• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri
FAQ

"Qarabağın məşhur müəllimləri" - Mehdi Mehdizadə

Təhsil Nazirliyinin "Qarabağın məşhur müəllimləri" layihəsinin növbəti tarixi siması Mehdi Mehdizadədir. O, 1903-cü ildə Cəbrayıl rayonunun Daşkəsən kəndində anadan olub. 1926-cı ildə Azərbaycan Pedaqoji İnstitutunu bitirib (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti) və bir müddət Qaryagin (Füzuli) şəhərində fizika və riyaziyyat müəllimi kimi pedaqoji fəaliyyətlə məşğul olub. Mehdi Mehdizadənin  təhsilimizin, elmimizin inkişafında mühüm rolu vardır. Akademik Mehdi Mehdizadə təhsil idarəçiliyi sahəsində əsl məktəb yaradıb. Böyük pedaqoqun yaratdığı həmin məktəb bu gün də öz əhəmiyyətini itirməyib. Qeyd edək ki, "Qarabağın məşhur müəllimləri" layihəsi çərçivəsində Qarabağda doğulan və vaxtilə pedaqoji fəaliyyətlə məşğul olan tanınmış şəxslər barədə məlumatlar təqdim olunur. Layihənin məqsədi müzəffər Azərbaycan Ordusunun qələbə xəbərlərinə sevindiyimiz bu günlərdə əslən Qarabağdan olan məşhur müəllimləri yad etməkdir.   

Xüsusi karantin rejimi dövründə təhsilin təşkilinə dair brifinq

Oktyabrın 30-da Nazirlər Kabinetinin  "Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair əlavə tədbirlər barədə" Qərarı ilə bağlı brifinq keçirilib. Brifinqdə çıxış edən Təhsil naziri Emin Əmrullayev Ermənistan Silahlı Qüvvələrinin ölkəmizə qarşı davam edən hərbi təcavüzünə toxunub, düşmən təcavüzü nəticəsində zərər dəymiş təhsil müəssisələri, həlak olan və yaralanan məktəblilər barədə danışıb. Təhsil naziri təəssüf hissi ilə bildirib  ki, bu təcavüz nəticəsində son bir ayda 9 şagirdimiz həlak olub, 16 şagirdimiz yaralanıb, eləcə də 50-yə yaxın təhsil müəssisəsi müxtəlif dağıntılara məruz qalıb. Emin Əmrullayev  Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq, noyabrın 2-dən bütün təhsil pillələri üzrə tədrisin distant qaydada təşkil olunacağını diqqətə çatdırıb və qeyd edib ki, distant təhsil mövcud durumdan çıxış yoludur. Distant təhsilin təminatı üçün müxtəlif onlayn platformaların fəaliyyətinə toxunan Təhsil naziri həmçinin, "Microsoft Teams"in Azərbaycan dilində olan versiyasının artıq hazır olduğunu diqqətə çatdırıb. Eyni zamanda həmin platformaların növbəti həftələrdə VPN olmadan işləyəcəyini bildirib. Təhsil naziri qeyd edib ki, epidemioloji vəziyyət imkan verdiyi təqdirdə yaxın gələcəkdə mərhələlərlə əyani təhsil bərpa oluna bilər. Sonda media nümayəndələrini maraqlandıran çoxsaylı suallar cavablandırılıb.  

102 tələbə Prezident təqaüdünə layiq görülüb

Oktyabrın 29-da ölkə Prezidenti cənab İlham Əliyev "2020-2021-ci tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında" sərəncam imzalayıb. Sərəncama əsasən, 2020-2021-ci tədris ilində tələbə qəbulu imtahanlarında ixtisas qrupları üzrə ən yüksək nəticələr göstərmiş və yerli ali təhsil müəssisələrinə  daxil olmuş 102 tələbəyə Prezident təqaüdü veriləcək.

"Dərs vaxtı"nın 30 oktyabr cədvəli

"Mədəniyyət" və "ARB Günəş" telekanallarında yayımlanan "Dərs vaxtı" proqramının 30 oktyabr tarixi üçün nəzərdə tutulan cədvəlini təqdim edirik. Əziz şagirdlər, noyabrın 2-dək “Dərs vaxtı”nın buraxılışları tətil günlərinin rejiminə uyğun efirə gedəcək. Həm ötən il, həm də bu il öyrəndiklərinizi möhkəmləndirməyə və genişləndirməyə xidmət edən məşğələlərimiz planlaşdırılır. Məsələ həlli, tapşırıqların yerinə yetirilmə alqoritmi, mətn təhlili, qapalı test tapşırıqlarının analizi və s. bu kimi faydalı izahlarla tətildə də akademik öyrənməni dəstəkləyəcəyik. "Dərs vaxtı” tətil günlərindən səmərəli istifadə etməkdə sizə yardımçı olacaq. "Dərs vaxtı"nı izləməyi unutmayın!

Təhsil Nazirliyinin mətbuat xidmətinin məlumatı

Oktyabrın 29-da Nazirlər Kabineti tərəfindən "Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasının  ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair əlavə tədbirlər barədə" Qərar qəbul edilib.  Qərarda bildirilir ki, xüsusi karantin rejimi dövründə ölkəmizdə fəaliyyət göstərən bütün təhsil müəssisələrində 2020-ci il 2 noyabr tarixindən tədris və təlim-tərbiyə prosesinin distant (məsafədən) formada təşkili təmin edilsin. Bu Qərarla bağlı sabah təşkil ediləcək brifinqdə daha ətraflı məlumat veriləcək. 

