• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri
FAQ

Ümumi təhsilin X-XI sinifləri üçün təmayüllər üzrə fənn kurikulumlarının hazırlanması

Xidmətlər haqqında qısa məlumat. Ölkəmizdə təhsil islahatlarından  irəli gələn vəzifələrə uyğun olaraq ümumi təhsilin X-XI sinifləri  üçün təmayüllər üzrə fənn kurikulumlarının  hazırlanması, onların tətbiqinə dair tövsiyələrin işlənməsi planlaşdırılmışdır. Kurikulumlar hazırlanarkən təmayül siniflərinin xüsusiyyətlərinə uyğun olaraq onların variativ xarakter daşıması  nəzərdə tutulur. Tələb olunan xidmətlər: • Azərbaycan dili (təlim Azərbaycan dilində olan məktəblər üçün) • Azərbaycan dili (dövlət dili kimi ) • Ədəbiyyat • Rus dili (təlim rus  dilində olan məktəblər üçün) • Ədəbiyyat  (təlim rus  dilində olan məktəblər üçün) • Xarici dil • Azərbaycan tarixi • Coğrafiya • Ümumi tarix • Riyaziyyat • Fizika • Kimya • Biologiya • Çağrışaqədərki hazırlıq fənn kurikulumlarının hazırlanması üzrə mütəxəssislər.   İşin icra  olunduğu yer: Azərbaycan Respublikasının Təhsil İnstitutu. Xidmətin icra müddəti: 30 avqust 2017- ci il tarixədək.   Namizədlərə verilən tələblər: 1. İxtisas fənni üzrə dərin biliklər. 2. Müasir pedaqoji, psixoloji yanaşmalara bələdlik. 3. Standart və kurikulumların hazırlanması sahəsində təcrübə. 4. Standart və kurikulumların hazırlanması sahəsində dünya təcrübəsinə bələdlik. 5. Öz fikirlərini yazılı formada şərh etmək təcrübəsi. 6. Kompüter bacarıqları   Müraciət forması: Müraciət edən şəxs seçdiyi fənni “Subject” hissəsində göstərməklə elana əlavə olunmuş öz avtobioqrafiyasını (CV) 05.05.2017-ci il tarixədək ulkar.zaidzada@edu.gov.az elektron poçtuna göndərə bilər. Müraciətə baxılması: Daxil olmuş CV-lər əsasında tələblərə cavab verən namizədlər müəyyənləşdiriləcək və müsahibəyə dəvət ediləcəklər.   Əlavə məlumat: iş günləri saat 09.00-dan 18.00-dək bu  əlaqə nömrəsi vasitəsi əldə oluna bilər. Əlaqələndirici şəxs: Ülkər Zaidzadə Telefon: (012) 5991155 (daxili 5412) E-poçt: ulkar.zaidzada@edu.gov.az

Rəqəmsal tədris resursları siyasəti sahəsində mütəxəssis xidmətləri

Xidmətlər haqqında məlumat: 1. Rəqəmsal Tədris Resursları (RTR) siyasəti ilə bağlı beynəlxalq təcrübəni geniş və hərtərəfli təhlil etmək. 2. Məktəblilər üçün RTR-nin hazırlanması, yayılması və istifadəsi siyasətinin formalaşdırılmasına dair təkliflər vermək.     Namizədlərə verilən tələblər: 1. Təhsili: Namizəd təhsil, ictimai idarəetmə və ya informasiya-kommunikasiya texnologiyaları üzrə ali təhsilə malik olmalıdır. Tanınmış xarici ali məktəblərdə təhsil almış namizədlərə üstünlük veriləcəkdir. 2. Təcrübəsi: Namizəd təhsil və ya RTR sahəsində iş təcrübəsinə malik olmalıdır. RTR siyasəti sahəsində tədqiqatlar aparmış, bu sahədə beynəlxalq təcrübəyə dair məlumatlı olan namizədlərə üstünlük veriləcəkdir. 3. Dil bilmə səviyyəsi: Namizəd Azərbaycan və ingilis dillərini mükəmməl səviyyədə bilməlidir.   Müraciət forması: Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə əməkdaşlıq etmək arzusunda olan şəxslər öz tərcümeyi-halını (CV) 26.05.2017-cı il tarixədək elxan.aliyev@edu.gov.az e-poçtuna göndərə bilərlər. Əlavə məlumatları iş günləri saat 09:00-dan 18:00-dək bu ünvandan əldə etmək olar:   Ünvan: AZ1008, Bakı şəhəri, Xətai prospekti, 49. Azərbaycan Respublikası Təhsil Nazirliyi Əlaqələndirici şəxs: Elxan Əliyev Əlaqə telefonları: (+ 994 12) 599-11-55 (daxili: 5279) E-poçt: elxan.aliyev@edu.gov.az

