avtomatik bildiriş göndərilir. Müvafiq sorğu və bildiriş göndərildikdən sonra 5 iş günündən gec olmayaraq valideyn (digər qanuni nümayəndə) şagirdin əvvəl oxuduğu məktəbdən şəxsi işini götürərək dəyişmək istədiyi məktəbə təqdim edir.
Sual: Elektron yerdəyişmə üçün hansı sənədlər tələb olunur?
Cavab: Azərbaycan Respublikasının vətəndaşları üçün sistemdə qeydiyyat şəxsiyyət vəsiqəsinin FİN kodu, xarici ölkənin vətəndaşları üçün isə miqrasiya sənədinin seriya nömrəsi əsasında aparılır. Qeydiyyat mobil telefona göndərilən SMS vasitəsilə təsdiq olunur. Uşaqla bağlı məlumatların sistemə əlavə edilməsi üçün şəxsiyyət vəsiqəsinin FİN kodu və ya UTİS (Ümumi Təhsil İnformasiya Sistemində şagirdə məxsus unikal kod) kodu tələb olunur.
Sual: Valideyn şəxsi işi hansı müddətə təqdim etməlidir?
Cavab: Müvafiq sorğu və bildiriş göndərildikdən sonra 5 iş günündən gec olmayaraq valideyn (digər qanuni nümayəndə) şagirdin əvvəl oxuduğu məktəbdən şəxsi işini götürərək dəyişmək istədiyi məktəbə təqdim edir. Yerdəyişmə dərs ilinin hər hansı yarımili ərzində baş verərsə, valideynə şagirdin fənlər üzrə summativ qiymətləndirmə nəticələrinin əks olunduğu arayış da təqdim edilir. Müəyyən edilmiş müddət keçdiyi halda müraciət ləğv olunur və bu barədə valideynin (digər qanuni nümayəndənin) şəxsi kabinetinə məlumat göndərilir.
Sual: Qeydiyyat prosesi necə həyata keçirilir?
Cavab: Övladını digər məktəbə dəyişmək istəyən valideyn (digər qanuni nümayəndə), ilk növbədə, www.sy.edu.az portalına daxil olaraq elektron sistemdə şəxsi kabinet yaratmalı və övladını qeydiyyatdan keçirməlidir. Vətəndaş şəxsiyyət vəsiqəsinin FİN kodunu (xarici ölkənin vətəndaşları miqrasiya sənədinin seriya nömrəsini) daxil etdikdən sonra əldə olunmuş məlumatları təsdiq edir, daha sonra istifadə etdiyi mobil nömrəni qeyd edir. Mobil nömrəyə daxil olan SMS-də göstərilmiş təsdiq kodunu müvafiq açılan pəncərəyə daxil edir və qeydiyyat tamamlanır. Valideyn FİN və ya UTİS kodu ilə övladının qeydiyyatını tamamlayır.
Sual: Yerdəyişmə sorğusuna hansı halda imtina verilə bilər?
Cavab: Sistem tərəfindən ilkin yoxlamalarda tədris dili uyğunsuzluğu olduğu halda valideyn tərəfindən həmin siniflərə seçim mümkün olmur. Xarici dil, təmayül istiqaməti uyğun gəlmədikdə imtina verilə bilər. İstisna hallar olduqda sorğu şəhər (rayon) təhsil şöbələri tərəfindən təsdiq edilə bilər.
Sual: Sistem nə vaxtadək aktiv olacaq?
Cavab: Şagirdlərin elektron yerdəyişməsi sistemi komplektasiya (siniflərin komplektləşdirilməsi) dövrləri istisna olmaqla ilboyu fəaliyyət göstərəcək.
Sual: X-XI siniflərdə yerdəyişmə necə icra olunacaq?
Cavab: X-XI sinif şagirdlərinin bir məktəbdən digərinə yerdəyişməsinə I-IX sinif şagirdlərinin bir məktəbdən digərinə yerdəyişməsi zamanı olan prosedur əsasında ailəsi ilə birlikdə yaşayış yerini (rayonu, şəhəri) dəyişdiyi halda (yerdəyişmənin məqsədəuyğunluğu müvafiq sənədlər əsasında elektron sistemdə və ya R(Ş)TŞ(İ) tərəfindən təsdiq edildikdə) yol verilir.
Sual: Xaricdən gələn şagirdlərin məktəbə qəbulu necə aparılacaq?
Cavab: Şagirdlərin ölkədən xaricə və ya xarici ölkələrdən Azərbaycan Respublikasının məktəblərinə yerdəyişməsi valideynlərin (digər qanuni nümayəndələrin) ərizələrinin qeydiyyatı aparılmaqla sistem vasitəsilə həyata keçirilir. Valideyn ilk əvvəl yerdəyişmə etmək istədiyi məktəbə yaxınlaşaraq övladının “Ümumi təhsil informasiya” alt sisteminə daxil edilməsi üçün müraciət etməlidir. Məktəb həmin uşağı bazaya daxil etdikdən sonra valideynə övladının UTİS kodunu təqdim edir. Daha sonra valideyn adi qaydada şagirdlərin elektron yerdəyişməsi sistemində qeydiyyatdan keçərək sorğu yerləşdirir.
Sual: Xarici ölkəyə gedən şagirdlərin yerdəyişməsi necə aparılacaq?
Cavab: Xarici ölkəyə gedən şagirdin şəxsi işi valideynin (digər qanuni nümayəndənin) sistemdən çap olunmuş ərizəsi əsasında verilir.
Sual: Lisey siniflərinə yerdəyişmə hansı formada olacaq?
Cavab: Liseylərin və məktəb-liseylərin lisey siniflərinə yerdəyişmə sistemdə həmin siniflər üzrə qeyd olunan tarixdən etibarən həyata keçiriləcək.
Qeyd edək ki, 2019-2020-ci ilin tədris ilində liseylərin və məktəb-liseylərin lisey siniflərinə qəbul imtahanlarında artıq iştirak etmiş və qəbul olmuş şagirdlərin yerdəyişməsi valideynin iştirakı olmadan müvafiq təhsili idarəetmə orqanı tərəfindən tənzimlənəcək.
Sual: Məcburi köçkün məktəbləri üzrə yerdəyişmə nə zaman icra olunacaq?
Cavab: Məcburi köçkün məktəblərinə yerdəyişmə avqust ayının 26-dan etibarən mümkün olacaq.
Sual: İşğal olunmuş ərazilərin yerli təhsili idarəetmə orqanlarının tabeliyində olan məktəblərə yerdəyişmə necə həyata keçirilir?
Cavab: Valideyn (digər qanuni nümayəndə) övladının işğal olunmuş ərazilərin yerli təhsili idarəetmə orqanlarının tabeliyində olan məktəbə (bundan sonra – məcburi köçkün məktəbi) yerdəyişməsi üçün sorğu yerləşdirərkən onun məcburi köçkün olması elektron sistem vasitəsilə yoxlanır. Valideynin məcburi köçkün olmasını təsdiq edən sənəd elektron sistemdə müəyyən edilməzsə, bu barədə müvafiq sənəd skan olunmuş şəkildə sistemə yerləşdirilir.
