• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri
FAQ

"Unutmadıq! Unutmayacağıq!" onlayn respublika şeir müsabiqəsinə yekun vurulub

Təhsil Nazirliyi 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Unutmadıq! Unutmayacağıq!” adlı onlayn respublika şeir müsabiqəsinə yekun vurulub. Müsabiqənin əsas məqsədi 20 Yanvar faciəsi haqqında uşaq və gəncləri məlumatlandırmaq, şəhidlərimizin xatirəsini yad etmək, istedadlı uşaqların yaradıcılıq potensialını üzə çıxartmaq, uşaq və gənclərdə hərbi vətənpərvərlik ruhunu yüksəltməkdən ibarət olub. COVID-19 pandemiyası ilə əlaqədar onlayn platformada keçirilən müsabiqə 3 yaş qrupu (6-9, 10-13, 14-18) üzrə 2 mərhələdə keçirilib. Müsabiqədə respublikamızın regionlarında və Bakı şəhərində fəaliyyət göstərən 52 uşaq-gənclər inkişaf mərkəzi tərəfindən 200-ə yaxın şeir nümunəsi göndərilib. Qaliblər münsiflər heyəti tərəfindən müəyyən edilərək 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin diplomları ilə, digər iştirakçılar isə təşəkkürnamə ilə təltif ediliblər.

Təltif edilən şəhid təhsil işçiləri

44 günlük Vətən müharibəsində 20 nəfər təhsil işçisi döyüşlərdə qəhrəmanlıq və şücaət göstərərək şəhidlik zirvəsinə ucalıb. Ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə onların hər biri ölümündən sonra müxtəlif medallarla təltif edilib. Şəhid təhsil işçilərindən 19 nəfəri “Vətən uğrunda”, 7 nəfəri “Şuşanın azad olunmasına görə”, 3 nəfəri “Füzulinin azad olunmasına görə”, 2 nəfəri “Xocavəndin azad olunmasına görə”, 4 nəfəri “Cəsur döyüşçü”, 5 nəfəri “Qubadlının azad olunmasına görə”, 4 nəfəri “Döyüşdə fərqlənməyə görə”, 5 nəfəri “Cəbrayılın azad olunmasına görə”, 1 nəfəri “İgidliyə görə”, 1 nəfəri “Hərbi xidmətlərə görə”, 2 nəfəri isə “Laçının azad olunmasına görə” medalları ilə təltif ediliblər. Allah bütün şəhidlərimizə rəhmət eləsin!

20 Yanvara həsr olunmuş xüsusi dərslər

Yanvarın 19-da təhsil müəssisələrində 20 Yanvar faciəsinin otuz birinci ildönümünə həsr olunmuş xüsusi dərslər keçiriləcək. Təhsil nazirinin müvafiq əmri ilə təsdiqlənmiş “20 Yanvar faciəsinin otuz birinci ildönümü ilə bağlı Təhsil Nazirliyinin Tədbirlər Planı”na əsasən tədris olunacaq dərslər onlayn təşkil ediləcək. Tədbirlər Planına əsasən, təhsil müəssisələrində onlayn qaydada 20 Yanvar faciəsinin otuz birinci ildönümünə həsr olunmuş kitab, foto və rəsm sərgisinin, ədəbi-bədii kompozisiyaların təşkili, konfrans, seminar, mühazirə və "dəyirmi masa"ların da keçirilməsi nəzərdə tutulur.

"Dərs vaxtı"nın 19 yanvar cədvəli

"Mədəniyyət" və "ARB Günəş" telekanallarında yayımlanan “Dərs vaxtı” proqramının yanvarın 19-u üçün nəzərdə tutulan cədvəlini təqdim edirik. Təhsil Nazirliyi dərs cədvəlinə diqqət etməyi, dərsi “Dərs vaxtı”nda öyrənməyi tövsiyə edir. Əziz şagirdlər, unutmayın ki, teledərslər ən yaxşılardan öyrənmək üçün əlavə və unikal imkandır. Qeyd edək ki, “Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər keçirilmiş dərsləri Təhsil Nazirliyinin rəsmi "Youtube" kanalı ilə yanaşı, "Dərs vaxtı"nın "Facebook" səhifəsindən (https://www.facebook.com/dersvaxti.edu.az/), eyni zamanda videodərslər portalından (https://video.edu.az/) izləmək imkanı əldə edə bilərlər.

Peşə təhsili üzrə teledərslərin 19 yanvar cədvəli

Peşə Təhsili üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə "ARB Günəş" telekanalında yayımlanan peşə teledərslərinin 19 yanvar tarixi üçün cədvəlini təqdim edirik. Dərslər saat 18:10-da yayımlanacaq. Qeyd edək ki, teledərsləri Peşə Təhsili üzrə Dövlət Agentliyinin rəsmi "Youtube" (https://bit.ly/2WYaWU9) kanalı ilə yanaşı, "Facebook" (https://bit.ly/34erIjf) səhifəsindən və Təhsil Nazirliyinin videodərslər portalından (https://video.edu.az/) izləmək mümkündür.

