• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri
FAQ

Satın alınma ilə bağlı bildiriş

Azərbaycan Respublikasının Təhsil Nazirliyi təsərrüfat ləvazimatlarının, mal və materialların kotirovkalar sorğusu üsulu ilə satın alınmasını həyata keçirir. Maraqlanan təşkilatlar (012) 599-11-55, daxili 5252 telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər. Kotirovkalar sorğusunda iştirak etmək üçün sənədlər 24 iyun 2016-cı il tarixdə, saat 18:00-dək qəbul olunur . Ünvan: AZ 1008, Bakı şəhəri, Xətai prospekti 49.

Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Sağlam Təhsil-Sağlam Millət” layihəsinin 2016-cı ildə inkişafına dair qrant müsabiqəsinin elanı

Təhsilalanların fiziki-psixi sağlamlığının qorunması və təlim nailiyyətlərinin yüksəldilməsi sahəsində aparılan işlərin davamlı inkişafını dəstəkləmək, əhəmiyyətli elmi-praktik nəticələr əladə etmək və kadr hazırlığını təmin etmək məqsədi ilə  Azərbaycan Respublikası Təhsil Nazirliyi “Sağlam Təhsil-Sağlam Millət” layihəsinin 2016-cı ildə inkişafı üzrə qrant müsabiqəsi elan edir.   Müsabiqədə iştirak: Müsabiqədə Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış hüquqi şəxslər iştirak edə bilərlər.   Müsabiqədə iştiraka dair tələblər: 1. “Sağlam Təhsil-Sağlam Millət” layihəsinin icrası üçün iddialı olan qurum ümumi təhsil sahəsində krossfunksional (pedaqoq, psixoloq, həkim, memar, mebel texnoloqu, media işçiləri, QHT-lər, məmurlar və s. bir araya gəlməklə) layihələrin icrasında minimum 2 illik təcrübəyə malik olmalıdır. 2. Ümumi təhsil müəssisələrində təhsilalanların hərtərəfli (fiziki, psixi, idraki, mənəvi) inkiaşfı və sağlamlığının qorunması məsələlərinə dair  layihələrin icrasında ən azı 2 il  təcrübəsinin olması: - Təhsilalanların sağlamlığının qorunmasına dair icra edilmiş layihənin adı, məqsədi, icra edildiyi yer, cəlb edilən kadr potensialı barədə ətraflı məlumat (CV) və əldə edilən nəticələr barədə hesabatların surəti; 3. Ümumi təhsil pilləsində, xüsusilə də, ibtidai təhsil səviyyəsində təhsilalanların fiziki-psixi sağlamlığı baxımından  müstəsna rolu olan (ətraf aləmin tam şəkildə dərk edilməsini, emosional stabilliyin qorunması və təlim marağının yüksəldilməsini təmin edən) inteqrativ təlim  texnologiyalarının  tətbiqi ilə bağlı təcrübəsini  təsdiq edən aşağıda qeyd edilən məlumatların təqdim edilməsi: - inteqrativ təlim texnologiyaları baxımından pedaqoji kadr  hazırlığında istifadə edilən proqram və təlim materialları; - təlimlərin təşkili və keçirilməsi prosesinin qısa xülasəsi; - təlimi aparan təlimçilərin siyahısı və CV-ləri; - təlimdən keçmiş müəllimlərin siyahısı; - ətraf aləmin tam dərk edilməsini təmin edən inteqrativ dərs modelinə dair dərsin cari planlaşdırılma nümunələri; 4. Layihə rəhbəri müsabiqə üzrə yalnız bir layihədə (xüsusi əsaslandırılmış hal istisna olmaqla) iştirak edə bilər.   Layihələrin təqdim edilməsi: Layihə təklifləri 20 iyun 2016-cı ilədək Nazirliyə elektron poçt (layihe@edu.gov.az) vasitəsilə təqdim olunmalıdır. Müraciət zamanı təşkilatlar layihə və büdcə ilə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: • QHT-nin dövlət qeydiyyatı haqqında şəhadətnamənin surəti • Təşkilatın Nizamnaməsinin surəti • Təşkilatın Dövlət Reyestrindən Çıxarışının surəti • Təşkilatın VÖEN-nin surəti • Təşkilat haqqında məlumat • Layihəyə rəhbərlik edəcək şəxsin və əsas əməkdaşların tərcümeyi-halı (CV)   Qiymətləndirmə meyarları: 1. Qurumun təcrübəsi. 2. Layihənin icrasına dair dəqiq ifadə edilmiş və əsaslandırılmış təsvirin olması. 3. Layihənin icrasına cəlb ediləcək mütəxəssislərin oxşar məqsədli  layihələrdə iştirak təcrübəsi; 4. İcraçının (icraçıların) əvvəlki yerinə yetirilmiş (yerli və xarici) təhsilalanların sağlamlığının qorunması və təlim nailiyyətlərinin yüksəldilməsi məsələlərinə dair layihələrdə uğurlu iştirakı. 5. Qrant layihəsi üçün tələb olunan maliyyələşdirilmənin məbləğinin məntiqli və reallığa uyğun olaraq ciddi şəkildə əsaslandırılması. 6. Layihənin səmərəliliyi və layihənin icrası ilə bağlı risklərin qiymətləndirilməsi.   Müsabiqənin müddəti: Layihələrin qəbulu 13 iyun 2016-cü il tarixdən başlayır və 20 iyun 2016-cü il tarixdə başa çatır.   Layihələrin qəbulu üçün son tarix: 20 iyun 2016-cı il, saat 18:00.