Sual: Məcburi köçkün ailəsindən olmayan uşaqların məcburi köçkün məktəblərinə yerdəyişməsinə yol verilirmi ?
Cavab: Məcburi köçkün ailəsindən olmayan uşaqların məcburi köçkün məktəblərinə yerdəyişməsinə yol verilmir. Vaxtilə məcburi köçkün məktəblərinə qəbul edilmiş məcburi köçkün ailəsindən olmayan şagirdlər bu və ya digər səbəblərdən məktəbi dəyişmək istədikdə onlar təhsillərini yalnız yerli məktəbdə davam etdirə bilərlər. Məcburi köçkün ailəsindən olmayan uşaqların məcburi köçkün məktəblərinə yerdəyişməsinə yalnız həmin köçkün məktəbindən ən azı 2 kilometr məsafədə yerli məktəb fəaliyyət göstərmədiyi halda razılıq verilir.
Sual: Alternativ qeydiyyat mərkəzləri harada fəaliyyət göstərir?
Cavab: Şagirdlərin elektron yerdəyişməsi ilə bağlı vətəndaşlara kömək məqsədilə qeyd olunmuş ünvanlarda alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərir:
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumtəhsil məktəblərinin şagirdlərinin yerdəyişməsi məsələlərində vətəndaşlara kömək göstərilməsi məqsədilə aşağıdakı məktəblərdə alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərir:
Səbail rayonu üzrə 7, 163, 236 nömrəli;
Nizami rayonu üzrə 12, 272, 145, 214 nömrəli;
Nəsimi rayonu üzrə 19, 44, 247 nömrəli;
Yasamal rayonu üzrə 18, 21, 60 nömrəli;
Nərimanov rayonu üzrə 57, 82, 177 nömrəli;
Xətai rayonu üzrə 17, 24, 116, 165, 191 nömrəli;
Sabunçu rayonu üzrə 69, 74, 75, 78, 128, 130, 170 nömrəli;
Suraxanı rayonu üzrə 84, 76, 279, 285, 315 nömrəli;
Qaradağ rayonu üzrə 110, 180, 195, 228, 274, 288 nömrəli;
Xəzər rayonu üzrə 117, 120, 156, 181, 234 nömrəli;
Pirallahı rayonu üzrə 235 nömrəli;
Binəqədi rayonu üzrə 83, 102, 182, 297, 313 nömrəli tam orta məktəblər.
Abşeron rayonu üzrə
Xırdalan şəhər 4 nömrəli tam orta məktəb;
Saray qəsəbə 3 nömrəli tam orta məktəb;
Mehdiabad qəsəbə 5 nömrəli tam orta məktəb;
Masazır kənd 3 nömrəli tam orta məktəb;
Xırdalan şəhər 6 nömrəli tam orta məktəb;
Qobu qəsəbə 1 nömrəli tam orta məktəb.
Ağcabədi rayonu üzrə
Ağcabədi Rayon Təhsil Şöbəsi;
Ağcabədi şəhər M.Aranlı adına 11 nömrəli tam orta məktəb;
Hindarx qəsəbə E.İsmayılov adına 1 nömrəli tam orta məktəb;
Kürdlər kənd A.Sultanov adına tam orta məktəb;
Muğanlı kənd S.Quliyev adına tam orta məktəb;
Rəncbəllər kənd M.Həsənov adına tam orta məktəb.
Ağdaş rayonu üzrə
Ağdaş Rayon Təhsil Şöbəsi;
M.İsayev adına şəhər tam orta məktəb;
3 nömrəli şəhər tam orta məktəb;
Ləki qəsəbə tam orta məktəb;
Dəhnəxəlil kənd tam orta məktəb;
Qəsil kənd tam orta məktəb;
Cüvə kənd tam orta məktəb;
Abad kənd tam orta məktəb.
Ağstafa rayonu üzrə
Ağstafa Rayon Təhsil Şöbəsi;
Ağstafa rayon A.Namazov adına Saloğlu qəsəbə tam orta məktəb;
Ağstafa rayon N. Həmzəyev adına Göycəli kənd tam orta məktəb;
Ağstafa rayon X.Mirzəyev adına Qıraq Kəsəmən kənd tam orta məktəb;
Ağstafa rayon A.Nəsibov adına Düzqışlaq kənd tam orta məktəb;
Ağstafa rayon Köçəsgər kənd H.Əlizadə adına 1 №-li tam orta məktəb.
Ağsu rayonu üzrə
Ağsu şəhər 2 nömrəli tam orta məktəb;
Dilman kənd tam orta məktəb;
Qəşəd kənd tam orta məktəb;
Cəlayir kənd tam orta məktəb;
Çiyni kənd tam orta məktəb;
Ərəbmehdibəy kənd tam orta məktəb;
Ağarx kənd tam orta məktəb.
Balakən rayonu üzrə
Nizami adına şəhər 1 nömrəli tam orta məktəb;
Nəsimi adına şəhər 1 nömrəli tam orta məktəb;
Tülü 1 nömrəli kənd tam orta məktəb;
Qazma 2 nömrəli kənd tam orta məktəb;
Qabaqçöl qəsəbə tam orta məktəb;
Katex 1 nömrəli kənd tam orta məktəb;
Qaravəli kənd tam orta məktəb.
Beyləqan rayonu üzrə
Beyləqan Rayon Təhsil Şöbəsi
Cəlilabad rayonu üzrə
Cəlilabad şəhər 1 nömrəli məktəb-liseyi;
Cəlilabad rayonu Heydər Əliyev adına Alar kənd 1 nömrəli tam orta məktəb;
Cəlilabad şəhəri 4 nömrəli tam orta məktəb;
Cəlilabad rayonu Uzuntəpə kənd 1 nömrəli tam orta məktəb;
Cəlilabad rayonu Ocaqlı kənd 1 nömrəli tam orta məktəb;
Cəlilabad rayonu Göytəpə şəhər 1 nömrəli tam orta məktəb;
Cəlilabad şəhəri 8 nömrəli mətkəb-liseyi;
Cəlilabad şəhəri 2 nömrəli tam orta məktəb.
Daşkəsən rayonu üzrə
Daşkəsən şəhər İ.Nəsimi adına 1 nömrəli tam orta məktəb;
Daşkəsən şəhər A.Mürsəlov adına 2 nömrəli tam orta məktəb;
Daşkəsən şəhər N.Nərimanov adına 3 nömrəli tam orta məktəb;
Daşkəsən şəhər S.Vurğun adına 4 nömrəli tam orta məktəb;
Yuxarı Daşkəsən qəsəbə Z.Bağırov adına tam orta məktəb;
Bayan kənd M.Mustafayev adına tam orta məktəb.
Gəncə şəhəri üzrə
Gəncə Şəhər Təhsil İdarəsi üzrə alternativ mərkəz;
M. Hadi adına 10 nömrəli tam orta məktəb;
M.Ş. Vazeh adına 16 nömrəli tam orta məktəb;
N. Nərimanov adına 25 nömrəli tam orta məktəb;
26 nömrəli tam orta məktəb.
