• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri
FAQ

Mal və materialların kotirovkalar sorğusuna dair bildiriş

Azərbaycan Respublikasının Təhsil Nazirliyi mal və materialların kotirovkalar sorğusu üsulu ilə satın alınmasını həyata keçirir. Maraqlanan təşkilatlar (012) 599-11-55, daxili 5252 telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər. Kotirovkalar sorğusunda iştirak etmək üçün sənədlər 11 iyul 2017-ci il tarixdə, saat 18:00-dək qəbul olunur . Ünvan: AZ 1008, Bakı şəhəri, Xətai prospekti 49.

Mebel avadanlıqlarının kotirovkalar sorğusuna dair bildiriş

Azərbaycan Respublikasının Təhsil Nazirliyi mebel avadanlıqlarının kotirovkalar sorğusu üsulu ilə satın alınmasını həyata keçirir. Maraqlanan təşkilatlar (012) 599-11-55, daxili 5252 telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər. Kotirovkalar sorğusunda iştirak etmək üçün sənədlər 07 iyul 2017-ci il tarixdə, saat 18:00-dək qəbul olunur . Ünvan: AZ 1008, Bakı şəhəri, Xətai prospekti 49.

“Təhsil Menecerlərinin Peşəkar İnkişafı” layihəsi çərçivəsində təhsil sahəsində işləyən və ya gələcəkdə bu sahədə çalışmaq istəyənlər üçün müsabiqə

Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən  Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 oktyabr tarixli 13 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun olaraq, təhsil sahəsində insan resurslarının inkişaf etdirilməsi və müasirləşdirilməsi məqsədilə təhsil sahəsində işləyən və ya gələcəkdə  bu sahədə çalışmaq istəyən şəxslərin Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan qurumlarda  bir il müddətinə təcrübə proqramına və təlimlərə cəlb olunması məqsədilə müsabiqə elan edilir. Layihənin əsas məqsədi müasir idarəetmə bacarıqlarına yiyələnmiş, informasiya  texnologiyalarına bələd, ölkəmizin təhsil və sosial inkişafına töhfə verə biləcək təhsil  işçilərini yetişdirmək və təkmilləşdirməkdir. Təcrübə proqramı və təlimlərdə gələcəkdə ölkənin müxtəlif bölgələrində (Bakı şəhəri və Abşeron rayonu istisna olmaqla) təhsil  sahəsində çalışmaq istəyi olan şəxslər iştirak edə bilərlər.   Müsabiqədə iştirak üçün tələblər:  -  Ali təhsil  - Təhsil və ya idarəetmə sahəsində minimum 3(üç) illik iş təcrübəsi  - Bölgələrdə təhsil sahəsində çalışmaq istəyi    Namizədlərdən gözlənilən digər keyfiyyətlər: - Liderlik bacarığı - Yüksək motivasiya - Səmərəli qərar qəbuletmə bacarığı - Nəticəyönümlülük - İKT-dən istifadə bacarığı - İngilis dili bilikləri - Məntiqi düşüncə bacarığı - Təhsil qanunvericiliyi üzrə biliklər     Müraciət qaydası: Yuxarıda qeyd edilmiş tələblərə uyğun gələn namizədlər müraciət məqsədilə aşağıda göstərilən linkə daxil olaraq müraciət formasını doldurmalıdırlar: http://bit.ly/2sE7lt5 Qeyd:   Müraciət üçün son tarix: 20 iyul 2017-ci il                 Seçim qaydaları: I mərhələ:  http://bit.ly/2sE7lt5 linki vasitəsilə elektron qeydiyyatın aparılması; II mərhələ: Müsabiqənin tələblərinə uyğun gələn və elektron qeydiyyatdan keçən şəxslərin  məntiqi düşüncə bacarıqlarının qiymətləndirilməsi; III mərhələ: Hər iki mərhələdə uğur qazanmış şəxslərin müsahibədə iştirak etməsi.