Azərbaycan Respublikasının Təhsil İnstitutu UNİCEF Azərbaycan ilə birgə vakant iş yerləri elan edir

Azərbaycan Respublikasının Təhsil İnstitutu UNİCEF Azərbaycan ilə birgə aşağıdakı layihələrin icrasına başlayır və vakant iş yerləri üzrə müsabiqə elan edir.   1. Ailələrin maarifləndirilməsi yolu ilə 3-4 yaşlı uşaqların məktəbəqədər təhsilə cəlb edilməsi layihəsi - Layihə koordinatoru - Mühasib - Ehtiyacların qiymətləndirilməsi üzrə məsləhətçi - Monitorinq və qiymətləndirilmə üzrə menecer 2. Məktəbəqədər və ibtidai təhsil pillələri üzrə müəllimlərin ixtisasartırma proqramlarının hazırlanması layihəsi - Layihə koordinatoru - Mühasib - Ehtiyacların qiymətləndirilməsi üzrə məsləhətçi - Keyfiyyət təminatı üzrə menecer 3. Ümumtəhsil pilləsi üzrə kurikulumun təkmilləşdirilməsi layihəsi - Layihə koordinatoru - Mühasib - Kurikulum üzrə mütəxəssis 4. Məktəb idarəolunması üzrə proqramın hazırlanması və tətbiqi layihəsi - Layihə koordinatoru - Mühasib   Hər vakant yer üzrə verilən tələblərə uyğun namizədlər öz CV-lərini Azərbaycan dilində nermine.aliyeva@edu.gov.az email ünvanına göndərə bilərlər.

Kotirovkalar sorğusu ilə bağlı bildiriş

Azərbaycan Respublikasının Təhsil Nazirliyi dəftərxana ləvazimatlarının kotirovkalar sorğusu üsulu ilə satın alınmasını həyata keçirir. Maraqlanan təşkilatlar (012) 599-11-55 (daxili 5252) telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər. Kotirovkalar sorğusunda iştirak etmək üçün sənədlər 21 aprel 2017-ci il saat 18:00-dək qəbul olunur . Ünvan: AZ 1008, Bakı şəhəri, Xətai prospekti 49.

