Bu gün tarixi gündür. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyulur.
.
10/11/2020 04:56
"Dərs vaxtı"nın 10 noyabr cədvəli
"Mədəniyyət" və "ARB Günəş" telekanallarında yayımlanan "Dərs vaxtı" proqramının 10 noyabr tarixi üçün nəzərdə tutulan cədvəlini təqdim edirik. Əziz şagirdlər, noyabrın 2-dək “Dərs vaxtı”nın buraxılışları tətil günlərinin rejiminə uyğun efirə gedəcək. Həm ötən il, həm də bu il öyrəndiklərinizi möhkəmləndirməyə və genişləndirməyə xidmət edən məşğələlərimiz planlaşdırılır. Məsələ həlli, tapşırıqların yerinə yetirilmə alqoritmi, mətn təhlili, qapalı test tapşırıqlarının analizi və s. bu kimi faydalı izahlarla tətildə də akademik öyrənməni dəstəkləyəcəyik. "Dərs vaxtı” tətil günlərindən səmərəli istifadə etməkdə sizə yardımçı olacaq. "Dərs vaxtı"nı izləməyi unutmayın!
09/11/2020 20:31
"Təhsildə vətənpərvərliyin yeri: reallıqlar və təkliflər" seminarı keçirilib
Noyabrın 7-də Təhsil Nazirliyi, nazirlik yanında İctimai Şuranın dəstəyi və T-NETWORK platformasının təşkilatçılığı ilə “Təhsildə vətənpərvərliyin yeri: reallıqlar və təkliflər” adlı online seminar keçirilib. Dövlət Bayrağı Gününə həsr olunan seminarda “Vətənpərvərlik və onun meyarları nələrdir?”, “Necə öyrədirik?” “Necə öyrətməliyik?” sualları ətrafında müzakirələr aparılıb. T-NETWORK-un koordinatoru Cəfər Mənsimi və platformanın tədqiqat və inkişaf üzrə baş mütəxəssisi Qoşqar Məhərrəmovun moderatorluğu ilə keçirilən müzakirələrdə Azərbaycan və Türkiyədən olan qabaqcıl təhsil xadimləri iştirak edib. Seminar Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Seminarda çıxış edən Təhsil nazirinin müavini Firudin Qurbanov Dövlət Bayrağı günü münasibətilə iştirakçıları təbrik edərək deyib ki, sürətlə dəyişən dünyanın yeni çağırışları və hadisələrin zənginliyi ilə xarakterizə edilən bu dövr həyatın bütün sferaları üçün yeni yanaşmalar diqtə edir. Nazir müavini qeyd edib ki, vətənpərvərliyin inkişafında söz və əməl birliyi, fərdi nümunə vacib şərtdir. Firidun Qurbanov bildirib ki, ölkəmizdə təhsilalanların vətənpərvərlik, milli-mənəvi, ümumbəşəri dəyərlər ruhunda tərbiyə olunması həmişə məktəbin ən ümdə vəzifələrindən hesab edilib. Məhz azərbaycançılıq milli ideologiyasından irəli gələn vətənpərvərlik ideyaları hər bir təhsil müəssisəsinin uşaq və gənclərlə aparılan tərbiyə işində başlıca yer tutur. Nazir müavini əlavə edib ki, ölkəmizin sosial-iqtisadi cəhətdən dinamik inkişafı, ölkə Prezidenti, Ali baş komandan cənab İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Vətənimizin tərəqqisi, beynəlxalq aləmdə ölkəmizin nüfuzunun durmadan yüksəlməsi, 30 ilə yaxın müddətdə işğal altında qalan Qarabağın işğaldan azad olunması istiqamətində möhtəşəm fəaliyyətləri hər bir vətəndaşımız, gənclərimiz üçün böyük vətənpərvərlik nümunəsidir. Çıxışında Azərbaycan-Türkiyə qardaşlığına da toxunan nazir müavini sonda seminar çərçivəsində müzakirə edilən mövzu, səsləndirilən fikir və irəli sürülən təkliflərin gələcəkdə bu məsələlərlə bağlı keçiriləcək görüş, tədbirlər üçün faydalı olacağına inamını ifadə edib. Daha sonra çıxış edən Türkiyə Cümhuriyyəti Milli Təhsil nazirinin məsləhətçisi Erhan Angın iki dövlət, tək millət sevgisinin əbədi olduğunu qeyd edərək vətənpərvərlik anlayışının türk dövlətləri üçün həmişə aktual olduğunu bildirib. Türkiyə təcrübəsindən nümunələr gətirən nazir məsləhətçisi həyat bilgisi dərsində şagirdlərin ölkəsinin müstəqilliyi və fərdi müstəqilliyi arasında əlaqənin