• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri
FAQ

Ümumi məlumat

Azərbaycan Respublikasında icbari təhsili bitirdikdən sonra hər bir vətəndaşa orta ixtisas təhsili müəssisəsinə müxtəlif ixtisaslar üzrə qəbul olmaq hüququ verilir. 2014-cü tədris ilindən Nazirlər Kabinetinin 26 dekabr 2014- cü il tarixli, 354 nömrəli qərarına uyğun olaraq, tədrisin təşkili yeni tələblərə uyğun təmin edilmişdir. Bu isə öz növbəsində Avropa Kredit Transfer Məkanında tələbələrin biliklərinin 100 bal şkala ilə (qiymətləndirilməsinin) tanınması istiqamətində mühüm rol oynamışdır.

 

 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 230 nömrəli 20 may 2019-cu il tarixli “Orta ixtisas təhsili müəssisələrinə bakalavrların, ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə (əsas (baza ali) tibb təhsilinə) müvafiq ixtisaslar üzrə subbakalavrların qəbulu, habelə bakalavriatı (əsas (baza ali) tibb təhsilini) başa vurmayan şəxslərin orta ixtisas təhsili müəssisələrinə köçürülməsi Qaydalar”ı təsdiq edilmişdir. Həmin Qərara əsasən 4500 nəfərdən çox məzun (subbakalavrlar) imtahanda iştirak etmədən müxtəlif fakültələr üzrə ali təhsil müəssisələrinə qəbul olunmuşdur.

Beynəlxalq Tərəfdaşlıq

Azərbaycan, Türkiyə və Rusiya Federasiyasında fəaliyyət göstərən orta ixtisas təhsili müəssisələri arasında mütəmadı olaraq fikir mübadilələri, konfranslar və qarşılıqlı təcrübənin öyrənilməsi istiqamətində işlər aparılır. Növbəti illərdə bu təcrübənin miqyasının daha da genişləndirilməsi nəzərdə tulmuşdur.

 

 

Məqsəd

Orta ixtisas təhsili iqtisadiyyatın müxtəlif səhələrinin ixtisaslı kadrlarla təmin olunmasında mühüm rol oynayır. Orta ixtisas təhsili fasiləsiz təhsil sisteminin tərkib hissəsi olmaqla bir-biri ilə bağlı iki məsələni - gənclərin müxtəlif peşələrə yiyələnməsini və onların ümumi icbari təhsil almalarını həll edir.

 

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında” 13 iyun 2000-ci il tarixli fərmanı ilə bir sıra dövlət qurumlarının tabeliyində olan orta ixtisas təhsili müəssisələrinin Təhsil Nazirliyinin tabeliyinə verilməsi ilə orta ixtisas təhsilinin məzmununda köklü dəyişikliklərin aparılmasına, kadr hazırlığı strukturunun və təhsil müəssisələri şəbəkəsinin təkmilləşdirilməsinə imkan yaranıb.

Orta İxtisas Müəssisələrinə Qəbul

Azərbaycan Respublikasının vətəndaşları dövlət və qeyri-dövlət orta ixtisas təhsili müəssisələrində pullu və pulsuz təhsil almaq hüququna malikdirlər. Qeyri-dövlət təhsil müəssisələrdə ödəniş haqqının miqdarı hər tədris ilində tədris müəssisəsiin Şurası tərəfindən müəyyən edilir.

 

Orta ixtisas təhsili müəssisəsinə əsas və ümumi orta təhsili olan, peşə məktəbi və peşə litsey təhsili vətəndaşlar şəxsi ərizələrinə görə orta ixtisas proqramlarını mənimsəyə bilmək imkanlarını yoxlamaq üçün aparılan qəbul imtahanlarının nəticəsinə görə qəbul olunurlar. Müsabiqə olan halda ən bacarıqlı və hazırlıqlıların qəbul olunması təmin olunmalıdır.


Sayt test rejimində çalışır