• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri
FAQ

Rəşadətli Ordumuzun zəfəri

.

Azərbaycanın “World Skills International” təşkilatına üzvlüyü təsdiq edilib

Azərbaycanın nümayəndə heyəti “World Skills International” (WSI) təşkilatının Ümumi yığıncağına qatılıb. Görüş WSI təşkilatının İdarə heyətinin, regional qurumlar və üzv dövlətlərin, eləcə də tərəfdaş təşkilatların rəsmi nümayəndələrinin iştirakı ilə onlayn formatda təşkil edilib. Tədbir zamanı Azərbaycanın WSI təşkilatına 85-ci üzv kimi qəbul edilməsi Ümumi yığıncaq tərəfindən təsdiq olunub.         “World Skills International” dünyada peşə bacarıqlarını təbliğ edən və peşələrin olimpiadası kimi tanınan beynəlxalq bir təşkilatdır. Qeyd edək ki, növbəti yarışlar 2021-ci ilin sentyabr ayında Çinin Şanxay şəhərində keçiriləcək. Azərbaycanın həmin yarışlarda iştirakı nəzərdə tutulur.

Təhsil naziri Gürcüstanın ölkəmizdəki səfiri ilə görüşüb

Oktyabrın 16-da Təhsil naziri Emin Əmrullayev Gürcüstanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Zurab Pataradze ilə onlayn görüşüb. Görüşdə Azərbaycanla Gürcüstan arasında təhsil sahəsində əlaqələrin cari vəziyyətindən məmnunluq ifadə edilib və gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib. Təhsil naziri Ermənistanın təcavüzü nəticəsində 3 nəfər məktəblinin həlak olması, 15 nəfər məktəblinin xəsarət alması və ölkəmizin müxtəlif bölgələrində yerləşən 40-dək məktəbə zərərin dəyməsi ilə bağlı məlumatı səfirin diqqətinə çatdırıb. Səfir, öz növbəsində, Gürcüstanın Azərbaycan Respublikasının ərazi bütövlüyünü tanıdığını bir daha qeyd edib.

İşğal altında olan peşə təhsili müəssisələri

Ermənilər tərəfindən həyata keçirilən separatist fəaliyyət nəticəsində Dağlıq Qarabağ və işğal altında olan ətraf rayonlarda yerləşən 6 peşə təhsili müəssisəsinin fəaliyyəti tamamilə dayandırılıb, 5 peşə təhsili müəssisəsi isə müvəqqəti olaraq digər bölgələrə köçürülüb. Müvəqqəti olaraq digər bölgələrə köçürülən peşə təhsili müəssisələri arasında Kəlbəcər Peşə Məktəbi, Laçın Peşə Məktəbi, Cəbrayıl Peşə Məktəbi və Füzuli Dövlət Peşə Təhsil Mərkəzi yer almaqdadır. Qubadlı Peşə Məktəbi, Zəngilan Peşə Məktəbi, Şuşa Peşə Məktəbi, 1, 3 və 5 nömrəli Ağdam Peşə Məktəblərinin fəaliyyəti isə dayandırılıb. Qeyd edək ki, işğaldan əvvəl Cəbrayıl şəhərində Cəbrayıl Peşə Məktəbi fəaliyyət göstərib, sözügedən şəhər 4 oktyabr 2020-ci il tarixindən etibarən Ordumuz tərəfindən azad edilib.

16 oktyabr üzrə ümumi təhsil müəssisələrində COVİD-19-la bağlı məlumat

.

Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqi

Oktyabrın 16-da Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqi keçirilib. Brifinqdə iştirak edən Təhsil naziri Emin Əmrullayev erməni təcavüzü nəticəsində zərər dəymiş təhsil müəssisələri, həlak olan və yaralanan məktəblilər barədə danışıb. Təhsil naziri bildirib  ki, bu səbəbdən cəbhə bölgəsində yerləşən 1221 təhsil müəssisəsinin dərs cədvəllərində dəyişiklik edilib. Ermənistan Silahlı Qüvvələrinin hücumu nəticəsində 3 şagird həlak olub, 15 şagird xəsarət alıb, eləcə də 40-dək təhsil müəssisəsi müxtəlif dağıntılara məruz qalıb. Nazir Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ordumuzun qələbəsinə  və bu günün uzaqda olmadığına inamını ifadə edib. Emin Əmrullayev koronavirusla bağlı məktəblərdə vəziyyətə toxunub və nazirlik tərəfindən gündəlik olaraq ictimaiyyətə məlumat verildiyini bir daha xatırladıb. Təhsil müəssisələrinin kontingentinin çoxsaylı olması və bunun nəticəsində yoluxma ehtimalının arta biləcəyini deyən Təhsil naziri qeyd edib ki, buna görə də  Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, 19 oktyabrdan  2 noyabr tarixinədək ölkə üzrə bütün təhsil müəssisələrində tətil elan olunub. Qərara əsasən, qeyd edilən dövr ərzində ölkəmizdə fəaliyyət göstərən məktəbəqədər, məktəbdənkənar və əlavə təhsil müəssisələrinin fəaliyyəti tamamilə dayandırılır. Daha sonra çıxış edən TƏBİB-in departament direktoru Yaqut Qarayeva ölkədə koronavirusa yoluxma barədə məlumat verib və bildirib ki, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə uyğun olaraq, müəyyən addımlar atılır, lokal qapanmalar həyata keçirilir. Sonda media nümayəndələrini maraqlandıran çoxsaylı suallar cavablandırılıb.  

Füzuli rayonunun təhsil statistikası

.

"Dərs vaxtı"nın 16 oktyabr cədvəli

"Mədəniyyət" və "ARB Günəş" telekanallarında yayımlanan “Dərs vaxtı” proqramının oktyabrın 16-sı üçün nəzərdə tutulan cədvəlini təqdim edirik. Təhsil Nazirliyi dərs cədvəlinə diqqət etməyi, dərsi “Dərs vaxtı”nda öyrənməyi tövsiyə edir. Əziz şagirdlər, unutmayın ki, teledərslər ən yaxşılardan öyrənmək üçün əlavə və unikal imkandır.

Rəşadətli Ordumuzun zəfəri

.

15 oktyabr üzrə ümumi təhsil müəssisələrində COVİD-19-la bağlı məlumat

.

15/08/2020

Müəllimlərin işə qəbulu müsabiqəsinin üstünlükləri #TəhsilNazirliyi #EduAz #MİQ #Müəllim #MüəllimlərinİşəQəbulu

More
15/08/2020

Peşə təhsilinin perspektivləri və gənclərə yaratdığı fürsətlər müzakirə #TəhsilNazirliyi #EduAz #PeşəTəhsili

More
15/08/2020

Şagirdlərin elektron yerdəyişməsi sistemində hansı yeniliklər edilib? #TəhsilNazirliyi #EduAz #TətilVaxtı #EvdəQal

More

Sayt test rejimində çalışır