Dərslikləri Qiymətləndirmə Şurasının yeni tərkibinin seçiminə dair elan

Dərslikləri Qiymətləndirmə Şurası haqqında qısa məlumat: Dərslikləri Qiymətləndirmə Şurası (bundan sonra Şura) “Dərslikləri qiymətləndirmə meyarları”na əsasən yeni hazırlanan və əsaslı şəkildə yeniləşdirilmiş təkrar nəşr olunan dərslik komplektlərinin ekspertizasını və qiymətləndirilməsini həyata keçirən qurum olaraq Azərbaycan Respublikası Təhsil Nazirliyinin yanında fəaliyyət göstərir. Şura müstəqil qurumdur və əsas funksiyası ümumtəhsil məktəblərində istifadə ediləcək dərslik komplektləri (DK) üzrə ekspert qrupları formalaşdırmaqla onların qiymətləndirilməsi prosedurunu təşkil etməkdən ibarətdir.   Dərslikləri Qiymətləndirmə Şurasının üzvləri aşağıdakı ekspertiza sahələri üzrə xidmət göstərəcəklər: İbtidai təhsilin məzmunu Azərbaycan dilinin tədrisi Ədəbiyyatın tədrisi Xarici dillərin tədrisi Riyaziyyatın tədrisi İnformatikanın tədrisi Biologiyanın tədrisi Coğrafiyanın tədrisi Tarixin tədrisi Fizikanın tədrisi Kimyanın tədrisi “Русский язык/Литература”-nın tədrisi Təhsil proqramlarının (kurikulumların) fəlsəfəsi Fiziki tərbiyə Həyati bacarıqların formalaşdırılması Məktəblilərin yaş psixologiyası və fiziologiyası Tədris resurslarının dizaynı və bədii tərtibatı   Namizədlərə verilən tələblər: 1. Təhsili: Namizəd müraciət etdiyi ekspertiza sahəsinə uyğun ali təhsilə malik olmalıdır. 2. Təcrübəsi: Namizəd müraciət etdiyi ekspertiza sahəsinə uyğun azı 5 illik təcrübəyə malik olmalı və dərslik hazırlığı ilə məşğul olan müəssisələrdə fəaliyyət göstərməməlidir. Dərsliklərin qiymətləndirilməsi sahəsində təcrübəyə malik olanlara üstünlük veriləcəkdir. 3. İKT-dən istifadə bacarıqları: Namizəd “Microsoft Word” proqramından istifadə etməyi bacarmalıdır.           Müraciət forması:.Müraciət edən şəxs müraciət etdiyi ekspertiza sahəsini “Subject” hissəsində göstərməklə elana əlavə olunmuş formada öz avtobioqrafiyasını (CV) 18.07.2017-ci il tarixədək aynure.hesenova@edu.gov.az elektron poçtuna göndərə bilər. Daxil olan CV-lər əsasında elanın tələblərinə cavab verən namizədlər seçilərək onlardan müraciət etdiyi ekspertiza sahəsi üzrə bir dərsliyin ekspertizasını həyata keçirmək xahiş ediləcəkdir. Təqdim edilən sınaq ekspertiza əsasında ən uğurlu namizədlər müəyyənləşdirilərək müsahibəyə dəvət ediləcəklər.   Əlavə məlumatları iş günləri saat 09.00-dan 18.00-dək bu ünvandan almaq olar: AZ1008, Bakı şəhəri, Xətai prospekti, 49. Azərbaycan Respublikası Təhsil Nazirliyi Əlaqələndirici şəxs: Aynurə Novruz qızı Həsənova Əlaqə telefonları: (+ 994 012) 599-11-55 (əlavə 5126) E-poçt: aynure.hesenova@edu.gov.az