tapılması, insan haqları və demokratiya dərsində birlikdə yaşamaq üçün bir yurda niyə ehtiyac olduğu, Türkiyənin inkişafı ilə öz vəzifə və öhdəlikləri arasında əlaqənin qurulması, bu baxımdan məsuliyyətlərinin nə olduğu, milli birliyin cəmiyyətin inkişafına nə kimi töhfəsinin olduğunu araşdırmaq kimi məqamlarının öndə olduğunu deyib. Seminarda çıxış edən Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Şahlar Əsgərov bildirib ki, vətənpərvərliyin açarı təhsilin məzmunundadır və bu məzmunda vətənpərvərlik təbii olmalı, vətənpərvərlik bütün tədris müddətində təbii olaraq gənclərə aşılanmalıdır. Vətənsevərliyin meyarını da təqdim edən professor qeyd edib ki, vətənseverliyi vətənə sevginin özünə sevgiyə olan nisbətini meyar götürərək ölçə bilərik. Sürətdə vətənsevərlik, məxrəcdə özünə sevgi yer alır. Özünə sevgi az olarsa, bu əmsal çox böyük, özünə sevgi çox böyük olarsa, bu əmsal kiçik olar. Seminar Təhsil nazirinin müşaviri Elnur Nəsibov, şəhid general Polad Həşimovun anası Səmayə Həşimova, “Milliyet” qəzetinin təhsil şöbəsinin redaktoru Abbas Güçlü, Fide Okullarının yaradıcısı Ali Koç, qabaqcıl müəllim və yazıçı Ahmet Naç, Xocalı rayon Yaloba kənd orta məktəbinin 9-cu sinif şagirdi Fərhad Quluzadənin çıxışları və təklifləri ilə davam edib. Natiqlər yerli və xarici təcrübəyə istinad edərək bildiblər ki, vətənpərvərlikdə valideyn və müəllim məsuliyyətinin çox böyük rolu var. Həmçinin vətənsevərliyin inkişafı üçün dəyərlər təhsili proqramı, müxtəlif qısa metrajlı film, animasiyalar hazırlamaq və zəngilləşdirmək, dərsdənkənar ziyarətlər təşkil etmək, valideyn və məktəb əməkdaşlığını inkişaf etdirmək, böyük şəxsiyyətləri təbliğ etmək və vətənpərvərliklə bağlı yeni-yeni hekayələr və kitablar yazmaq əhəmiyyətlidir. Vətənpərvərliyin inkişafı üçün şagirdlərə vətənə aid olduğunu hiss etdirməli, onlarda aid olmaq hissi, aid olduğu cəmiyyətə töhfə vermək niyyəti formalaşdırmalı, ortaq bir xəyal və gələcək idealı təqdim etməli, əzbərçilikdən çıxmalı, qəhrəman yetişdirmək üçün, uşaqların həyatını məğlubiyyətlərlə keçməsinə izacə verməməli, onları zəfərə kökləməliyik. Seminarın moderatorları təqdimat edərək bildiriblər ki, təşkilatçılardan biri olan T-NETWORK təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının əsas məqsədi yerli və əcnəbi təhsil işçilərinin kommunikasiyasına şərait yaratmaq, çağdaş təhsil mövzularında müzakirələr və tədqiqatlar aparmaq, təhsilverənlərin ehtiyaclarını müəyyənləşdirmək, bu yolla müəllimlərin peşəkarlıq səviyyəsini artırmaq, yeni əməkdaşlıqlara səbəb olmaq, bir sözlə, inkişaf sinerjisi yaratmaqdır. Qeyd edək ki, Təhsil Nazirliyinin rəsmi "Facebook" səhifəsi üzərindən canlı yayımlanan seminara minlərlə izləyici qatılıb.
09/11/2020 13:45
"Dərs vaxtı"nın 9 noyabr cədvəli
"Mədəniyyət" və "ARB Günəş" telekanallarında yayımlanan "Dərs vaxtı" proqramının 9 noyabr tarixi üçün nəzərdə tutulan cədvəlini təqdim edirik. Əziz şagirdlər, noyabrın 2-dək “Dərs vaxtı”nın buraxılışları tətil günlərinin rejiminə uyğun efirə gedəcək. Həm ötən il, həm də bu il öyrəndiklərinizi möhkəmləndirməyə və genişləndirməyə xidmət edən məşğələlərimiz planlaşdırılır. Məsələ həlli, tapşırıqların yerinə yetirilmə alqoritmi, mətn təhlili, qapalı test tapşırıqlarının analizi və s. bu kimi faydalı izahlarla tətildə də akademik öyrənməni dəstəkləyəcəyik. "Dərs vaxtı” tətil günlərindən səmərəli istifadə etməkdə sizə yardımçı olacaq. "Dərs vaxtı"nı izləməyi unutmayın!