Azərbaycan universitetlərində təhsil alan əcnəbi tələbələr “Qarabağ Azərbaycandır!” deyirlər

Təhsil naziri “Clarivate Analytics” şirkətinin nümayəndə heyəti ilə görüşüb

Oktyabrın 29-da Təhsil naziri Emin Əmrullayev ilə ABŞ-ın “Clarivate Analytics” şirkətinin nümayəndə heyəti arasında onlayn formatda görüş keçirilib. Görüş zamanı Təhsil Nazirliyi ilə “Clarivate Analytics” arasında əlaqələrin cari vəziyyəti və gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib. Eyni zamanda 2018-ci ildən etibarən elmi-tədqiqat işlərinin ümumi çəkisinə və nəşr aktivliyinin artım dinamikasına görə ölkəmizin Cənubi Qafqaz regionu ölkələri arasında ilk pillədə qərarlaşması təqdirəlayiq hal kimi qeyd olunub. Tərəflər ölkəmizin elmi-tədqiqat fəaliyyəti ilə bağlı digər keyfiyyət göstəricilərinin inkişaf etdirilməsinin vacibliyi ətrafında müzakirələr apararaq növbəti dövr ərzində qarşıya qoyulan hədəflər və bu istiqamətdə görüləcək işlər barədə razılığa gəliblər. Təhsil naziri Emin Əmrullayev Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın dinc əhalisinə qarşı təcavüzü, müxtəlif şəhər və rayonlara raket zərbələri endirməsi nəticəsində 9 nəfər məktəblinin həlak olması, 16 nəfər məktəblinin xəsarət alması və 50-dək təhsil müəssisəsinə zərər dəyməsi ilə bağlı iştirakçılara məlumat verib.

Peşə təhsili üzrə teledərslərin 30 oktyabr cədvəli

Peşə Təhsili üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə "ARB Günəş" telekanalında yayımlanan peşə teledərslərinin 30 oktyabr tarixi üçün cədvəlini təqdim edirik. Dərslər saat 18:10-da yayımlanacaq. Qeyd edək ki, teledərsləri Peşə Təhsili üzrə Dövlət Agentliyinin rəsmi "Youtube" (https://bit.ly/2WYaWU9) kanalı ilə yanaşı, "Facebook" (https://bit.ly/34erIjf) səhifəsindən və Təhsil Nazirliyinin videodərslər portalından (https://video.edu.az/) izləmək mümkündür.

"Qarabağın məşhur müəllimləri" - Firidun bəy Köçərli

Təhsil Nazirliyinin "Qarabağın məşhur müəllimləri" layihəsinin növbəti tarixi siması Firidun bəy Köçərlidir. Əslən şuşalı olan Firidun bəy Köçərli 1885-1890 və 1893-1894-cü  illərdə İrəvan gimnaziyasında ana dili, hüsnxətt fənlərini tədris edib. 1895-ci ildə Qori Müəllimlər Seminariyasının tatar şöbəsinin Azərbaycan dili və şəriət müəllimi təyin edilib. 1918-1920-ci illərdə onun təşəbbüsü ilə həmin seminariyanın əsasında açılmış Qazax Müəllimlər Seminariyasının müdiri işləyib.  Firidun bəy müəllimlik peşəsini bütün peşələrdən daha yüksəkdə tuturdu. O, müəllimi gələcəyə işıq salan mayak, nur adlandırırdı. Onun təbirincə desək, “Pis şagird yoxdur, şagirdi düzgün anlamayan müəllim vardır. Müəllimin borcudur ki, hətta ən çətin tərbiyə olunan uşağı belə tərbiyələndirsin”. Görkəmli ədib hər çıxışında qızların təhsilə cəlb edilməsini ön plana çəkirdi və təhsilli qadının gələcəkdə övladlarını da təhsilli böyüdəcəyini nəzərə çatdırırdı. Qeyd edək ki, "Qarabağın məşhur müəllimləri" layihəsi çərçivəsində Qarabağda doğulan və vaxtilə pedaqoji fəaliyyətlə məşğul olan tanınmış şəxslər barədə məlumatlar təqdim olunur. Layihənin məqsədi müzəffər Azərbaycan Ordusunun qələbə xəbərlərinə sevindiyimiz bu günlərdə əslən Qarabağdan olan məşhur müəllimləri yad etməkdir.

15/08/2020

Müəllimlərin işə qəbulu müsabiqəsinin üstünlükləri #TəhsilNazirliyi #EduAz #MİQ #Müəllim #MüəllimlərinİşəQəbulu

More
15/08/2020

Peşə təhsilinin perspektivləri və gənclərə yaratdığı fürsətlər müzakirə #TəhsilNazirliyi #EduAz #PeşəTəhsili

More
15/08/2020

Şagirdlərin elektron yerdəyişməsi sistemində hansı yeniliklər edilib? #TəhsilNazirliyi #EduAz #TətilVaxtı #EvdəQal

More

Sayt test rejimində çalışır