"Nizami Gəncəvi əsərləri təsviri sənətdə" onlayn respublika baxış-müsabiqəsi

Təhsil Nazirliyinin dəstəyi və 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə 18 yanvar-18 mart 2021-ci il tarixlərində keçirilən “Nizami Gəncəvi əsərləri təsviri sənətdə” adlı onlayn respublika baxış-müsabiqəsinə start verilib. Müsabiqənin məqsədi uşaq və gəncləri dahi şairin zəngin irsi ilə daha yaxından tanış etmək, təhsilalanların təsviri-tətbiqi sənət növləri vasitəsilə yaradıcılıq qabiliyyətləri və bacarıqlarını təkmilləşdirməkdən ibarətdir. Müsabiqənin Bakı şəhərində ümumtəhsil məktəblərinin şagirdləri və respublika üzrə fəaliyyət göstərən uşaq-gənclər inkişaf mərkəzlərinin dərnək üzvləri arasında keçirilməsi nəzərdə tutulub. 2 mərhələdə təşkil olunan müsabiqə “Rəsm” və “Əl işləri” nominasiyaları üzrə 3 yaş qrupu üzrə (6-9, 10-13, 14-18) keçirilir. Müsabiqəyə qatılan təhsil müəssisələri hər yaş qrupu üzrə yalnız 1 rəsm və 1 əl işi təqdim etməlidirlər. “Rəsm” nominasiyası üzrə aşağıdakı tələblər nəzərə alınmalıdır: -Rəsmlər A3 və ya A4 formatda işlənməlidir; -Rəsmlərin işlənmə texnikası sərbəstdir; -Rəsmlərin aşağı sağ küncündə iştirakçının adı, soyadı, yaşı, təhsil müəssisəsinin adı və təqdim etdiyi işin adı qeyd olunmalıdır.  “Rəsm” nominasiyası üzrə işlər 18 fevral 2021-ci il tarixinədək ugim2@list.ru elektron poçt ünvanına göndərilməlidir. İştirakçılar “Rəsm” nominasiyası ilə əlaqədar (+994) 55-540-08-54 nömrəsi ilə əlaqə saxlaya bilərlər.  “Əl işləri” nominasiyası üzrə aşağıdakı tələblər nəzərə alınmalıdır: - Dahi şairin əsərlərini özündə əks etdirən işlər muncuq, toxuma, kağız və ağac əl işləri, oriqame, dulusçuluq, nitkoqrafiya (sapla əl işləri) ilə hazırlanmalıdır; - Əl işlərinin şəkilləri göndərilərkən iştirakçının adı, soyadı, yaşı, təhsil müəssisəsinin adı və təqdim etdiyi işin adı qeyd olunmalıdır; -1 iştirakçı yanız 1 nominasiya üzrə iştirak edə bilər. “Əl işləri” nominasiyası üzrə işlər 18 fevral 2021-ci il tarixinədək 2-ugim@mail.ru elektron poçt ünvanına göndərilməlidir. İştirakçılar “Əl işləri” nominasiyası ilə əlaqədar (+994) 55-232-31-73 nömrəsi ilə əlaqə saxlaya bilərlər. Qalib işlər 19 fevral-18 mart 2021-ci il tarixlərdə keçiriləcək yekun mərhələdə münsiflər heyəti tərəfindən seçiləcək. Müsabiqənin qalibləri 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin diplomları ilə təltif olunacaq.

"Virtual məktəb"də onlayn dərs zamanı interaktiv alətlərdən istifadə - videotəlimat

“Virtual məktəb”də keçirilən dərsləri daha maraqlı, əyləncəli və öyrədici formada təşkil etmək məqsədi ilə müxtəlif interaktiv alətlər, tədris məzmunlu resurslar təqdim olunur. Bu resurs və alətlərdən istifadə imkanları barədə hazırlanmış videotəlimatı təqdim edirik.  