Pakistan İslam Respublikasının Lahor İdarəetmə Elmləri Universitetində təhsil

Pakistan İslam Respublikasının Lahor İdarəetmə Elmləri Universiteti Azərbaycan vətəndaşlarını 2017-2018-ci tədris ilində bu ali təhsil müəssisəsində təhsil almağa dəvət edir.  Təhsilin səviyyəsi: bakalavriat  İxtisas: 30-dan artıq ixtisas üzrə təhsil proqramları Təhsil ödənişlidir.  Daha ətraflı məlumatı göstərilən saytlardan əldə etmək mümkündür: admission.lums.edu.pk  və lums.edu.pk/publications-at-lums   

Qazaxıstan Respublikasının Hoca Ahmet Yesevi Beynəlxalq Türk-Qazax Universitetinin 2017-2018-ci tədris ili üçün Qrant Proqramı

Qazaxıstan Respublikasının Hoca Ahmet Yesevi Beynəlxalq Türk-Qazax Universiteti 2017-2018-ci tədris ili üçün Qrant Proqramı elan edir. Qrant Proqramı türkdilli ölkələrdən gənclərin həmin universitetdə təhsil almaları məqsədilə həyata keçirilir. Proqram çərçivəsində Azərbaycan Respublikası vətəndaşlarına 15 məqsədli təhsil qrantı ayrılıb. Qrant barədə ətraflı məlumatı universitetin internet səhifəsindən (ayu.edu.kz) əldə etmək mümkündür. Müsabiqədə iştirak etmək arzusunda olan Azərbaycan Respublikası vətəndaşlarından admission.ayu.edu.kz ünvanından qeydiyyatdan keçmələri xahiş olunur. Sözügedən keçid 01.06 - 30.06.2017-ci il tarixləri arası aktiv olacaqdır. Proqram çərçivəsində Qazaxıstan tərəfindən qarşılanan xərclər: təhsil haqqı, təqaüd, yataqxana və ildə bir dəfə vətənə gediş-gəliş xərci.

Abituriyentlərin Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Fransız-Azərbaycan Universitetinə (UFAZ) qəbulu haqqında elan

Ümumi və tam orta təhsil səviyyəsi üzrə dərsliklərin qiymətləndirilməsi sahəsində ekspert xidmətləri

Xidmətlər haqqında qısa məlumat: Dərsliklərin qiymətləndirilməsi “Dərslikləri qiymətləndirmə meyarları”na əsasən Azərbaycan Respublikası Təhsil Nazirliyinin yanında fəaliyyət göstərən Dərslikləri Qiymətləndirmə Şurası (bundan sonra Şura) tərəfindən həyata keçirilir. Şura müstəqil qurumdur və əsas funksiyası ümumtəhsil məktəblərində istifadə ediləcək dərslik komplektləri (DK) üzrə ekspert qrupları formalaşdırmaqla onların qiymətləndirilməsi prosesini təşkil etməkdən ibarətdir. Seçilmiş ekspertlər dərslik komplektlərinin dövlət standartlarına və təhsil proqramına (kurikuluma) uyğunluğunu, onların məzmununun elmi etibarlılığını və sosial həssaslığını, pedaqoji yanaşmalarını, bədii tərtibatını və dizaynını, dil və yazı üslubunu qiymətləndirəcəklər. Tələb olunan xidmətlər: Ümumi və tam orta təhsil səviyyəsinin aşağıdakı fənləri üzrə ekspert xidmətləri: • Azərbaycan dili (tədris dili kimi) • Azərbaycan dili (dövlət dili kimi) • Ədəbiyyat • İngilis dili (əsas xarici dil kimi) • Alman dili (əsas xarici dil kimi) • Riyaziyyat • Coğrafiya • Biologiya • Texnologiya • Həyat bilgisi • Çağırışaqədərki hazırlıq              • Русский язык (как язык обучения) • Литература • Математика • География • Физическое воспитание • Технология • Познание мира • Допризывная подготовка Xidmətlərin icra olunduğu yer: Azərbaycan Respublikası Təhsil Nazirliyi Xidmətlərin icra müddəti:  31.12.2017-cı il tarixə qədər olan müddət Namizədlərə verilən tələblər: 1. Təhsili: Namizəd müraciət etdiyi xidmətlərin istiqamətinə uyğun ali təhsilə malik olmalıdır. 2. Təcrübəsi: Namizəd müraciət etdiyi fənnə uyğun ən azı 5 illik pedaqoji və ya elmi təcrübəyə malik olmalıdır. 3. İKT-dən istifadə bacarıqları: Namizəd Microsoft Word proqramından istifadə etməyi bacarmalıdır.        Müraciət forması: Müraciət edən şəxslər müraciət etdiyi fənni göstərmək şərti ilə elana əlavə olunmuş formada öz avtobioqrafiyasını (CV) 30.06.2017-ci il tarixədək aynure.hesenova@edu.gov.az elektron poçtuna göndərə bilərlər. Müraciətə baxılması: Daxil olan CV-lər əsasında tələblərə cavab verən namizədlər seçilərək onlardan müraciət etdiyi fənn üzrə ən azı bir dərsliyi qiymətləndirmək istəniləcəkdir. Təqdim edilən sınaq qiymətləndirmə əsasında ən uğurlu namizədlər müəyyənləşdiriləcək və onlar müsahibəyə dəvət ediləcəkdir.   Əlavə məlumatları iş günləri saat 09.00-dan 18.00-dək bu ünvandan almaq olar: AZ1008, Bakı şəhəri, Xətai prospekti, 49. Azərbaycan Respublikası Təhsil Nazirliyi Əlaqələndirici şəxs: Aynurə Novruz qızı Həsənova Əlaqə telefonları: (+ 994 012) 599-11-55 (əlavə 5126) E-poçt: aynure.hesenova@edu.gov.az

