• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri
FAQ

Təhsilalanların yeməklə təchizatı ilə bağlı açıq tenderin keçirilməsi barədə elan

İndoneziya Respublikasının 2017/2018-ci tədris ili üçün Təqaüd Proqramı

İndoneziya Respublikasının Təhsil və Mədəniyyət Nazirliyi İndoneziyanın incəsənət və mədəniyyətinin öyrənilməsi məqsədilə əcnəbi tələbələr üçün 2017/2018-ci tədris ili üzrə “Darmasiswa” təqaüd proqramını elan edir. Ərizə formalarının doldurulması üçün son müraciət tarixi 9 fevraldır. Proqramla bağlı ətraflı məlumatı aşağıdakı keçiddən əldə etmək mümkündür: http://darmasiswa.kemdikbud.go.id/

İslam İnkişaf Bankının 2017/2018-ci tədris ili üçün Təqaüd Proqramı

İslam İnkişaf Bankı (İİB) 2017/2018-ci tədris ili üçün təqaüd proqramı elan edir. Bu proqram İİB-ə üzv olan ölkələrdən olan şəxslərin dünyanın bir sıra qabaqcıl universitetlərində doktorantura təhsili almalarına və doktoranturadan sonrakı tədqiqat işi aparmalarına imkan verəcəkdir. Müsabiqədə iştirak etmək arzusunda olan Azərbaycan Respublikası vətəndaşlarından ərizə formasını doldurmağı və 03.02.2017-ci il tarixi saat 12:00-a kimi tələb olunan bütün sənədlərin surətini (skan pdf formatında) elektron poçtla admission@edu.gov.az ünvanına göndərmələri xahiş olunur. Elektron poçtla göndərilən sənədlərin əslinin isə yalnız 03.02.2017-ci il tarixi saat 15:00-16:00 arası Təhsil Nazirliyinin Vətəndaşların Qəbulu Mərkəzinə əlaqədar şəxsə (Nərmin Həsənovaya) təqdim olunması xahiş olunur. Proqram çərçivəsində qarşılanan xərclər: təhsil haqqı, yaşayış xərcləri, tibbi sığorta və gediş-gəliş bileti. Tələb olunan sənədlər: ərizə forması, CV (tərcümeyi-hal), bakalavr təhsili üzrə diplom və diploma əlavə, magistratura təhsili üzrə diplom və diploma əlavə, 2 ədəd fotoşəkil, ümumvətəndaş pasportunun surəti, xarici dil sertifikatı (olduğu təqdirdə), iş yerindən arayış, qəbul haqqında sənəd (olduğu təqdirdə). Qeyd: Bütün sənədlər ingilis dilində tərcümə-təsdiq olunmalıdır.   Ətraflı məlumat üçün: http://www.isdb.org/irj/portal/anonymous?NavigationTarget=navurl://c28c70fde436815fcff1257ef5982a08

Macarıstanda ali təhsil üçün sənəd qəbulu elanı

2016/2017-ci tədris ilinin yaz semestri üçün SABAH qruplarına müəllim qəbulu

Azərbaycan Respublikası Təhsil Nazirliyinin SABAH Qruplarında 2016/2017–ci tədris ilinin yaz semestrində müxtəlif fənlərin tədrisini aparmaq məqsədilə professor-müəllim heyəti və mütəxəssislər işə dəvət olunurlar. Fənnlərin siyahısını buradan yükləyə bilərsiniz.   Öhdəliklər • Kurs sillabusunun hazırlanması; • Bakalavr səviyyəsində keyfiyyətli tədrisin aparılması; • Tələbə biliyinin vaxtında qiymətləndirilməsi;   Namizədə Tələblər • Əlaqədar sahədə Fəlsəfə Doktoru və ya Magistr dərəcəsi olan; • İKT və sahə bilikləri yüksək səviyyədə olan; • İnnovativ tədris metodikalarından istifadə edə bilən; • Müasir pedaqoji yanaşmalardan xəbərdar olan; • Dinamik, pozitiv və ünsiyyətcil;   Tələblərə cavab verən namizədlərdən verilən müraciət formasını doldurub, fənn üzrə sillabus, diplom və sertifikatların kopiyasını hr@sabah.edu.az ünvanına göndərmələri xahiş olunur. Seçim zamanı sahə üzrə ən azı 3 il ali tədris təcrübəsi olan, PhD və xaricdə təhsil alan namizədlərə üstünlük veriləcək. Müraciətdə 3 fənnə qədər seçə bilərlər.   Son müraciət tarixi: 26 yanvar 2017, saat 18:00