"Məktəblinin dostu" layihəsi çərçivəsində onlayn təlimlər

“Məktəblinin dostu” layihəsi çərçivəsində şagirdlər üçün onlayn təlimlərə start verilib. VII, VIII və IX sinif şagirdləri arasında təşkil olunan təlimlərin əsas məqsədi şagirdlərdə iradə və özünəinamın artırılması, emosiyaların düzgün müəyyən edilməsi və idarə olunması, şəxsi inkişafla bağlı analiz etmə, özünüidarə bacarıqlarının formalaşdırılmasıdır. “Özünə əminlik”, “Sosial-emosional bacarıqların inkişafı”, “Özünəinam və şəxsi inkişaf” və digər mövzularda təşkil olunan təlimlər layihənin Psixoloji Mərkəzi tərəfindən həyata keçirilir. Təlimin proqramı şagirdlərin qabiliyyət və bacarıqlarını məqsədyönlü istifadə etməyə, gələcək planlarını həyata keçirmək üçün istiqamət verməyə, ətrafdakı insanlarla ünsiyyət və münasibətin yaxşılaşdırılmasına, onların sosial fəallığının yüksəldilməsinə yönəldilib. İlk olaraq, şagirdlərə mövzu ilə bağlı müxtəlif tapşırıqlar verilir. Məhz bu tapşırıqlar vasitəsilə onların ünsiyyət prosesində hansı çətinliklərlə qarşılaşdıqları aşkara çıxarılmış olur. Qeyd edək ki, hazırda 20 -ə yaxın məktəbi əhatə edən təlim proqramının gələcəkdə layihənin tətbiq olunduğu digər məktəb şagirdləri üçün də təşkili nəzərdə tutulur.

"Qürur yerimiz - şəhid qəhrəmanlarımız!" adlı onlayn görüş

Təhsil Nazirliyi 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə “Qəhrəmanlarımızı tanıyaq!” layihəsi çərçivəsində ”Qürur yerimiz-şəhid qəhrəmanlarımız!’’ adlı onlayn görüş keçirilib. Tədbirin keçirilməsində məqsəd Vətən müharibəsi şəhidlərini, qəhrəmanlarımızı böyüməkdə olan gənc nəslə daha yaxından tanıtmaqdan ibarət olub. Görüşdə millət vəkilləri Aydın Mirzəzadə, Cavid Osmanov, "Azərbaycan bayrağı" ordenli, ehtiyatda olan polkovnik Elmar Hüseynov, Təhsil Nazirliyinin, eləcə də rayon təhsil şöbələrinin nümayəndələri, ümumtəhsil məktəbləri və uşaq-gənclər inkişaf mərkəzlərinin direktorları, 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin pedaqoji heyəti, qazi Emin Cəbrayılov, şəhid ailələri və digər qonaqlar iştirak edib. Tədbirdə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Görüşdə cənab Ali Baş Komandanın uğurlu siyasəti və rəhbərliyi ilə müzəffər ordumuzun döyüş meydanında qazandığı tarixi qələbədən, xalqımızın birliyi və şücaətindən bəhs edilib. Həmçinin onlayn görüşdə Vətən müharibəsində öz qəhrəmanlıqları ilə şücaət gostərən şəhid Babək Səmidli, Vidadi Xəlilov, Cavid Səfərli, Həmid Cəfərli, Yaşar Babayev, Fuad Xankişiyev, Məhəmməd Məmmədli, Cəlaləddin Fərhadovun döyüş və həyat yolunu özündə əks etdirən videoçarxlar dərnək üzvlərinin təqdimatında nümayiş olunub, şəhid ailələri və yaxınları qəhrəmanlarımız haqqında xatirələrini bölüşüblər. Sonda 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin, Mingəçevir, Göyçay və Ağdaş rayon uşaq-gənclər inkişaf mərkəzlərinin dərnək üzvlərinin ifasında vətənpərvərlik mövzusunda şeir kompozisiyası və musiqi nömrələri səsləndirilib.