Goranboy rayonu üzrə
Goranboy şəhər Q.Məmmədov adına 2 nömrəli tam orta məktəb;
Səmədabad kənd tam orta məktəb;
Qızılhacılı kənd M.Dosiyev adına 2 nömrəli tam orta məktəb;
Qaraçinar kənd tam orta məktəb;
Şadılı kənd R.Cabbarov adına tam orta məktəb;
Borsunlu kənd T.Əliqulu adına 1 nömrəli tam orta məktəb;
Dəliməmmədli şəhər M.Zeynalov adına tam orta məktəb;
Faxralı kənd T.Sadıqov adına tam orta məktəb;
Yeniyol kənd C.Hümbətov adına tam orta məktəb;
Tapqaraqoyunlu kənd N.Aslanov adına tam orta məktəb.
Göygöl rayonu üzrə
Göygöl şəhər 5 nömrəli tam orta məktəb;
Göygöl şəhər 3 saylı tam orta məktəb;
Göygöl rayon Balçılı kənd 1 nömrəli tam orta məktəb;
Göygöl rayon Yeni Qızılca kənd tam orta məktəb;
Göygöl rayon Xəqani kənd tam orta məktəb;
Göygöl rayon Hacıməlik qəsəbə 1 nömrəli tam orta məktəb;
Göygöl rayon Aşıqlı kənd tam orta məktəb;
Göygöl rayon Topalhəsənli kənd tam orta məktəb.
Hacıqabul rayonu üzrə
Hacıqabul şəhər 4 nömrəli tam orta məktəb;
Hacıqabul şəhər 10 nömrəli tam orta məktəb;
Hacıqabul rayon Navahı qəsəbə 2 nömrəli tam orta məktəb;
Hacıqabul rayon Qarasu kənd tam orta məktəb;
Hacıqabul rayon Tava kənd tam orta məktəb;
Hacıqabul Rayon Təhsil Şöbəsi.
İmişli rayonu üzrə
İmişli Rayon Təhsil Şöbəsi;
Otuziki kənd tam orta məktəb;
Qaralar kənd N.Abişov adına tam orta məktəb;
Şahverdili kənd tam orta məktəb;
Məzrəli kənd R.Əliyev adına tam orta məktəb;
Cəfərli kənd T.İsmayılov adına 1 nömrəli tam orta məktəb;
İmişli şəhər N.Şirinov adına 5 nömrəli məktəb-lisey.
İsmayıllı rayonu üzrə
İsmayıllı Rayon Təhsil Şöbəsi;
İsmayıllı rayonu Lahıc qəsəbə tam orta məktəb;
İsmayıllı rayonu Qəşəm Məmmədov adına Aşıqbayram kənd tam orta məktəb;
İsmayıllı rayonu Rəmzi Novruzov adına Basqal qəsəbə tam orta məktəb.
Kürdəmir rayonu üzrə
Kürdəmir şəhər 2 nömrəli tam orta məktəb-lisey ;
Kürdəmir şəhər 6 nömrəli tam orta məktəb;
Atakişili kənd tam orta məktəb;
Mollakənd kənd tam orta məktəb;
Karrar kənd tam orta məktəb;
Sığırlı kənd tam orta məktəb;
Muradxan kənd tam orta məktəb.
Lənkəran rayonu üzrə
Lənkəran şəhər 2 nömrəli tam orta məktəb;
Lənkəran şəhər 3 nömrəli tam orta məktəb;
Liman şəhər 1 nömrəli tam orta məktəb;
Şürük kənd tam orta məktəb;
Şağlaser kənd ümumi orta məktəb;
Boladi kənd 1 nömrəli tam orta məktəb;
Gəgiran kənd tam orta məktəb;
Daşdatük kənd ümumi orta məktəb;
Osakücə kənd tam orta məktəb;
Şağlaküçə kənd tam orta məktəb.
Lerik rayonu üzrə
Veri kənd tam orta məktəb;
Tikəband kənd tam orta məktəb;
Çayrud kənd tam orta məktəb;
Hamarmeşə kənd tam orta məktəb;
Siyov kənd tam orta məktəb;
Piran kənd tam orta məktəb;
Züvüç kənd tam orta məktəb;
Livədirqə kənd ümumi orta məktəb;
Nuravud kənd tam orta məktəb;
Cəngəmiran kənd tam orta məktəb;
Pirasora kənd tam orta məktəb;
Soru kənd tam orta məktəb;
Lerik şəhər 3 nömrəli tam orta məktəb;
Vizəzəmin kənd tam orta məktəb;
Şingədulan kənd tam orta məktəb;
Monidigah kənd tam orta məktəb;
Qosmalian kənd tam orta məktəb;
Mastail kənd tam orta məktəb;
Lərmərud kənd tam orta məktəb;
Gürdəsər kənd tam orta məktəb.
Masallı şəhəri üzrə
Masallı şəhər 1 nömrəli tam orta məktəb;
Masallı şəhər 3 nömrəli tam orta məktəb;
Masallı şəhər 4 nömrəli tam orta məktəb;
Masallı şəhər 5 nömrəli tam orta məktəb;
Masallı şəhər 7 nömrəli tam orta məktəb;
“Dəfinə” məktəb-lisey;
Boradigah qəsəbə 1 nömrəli tam orta məktəb;
Ərkivan qəsəbə 1 nömrəli tam orta məktəb;
Ərkivan qəsəbə 2 nömrəli tam orta məktəb;
Ərkivan qəsəbə 4 nömrəli tam orta məktəb;
Banbaşı kənd tam orta məktəb;
Təzə Alvadı kənd 1 nömrəli tam orta məktəb;
Həsənli kənd tam orta məktəb;
Təklə kənd tam orta məktəb;
Bədəlan kənd tam orta məktəb;
Qızılavar kənd tam orta məktəb;
Qəriblər kənd tam orta məktəb;
Qodman kənd tam orta məktəb;
Böyük Kolatan kənd tam orta məktəb;
Viləş kənd tam orta məktəb;
Xıl kənd tam orta məktəb;
Yeddioymaq kənd 2 nömrəli tam orta məktəb.
Naftalan rayonu üzrə
İ.Nəsimi adına 1 nömrəli tam orta məktəb
Neftçala şəhəri üzrə
Neftçala şəhər 3 nömrəli tam orta məktəb;
Astanlı kənd tam orta məktəb;
Qaçaqkənd kənd tam orta məktəb;
Mirqurbanlı kənd tam orta məktəb.
Oğuz rayonu üzrə
Qumlaq kənd tam orta məktəb;
Böyük Söyüdlü kənd tam məktəb;
Kərimli kənd tam orta məktəb;
Yaqublu kənd tam orta məktəb;
Oğuz şəhər 1 nömrəli tam orta məktəb;
Oğuz şəhər 3 nömrəli məktəb-lisey;
Xaçmaz kənd 1 nömrəli tam orta məktəb.
