• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri
FAQ

İsveçin 2017/2018- ci tədris ili üzrə elan etdiyi “ Visby Təqaüd Proqramı”

İsveçin 2017/2018- ci tədris ili üzrə elan etdiyi “ Visby Təqaüd Proqramı” barədə elanı nəzərinizə çatdırırıq:   Təqdim edən tərəf: İsveç Proqramın adı: Visby Təqaüd Proqramı Ölkələr: Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova, Russiya, Ukrayna Təhsil səviyyəsi: magistratura, doktorantura, doktorantura sonrası tədqiqat (postdoct) Təqaüdün müddəti: magistratura - 1-2 il; doktorantura - 12 ay; doktorantura sonrası tədqiqat (postdoct) - 6,9 və 12 ay; böyük elmi işçilər (senior scientists)  – 6 ay Qarşılanan xərclər: magistratura üçün - 9 000 İsveç kronu (SEK) aylıq təqaüd, sığorta və yol xərcləri; doktorantura üçün – 15 000 İsveç kronu (SEK),  doktorantura sonrası tədqiqat və  böyük elmi işçilər (senior scientists) üçün -18 000 İsveç kronu (SEK) Kvota sayı: magistratura üçün -50, doktorantura, doktorantura sonrası tədqiqat, böyük elmi işçilər (senior scientists)  – 40 Yaş məhdudiyyəti: Yoxdur Müraciət tarixi: 1-10 Fevral 2017-ci  il tarixi Müraciət forması: Fərdi İnternet səhifəsi: www.sweden.se; www.si.se   Əlaqə vasitələri: si@si.se  

Təhsil Nazirliyi növbəti layihə sənədini ictimai müzakirəyə çıxarır

Təhsil Nazirliyi “Azərbaycan Respublikasında ümumi təhsilin dövlət standartları” sənədinin layihəsini ictimai müzakirəyə təqdim edir.   Sənəd “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planının müvafiq bəndlərinin icrasını təmin etmək məqsədi ilə hazırlanıb. İctimai müzakirədə iştirak etmək istəyənlər  Təhsil Nazirliyinin internet saytının “Sənədlər” bölməsində (http://edu.gov.az/upload/file/layihe-senedi/umumi_tehsilin_dovlet_standartlari.pdf) həmin sənədlə tanış ola bilərlər. Rəy, təklif və iradları layihe@edu.gov.az elektron poçtuna göndərməklə bildirmək mümkündür. Təhsil Nazirliyi “Azərbaycan Respublikasında ümumi təhsilin dövlət standartları” sənədinin təkmilləşdirilməsində geniş ictimaiyyəti fəal olmağa dəvət edir.

Təhsil Nazirliyi layihə sənədini ictimai müzakirəyə çıxarır

Təhsil Nazirliyi “Azərbaycan Respublikasında məktəbəqədər təhsilin dövlət standartları” sənədinin layihəsini ictimai müzakirəyə təqdim edir.   Sənəd “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planının icrasını təmin etmək məqsədi ilə hazırlanıb. İctimai müzakirədə iştirak etmək istəyənlər  Təhsil Nazirliyinin internet saytının “Sənədlər” bölməsində  http://edu.gov.az/upload/file/layihe-senedi/mektebeqeder_tehsilin_dovlet_standartlari.pdf həmin sənədlə tanış ola bilərlər. Rəy, təklif və iradları layihe@edu.gov.az elektron poçtuna göndərməklə bildirmək mümkündür. Təhsil Nazirliyi “Azərbaycan Respublikasında məktəbəqədər təhsilin dövlət standartları” sənədinin təkmilləşdirilməsində geniş ictimaiyyəti fəal olmağa dəvət edir.

Dərsliklərin qiymətləndirilməsi sahəsində ekspert xidmətləri (bildiriş)