Təhsil İnstitutu əməkdaşlığa dəvət edir

Azərbaycan Respublikasının Təhsil İnstitutu ibtidai (I-IV) siniflər üçün Azərbaycan dili və riyaziyyat fənləri üzrə dərslik müəllifi olmaq arzusunda olan müəllim, doktorant, metodist və mütəxəssisləri əməkdaşlığa dəvət edir. Müsabiqədə iştirak etmək arzusunda olan namizədlər Azərbaycan dili və riyaziyyat fənləri üzrə aşağıdakı keyfiyyətlərə malik olmalıdır:   1. İxtisas fənni üzrə dərin biliklər – vacibdir (elmi dərəcə, yüksək attestasiya nəticələri və s. təqdim edilə bilər); 2. Araşdırmaçılıq (tədqiqatçılıq) keyfiyyətləri – vacibdir;  3. Yüksək özünütəhsil vərdişləri – vacibdir; 4. Xarici dil (ən azı rus, yaxud ingilis dilləri) və kompüter bilikləri  – vacibdir; 5. Pedaqoji təcrübə – arzuolunandır; 6. Müasir pedaqogika ilə tanışlıq – arzuolunandır (hazırki kurikulum, müasir təlim texnologiyaları və s.); 7. Öz fikirlərini yazılı formada şərh etmək təcrübəsi – arzuolunandır (kitab, dissertasiya, məqalə və s.); 8. Tədris resurslarının hazırlanması layihələrində iştirak təcrübəsi – arzuolunandır; 9. Müxtəlif sahələrdə geniş elmi dünyagörüşü – arzuolunandır.   Bu keyfiyyətlərə malik olan və dərslik hazırlamaq üzrə əməkdaşlıq etmək arzusunda olan şəxslərin özləri haqqında məlumatları əlavədəki formaya qeyd edərək zaur.isayev@edu.gov.az elektron poçt ünvanına göndərmələri xahiş olunur. Zəruri keyfiyyətlərə malik olan şəxslər müsabiqəyə dəvət olunacaq. Müsabiqə bir neçə mərhələdən ibarət olacaq və qaliblərlə ödənişli əsaslarla əməkdaşlıq haqqında müqavilə bağlanacaqdır.   Namizəd haqqında məlumat