Qax rayonu üzrə
Qax şəhər 2 nömrəli məktəb-lisey;
Qax şəhər 4 nömrəli tam orta məktəb;
Qum kənd tam orta məktəb;
Ləkit kənd tam orta məktəb;
Güllük kənd tam orta məktəb;
Tasmalı kənd tam orta məktəb;
Almalı kənd tam orta məktəb;
Cəlayir kənd tam orta məktəb;
Qıpçaq kənd tam orta məktəb;
Baydarlı kənd tam orta məktəb;
Qaşqaçay kənd tam orta məktəb;
Turaclı kənd tam orta məktəb;
Qaxingiloy kənd tam orta məktəb.
Qəbələ rayonu üzrə
Qəbələ Rayon Təhsil Şöbəsi
Qobustan rayonu üzrə
Qobustan şəhər 2 nömrəli tam orta məktəb;
Qobustan rayon Ş.Şikarov adına Sündü kənd tam orta məktəb;
Qobustan rayon A.Quliyev adına Cəyirli kənd tam orta məktəb;
Qobustan rayon Q.Ələkbərov adına Çuxanlı kənd tam orta məktəb.
Quba rayonu üzrə
Quba Rayon Təhsil Şöbəsi;
Quba şəhər 1 nömrəli tam orta məktəb;
Quba şəhər A.Məmmədov adına 2 nömrəli tam orta məktəb;
Quba şəhər 3 nömrəli tam orta məktəb;
Təngəaltı kənd tam orta məktəb;
II Nüqədi kənd O.Məmmədov adına 1 nömrəli tam orta məktəb;
Qəçrəş kənd tam orta məktəb;
Zərdabi kənd B.Şixəmirov adına tam orta məktəb;
Alpan kənd E.Bayrov adına tam orta məktəb;
Vəlvələ kənd tam orta məktəb;
Hacı Hüseynli kənd tam orta məktəb;
Vladimirovka kənd İ.Hümmətov adına tam orta məktəb;
Alekseyevka kənd tam orta məktəb;
Qonaqkənd kənd A.Aslanov adına tam orta məktəb.
Qusar rayonu üzrə
Qusar şəhər 2 nömrəli tam orta məktəb;
Zindan Muruq kənd tam orta məktəb;
Yuxarı Zeyxur kənd tam orta məktəb;
Həzrə kənd tam orta məktəb;
Düztahir kənd tam orta məktəb.
Saatlı rayonu üzrə
Saatlı şəhər 1 nömrəli tam orta məktəb;
Sarıcalar kənd tam orta məktəb;
Nəsimikənd kənd tam orta məktəb;
Bəylər kənd ümumi orta məktəb;
Gomuşçu kənd tam orta məktəb.
Sabirabad rayonu üzrə
Sabirabad Rayon Təhsil Şöbəsi;
Sabirabad şəhər 5 nömrəli tam orta məktəb;
Sabirabad şəhər 2 nömrəli məktəb lisey;
Şıxsalahlı kənd tam orta məktəb;
Surra kənd tam orta məktəb;
Ulacalı kənd tam orta məktəb;
Qarağac kənd tam orta məktəb;
Çiçəkli kənd tam orta məktəb;
Nərimankənd kənd tam orta məktəb;
Moranlı kənd tam orta məktəb;
Azadakənd kənd tam orta məktəb;
Nizami kənd tam orta məktəb;
Balahəşimxanlı kənd tam orta məktəb;
Həşimxanlı kənd tam orta məktəb;
Zəngənə kənd tam orta məktəb;
Quruzma kənd tam orta məktəb.
Şabran rayonu üzrə
Ağalıq kənd tam orta məktəb;
Padar kənd tam orta məktəb;
Zeyvə kənd tam orta məktəb;
Pirəbədil kənd tam orta məktəb;
Qələgah kənd ümumi orta məktəb;
Qorğan kənd ümumi orta məktəb;
Kilvar kənd ümumi orta məktəb;
Düzbilici kənd ümumi orta məktəb;
Xəlfələr kənd ümumi orta məktəb;
Çayqaraqaşlı kənd ümumi orta məktəb;
Hacıqaraqaşlı kənd ümumi orta məktəb;
Xəlilli kənd ümumi orta məktəb;
Çölquşçu kənd ümumi orta məktəb;
Günəşli kənd ümumi orta məktəb;
Baş Əmirxanlı kənd tam orta məktəb;
Vələsli kənd ümumi orta məktəb.
Salyan rayonu üzrə
Salyan şəhər 2 nömrəli tam orta məktəb;
Salyan şəhər 7 nömrəli məktəb-lisey;
Salyan şəhər 4 nömrəli tam orta məktəb;
Sarvan kənd tam orta məktəb;
Arbatan kənd tam orta məktəb;
Yenikənd kənd tam orta məktəb;
Kərimbəyli kənd tam orta məktəb.
Samux rayonu üzrə
Samux şəhər M.Ə.Sabir adına 1 nömrəli məktəb-lisey;
Qarayeri qəsəbə 1 nömrəli məktəb-lisey;
İnstitut qəsəbə tam orta məktəb;
Sərkar kənd tam orta məktəb;
Əhmədbəyli kənd tam orta məktəb;
Qovlarsarı kənd tam orta məktəb;
Köbər kənd tam orta məktəb;
Poylu kənd tam orta məktəb.
Şəki rayonu üzrə
Şəki şəhər 1 nömrəli tam orta məktəb;
Şəki şəhər 2 nömrəli tam orta məktəb;
Şəkə şəhər 3 nömrəli tam orta məktəb;
Şəki şəhər 4 nömrəli tam orta məktəb;
Şəki şəhər 5 nömrəli tam orta məktəb;
Şəki şəhər 6 nömrəli tam orta məktəb;
Şəki şəhər 7 nömrəli tam orta məktəb;
Şəki şəhər 8 nömrəli tam orta məktəb;
Şəki şəhər 9 nömrəli tam orta məktəb;
Şəki şəhər 10 nömrəli tam orta məktəb;
Şəki şəhər 12 nömrəli tam orta məktəb;
Şəki şəhər 14 nömrəli tam orta məktəb;
Şəki şəhər 18 nömrəli tam orta məktəb;
Şəki şəhər 10 nömrəli tam orta məktəb;
Şəki şəhər 20 nömrəli tam orta məktəb;
Şəki şəhər 21 nömrəli tam orta məktəb;
Turan qəsəbə tam orta məktəb;
Sarıca kənd tam orta məktəb;
Qayabaşı kənd tam orta məktəb;
Şəki kənd tam orta məktəb;
Çayqaraqoyunlu kənd tam orta məktəb;
Böyük Dəhnə 2 nömrəli tam orta məktəb;
Kiçik Dəhnə 1 nömrəli tam orta məktəb;
Kiçik Dəhnə 2 nömrəli tam orta məktəb;
Göybulaq kənd ümumi orta məktəb;
Cəfərabad kənd tam orta məktəb;
Göybulaq kənd tam orta məktəb;
Çələbixan kənd tam orta məktəb;
Qudula kənd tam orta məktəb;
Şorsu kənd tam orta məktəb;
İbrahim kənd tam orta məktəb;
Aydınbulaq kənd tam orta məktəb;
Baş Zəyzid kənd tam orta məktəb;
Orta Zəyzid kənd 1 nömrəli tam orta məktəb;
Orta Zəyzid kənd 2 nömrəli tam orta məktəb;
Vərəzət kənd tam orta məktəb;
Qırxbulaq kənd ümumi orta məktəb;
Kiş kənd 1 nömrəli tam orta məktəb;
Kiş kənd 2 nömrəli tam orta məktəb;
Kiş kənd 4 nömrəli tam orta məktəb;
Qoxmuq kənd tam orta məktəb;
Oxud kənd tam orta məktəb;
İnçə-Zunud kənd tam orta məktəb;
Köndələn kənd tam orta məktəb;
II Biləcik kənd tam orta məktəb;
I Biləcik kənd tam orta məktəb;
Aşağı Göynük kənd tam orta məktəb;
Baş Göynük kənd tam orta məktəb.