Xidmətlər haqqında qısa məlumat: Dərsliklərin qiymətləndirilməsi “Dərslikləri qiymətləndirmə meyarları”na əsasən Azərbaycan Respublikası Təhsil Nazirliyinin yanında fəaliyyət göstərən Dərslikləri Qiymətləndirmə Şurası (bundan sonra Şura) tərəfindən həyata keçirilir. Şura müstəqil qurumdur və əsas funksiyası ümumtəhsil məktəblərində istifadə ediləcək dərslik komplektləri (DK) üzrə ekspert qrupları formalaşdırmaqla onların qiymətləndirilməsi prosesini təşkil etməkdən ibarətdir. Seçilmiş ekspertlər dərslik komplektlərinin dövlət standartlarına və təhsil proqramına (kurikuluma) uyğunluğunu, onların məzmununun elmi etibarlılığını və sosial həssaslığını, pedaqoji yanaşmalarını, texniki tərtibatını və dizaynını, dil və yazı üslubunu qiymətləndirəcəklər. Tələb olunan xidmətlər: Ümumi təhsilin bütün təhsil səviyyələrində aşağıda göstərilmiş milli azlıqların dilləri üzrə dərsliklərin qiymətləndirilməsi sahəsində ekspert xidmətləri: Saxur dili Avar dili Ləzgi dili Talış dili Kürd dili Xınalıq dili Tat dili Udi dili Xidmətin icra olunduğu yer: Azərbaycan Respublikası Təhsil Nazirliyi Xidmətin icra müddəti: 31.12.2017-ci ilədək. Namizədlərə verilən tələblər: 1. Təhsili: Namizəd müraciət etdiyi xidmətlərin istiqamətinə uyğun ali təhsilə malik olmalıdır. 2. Təcrübəsi: Namizəd müraciət etdiyi xidmətlərin istiqamətinə uyğun ən azı 5 illik elmi-pedaqoji təcrübəyə malik olmalıdır. 3. İKT-dən istifadə bacarıqları: Namizəd Microsoft Word proqramından istifadə etməyi bacarmalıdır. Müraciət forması: Müraciət edən şəxslər müraciət etdikləri xidmət istiqamətini göstərmək şərti ilə bildirişə əlavə olunmuş formatda öz avtobioqrafiyasını (CV) 30.10.2016-cı il tarixədək derslik@edu.gov.az elektron poçtuna göndərə bilərlər. Müraciətə baxılması: Daxil olan CV-lər əsasında tələblərə ən yüksək səviyyədə cavab verən namizədlər seçilərək onlardan müraciət etdiyi istiqamət üzrə ən azı bir dərsliyi qiymətləndirmək xahiş ediləcəkdir. Təqdim edilən qiymətləndirmə əsasında ən uğurlu namizədlər müəyyənləşdiriləcək və onlar müsahibəyə dəvət ediləcək. Əlavə məlumatları iş günləri saat 09.00-dan 18.00-dək bu ünvandan əldə etmək olar: Ünvan: AZ1008, Bakı şəhəri, Xətai prospekti, 49. Azərbaycan Respublikasının Təhsil Nazirliyi Əlaqələndirici şəxs: Zülfiyyə Hüseynova Əlaqə telefonları: (+ 994 012) 599-11-55 (əlavə 5264) E-poçt: derslik@edu.gov.az   Avtobioqrafiya (CV) formatı

Satın alınma ilə bağlı bildiriş

Azərbaycan Respublikasının Təhsil Nazirliyi, dəftərxana ləvazimatlarının kotirovkalar sorğusu üsulu ilə satın alınmasını həyata keçirir. Maraqlanan təşkilatlar (012) 599-11-55, daxili 5252 telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər. Kotirovkalar sorğusunda iştirak etmək üçün sənədlər 18.10.2016  18:00 tarixinədək qəbul olunur. Ünvan: AZ 1008, Bakı şəhəri, Xətai prospekti 49.

Satın alınma ilə bağlı bildiriş

Azərbaycan Respublikasının Təhsil Nazirliyi, mebel avadanlıqlarının kotirovkalar sorğusu üsulu ilə satın alınmasını həyata keçirir. Maraqlanan təşkilatlar (012) 599-11-55, daxili 5252 telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər. Kotirovkalar sorğusunda iştirak etmək üçün sənədlər 13.10.2016  18:00 tarixinədək qəbul olunur. Ünvan: AZ 1008, Bakı şəhəri, Xətai prospekti 49.

Məktəb direktorları və gələcəkdə bu vəzifədə çalışmaq arzusu olan pedaqoji kadrların təlimlərdə iştirakı üçün növbəti müsabiqə elan edir.

Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu məktəb direktorları və gələcəkdə bu vəzifədə çalışmaq arzusu olan pedaqoji kadrların təlimlərdə iştirakı üçün növbəti müsabiqə elan edir.   Təlimlər yalnız Bakı şəhəri üzrə ümumi təhsil müəssisələrində (məktəb, lisey və gimnaziyada) işləyən (və ya işləmiş) direktorları, direktor müavinlərini və müəllimləri əhatə edəcək. Təlimlərin məqsədi müasir idarəetmə bilik və bacarığına yiyələnmiş, informasiya texnologiyalarına bələd, ölkəmizin təhsil və sosial inkişafına töhfə verə biləcək məktəb direktorlarını təkmilləşdirmək və yetişdirməkdir. Təlimdə əhatə ediləcək mövzular: • Təhsildə keyfiyyətin idarəedilməsi; • Təhsili idarəetmənin hüquqi əsasları; • Kompüter və təlim texnologiyaları; • Təhsildə statistika və təhlil; • Təhsilin idarəedilməsi və monitorinqi; • Təhsili idarəetmənin  psixoloji əsasları; • Kurikulum: Nəzəriyyə və tətbiq; • Təhsildə maliyyənin idarəolunması.   Eyni zamanda iştirakçılar üçün müxtəlif uğurlu təcrübəyə malik məktəblərə səfərlər, qısamüddətli praktika, Təhsil Nazirliyinin əməkdaşlarının və müxtəlif təhsil ekspertlərinin iştirakı ilə məruzələr də təşkil ediləcək.   Müsabiqədə iştirak üçün minimum tələblər: • Ali pedaqoji təhsil • 5 (beş) il pedaqoji iş təcrübəsi   Namizədlərdən gözlənilən digər keyfiyyətlər: • Liderlik bacarığı • Yüksək motivasiyalılıq • Səmərəli qərar qəbuletmə bacarığı • Nəticəyönümlülük • İKT-dən istifadə bacarığı • Məntiqi düşüncə bacarığı   Müraciət qaydası: Yuxarıda qeyd edilmiş tələblərə uyğun gələn namizədlər ərizə formasını (ƏLAVƏ) dolduraraq, telim@edu.gov.az elektron poçt ünvanına göndərməlidirlər.   Qeyd: Bütün yazışmalar və bildirişlər elektron poçt ünvanı ilə aparılacaq. Bu səbəbdən şəxsi elektron poçt ünvanlarınızdan istifadə etməyiniz və mütəmadi olaraq yoxlamağınız vacibdir.   Müraciət üçün son tarix: 2 oktyabr 2016-сı il.   Seçim qaydaları: Təlim iştirakçıları 3 mərhələli seçim əsasında müəyyən ediləcək. 1-ci mərhələdə namizədlər elektron poçt ünvanına (telim@edu.gov.az) göndərəcəkləri ərizə forması əsasında seçiləcəklər. Növbəti mərhələdə namizədlərin məntiqi düşüncə bacarıqları qiymətləndiriləcək. Bu mərhələdə uğur qazanmış namizədlər növbəti mərhələyə - müsahibəyə dəvət ediləcəklər.   Yekun qiymətləndirmə: Təlimlərdə iştirak etmiş şəxslər Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən təşkil olunacaq yekun qiymətləndirmədə iştirak edəcəklər. Yekun qiymətləndirmədə  qənaətbəxş nəticə göstərmiş və hal-hazırda direktor vəzifəsində çalışmayan şəxslər direktor vəzifəsi üzrə vakant yerlərə təyin olunmaq üçün ehtiyat kadr kimi qeydə alınacaqlar. Hal-hazırda məktəb direktoru vəzifəsində çalışan şəxslərin işlərində səmərəliliyin artırılması üçün müəyyən həvəsləndirmələr təyin olunacaq.   Ərizə forması                

İsveçrə Konfederasiyasının 2017-2018-ci tədris ili üzrə elan etdiyi təqaüd proqramı barədə elan

Ölkə: İsveçrə Konfederasiyası Təhsil səviyyəsi: Doktorantura/PhD və tədqiqat Qarşılanan xərclər: aylıq təqaüd, təhsil haqqı, yol xərci, sığorta xərci və s.   Müraciət forması: elektron Son müraciət tarixi: 15.11.2016 Rəsmi internet səhifəsi: https://www.eda.admin.ch/countries/azerbaijan/en/home/services/scholarships.html

"Direktorlar klubu"nun təqdimat və məlumatlandırma seminarı

Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu məktəb rəhbərlərinin davamlı peşəkar inkişafını təmin etmək məqsədilə yeni bir layihəyə start verir. "Direktorlar klubu" adlanan layihə məktəb direktorlarına yeni məlumatların çatdırılması, peşəkar məsləhətlərn verilməsi, təlim və seminarların keçirilməsi, ölkədə və dünyadakı qabaqcıl təcrübənin öyrənilməsi və ötürülməsi məqsədi daşıyır. Bu məqsədlə TİPİİ Bakı şəhərində fəaliyyət göstərən məktəb direktorlarını 28 sentyabr saat 11:00-da layihənin TİPİİ-də keçiriləcək təqdimat və məlumatlandırma seminarına dəvət edir. Təqdimat zamanı kluba üzvlük şərtləri, qaydalar, fəaliyyət planı, nəzərdə tutulan seminar və təlimlər haqqında məlumat veriləcək. Məlumatlandırma seminarı 2 saat davam edəcək. "Direktorlar klubu"nun ilk görüşü və təqdimat seminarında iştirak etmək üçün qeydiyyatdan keçməyiniz xahiş olunur. Seçim zamanı yer məhdudiyyətini nəzərə alaraq, üstünlük ilkin müraciət edənlərə veriləcəkdir. Seminara dəvət məktubu müraciət etmiş direktorların elektron poçt ünvanınıza göndəriləcəkdir.   Qeydiyyat üçün : http://bit.ly/2d7AQ2E

Məktəb direktorları və gələcəkdə bu vəzifədə çalışmaq arzusu olan pedaqoji kadrların təlimlərdə iştirakı üçün növbəti müsabiqə elan edir.

Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu məktəb direktorları və gələcəkdə bu vəzifədə çalışmaq arzusu olan pedaqoji kadrların təlimlərdə iştirakı üçün növbəti müsabiqə elan edir.   Təlimlər yalnız Bakı şəhəri üzrə ümumi təhsil müəssisələrində (məktəb, lisey və gimnaziyada) işləyən (və ya işləmiş) direktorları, direktor müavinlərini və müəllimləri əhatə edəcək. Təlimlərin məqsədi müasir idarəetmə bilik və bacarığına yiyələnmiş, informasiya texnologiyalarına bələd, ölkəmizin təhsil və sosial inkişafına töhfə verə biləcək məktəb direktorlarını təkmilləşdirmək və yetişdirməkdir. Təlimdə əhatə ediləcək mövzular: • Təhsildə keyfiyyətin idarəedilməsi; • Təhsili idarəetmənin hüquqi əsasları; • Kompüter və təlim texnologiyaları; • Təhsildə statistika və təhlil; • Təhsilin idarəedilməsi və monitorinqi; • Təhsili idarəetmənin  psixoloji əsasları; • Kurikulum: Nəzəriyyə və tətbiq; • Təhsildə maliyyənin idarəolunması.   Eyni zamanda iştirakçılar üçün müxtəlif uğurlu təcrübəyə malik məktəblərə səfərlər, qısamüddətli praktika, Təhsil Nazirliyinin əməkdaşlarının və müxtəlif təhsil ekspertlərinin iştirakı ilə məruzələr də təşkil ediləcək.   Müsabiqədə iştirak üçün minimum tələblər: • Ali pedaqoji təhsil • 5 (beş) il pedaqoji iş təcrübəsi   Namizədlərdən gözlənilən digər keyfiyyətlər: • Liderlik bacarığı • Yüksək motivasiyalılıq • Səmərəli qərar qəbuletmə bacarığı • Nəticəyönümlülük • İKT-dən istifadə bacarığı • Məntiqi düşüncə bacarığı   Müraciət qaydası: Yuxarıda qeyd edilmiş tələblərə uyğun gələn namizədlər ərizə formasını (ƏLAVƏ) dolduraraq, telim@edu.gov.az elektron poçt ünvanına göndərməlidirlər.   Qeyd: Bütün yazışmalar və bildirişlər elektron poçt ünvanı ilə aparılacaq. Bu səbəbdən şəxsi elektron poçt ünvanlarınızdan istifadə etməyiniz və mütəmadi olaraq yoxlamağınız vacibdir.   Müraciət üçün son tarix: 2 oktyabr 2016-сı il.   Seçim qaydaları: Təlim iştirakçıları 3 mərhələli seçim əsasında müəyyən ediləcək. 1-ci mərhələdə namizədlər elektron poçt ünvanına (telim@edu.gov.az) göndərəcəkləri ərizə forması əsasında seçiləcəklər. Növbəti mərhələdə namizədlərin məntiqi düşüncə bacarıqları qiymətləndiriləcək. Bu mərhələdə uğur qazanmış namizədlər növbəti mərhələyə - müsahibəyə dəvət ediləcəklər.   Yekun qiymətləndirmə: Təlimlərdə iştirak etmiş şəxslər Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən təşkil olunacaq yekun qiymətləndirmədə iştirak edəcəklər. Yekun qiymətləndirmədə  qənaətbəxş nəticə göstərmiş və hal-hazırda direktor vəzifəsində çalışmayan şəxslər direktor vəzifəsi üzrə vakant yerlərə təyin olunmaq üçün ehtiyat kadr kimi qeydə alınacaqlar. Hal-hazırda məktəb direktoru vəzifəsində çalışan şəxslərin işlərində səmərəliliyin artırılması üçün müəyyən həvəsləndirmələr təyin olunacaq.   Ərizə forması                

15/08/2020

Müəllimlərin işə qəbulu müsabiqəsinin üstünlükləri #TəhsilNazirliyi #EduAz #MİQ #Müəllim #MüəllimlərinİşəQəbulu

More
15/08/2020

Peşə təhsilinin perspektivləri və gənclərə yaratdığı fürsətlər müzakirə #TəhsilNazirliyi #EduAz #PeşəTəhsili

More
15/08/2020

Şagirdlərin elektron yerdəyişməsi sistemində hansı yeniliklər edilib? #TəhsilNazirliyi #EduAz #TətilVaxtı #EvdəQal

More

Sayt test rejimində çalışır