Sektor müdiri vəzifəsinin tutulması ilə bağlı daxili müsahibə

Azərbaycan Respublikası Təhsil Nazirliyi Maliyyə şöbəsinin  Mühasibat uçotu və hesabat sektorunda vakant müdir vəzifəsinin tutulması ilə bağlı daxili müsahibə elan edir.   Müsahibədə inzibati vəzifədə qulluq keçən və ixtisas dərəcəsinə malik olan  Azərbaycan Respublikası Təhsil Nazirliyinin dövlət qulluqçuları iştirak edə bilərlər. Müsahibədə iştirak etmək üçün aşağıdakı  sənədlər təqdim edilməlidir: ∙ ərizənin surəti ∙ əmək kitabçasının surəti ∙ ali təhsil haqqında diplomun surəti (xarici dövlətlərin ali təhsil müəssisələrində təhsil almış şəxslərin ali təhsil haqqənda sənədi müvafiq şəhadətnamənin surəti ili birlikdə) və ya müvafiq ixtisas üzrə yenidənhazırlanma təhsilindən keçmə haqqında müvafiq sənədin surəti (ali təhsil haqqında sənədin surəti ili birlikdə) ∙ kadr uçotunun şəxsi vərəqəsinin surəti (bütün bölmələr üzrə məlumatlar tam olmalı və hazırkı dövrü əks etdirməlidir) ∙ bir ədəd ağ  fonda rəngli fotoşəkil ∙ son bir ildə intizam tənbehi tədbirinin tətbiq edilməməsi barədə arayış Müsahibədə iştirak etmək üçün ərizələrin qəbulu  (01 iyun 2016-cı il tarixindən 16 iyun 2016-cı il,  saat 18:00-dək) Azərbaycan Respublikası Təhsil Nazirliyində aparılır. Ərizələr şəxsən (bazar ertəsi-cümə günləri saat 09:00-dan 13:00-dək və 14:00-dan 18:00-dək), yaxud poçt vasitəsilə təqdim edilə bilər. Müsahibə zamanı müsahibədə iştirak edən dövlət qulluqçusunun bilik səviyyəsi, peşə hazırlığı, ümumi dünyagörüşü, barəsində müsahibə elan edilən vəzifə üçün zəruri olan şəxsi keyfiyyətləri yoxlanılmaqla müvafiq vəzifəyə uyğunluğu müəyyən edilir. Müsahibədə ixtisas dərəcəsi, attestasiyanın nəticələri, müvafiq vəzifənin tələblərinə uyğun olaraq təkrar hazırlıq keçməsi və ixtisasın artırılması da nəzərə alınır. Müsahibəyə dair ətraflı məlumat almaq üçün Azərbaycan Respublikasının Təhsil Nazirliyinə müraciət edə bilərsiniz Telefonlar: 599-11-55 (dax: 52-28)   Maliyyə şöbəsi, Mühasibat uçotu və hesabat sektoru, sektor müdiri Ştat vahidinin sayı: 1 İş yerinin ünvanı: Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti 49 İnzibati vəzifənin təsnifatı: 5-ci təsnifat Vəzifə maaşı: 620 manat Qulluq funksiyaları:  sektorun işinin təşkilinə, fəaliyyətinə rəhbərliyin həyata keçirilməsi və işçilərin icra intizamına nəzarət edilməsi; sektorda işçilərin fəaliyyətinin istiqamətləndirilməsi, onlara həvalə edilən vəzifələrin yerinə yetirilməsinin təmin edilməsi; sektorda işçilərin həvəsləndirilməsi, ixtisas dərəcələrinin verilməsi, onların fəaliyyətinin qiymətləndirilməsi, intizam tənbeh tədbirlərinin tətbiq olunması, habelə işçilərin vəzifədən kənarlaşdırılması ilə bağlı şöbə müdirinə təkliflərin verilməsi; sektorun fəaliyyətinin təkmilləşdirilməsi sahəsində tədbirlərin görülməsi, bu barədə şöbə müdirinə təkliflərin verilməsi; peşə hazırlığının yüksəldilməsi məqsədilə qanunvericiliyin daim öyrənilməsi, işgüzar və peşə keyfiyyətlərinin yüksəldilməsinə çalışılması; xidməti fəaliyyətlə bağlı Nazirliyin və şöbə rəhbərliyinin tapşırıqlarının yerinə yetirilməsi; Nazirlik üzrə mühasibat uçotunun təşkilinə rəhbərlik edilməsi; Mühasibat uçotu üzrə tətbiq olunan proqram təminatının işləməsinə nəzarət edilməsi; səlahiyyətləri daxilində digər məsələlərin həll edilməsi; Nazirliyin tabeliyində olan və dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən maliyyələşən təhsil müəssisələri, eləcə də dövlət sifarişi ilə kadr hazırlığı həyata keçirilən müvafiq müəssisələr üzrə mühasibat hesabatlarının qəbul edilməsi, təqdim olunan hesabatların yekun icmallaşdırılması və müvafiq arayışların hazırlanmasının təmin edilməsi; Nazirliyin aparatı, dövlət proqramları və mərkəzləşdirilmiş tədbirlər üzrə müvafiq ödənişlərin həyata keçirilməsi və uçotunun aparılmasının təmin edilməsi; Dövlət proqramları, eləcə də ikitərəfli saziş, müqavilə və razılaşmalar əsasında xarici ölkələrdə təhsil alan tələbələrin xərclərinin ödənilməsi ilə bağlı sifariş, sərəncam və ödəniş sənədlərinin hazırlanmasının təmin edilməsi; Nazirliyin aparatında çalışan işçilərin əməkhaqqı, məzuniyyət, ezamiyyə xərcləri və digər ödənişləri ilə bağlı ödəniş sənədlərinin hazırlanmasının təmin edilməsi və s. Vəzifənin tutulması şərtləri: təhsil: iqtisadiyyat və idarəetmə ixtisas istiqamətləri üzrə ali təhsil; iş stajı: ixtisası üzrə azı 5 il; kompüter: MS WINDOWS, MS OFFİCE, İNTERNET və s. (orta-yüksək səviyyədə); xarici dil: rus dili (orta səviyyədə), ingilis dili (orta səviyyədə).