Şəmkir rayonu üzrə
Şəmkir Rayon Təhsil Şöbəsi;
Şəmkir şəhər C.Rüstəmov adına tam orta məktəb;
Düyərli kənd 2 nömrəli tam orta məktəb;
Təzəkənd kənd S.Vurğun adına tam orta məktəb;
Çənlibel kənd R.Pirnəzərov adına 2 nömrəli tam orta məktəb;
Aşağı Seyfəli kənd N.Abbasov adına tam orta məktəb;
Ağlavaşlı kənd S.Əliyev adına tam orta məktəb.
Şirvan şəhəri üzrə
1 nömrəli tam orta məktəb;
10 nömrəli tam orta məktəb;
11 nömrəli tam orta məktəb;
20 nömrəli tam orta məktəb.
Siyəzən rayonu üzrə
Siyəzən Rayon Təhsil Şöbəsı;
Siyəzən şəhər C.Cabbarlı adına 1 nömrəli tam orta məktəb;
Siyəzən şəhər M.Müsfiq adına 2 nömrəli tam orta məktəb;
Siyəzən şəhər Ş.İsmayılov adına 3 nömrəli tam orta məktəb;
V.Qasimov adına Yenikənd kənd tam orta məktəb.
Sumqayıt rayonu üzrə
Sumqayıt şəhər 6 nömrəli tam orta məktəb;
Sumqayıt şəhər 16 nömrəli tam orta məktəb;
Sumqayıt şəhər 23 nömrəli tam orta məktəb;
M.Müşfiq adına 34 nömrəli tam orta məktəb.
Tərtər rayonu üzrə
Tərtər şəhər 1 nömrəli tam orta məktəb;
Qazyan kənd tam orta məktəb;
Qaradağlı kənd tam orta məktəb;
Tovuz rayonu üzrə
Tovuz Rayon Təhsil Şöbəsi;
A.Hüseynov adına Yanıxlı kənd tam orta məktəb;
Səfərli kənd tam orta məktəb.
Ucar rayonu üzrə
Qazıqumlaq kənd 2 nömrəli tam orta məktəb;
Çiyni kənd tam orta məktəb;
Alpı kənd tam orta məktəb;
Alpout kənd 1 nömrəli tam orta məktəb;
Bərgüşad kənd 2 nömrəli tam orta məktəb;
Əlikənd kənd tam orta məktəb;
Qaracallı kənd 2 nömrəli tam orta məktəb;
Yuxarı Şilyan kənd tam orta məktəb.
Xızı rayonu üzrə
Xızı Rayon Təhsil Şöbəsi;
M.Müşfiq adına Giləzi qəsəbə tam orta məktəb;
Yeni Yaşma kənd tam orta məktəb.
Yardımlı rayonu üzrə
Yardımlı Rayon Təhsil Şöbəsi;
M.F.Axundov adına şəhər 1 nömrəli tam orta məktəb;
N.H.Cəbiyev adına Çayüzü kənd tam orta məktəb;
S.A.Şabiyev adına Şəfəqli kənd tam orta məktəb;
A.B.Nəcəfov adına Arus kənd tam orta məktəb;
A.E.Kərimov adına Dağüzü kənd tam orta məktəb.
Zaqatala rayonu üzrə
Danaçı kənd 2 nömrəli tam orta məktəb;
Humanitar fənlər gimnaziyası;
Suvagil kənd 1 nömrəli tam orta məktəb;
Maqov kənd tam orta məktəb;
Qandax kənd tam orta məktəb.
Zərdab rayonu üzrə
Zərdab şəhər 1 nömrəli məktəb;
Zərdab şəhər 2 nömrəli məktəb;
Zərdab şəhər 3 nömrəli məktəb;
Çallı kənd tam orta məktəb;
Bıçaqçı kənd tam orta məktəb;
Məmmədqasımlı kənd tam orta məktəb;
Gödəkqobu kənd tam orta məktəb;
Dəkkəoba kənd tam orta məktəb;
Qoruqbağı kənd tam orta məktəb;
Pərvanlı kənd tam orta məktəb;
Şəftəxal kənd tam orta məktəb.
Direktor vəzifəsinə işə qəbul üzrə müsabiqəyə dair sual-cavab
Sual: Dövlət ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu müsabiqəsində kimlər iştirak edə bilər?
Cavab: Müsabiqədə pedaqoji və ya idarəetmə ixtisas sahələri üzrə ali təhsili, 5 ildən az olmayaraq (təhsilin təşkili və idarə olunması ixtisası üzrə elmi dərəcəsi və elmi adı olduqda 3 il) pedaqoji stajı olan və hazırda ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan şəxslər iştirak edə bilərlər
Sual: Dövlət ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu necə həyata keçirilir?
Cavab: Dövlət ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu mərkəzləşdirilmiş və elektron qaydada dörd mərhələdən (elektron ərizələrin qəbulu, test imtahanı, müsahibə və vakant yerlərə yerləşdirilmə) ibarət müsabiqə yolu ilə keçirilir.
Sual: Müsabiqədə iştirak etmək üçün namizədlərdən nə tələb olunur?
Cavab: Namizədlər www.miq.edu.az/direktorlar linkinə daxil olub qeydiyyatdan keçməklə şəxsi səhifə yaradaraq elektron ərizələrinə müvafiq məlumatları daxil etdikdən, tələb olunan sənədləri yüklədikdən və vakant yerləri seçdikdən sonra ərizələrini təsdiq etməlidirlər.
Sual: Namizədlər elektron ərizələrində neçə vakant yer seçə bilərlər?
Cavab: Namizədlərə hazırda işlədiyi ümumi təhsil müəssisəsinin yerləşdiyi rayon (şəhər) üzrə 4 vakant yer seçə bilərlər.
Sual: Namizəd haqqında məlumatların müsabiqənin şərtlərinə uyğunluğu necə müəyyənləşdirilir?
Cavab: Namizəd haqqında məlumatların müsabiqənin şərtlərinə uyğunluğu nazirliyin müsabiqə komissiyası tərəfindən araşdırılır və tələblərə cavab verən elektron ərizələr təsdiq edilir.
Sual: Test imtahanı necə təşkil olunur?
Cavab: Müsabiqənin test imtahanı mərhələsində namizədlərə əmək və təhsil qanunvericiliyi, idarəetmə, məntiq əhatə olunmaqla 60 test tapşırığı təqdim olunur.
