• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri
FAQ

“Elektron Təhsil” Respublika müsabiqəsi

Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 19 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planının icrası üzrə irəli gələn vəzifələrin yerinə yetirilməsi məqsədilə 19 sentyabr 2016-cı il tarixdə “Elektron Təhsil” Respublika müsabiqəsinin başlanmasını elan edir. Müsabiqənin rəsmi İnternet səhifəsi www.musabiqe.edu.az saytıdır. Müsabiqə 3 istiqamət olmaqla, 6 nominasiya üzrə keçiriləcəkdir:   Müəllim istiqaməti üzrə: • Elektron lövhələrin istifadəsi ilə yaradılan ən yaxşı resurs; • Təhsildə ən yaxşı İnternet resursları; • Tədris üçün ən yaxşı elektron metodiki tövsiyə/sənəd; • Məsafədən (distant) keçirilən ən uğurlu dərs metodikası.   Şagird istiqaməti üzrə: • Tədrisdə istifadə üçün ən yaxşı elektron resurs.   Məktəb istiqaməti üzrə: • Ən zəngin məzmunlu məktəb saytı.   Müsabiqənin keçirilməsində əsas məqsəd tədris prosesində informasiya texnologiyalarından fəal istifadə edən müəllimləri həvəsləndirmək və fəaliyyətlərini dəstəkləmək, ən yaxşı elektron tədris vəsaitlərini geniş istifadəçi auditoriyasına tanıtmaq, internetin imkanlarından (bloqlar, saytlar, sosial şəbəkələr və s.) istifadə etməklə həyata keçirilən yeni tədris üsulları barədə ölkənin təhsil ictimaiyyətini məlumatlandırmaq, müəllimləri tədris prosesində İKT-dən fəal istifadəyə cəlb etmək, tədris məqsədləri üçün İKT-nin tətbiqinin yeni formalarını axtarmaq, təhsil müəssisələrində elektron resurslardan istifadəni genişləndirmək, müəllim və şagirdləri elektron resurslar yaratmağa və hazır resurslardan istifadəyə həvəsləndirməkdən ibarətdir. Müsabiqə “Dr. Web”, “AZEDUNET”, “Ultra”, “Edumediya Azərbaycan”, “Nar” mobil operatoru və "Təhsildə İnnovativ Texnologiyar" Əlavə Təhsil Mərkəzi tərəfindən dəstəklənir. Müsabiqədə qaliblərə noutbuklar, planşetlər, printerlər və digər xüsusi mükafatlar təqdim olunacaqdır.   Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən keçirilən “Elektron Təhsil” Respublika müsabiqəsində münsif qismində iştirak etməyə dəvət   Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən keçirilən “Elektron Təhsil” Respublika müsabiqəsində ekspert qismində iştirak etməyə dəvət

Satın alınma ilə bağlı bildiriş

Azərbaycan Respublikasının Təhsil Nazirliyi, kondisionerlərdə müxtəlif təmir və profilaktik işlərinin görülməsini kotirovkalar sorğusu üsulu ilə satın alınmasını həyata keçirir. Maraqlanan təşkilatlar (012) 599-11-55, daxili 5252 telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər. Kotirovkalar sorğusunda iştirak etmək üçün sənədlər 2016-09-15 18:00 tarixinədək qəbul olunur. AZ 1008, Bakı şəhəri, Xətai prospekti 49.

Azərbaycan Respublikası Təhsil Nazirliyi Dövlət ümumtəhsil müəssisələrində çalışan təhsilverənlərin əlavə təhsili üzrə təlimlərin satın alınması üçün açıq tender (müsabiqə) elan edir

Dәrsliklәrin qiymәtlәndirilmәsi sahәsindә ekspert xidmәtlәri

Qazax-Türk Universitetinə məqsədli təhsil qrantı barədə elan

Qazaxıstan Hökuməti tərəfindən Əhməd Yəsəvi adına Qazax-Türk Universitetinə Azərbaycan vətəndaşları üçün 20 məqsədli təhsil qrantı ayrılmışdır. Qrant barədə ətraflı məlumatı universitetin saytından (ayu.edu.kz) almaq olar.  Bildiririk ki, sənəd qəbulu elektron şəkildə admission.ayu.edu.kz ünvanında iyul ayının sonunadək aparılacaqdır.    

UFAZ-a qəbul olunmaq istəyən tələbələrin qeydiyyatı davam edir

Satın alınma ilə bağlı bildiriş

Təhsil Nazirliyinin aparatına aid kondisionerlərdə müxtəlif təmir və profilaktik işlərin görülməsinin kotirovkalar sorğusu üsulu ilə satın alınması həyata keçirilir. Maraqlanan təşkilatlar (012) 599-11-55, daxili 5252 telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər. Kotirovkalar sorğusunda iştirak etmək üçün sənədlər 25 iyul 2016-cı il tarixdə, saat 18:00-dək qəbul olunur . Ünvan: AZ 1008, Bakı şəhəri, Xətai prospekti 49.