09/11/2020 10:48
Dövlət Bayrağı Gününə həsr olunmuş təhsil və vətənpərvərlik mövzusunda onlayn seminar
Noyabrın 7-də saat 11:00-da Təhsil Nazirliyi yanında İctimai Şura və T-NETWORK platformasının birgə təşkilatçılığı ilə “Təhsildə vətənpərvərliyin yeri: reallıqlar və təkliflər” adlı onlayn seminar keçiriləcək. Seminarda Azərbaycan və Türkiyə mütəxəssisləri tərəfindən “Vətənpərvərlik və onun meyarları nələrdir?”, “Necə öyrədirik?”, “Necə öyrətməliyik?” sualları ətrafında müzakirələr aparılacaq. Azərbaycan Respublikasının Dövlət Bayraq Gününə həsr olunan tədbirdə Təhsil nazirinin müavini Firudin Qurbanov, Təhsil nazirinin müşaviri Elnur Nəsibov, Türkiyə Cümhuriyyəti Milli Təhsil nazirinin məsləhətçisi Erhan Angın, Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü, deputat Etibar Əliyev, şəhid general Polad Həşimovun anası Səmayə Həşimova, Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Şahlar Əsgərov, “Milliyet” qəzetinin təhsil şöbəsinin redaktoru Abbas Güçlü, Fide Okullarının yaradıcısı Ali Koç, qabaqcıl müəllim və yazıçı Ahmet Naç, Xocalı rayon Yaloba kənd orta məktəbinin 9-cu sinif şagirdi Fərhad Quluzadə iştirak edəcək. Seminarın moderatoru T-NETWORK-un koordinatoru Cəfər Mənsimi və eyni adlı platformanın tədqiqat və inkişaf üzrə baş mütəxəssisi, təhsil eksperti Qoşqar Məhərrəmovdur. Seminarı Təhsil Nazirliyinin rəsmi "Facebook" səhifəsi üzərindən canlı izləyə bilərsiniz. Qeyd edək ki, T-NETWORK təhsil işçilərinin təcrübə və kommunikasiya platforması “Təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın istiqamətlərindən biri olan təhsil sahəsində insan resurslarının müasirləşdirilməsi bəndinə əsaslanır və strategiyanın təhsillə bağlı media və internet resurslarının inkişafının təmin edilməsi məqsədinə xidmət edir.
06/11/2020 12:50
"Qarabağın məşhur müəllimləri" - Bülbül
Təhsil Nazirliyinin "Qarabağın məşhur müəllimləri" layihəsinin növbəti tarixi siması Bülbüldür. Murtuza Məşədi Rza oğlu Məmmədov 1897-ci ildə Şuşada anadan olub. Azərbaycan professional vokal sənətinin banisi, professor, ictimai xadim Bülbül böyük və gərgin yaradıcılıq yolu keçib. Çoxşaxəli fəaliyyəti ilə Azərbaycanın musiqi mədəniyyəti tarixində silinməz izlər qoyan Bülbül 1931-ci ildən Azərbaycan Dövlət Konservatoriyasında (indiki Ü.Hacıbəyov adına Bakı Musiqi Akademiyası) dərs deyib, 1940-cı ildən isə həmin təhsil ocağının professoru olub. O, milli oxuma sənətinin ən layiqli üsullarını rus və Avropa məktəbi ilə birləşdirərək yeni vokal məktəbi yaradıb. Bu məktəb nəinki Azərbaycanda, keçmiş SSRİ məkanında, həmçinin Yaxın və Orta Şərq ölkələrində də vokal sənəti sahəsində öz mühüm təsirini göstərib. Bülbülün bütün əmək fəaliyyəti vətəninə, xalqına, milli musiqi sənətinə fədakarlıqla xidmət etməyin ən bariz nümunəsidir. O, doğma dilinə böyük önəm verərək deyirdi: “Öz dilində elə oxumaq lazımdır ki, bu dili başa düşməyənlər də ondan zövq ala bilsinlər”. Qeyd edək ki, "Qarabağın məşhur müəllimləri" layihəsi çərçivəsində Qarabağda doğulan və vaxtilə pedaqoji fəaliyyətlə məşğul olan tanınmış şəxslər barədə məlumatlar təqdim olunur. Layihənin məqsədi müzəffər Azərbaycan Ordusunun qələbə xəbərlərinə sevindiyimiz bu günlərdə əslən Qarabağdan olan məşhur müəllimləri yad etməkdir.
06/11/2020 11:56
Filter
Elanlar
-
2021-2022-ci tədris ili üzrə Türkiyədə doktorantura təhsili
3 il əvvəl -
Rumıniya Xarici İşlər Nazirliyinin 2021-2022-ci tədris ili üzrə təqaüd proqramı
3 il əvvəl -
2021-2022-ci tədris ili üzrə Macarıstanda təhsil təqaüd proqramı
3 il əvvəl -
Bildiriş
3 il əvvəl -
2021-2022-ci tədris ili üzrə "Türkiyə bursları" təqaüd proqramı
3 il əvvəl
Müəllimlərin işə qəbulu müsabiqəsinin üstünlükləri #TəhsilNazirliyi #EduAz #MİQ #Müəllim #MüəllimlərinİşəQəbulu
MorePeşə təhsilinin perspektivləri və gənclərə yaratdığı fürsətlər müzakirə #TəhsilNazirliyi #EduAz #PeşəTəhsili
MoreŞagirdlərin elektron yerdəyişməsi sistemində hansı yeniliklər edilib? #TəhsilNazirliyi #EduAz #TətilVaxtı #EvdəQal
More