Sual: Müsabiqədə keçid balı nə qədərdir?
Cavab: Dövlәt ümumi tәhsil müәssisәlәrinә direktor vәzifәsinә keçid balı namizәdlәrin test imtahanında göstәrdiyi nәticәlәr vә vakansiyaların sayı nәzәrә alınmaqla müәyyәn edilir.
Sual: Müsahibə mərhələsində namizədlərin bilikləri necə yoxlanılır?
Cavab: Müsahibə mərhələsi zamanı namizədlərin peşəkar kompetensiyaları, idarəetmə bacarıqları və ümumi dünyagörüşü 5 ballıq şkala ilə qiymətləndirilir.
Sual: Müsahibə mərhələsində iştirak edəcək namizədlərdən hansı sənədlər tələb olunur?
Cavab: Müsahibəyə çağırılan namizədlər tələb olunan tarixdə şəxsi işlərini (elektron ərizənin surəti, diplom(lar) və ona əlavə(lər), xaricdə təhsil alanlar diplomla yanaşı təhsil sənədlərinin tanınmasına dair şəhadətnamə, şəxsiyyət vəsiqəsi, sağlamlıq haqqında arayış, əmək kitabçası və elektron ərizəsində göstərilən məlumatları təsdiq edən digər sənədlərin əsli və ya notarial qaydada təsdiq olunmuş surətini) müsahibə komissiyasına təqdim etməlidirlər.
Sual: Namizədlərin vakant yerlərə yerləşdirilməsi necə həyata keçirilir?
Cavab: Müsahibə mərhələsinin nəticəsinə əsasən, seçim ardıcıllığı nəzərə alınmadan komissiya tərəfindən namizədlər vakant yerlərə yerləşdirilirlər.
Sual: Vakant direktor vəzifəsini tutmuş namizədlə əmək müqaviləsi nə qədər müddətə bağlanılır?
Cavab: Müsabiqənin nəticəsinə əsasən, vakant direktor vəzifəsini tutmuş namizədlə 1 il müddətinə əmək müqaviləsi bağlanılır. Həmin müddət başa çatdıqdan sonra məktəbin akademik göstəriciləri nəzərə alınaraq müqavilə müddəti uzadıla və ya daimi əsaslarla bağlanıla bilər.
Sual: İşə qəbul olmuş direktorların iş yerinin dəyişdirilməsi həyata keçirilirmi?
Cavab: Müsabiqənin nəticəsinə əsasən təyinat almış direktorlar 3 ildən artıq müddətdə təyin olunduğu müəssisədə işlədiyi halda məktəbin buraxılış imtahanları və məzunların ali məktəblərə qəbul nəticələri nəzərə alınaraq nazirlik tərəfindən qərar qəbul edilməklə onların yerdəyişməsinə icazə verilir.
Tələbələrin köçürülməsi ilə bağlı ən çox verilən suallar və onların cavabları
Sual: Ali təhsil müəssisələrində təhsilalanların köçürülməsi qaydaları kimlərə şamil olunur?
Cavab: Mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasının bütün ali təhsil müəssisələrində (xüsusi təyinatlı ali təhsil müəssisələri istisna olmaqla) təhsil alan tələbələrə şamil edilir.
Sual: Ali təhsil müəssisələrinin bakalavriat səviyyələrində təhsilalanların köçürülməsi hansı qaydada həyata keçirilir?
Cavab: Ali təhsil müəssisələrinin bakalavriat səviyyələrində təhsilalanların köçürülməsi Təhsil Nazirliyi tərəfindən elektron proqram təminatı tətbiq olunmaqla, mərkəzləşdirilmiş qaydada həyata keçirilir.
Sual: Tələbələrin bir ali məktəbdən digər ali məktəbə və ya bir ixtisasdan digər ixtisasa köçürülməsi (daxili köçürülmə) hansı hallarda baş verə bilər?
Cavab: Tələbələrin bir dövlət ali təhsil müəssisəsindən digər dövlət ali təhsil müəssisəsinə, yaxud bir ixtisasdan digərinə köçürülməsi Təhsil Nazirliyinin razılığı ilə qış və yay tətili dövründə müvafiq ali məktəb rəhbərliyinin əmri ilə həyata keçirilir. Mövcud qaydalara görə, tələbələrin bir ali məktəbdən digərinə köçürülməsinə yalnız əsaslı səbəblər olduğu halda (ailə qurduqda, sağlamlıqla bağlı problem olduqda, yaşayış yerini dəyişdikdə və s.) icazə verilir. Dövlət adından təsisçi funksiyalarını həyata keçirən digər nazirlik, dövlət komitəsi və ya idarələrin tabeliyində olan dövlət ali təhsil müəssisələrinə köçürülməsi və bərpası tabe olduqları qurumun və Təhsil Nazirliyinin razılığı ilə həyata keçirilir.
Sual: Ali təhsil müəssisələrinin bakalavriat səviyyələrində təhsilalanların köçürülməsi zamanı hansı minimal keçid balları nəzərə alınır?
Cavab: Təhsil Nazirliyi minimal keçid balları haqqında məlumatı Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin (DİM) rəsmi internet səhifəsindən (http://www.tqdk.gov.az/activities/exams/bakalavr/) əldə edir.
Sual: Magistratura səviyyəsində təhsil alan tələbənin köçürülməsi hansı qaydada aparılır?
Cavab: Magistratura səviyyəsinin 1-ci tədris ili müddətində tələbələrin öz ixtisası üzrə bir ali təhsil müəssisəsindən digərinə köçürülməsi və ya təhsilalma formasını dəyişməsi o şərtlə aparıla bilər ki, DİM tərəfindən keçirilən qəbul imtahanlarında tələbənin topladığı bal qəbul olunduğu ildə köçürülmək istədiyi ali təhsil müəssisəsində müvafiq ixtisas üzrə minimal keçid balından az olmasın.
Sual: Əgər tələbə dövlət hesabına təhsil alırsa, köçürüldükdən sonra o hansı formada təhsilini davam etdirir?
Cavab: Bir ali təhsil müəssisəsindən digərinə köçürülən, ixtisasını dəyişən şəxslər (dövlət sifarişi əsasında təhsilalanların eyni ixtisas üzrə köçürülməsi istisna olmaqla) təhsillərini yalnız ödənişli əsaslarla davam etdirirlər.
Sual: Ölkə daxilində bakalavriat səviyyəsində tələbələrin bir ali təhsil müəssisəsindən digərinə köçürülməsi hansı şərtlərlə aparıla bilər?
Cavab: Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilən qəbul imtahanlarında tələbənin topladığı bal qəbul olunduğu ildə köçürülmək istədiyi ali təhsil müəssisəsində müvafiq ixtisas üzrə minimal keçid balından az olmamalıdır. Bu zaman tələbənin qəbul olunduğu və köçürülmək istədiyi ixtisaslar DİM tərəfindən müəyyən olunmuş eyni ixtisas qrupu daxilində olmalıdır. II və III ixtisas qruplarında müəyyənləşdirilmiş “tarix və coğrafiya müəllimliyi”, “tarix müəllimliyi” və “tarix” ixtisasları öz aralarında, eləcə də II ixtisas qrupunda müəyyənləşdirilmiş “beynəlxalq münasibətlər” və “regionşünaslıq” ixtisasları isə III ixtisas qrupuna daxil olan digər ixtisaslarla (mədəniyyət və incəsənət ixtisasları istisna olmaqla) uyğun hesab edilməlidir.