Rusiya Federasiyasının 2017/2018- ci tədris ili üzrə elan etdiyi Təqaüd Proqramı

Rusiya Federasiyasının 2017/2018- ci tədris ili üzrə elan etdiyi Təqaüd Proqramı barədə elanı nəzərinizə çatdırırıq: Təqdim edən tərəf: Rusiya Federasiyası Qarşılanan xərclər (Rusiya Federasiyası tərəfindən): • ödənişsiz təhsil; • aylıq təqaüd. QEYD: Təhsil yerinə gediş-gəliş xərcləri, tibbi sığorta, universitet yataqxanasında yaşayış tələbələrin özləri tərəfindən qarşılanır. Müraciət tarixi:  09.01.2017-dək Müraciət forması: namizədlər russia.study portalı vasitəsilə qeydiyyatdan keçməli və müraciət formasını doldurmalıdırlar. Göstərilən tarixdən sonra qeydiyyatdan keçənlərin namizədlikləri nəzərə alınmır. Qeydiyyat başa çatdıqdan sonra I mərhələnin şərtləri barədə məlumat namizədlərə bildiriləcəkdir. I mərhələdən uğurla keçmiş namizədlərə müvafiq sənədlərini elektron müraciət formasına yükləmək imkanı yaradılacaq. Ali təhsil müəssisələri: Universitetlərin siyahısı və digər vacib məlumatlarla http://минобрнауки.рф, www.russia-edu.ru internet səhifələri vasitəsilə tanış olmaq mümkündür. Əlaqə vasitələri: riccabiturient@yandex.ru, iş günləri, saat: 11:00-13:00 aralığında tel:+994124964500 (Пономарёва Юлия Валерьевна), bununla yanaşı russia.admissions@edu.gov.az

Fransız-Azərbaycan Universiteti işçi qəbulu elan edir

Fransız-Azərbaycan Universitetində (UFAZ) 2-ci semestr üçün vakansiyalar elan olunur :   • Fizika müəllimi • Kimya müəllimi • İnformatika müəllimi • Kimya laborantı* • Fizika  laborantı*   Namizədlər pdf formatda ərizə və ingilis dilində yazılmış CV-lərini 01.02.2017-ci il  tarixinədək ufaz-coordinator@asoiu.edu.az  elektron ünvanına göndərə bilərlər.   • Ərizəçilərin yuxarıda göstərilən sahələr üzrə ən azı magistr dərəcəsi və iki illik tədris təcrübəsi olmalıdır; • Namizədlərin yüksək ingilis dili biliyi və bu dildə fənlərin tədrisi səriştəsi olmalıdır; 
 • CV-də əlavə olaraq xaricdə təhsil təcrübəsi, ingilis dilində yazılmış dərslik və müasir təhsil metodları ilə tanışlıq, fransız dili biliyi, doktorantura dərəcəsi göstərilməlidir; 
 • Sənəd və sertifikatların pdf versiyaları, peşəkar layihəni təsvir edən və UFAZ- dakı vəzifəyə marağı ifadə edən motivasiya məktubu da əlavə olunmalıdır. 
                 *Kimya və fizika laborantının öhdəlikləri:   • Laboratoriya və sinifdə əşya və avadanlıqların təmizliyi; • Neytrallaşdırıcı məhlulların olmasına nəzarət, turşuların və əsasların saxlanılması və tullanılması; • Məhlullar üçün qablaşdırmanın təchizi; • Dərs planıına uyğun avadanlığın hazırlanması ; • Materialların miqdarı və yararlığının, avadanlığın iş fəaliyyətinin, elektro vəsaitlərin yoxlanılması; • Kimya otağı laborantı tərəfindən dərs gününün sonunda dolabların, su-boru xəttinin bağlanılmasının, elektro cihazların söndürülməsinin yoxlanılması.   Fransız-Azərbaycan Universiteti (UFAZ) layihəsi Fransa Respublikası və Azərbaycan Respublikası Prezidentlərinin təşəbbüsü ilə irəli sürülmüş bir layihədir. Layihəyə əsasən, 2016-2017-ci tədris ilindən etibarən Azərbaycan Dövlət Neft və Sənaye Universiteti nəzdində 4 ixtisas üzrə tədris başlanılıb. Bu ixtisaslar aşağıdakılardır:   • Kimya mühəndisliyi ixtisası • Kompüter elmləri • Geofizika mühəndisliyi • Neft və qaz mühəndisliyi