Dərsliklərin qiymətləndirilməsi sahəsində ekspert xidmətləri

Xidmətlər haqqında qısa məlumat: Dərsliklərin qiymətləndirilməsi “Dərslikləri qiymətləndirmə meyarları”na əsasən Azərbaycan Respublikası Təhsil Nazirliyinin yanında fəaliyyət göstərən Dərslikləri Qiymətləndirmə Şurası (bundan sonra Şura) tərəfindən həyata keçirilir. Şura müstəqil qurumdur və əsas funksiyası ümumtəhsil məktəblərində istifadə ediləcək dərslik komplektləri (DK) üzrə ekspert qrupları formalaşdırmaqla onların qiymətləndirilməsi prosesini təşkil etməkdən ibarətdir. Seçilmiş ekspertlər dərslik komplektlərinin layihələrinin dövlət standartlarına və təhsil proqramına (kurikuluma) uyğunluğunu, onların məzmununun elmi etibarlılığını və sosial həssaslığını, pedaqoji yanaşmalarını, bədii tərtibat və dizaynını, dil və yazı üslubunu qiymətləndirəcəklər.   Tələb olunan xidmətlər: İbtidai təhsil səviyyəsinin aşağıdakı fənləri  üzrə ekspert xidmətləri. • Azərbaycan dili (tədris dili kimi) • Riyaziyyat • Həyat bilgisi    • Русский язык (как язык обучения) • Математика • Познание мира   Xidmətin icra olunduğu yer: Azərbaycan Respublikası Təhsil Nazirliyi   Xidmətin icra müddəti:  30.12.2017-cı il tarixədək Namizədlərə verilən tələblər: 1. Təhsili: Namizəd müraciət etdiyi xidmətlərin istiqamətinə uyğun ali təhsilə malik olmalıdır. 2. Təcrübəsi: Namizəd müraciət etdiyi fənnə uyğun ən azı 5 illik pedaqoji təcrübəyə malik olmalıdır. 3. İKT-dən istifadə bacarıqları: Namizəd Microsoft Word proqramından istifadə etməyi bacarmalıdır.        Müraciət forması: Müraciət edən şəxslər qiymətləndirmək istədiyi fənni göstərmək şərti ilə elana əlavə olunmuş formada öz avtobioqrafiyasını (CV) 31.05.2017-ci il tarixədək aynure.hesenova@edu.gov.az elektron poçtuna göndərə bilərlər. Müraciətə baxılması: Daxil olan CV-lər əsasında tələblərə ən yüksək səviyyədə cavab verən namizədlər seçilərək onlardan qiymətləndirmək istədiyi fənn üzrə ən azı bir dərsliyi qiymətləndirmək istəniləcəkdir. Təqdim edilən sınaq qiymətləndirmə əsasında ən uğurlu namizədlər müəyyənləşdiriləcək və onlar müsahibəyə dəvət ediləcəkdir.   Əlavə məlumatları iş günləri saat 09.00-dan 18.00-dək bu ünvandan almaq olar: AZ1008, Bakı şəhəri, Xətai prospekti, 49. Azərbaycan Respublikası Təhsil Nazirliyi Əlaqələndirici şəxs: Aynurə Novruz qızı Həsənova Əlaqə telefonları: (+ 994 012) 599-11-55 (əlavə 5126) E-poçt: aynure.hesenova@edu.gov.az   Ərizə forması

Rumıniyanın Gənclər, Tədqiqat və Təhsil Nazirliyinin 2017/2018-ci tədris ili üçün elan etdiyi Təqaüd Proqramı

Təhsil səviyyəsi: Bakalavriat, magistratura, doktorantura Yaş həddi: Bakalavriat və magistratura üçün 35, doktorantura üçün 45 yaşadək Tədris dili: Rumın Müraciət forması: Müsabiqədə iştirak etmək arzusunda olan Azərbaycan Respublikası vətəndaşları ərizə formasını doldurmalı və 24.04.2017-ci il saat 12:00-a kimi tələb olunan bütün sənədlərin surətini (skan pdf formatında) elektron poçtla admission@edu.gov.az ünvanına göndərməlidir. Elektron poçtla göndərilən sənədlərin əslinin isə yalnız 24.04.2017-ci il saat 16:00-dan 17:00-dək Təhsil Nazirliyinin Vətəndaşların Qəbulu Mərkəzində əlaqədar şəxsə (Nərmin Həsənovaya) təqdim edilməsi  xahiş olunur. Tələb olunan sənədlər: • Ərizə forması (əlavədədir); • CV (tərcümeyi-hal); • Doğum haqqında şəhadətnamənin surəti; • Şəxsiyyət vəsiqəsinin surəti; • Ümumvətəndaş pasportunun surəti; •  Sağlamlıq haqqında arayış; • Yaşayış yerindən arayış; • Attestat və ya orta ixtisas diplomunun (bakalavr dərəcəsinə müraciət edənlər üçün) surəti; • Bakalavr təhsili üzrə diplom və diploma əlavənin (magistratura dərəcəsinə müraciət edənlər üçün) surəti; • Bakalavr və magistratura təhsili üzrə diplom və diploma əlavə (doktorantura dərəcəsinə müraciət edənlər üçün) surəti; • 2 ədəd fotoşəkil. Bütün sənədlər 2 nüsxədə təqdim olunmalıdır. Sənədlərin bir nüsxəsi notarial qaydada ingilis dilinə tərcümə və təsdiq olunmalıdır.   Ərizə forması