Sual: Xarici ölkələrin ali təhsil müəssisələrindən yerli ali təhsil müəssisələrinə köçürülərkən əsas nəzərə alınan göstəricilər hansılardır?
Cavab: -Tələbənin təhsil aldığı ali təhsil müəssisəsinin dünyanın ən yaxşı ali təhsil müəssisələri reytinqlərində yer alması;
- Tələbənin xarici ölkə ali təhsil müəssisələrində əyani təhsil alması;
- DİM tərəfindən keçirilən imtahanlarda iştirak etmədikləri halda beynəlxalq səviyyəli imtahanlarda qazandığı nəticələr (SAT imtahanından yeni şkala üzrə ən azı 1000 bal (riyaziyyat üzrə ən azı 560 bal), TOEFL İBT imtahanından ən azı 75 bal, İELTS imtahanından ən azı 6.0 bal);
- Qənaətbəxş akademik göstəriciləri; köçürülmə səbəbləri;
- Təhsil aldığı ali təhsil müəssisənin dünyanın ən yaxşı ali təhsil müəssisələri reytinqlərində yer alması;
- DİM tərəfindən keçirilən qəbul imtahanlarında iştirak etdiyi halda tələbənin topladığı balın həmin ildə köçürülmək istədiyi ali təhsil müəssisəsində müvafiq ixtisas üzrə minimal keçid balından az olmaması və tələbənin akademik göstəriciləri.
Sual: Köçürülmək istəyən tələbədən hansı sənədlər tələb olunur?
Cavab: - Tələbənin təhsil müddətində fənlər üzrə topladığı kreditləri və qiymətləri (hərf və balla) özündə əks etdirən sənəd - akademik transkript (xaricdə təhsil alanlar üçün mövcud qaydada leqallaşdırılmış və Azərbaycan dilinə tərcümə olunmuş);
- Təhsil aldığı müddətdə gediş-gəlişi təsdiq edən rəsmi sənəd (xarici pasport);
- Ali təhsil müəssisəsinə qəbul olunarkən topladığı bal və ya DİM tərəfindən keçirilən imtahanlarda iştirak etməməsi haqqında sənəd (xaricdən köçürülənlər üçün);
- Köçürülmə səbəblərini təsdiq edən sənəd (xarici ölkə ali təhsil müəssisələrindən Azərbaycan Respublikası ali təhsil müəssisələrinə köçürülərkən);
- Beynəlxalq səviyyəli imtahanlarda (SAT, TOEFL, IELTS və s.) qazandıqları nəticələri təsdiq edən rəsmi sənədlər (xaricdən köçürülənlər və ya ölkə ali təhsil müəssisələrinə bu imtahanların nəticələri ilə qəbul olunanlar üçün);
- Təhsil haqqı borcunun olmamasına dair arayış.
Sual: Əmri verildikdən sonra tələbə köçürülmədən imtina edə bilərmi?
Cavab: Xeyr, imtina edə bilməz. Tələbə yenidən qış və ya yay tətili dövründə transfer.edu.az elektron portalına müraciət edə bilər.
Sual: Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin elektron köçürülmədə iştirak etmək hüququ varmı?
Cavab: İştirak edə bilər.
Sual: Bir semestr ərzində tələbə transfer.edu.az saytında neçə dəfə qeydiyyatdan keçə bilər?
Cavab: Tələbə yalnız bir dəfə qeydiyyatdan keçə bilər.
Müəllimlərin işə qəbulu ilə bağlı ən çox verilən suallar və onların cavabları
Sual: Müəllimlərin işə qəbulu prosesi necə həyata keçirilir?
Cavab: Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu Təhsil Nazirliyi tərəfindən müsabiqə yolu ilə həyata keçirilir.
Sual: Müsabiqə hansı mərhələlərdən ibarətdir?
Cavab: Müsabiqə 4 mərhələdən ibarətdir: elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi, test imtahanı, vakant yerlərin seçilməsi və müsahibə mərhələsi.
Sual: Müəllimlərin işə qəbulu üzrə müsabiqədə kimlər iştirak edə bilərlər?
Cavab: Müsabiqədə orta ixtisas və ali təhsil müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirmiş, dövlət nümunəli diplom almış və xarici ölkədə aldığı ali təhsil haqqında sənədi tanınmış şəxslər iştirak edə bilərlər.
Sual: Müsabiqədə iştirak etmək istəyən namizədlər qeydiyyatdan necə keçəcəklər?
Cavab: Müsabiqədə iştirak etmək istəyən namizədlər iyun ayının sonunda miq.edu.az saytında şəxsiyyət vəsiqəsinin fin kodunu və xanada qeyd olunmuş təhlükəsizlik kodunu daxil edərək qeydiyyatdan keçməlidirlər.
Sual: Miq.edu.az saytından qeydiyyatdan keçərkən nəyə xüsusi diqqət yetirmək lazımdır?
Cavab: Qeydiyyat zamanı şəxsiyyət vəsiqəsinin fin kodunu və xanada qeyd olunmuş təhlükəsizlik kodunu daxil etdikdən sonra səhifədə iş nömrəsi görünəcəkdir. Namizəd həmin iş nömrəsini yadda saxlamalıdır. Daha sonra yenidən şəxsi səhifəyə daxil olmaq üçün həmin iş nömrəsi tələb ediləcəkdir.
Sual: Gənclərin çağırışaqədərki hazırlığı üzrə rəhbər vəzifəsinə işə qəbul necə həyata keçirilir?
Cavab: Müəssisələrdə vakant olan gənclərin çağırışaqədərki hazırlığı üzrə rəhbər vəzifəsinə işə qəbul tabelik üzrə təhsili idarəetmə orqanı və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin strukturuna daxil olan yerli idarəetmə orqanları ilə razılaşdırılmaqla müəssisə rəhbəri tərəfindən həyata keçirilir.
Sual: Test imtahanı necə təşkil olunur?
Cavab: Test imtahanında hər bir namizədə 90 dəqiqə müddətində 40 ixtisas, 10 məntiq, 10 kurikulum olmaqla 60 test tapşırığı təqdim olunur.
Sual: Müəllimlərin işə qəbulu zamanı namizədlər vakant yerləri nə zaman seçirlər?
Cavab: Test imtahanı mərhələsində keçid balı toplamış namizədlər 8 vakant yer seçə bilərlər. Namizədlərin vakant yerlərə yerləşdirilməsi onların elektron ərizədə qeyd etdikləri seçim ardıcıllığı gözlənilməklə aparılır.
Sual: Hazırda müəllim işləyən şəxslər müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak edə bilərmi?