“İsveçrənin “Universita della Svizzera İtaliana” tərəfindən xarici tələbələr üçün magistr proqramı

“İsveçrənin “Universita della Svizzera İtaliana” tərəfindən xarici tələbələr üçün 2017-ci ilin mart ayından 2018-ci ilin dekabr ayına qədər Mədəniyyətlərarası Kommunikasiya üzrə magistr proqramı təşkil olunur. Kurs ərzində tələbələr immiqrantların inteqrasiyası, onlarda ünsiyyət bacarıqlarının inkişaf etdirilməsi, fərqli mədəniyyətlərə malik qrupların ehtiyaclarının dərk edilməsi kimi nəzəri və praktiki biliklərə yiyələnəcəklər. Qeyd olunan magistr proqramı ilə maraqlanan şəxslər mic@usi.ch electron ünvan və ya +41586664652 telefon nömrəsi ilə əlaqə saxlıyaraq ətraflı məlumat əldə edə bilərlər.”

“Azərbaycan müəllimi” qəzeti yazı müsabiqəsi elan edir

“Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Təhsil Nazirliyinin 2016-cı il üçün Tədbirlər Planına uyğun olaraq “Azərbaycanda məktəb və maarifçilik ənənəsi: tarixdən gələcəyə” mövzusunda yazı müsabiqəsi elan edir Müsabiqədə ölkənin elm və təhsil müəssisələrində çalışan alimlər, müəllimlər, pedaqoq və tədqiqatçılar, eləcə də magistr və doktorantlar, araşdırmaçı jurnalistlər iştirak edə bilərlər. İştirak etmək istəyənlər təhsilimizdə milli-mənəvi dəyərlər; Azərbaycan təhsilinin gələcək inkişaf istiqamətləri; gələcəyin müəllimi; təhsilin yeni məzmunu; səriştəli müəllim və təhsil menecerləri; ömürboyu təhsil; şəffaf və səmərəli idarəetmə modellərinin tətbiqi istiqamətləri üzrə yazılarını 26 noyabr 2016-cı il tarixdən 15 dekabr 2016-cı il tarixinədək muallim@edu.gov.az  elektron poçt ünvanına göndərə bilərlər. Təqdim olunan yazılar tanınmış pedaqoq, alim və təcrübəli mütəxəssislərdən ibarət münsiflər heyəti tərəfindən qiymətləndiriləcək. Qaliblərin qiymətli hədiyyə və diplomlarla mükafatlandırılması nəzərdə tutulur.   Müsabiqənin əsas şərtləri: İştirakçılar təqdim olunan yazıların sonunda zəruri məlumatları (ad, soyad, əlaqə telefonu, çalışdığı müəssisənin adı və tutduğu vəzifə) qeyd etməlidir. Hər iştirakçı müsabiqəyə bir yazı təqdim edə bilər. Yazıların əvvəlində müsabiqə üçün hazırlandığı qeyd olunmalıdır.   Əlaqə üçün: (012) 538-51-41 Təşkilat Komitəsi

Magistratura pilləsi üzrə təqaüd elanı

Qazaxıstanın Nazarbayev Universitetinin Biznes üzrə Ali məktəbi (NUGSB) xarici tələbələr üçün magistratura pilləsi üzrə təqaüd elan edir. ABŞ-ın Duke Universitetinin Fuqua Biznes məktəbi ilə strateji əməkdaşlıq əsasında yaradılmış bu ali məktəb bugünə kimi 2000 nəfərdən çox xarici tələbəyə təhsil proqamı təqdim etmişdir. Sözügedən təqaüd haqqında ərtaflı məlumat almaq üçün mba.admissions@nu.edu.kz  ünvanına e-mail göndərə və +7 (7172) 709183 nömrələrinə zəng edə bilərsiniz.

15/08/2020

Müəllimlərin işə qəbulu müsabiqəsinin üstünlükləri #TəhsilNazirliyi #EduAz #MİQ #Müəllim #MüəllimlərinİşəQəbulu

More
15/08/2020

Peşə təhsilinin perspektivləri və gənclərə yaratdığı fürsətlər müzakirə #TəhsilNazirliyi #EduAz #PeşəTəhsili

More
15/08/2020

Şagirdlərin elektron yerdəyişməsi sistemində hansı yeniliklər edilib? #TəhsilNazirliyi #EduAz #TətilVaxtı #EvdəQal

More

Sayt test rejimində çalışır