Rəqəmsal bacarıqlar üzrə tədris portalı

Rauf Cabarov: “Pandemiya dövründə rəqəmsal bacarıqlar özünü xüsusilə büruzə verdi” Dünyanı bürümüş koronavirus pandemiyası ötən ilin əvvəllərindən Yer kürəsinin müxtəlif bölgələrində təhsilalanların tədris prosesində ciddi problemlər yaratmaqla qlobal təhlükəyə çevrildi. Şübhəsiz ki,  yaranmış situasiyada milli təhsil sistemləri qarşısında duran təxirəsalınmaz vəzifə  müxtəlif təlim texnologiyalarından istifadə etməklə ən qısa vaxtda tədrisin fasiləsizliyinin təmin olunmasına nail olmaq idi. Pandemiya bununla da təhsildə yeni texnologiyaların tətbiqi və yenilərinin yaradılması, rəqəmsal bacarıqların təşviqi üçün yeni imkanlar da yaratdı.  Azərbaycanda da bu sırada diqqətəlayiq işlərə imza atıldı. Çox sevindirici haldır ki, bu sahədə “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” məzunları da öz töhfələrini verirlər. Bu günlərdə rəqəmsal  bacarıqlar üzrə https://iktlab.edu.az tədris portalının istifadəyə verilməsi də uğurlu  təşəbbüslərdən hesab oluna bilər. Portal  İnformasiya-Kommunikasiya Texnologiyalarının Tətbiqi və Tədrisi Mərkəzi tərəfindən yaradılıb. Mərkəzin direktoru,  layihənin müəlliflərindən, Dövlət Proqramı çərçivəsində Böyük Britaniyanın Mançester Universitetinin “İnformasiya sistemləri və idarəetmə” ixtisası üzrə məzunu Rauf Cabarov “Azərbaycan müəllimi”  qəzetinə müsahibəsində portalın fəaliyyəti barədə fikirlərini bölüşdü.   - Portalın yaradılması hansı zərurətdən irəli gəldi? - Məlum olduğu kimi, rəqəmsal bacarıqlar ölkə əhalisinin gündəlik həyatında və müxtəlif xidmətlərdən istifadəsində əhəmiyyətli rol oynayır. COVID-19 pandemiyası dövründə bu, özünü xüsusilə büruzə verdi. Məsafədən dövlət və bank xidmətləri, iş, e-ticarət və s. kimi tətbiqlər rəqəmsal bacarıqlara  olan  tələbatı daha da artırdı. Eyni zamanda, təhlillər göstərir ki, ölkəmizdə əhalinin, o cümlədən xanımların rəqəmsal  bacarıqlarının artırılması və informasiya-kommunikasiya texnologiyalarından istifadəsi üzrə biliklərinin inkişafına ehtiyac vardır. Digər tərəfdən, bu bacarıqları  ana dilimizdə onlayn əldə etmək üçün resurslar çox azdır. Bütün bu məqamları nəzərə alaraq, İKT LAB Tətbiq və Tədris Mərkəzi tərəfindən  onlayn tədris portalı yaradılıb. İktlab.edu.az onlayn tədris portalı İKT və rəqəmsal bacarıqlar üzrə videodərslərdən ibarət ödənişsiz onlayn təlimləri təqdim edir. Qeyd edək ki, onlayn tədris portalı və portalda yerləşdirilən multimedia video dərslər Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin və Beynəlxalq Telekommunikasiya İttifaqının dəstəyi və “İKT LAB” Tətbiq və Tədris Mərkəzinin təşkilatçılığı ilə həyata keçirilən “Qadınlar üçün multimedia onlayn kurs və veb-portalın inkişafı”  adlı layihə çərçivəsində hazırlanıb.   - Portalın missiyası və məqsədləri barədə nə deyərdiniz. Portal istifadəçilər üçün nələr vəd edir? - Portalın əsas məqsədi ölkəmizin hər bir nöqtəsində əhalinin, xüsusilə xanımların ödənişsiz əsaslarla rəqəmsal texnologiyalar üzrə bilik və bacarıqlarının artırılmasına dəstək verməkdir. Portal “hamı üçün rəqəmsal bacarıqların inkişafı” missiyası ilə fəaliyyət göstərir və ümid edirik ki, bu, resurs texnologiyalar üzrə bilik almaq istəyən bütün insanlara kömək edəcəkdir. Təlimləri uğurla başa vuran şəxslər portal üzərindən dərhal sertifikatlarını əldə edə bilərlər. Bu, onların şəxsi karyera inkişafına da töhfə verəcəkdir.   - Portalın əhatəliliyi barədə nə deyə bilərsiniz? Portalda İKT və rəqəmsal texnologiyalar üzrə müxtəlif mövzulara həsr edilən və  ana dilimizdə hazırlanmış video təlimlər yerləşdirilib. Bu kurslar sayəsində istifadəçilər interaktiv formada onlayn təlimlərdə iştirak edəcəklər. Hal-hazırda portalda kompüter bilikləri, rəqəmsal bacarıqların əsasları, internet texnologiyalarından istifadə və digər bu kimi kurslar mövcuddur. Yaxın gələcəkdə rəqəmsal marketinq və proqramlaşdırma kimi kurslar portalda yer alacaqdır. Hamınızı https://iktlab.edu.az portalında qeydiyyatdan keçməyə, onlayn təlimlərdə iştiraka və yaxınlarınızı bu portala cəlb etməyə dəvət edirik.   - Uğurlar!                 “Azərbaycan müəllimi” qəzeti

15/08/2020

Müəllimlərin işə qəbulu müsabiqəsinin üstünlükləri #TəhsilNazirliyi #EduAz #MİQ #Müəllim #MüəllimlərinİşəQəbulu

More
15/08/2020

Peşə təhsilinin perspektivləri və gənclərə yaratdığı fürsətlər müzakirə #TəhsilNazirliyi #EduAz #PeşəTəhsili

More
15/08/2020

Şagirdlərin elektron yerdəyişməsi sistemində hansı yeniliklər edilib? #TəhsilNazirliyi #EduAz #TətilVaxtı #EvdəQal

More

Sayt test rejimində çalışır