Cavab: Hazırda müəllim işləyən şəxslərin müəllimlərin işə qəbulu müsabiqəsində iştirakına məhdudiyyət yoxdur.
Sual: Yerdəyişmə və daimiləşmə müsabiqəsində uğur qazanmış şəxslər müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak edə bilərmi?
Cavab: Bəli, iştirak edə bilərlər.
Sual: Müəllimlərin bilik və bacarıqlarının qiymətləndirilməsi ilə əlaqədar ötən illərdəki nəticələr müəllimlərin işə qəbulu imtahanlarında nəzərə alınacaqmı?
Cavab: Ümumi təhsil müəssisələrində ixtisası üzrə fasiləsiz olaraq 10 il müddətsiz müqavilə ilə müəllimlik fəaliyyəti göstərmiş və 3 ildən az müddətə işdən ayrılmış, bilik və bacarıqların diaqnostik qiymətləndirilməsində iştirak etmiş şəxslər qiymətləndirmə nəticələrinə uyğun müəllimlərin işə qəbulu müsabiqəsinin birbaşa vakansiya seçimi mərhələsində iştirak edə bilərlər. Həmin şəxslər elektron ərizələrində “müsabiqə növü” bölməsində müvafiq bəndi seçməlidirlər.
Sual: Müsahibə mərhələsində namizədlərin bilikləri necə yoxlanılır?
Cavab: Bu mərhələdə namizədlərin peşəkar kompetensiyaları, psixoloji hazırlığı və ümumi dünyagörüşü müsahibə proqramına uyğun olaraq müvafiq komissiya tərəfindən yoxlanılır.
Sual: İşə qəbul müsabiqəsi nəticəsində namizədin topladığı balın növbəti işə qəbul müsabiqələrində rolu varmı?
Cavab: İşə qəbul müsabiqəsi nəticəsində namizədin topladığı bal 2 tədris ili ərzində qüvvədədir və növbəti tədris ili üçün keçirilən müsabiqə zamanı birbaşa vakansiya seçimi mərhələsində iştirak etmək hüququ verir.
Sual: Müsahibə mərhələsində iştirak edəcək namizədlərdən hansı sənədlər tələb olunur?
Cavab: Namizədlər tələb olunan tarixdə şəxsi işini (diplom(lar) və ona əlavə(lər), xaricdə təhsil alanlar diplomla yanaşı, təhsil sənədlərinin tanınmasına dair şəhadətnamə, şəxsiyyət vəsiqəsi, sağlamlıq haqqında arayış, əmək kitabçası (əgər varsa) və elektron ərizəsində göstərilən məlumatları təsdiq edən digər sənədlərin əsli və ya notarial qaydada təsdiq olunmuş surəti) müsahibə komissiyasına təqdim etməlidirlər.
Sual: Müsabiqə başa çatdıqdan sonra tutulmayan və ya yeni yaranan vakant yerlərə işə qəbul necə həyata keçirilir?
Cavab: Müsabiqə başa çatdıqdan sonra tutulmayan və ya yeni yaranan vakant yerlərə müvafiq keçid balını toplayan namizədlərin müddətli müqavilə ilə işə qəbulu Nazirlik tərəfindən proqram təminatı tətbiq edilməklə mərkəzləşdirilmiş qaydada həyata keçirilir.
Sual: Müsabiqənin yekun nəticələri nə zaman elan olunacaqdır?
Cavab: Müsabiqə bitdikdən sonra yekun nəticələrə əsasən iş yerini dəyişən və işə qəbul olunan müəllimlərin siyahısı Nazirliyin internet səhifəsində yerləşdiriləcək, müvafiq siyahılar müşayiətedici məktubla aidiyyəti təhsili idarəetmə orqanlarına və ərazi maliyyə hesablaşma mərkəzlərinə göndəriləcəkdir.
Sual: Müsabiqənin nəticələri ilə bağlı apellyasiya şikayətinə baxılacaqmı?
Cavab: Müsabiqənin nəticələri ilə bağlı apellyasiya şikayətinə müsabiqə başa çatdıqdan sonra tərkibi Təhsil Nazirliyi tərəfindən formalaşdırılan apelyasiya komissiyası tərəfindən bir həftə ərzində baxılacaqdır.
Müəllimlərin yerdəyişməsinə dair ən çox verilən suallar və onların cavabları
Sual: Yerdəyişmə müsabiqəsində kimlər iştirak edə bilər?
Cavab: Hazırda dövlət ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlər sözügedən müsabiqədə iştirak edə bilərlər.
Sual: Yerdəyişmə müsabiqəsi zamanı hər hansı imtahan keçiriləcəkmi?
Cavab: Xeyr, hər hansı imtahanın keçirilməsi nəzərdə tutulmayıb. Bu proses İnsan resursları mərkəzi tərəfindən bir mərhələdə, proqram təminatı tətbiq olunmaqla həyata keçiriləcək.
Sual: Yerdəyişmə müsabiqəsində iştirak etmək istəyən müəllim hansı imtahan nəticəsini seçə bilər?
Cavab: Müsabiqədə iştirak etmək üçün qeydiyyatdan keçən müəllim istənilən diaqnostik qiymətləndirmə və ya işə qəbul müsabiqəsi nəticəsini seçə bilər.
Sual: İki ixtisasa malik olan müəllim hazırda işlədiyi ixtisas üzrə deyil, ikinci ixtisası üzrə iş yerini dəyişə bilərmi?
Cavab: Müəllimlərin iş yeri diaqnostik qiymətləndirilmədə və ya işə qəbul üzrə müsabiqədə iştirak etdiyi ixtisas üzrə dəyişdirilir. Yəni, müəllim ikinci ixtisası üzrə imtahanda iştirak etmişdirsə, iş yerini həmin ixtisas üzrə də dəyişdirə bilər.
Sual: Daimiləşmə müsabiqəsində uğur qazanan şəxslər yerdəyişmə müsabiqəsində iştirak edə biləcəklər?
Cavab: Xeyr, həmin şəxslərlə növbəti tədris ilindən müddətsiz əmək müqaviləsi bağlanılacağı üçün yerdəyişmə müsabiqəsində iştirak edə bilməzlər.
Sual: İş yerini dəyişmək istəyən müəllimlərin imtahan ballarının bəzi sosial amillərə əsasən artım əmsalı ilə hesablanması nə zaman və kim tərəfindən həyata keçiriləcək?
Cavab: Elektron sənəd qeydiyyatı başa çatdıqdan sonra namizədlərin ərizələrində qeyd etdikləri vakant yerlərə yerləşdirilməsi zamanı mövcud qaydalarda nəzərdə tutulan sosial amillərə əsasən ballar artım əmsalı ilə proqram təminatı vasitəsilə hesablanacaq və sistemə daxil ediləcək.
Sual: Yerdəyişmə müsabiqəsində uğur qazana bilməyən müəllimlər işə qəbul müsabiqəsində iştirak edərək iş yerini dəyişə bilərmi?
Cavab: Həmin müəllimlər 2019-2020-ci tədris ili üçün keçiriləcək müəllimlərin işə qəbulu müsabiqəsində iştirak edə bilərlər.