Satın alınma ilə bağlı bildiriş

2017/2018-ci tədris ilinə ümumi təhsili həyata keçirən dövlət və bələdiyyə təhsil müəssisələrinin əsas tədris vəsaitləri ilə təminatı məqsədilə tələb olunan dərslik və müəllim üçün metodik vəsaitlərin çapının satın alınması üzrə keçirilən açıq tender iştirakçılarının şifahi sorğularına, eləcə də “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununun 30.2-ci maddəsinə uyğun olaraq əsas şərtlər toplusunda  aşağıdakı dəyişiklik edilmişdir: Malgöndərənlərin (podratçıların) ixtisas uyğunluğu iştirak etdiyi lotlar üzrə son üç il ərzində dərsliklərin nəşri və çapı sahəsində uğurla yerinə yetirdiyi müqavilələrin cəmi məbləğinə cavab verməlidir.   Lot nömrəsi Minimal müqavilə məbləği (manatla) Lot 1 450000.00 Lot 2 700000.00 Lot 3 2050000.00 Lot 4 550000.00 Lot 5 500000.00 Lot 6 1100000.00 Lot 7 1900000.00 Lot 8 650000.00   Açıq tenderin əsas şərtlər toplusunda edilmiş bu dəyişiklik tender iştirakçıları üçün məcburi qüvvəyə malikdir. Bu dəyişiklik iştirakçılar arasında sağlam rəqabət mühitinin yaradılmasına və iştirakçıların say tərkibinin artırılmasına imkan verəcəkdir.                       Azərbaycan Respublikası  Təhsil Nazirliyinin Tender komissiyası

2017-2018-ci tədris ilinə dərslik və müəllim üçün metodik vəsaitlərin çapının satınalınması məqsədilə açıq tender elanı

Seul Universitetində təqaüd proqramı

Seul Universiteti tərəfindən dövlət qulluqçuları üçün “Şəhərin idarə edilməsi və planlaşdırılması” üzrə elan etdiyi magistr (MUAP) təqaüd proqramını nəzərinizə çatdırırıq:   Ölkə: Koreya Respublikası Təhsil səviyyəsi: Magistratura Yaş həddi: 3 illik iş təcrübəsinə malik 40 yaşadək namizədlər Təhsil müddəti: 2017-ci il avqust – 2019-cu il avqust (25 ay) Tədris dili: İngilis Qarşılanan xərclər: Aylıq təqaüd, təhsil haqqı, yataqxana, yol xərci və s.  Son müraciət tarixi: 19.04.2017-ci il Müraciət forması: Elektron / http://isus.uos.ac.kr/isus/iudp/iudp_agree.do Rəsmi internet səhifə: http://isus.uos.ac.kr/isus/iphak/recruit/recruit2_1.do

Malayziyada tədris üzrə təqaüd proqramı

Malayziyanın 2017/2018- ci tədris ili üzrə elan etdiyi “Malayziya Beynəlxalq Təqaüd Proqramı (MİS)” barədə elanı nəzərinizə çatdırırıq:   Təqdim edən tərəf: Malayziya Proqramın adı: Malayziya Beynəlxalq Təqaüd Proqramı Təhsil səviyyəsi: magistratura, doktorantura İxtisaslar: Elm və Mühəndislik, Kənd Təsərrüfatı və balıqçılıq, İqtisadiyyat və İslam Maliyəsi, İnformasiya və Kommunikasiya Texnologiyaları, Bioteknologiya, Biogüvənlik və Ərzaq Təhlükəsizliyi, İnfrastruktur və Komunal, Ekoloji tədqiqatlar Qarşılanan xərclər: Təhsil haqqı, aylıq təqaüd, tibbi sığorta və yol xərcləri, kitab və daxili səyahət üçün illik qrant Yaş məhdudiyyəti: magistratura üçün müraciət edənlər üçün yaş məhdudiyyəti 40 yaş, doktorantura üzrə müraciət edənlər üçün isə 45 yaş müəyyən edilmişdir. Son müraciət tarixi: 31 mart 2017 Müraciət forması: Fərdi İnternet səhifəsi: https://biasiswa.mohe.gov.my/INTER/ Əlaqə vasitələri: E-mail: international_scholar@mohe.gov.my   Tel: +603 8870 6387

15/08/2020

Müəllimlərin işə qəbulu müsabiqəsinin üstünlükləri #TəhsilNazirliyi #EduAz #MİQ #Müəllim #MüəllimlərinİşəQəbulu

More
15/08/2020

Peşə təhsilinin perspektivləri və gənclərə yaratdığı fürsətlər müzakirə #TəhsilNazirliyi #EduAz #PeşəTəhsili

More
15/08/2020

Şagirdlərin elektron yerdəyişməsi sistemində hansı yeniliklər edilib? #TəhsilNazirliyi #EduAz #TətilVaxtı #EvdəQal

More

Sayt test rejimində çalışır