Məktəbəqədər təhsil
Məktəblərdə təşkil olunmuş məktəbəhazırlıq qruplarına məktəbin yerləşdiyi ərazidə yaşayan və həmin ildə 5 yaşı tamam olan (2014-cü il təvəllüdlü) uşaqlar qəbul edilir. Yaşayış ərazisindəki məktəbdə məktəbəhazırlıq qrupu təşkil olunmadığı halda, uşaqlar digər məktəbdə yaradılan məktəbəhazırlıq qrupuna qəbul edilə bilər.
MÜNDƏRİCAT:
Fəaliyyət İstiqamətləri
“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın müddəalarına, mövcud normativ hüquqi sənədlərin tələblərinə uyğun olaraq məktəbəqədər təhsil sahəsində başlıca fəaliyyət istiqamətləri aşağıdakılardır:
-
Məktəbəqədər təhsil sisteminin fəliyyətini və onun inkişafını təmin edən normativ hüquqi bazanın yaradılmasında iştirak etmək;
-
Məktəbəqədər təhsilin inkişafı ilə bağlı müxtəlif istiqamətli dövlət proqramlarının həyata keçirilməsinə nəzarəti təmin etmək;
-
Təlim-tərbiyə prosesinin keyfiyyətinə, təhsil qanunvericiliyinin icrasına, məktəbəqədər təhsilin dövlət standartlarına riayət olunmasına nəzarət etmək;
-
Qanunvericiliyə uyğun olaraq məktəbəqədər təhsil sistemində demokratik idarəetmənin tətbiqinə nəzarəti yerli icra hakimiyyəti orqanları ilə birlikdə həyata keçirmək;
-
Məktəbəqədər təhsilin məzmunca yeniləşdirilməsinə nail olmaq.
Qeyd olunan fəaliyyət istiqamətlərinə uyğun olaraq məktəbəqədər təhsil sektorunun başlıca vəzifələri:
-
Məktəbəqədər təhsil məsələləri üzrə təkliflər, o cümlədən normativ hüquqi sənədlərin layihələrinin hazırlanıb Nazirliyin rəhbərliyinə təqdim edilməsi;
-
Məktəbəqədər təhsilin təkmilləşdirilməsi ilə bağlı təkliflərin hazırlanması;
-
Mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün məktəbəqədər təhsil müəssisələrinə tədris-metodiki rəhbərliyin həyata keçirilməsi;
-
Məktəbə hazırlığın məktəbəqədər təhsil müəssisələrində, ümumtəhsil müəssisələrinin müvafiq strukturlarında və qısamüddətli təlim qruplarında təşkilinin təmin olunması;
-
Ölkənin bütün məktəbəqədər təhsil müəssisələrində məktəbəqədər təhsil üzrə kurikulumun tətbiqinin təmin olunması
-
Məktəbəqədər təhsil üzrə milli məzmun standartlarının hazırlanması.
Məktəbə Qəbul
Məktəblərdə təşkil olunmuş məktəbəhazırlıq qruplarına məktəbin yerləşdiyi ərazidə yaşayan və həmin ildə 5 yaşı tamam olan (2014-cü il təvəllüdlü) uşaqlar qəbul edilir. Yaşayış ərazisindəki məktəbdə məktəbəhazırlıq qrupu təşkil olunmadığı halda, uşaqlar digər məktəbdə yaradılan məktəbəhazırlıq qrupuna qəbul edilə bilər.
Yalnız Bakı şəhərinin bir sıra ümumi təhsil məktəblərində məktəbəhazırlıq qruplarına qəbul ərazi prinsipi əsasında aparılır. Digər rayon və şəhərlərdə ərazi prinsipi tətbiq olunmur. Məcburi köçkün məktəblərindəki məktəbəhazırlıq qruplarına yalnız məcburi köçkün ailələrindən olan uşaqlar qəbul edilir.