2016-2017-ci tədris ili üçün UFAZ-ın hazırlıq kursunda Azərbaycan tərəfindən dərslərə cəlb olunacaq professor-müəllim heyətinin formalaşdırılması qaydaları

Türkiyə Bələdiyyələr Birliyi 21-31 avqust 2016-cı il tarixlərində keçiriləcək Beynəlxalq Yerli İdarəetmə Staj Proqramına qəbul elan edir

Staj proqramı Balkan, Şimali Afrika, Qafqaz, Yaxın Şərq və Orta Asiya ölkələrinin yerli idarəetmə ilə məşğul olmağı arzu edən, ali təhsil müəssisələrinin hüquqşünaslıq, iqtisadiyyat, mühəndislik, şəhərsalma-memarlıq, sosiologiya, rabitə və informasiya texnologiyaları, siyasət, beynəlxalq münasibətlər və digər yaxın ixtisaslar üzrə təhsil alan sonuncu kurs tələbələri və ya yeni məzun olmuş şəxslər üçün nəzərdə tutulub. Proqram haqqında daha ətraflı məlumatı http://www.tbb.gov.tr internet səhifəsindən əldə etmək olar.

Fransa-Azərbaycan Universiteti tələbə qəbulunu elan edir

Fransa-Azərbaycan Universiteti (UFAZ) layihəsi Fransa Respublikasının və Azərbaycan Respublikasının Prezidentlərinin təşəbbüsü irəli sürülmüş bir layihədir. Layihəyə əsasən, 2016-2017-ci tədris ilindən etibarən Azərbaycan Dövlət Neft və Sənaye Universiteti nəzdində 4 ixtisas üzrə tədris başlanacaq. Bu ixtisaslar aşağıdakılardır: 1. Kimya mühəndisliyi ixtisası 2. Kompüter elmləri 3. Geofizika mühəndisliyi 4. Neft və qaz mühəndisliyi   Universitetlərin ixitsaslaşdığı sahələrə müvafiq olaraq ilk üç ixtisasın proqramı üzrə Strasburq Universiteti, son ixtisas üzrə isə Ren 1 Universiteti ilə əməkdaşlıq qurulmuşdur. Tədris tamamilə qeyd olunan universitetlərin proqramına əsaslandığına görə UFAZ-ın məzunları sonda müvafiq olaraq ikili diplomlarla təmin olunacaqlar (ADNSU / Strasburq Universiteti və ADNSU / Ren 1 Universiteti). Qeyd edək ki, bütün ixtisaslar üzrə tədris 4 il (1 il hazırlıq + 3 il əsas tədris müddəti) olmaqla tamamilə ingilis dilində aparılacaq. Tədrisin tamamilə ADNSU-da, yəni Bakıda aparılması nəzərdə tutulur. Semestr ərzində yaxşı nəticə göstərən tələbələr üçün Fransada yay məktəbləri təşkil oluncaq. Bu il UFAZ-a daxil olan tələbələrdən 120 nəfəri (ən yüksək nəticə göstərənlər) təhsil aldıqları müddətdə təhsil haqqından azad olacaqlar. 40 tədris yeri isə ödənişli əsaslarla təklif olunacaq.   UFAZ-a qəbul qaydaları UFAZ ixtisaslarına ali təhsil müassisəsinə qəbul imtahanı zamanı l qrup üzrə 500 və daha çox bal toplayan hər bir abituriyent müraciət edə bilər. Abituriyentlər iyulun 25-də UFAZ komissiyası tərəfindən təşkil olunmuş növbəti imtahanda iştirak edəcəklər. İmtahandan uğurla keçənlər ixtisas seçimi zamanı UFAZ ixtisaslarından birini seçməklə UFAZ tələbəsi statusunu qazanacaq. Seçim imtahanı aşağıdakı fənlər üzrə Azərbaycan və rus dillərində aparılacaq: 1. Fizika (testlə) 2. Kimya (testlə) 3. Riyaziyyat (testlə) 4. İngilis dili (esse) Qəbul imtahanlarında iştirak etmək istəyənlər universitetin qəbul komissiyasına aşağıdakı sənədləri təqdim etməlidir: 1. TQDK tərəfindən keçirilən test imtahanının nəticəsi haqqında arayış 2. Tam orta təhsil haqqında sənədin notarial qaydada təsdiq olunmuş nüsxəsi (attestat) 3. Şəxsiyyət vəsiqəsinin surəti 4. Oğlanlar üçün çağırış məntəqəsinə təhkim edilmə haqqında vəsiqə 5. 3×4 ölçüdə 8 ədəd fotoşəkil 6. Elektron müraciət forması Sənədlər ilkin olaraq elektron formada ufaz@asoiu.edu.az unvanına göndərilməli, daha sonra isə UFAZ ofisinə təsdiq edilməlidir. Sənəd qəbulunun müddəti: 18-21.07.2016 saat 10.00-18.00   Ünvan: Bakı şəhəri, Azadlıq pr. 20, (ADNSU-nun əsas binası) Əlaqə telefonu:  +994 / 50 969 83 55 Mob.  +994 / 12 493 33 68 Email: ufaz@asoiu.edu.az https://www.facebook.com/ufaz.university/ Qeyd: UFAZ müsabiqəsindən keçməyən abituriyentlər heç bir məhdudiyyət qoyulmadan TQDK tərəfindən digər ali təhsil müəssisələrinə keçirilən müsabiqədə iştirak edə bilərlər.

15/08/2020

Müəllimlərin işə qəbulu müsabiqəsinin üstünlükləri #TəhsilNazirliyi #EduAz #MİQ #Müəllim #MüəllimlərinİşəQəbulu

More
15/08/2020

Peşə təhsilinin perspektivləri və gənclərə yaratdığı fürsətlər müzakirə #TəhsilNazirliyi #EduAz #PeşəTəhsili

More
15/08/2020

Şagirdlərin elektron yerdəyişməsi sistemində hansı yeniliklər edilib? #TəhsilNazirliyi #EduAz #TətilVaxtı #EvdəQal

More

Sayt test rejimində çalışır