Ümumi təhsilin İnformatika təmayülü üzrə fənn kurikulumunun hazırlanması

Xidmətlər haqqında qısa məlumat.  Ümumi təhsil sahəsindəki islahatlar onun məzmun və  strukturunnda dəyişikliklərin aparılmasını tələb edir. Xüsusilə ümumi təhsildə fənlərin təmayüllər üzrə təşkili dünyanın sürətlə dəyişən informasiya məkanına çevrildiyi, yeni iqtisadi, maddi-texniki şəraitdə təhsil alanların inkişafının təmin olunması, onlara informatika üzrə səriştələrin mənimsədilməsi əhəmiyyətli hesab edilir. İnformasiya cəmiyyətinə keçid ilə əlaqəli olaraq insanların ümumi mədəniyyətinə daha bir kateqoriya - informasiya mədəniyyəti əlavə olunur. İnformasiya mədəniyyəti informasiya ilə məqsədyönlü işləmək və onun əldə olunması, emalı və ötürülməsi üçün kompüter texnologiyalarından, müasir texniki vasitə və metodlardan istifadə olunma bacarığını nəzərdə tutur. Son dövrlərdə ali təhsil pilləsində İKT ixtisaslarının ümumi qəbul planında payının artması ümumi təhsil pilləsində informatikanın, xüsusilə onun alqoritmləşmə və proqramlaşdırma məzmun xəttinin daha dərindən öyrənilməsini zəruri edir. Ona görə də İnformatika fənni üzrə təmayül siniflərinin açılması və bu siniflər üçün kurikulumun hazırlanması və onun bu  siniflərin  xüsusiyyətlərinə uyğun variativ xarakter daşıması vacibdir.                   Tələb olunan xidmətlər: İnformatika fənn kurikulumunun hazırlanması.                 İşin icra  olunduğu yer: Azərbaycan Respublikasının Təhsil İnstitutu.                 Xidmətin icra müddəti: 30 avqust 2017- ci il tarixinədək.                   Namizədlərə verilən tələblər: 1. İxtisas fənni üzrə dərin biliklər və bacarıqlar. 2. Müasir pedaqoji, psixoloji yanaşmalara bələdlik. 3. Standart və kurikulumların hazırlanması sahəsində təcrübə. 4. Standart və kurikulumların hazırlanması sahəsində dünya təcrübəsinə bələdlik. 5. Öz fikirlərini yazılı formada şərh etmək təcrübəsi.                   Müraciət forması: Müraciət edən şəxs seçdiyi fənni  göstərməklə elana əlavə olunmuş öz avtobioqrafiyasını (CV) 20 may 2017-ci il tarixədək ulkar.zaidzada@edu.gov.az  elektron poçtuna göndərə bilər. Müraciətə baxılması: Daxil olmuş CV-lər əsasında tələblərə cavab verən namizədlər müəyyənləşdiriləcək və müsahibəyə dəvət ediləcəklər.                 Əlavə məlumat: iş günləri saat 09.00-dan 18.00-dək bu əlaqə nömrəsi vasitəsi ilə əldə oluna bilər.   Əlaqələndirici şəxs: Ülkər Zaidzadə Telefon: (012) 5991155 (daxili 5412) E-poçt: ulkar.zaidzada@edu.gov.az

15/08/2020

Müəllimlərin işə qəbulu müsabiqəsinin üstünlükləri #TəhsilNazirliyi #EduAz #MİQ #Müəllim #MüəllimlərinİşəQəbulu

More
15/08/2020

Peşə təhsilinin perspektivləri və gənclərə yaratdığı fürsətlər müzakirə #TəhsilNazirliyi #EduAz #PeşəTəhsili

More
15/08/2020

Şagirdlərin elektron yerdəyişməsi sistemində hansı yeniliklər edilib? #TəhsilNazirliyi #EduAz #TətilVaxtı #EvdəQal

More

Sayt test rejimində çalışır