“Dünya Serbiyada” adlı layihə çərçivəsində Serbiya Respublikasının hesabına ayrılan təqaüd proqramı.

Varşava Universiteti cari ilin 1-21 iyul 2016-cı il tarixlərində təşkil ediləcək XVI Şərqi Avropa Yay Məktəbi üçün təqaüd elan edir:

Təqaüdlər Şərqi Avropanın  tarixi və inkişafı mövzusunda araşdırmaları olan, postsovet məkanı, Şərqi və Qərbi Avropa ölkələrinin, həmçinin Amerika Birləşmiş Ştatlarının gənc tədqiqatçıları üçün nəzərdə tutulmuşdur. Yay məktəbi tələbələr üçün açıq deyildir. Proqram haqqında daha ətraflı məlumatı http://www.studium.uw.edu.pl internet səhifəsindən əldə etmək olar.   pdf

Dərslik siyasəti sahəsində mütəxəssis xidmətləri tələb olunur!

Xidmətin predmeti: Dərslik siyasətinin təkmilləşdirilməsinə dair təkliflərin hazırlanması.   Namizədlərə verilən tələblər:   1. Təhsili: Namizəd təhsil yaxud iqtisadiyyat, humanitar, idarəetmə sahəsində ali təhsilə malik olmalıdır. Tanınmış xarici ali məktəblərdə təhsil almış namizədlərə üstünlük veriləcəkdir. 2. Təcrübəsi: Namizəd təhsil sahəsində təcrübəyə malik olmalıdır. Təhsil sahəsində tədqiqatlar aparmış, dərslik siyasəti sahəsində ölkənin qanunvericiliyini bilən və beynəlxalq təcrübəyə dair məlumatlı olan namizədlərə üstünlük veriləcəkdir. 3. İKT-dən istifadə bacarıqları: Namizəd Windows əməliyyat sistemindən, Microsoft Office paketindən sərbəst istifadə etməyi bacarmalıdır. Statistik təhlil proqramlarından istifadə etməyi bacaran namizədlərə üstünlük veriləcəkdir. 4. Dil bilmə səviyyəsi: Namizəd Azərbaycan və ingilis dilini mükəmməl səviyyədə bilməlidir.   Göstəriləcək xidmətlər: Dərslik siyasəti sahəsində mövcud qanunvericiliyin təhlili, dərslik siyasətinin inkişafını və hədəflərini təmin edən istiqamətlərin müəyyənləşdirilməsi və bu sahə üzrə normativ hüquqi bazanın təkmilləşdirilməsinə, o cümlədən “Dərsliklərin istifadəsinə icazənin verilməsi Qaydaları”nın və “Ümumi təhsili həyata keçirən dövlət və bələdiyyə təhsil müəssisələrinin dərsliklərlə təminatı haqqında Qaydalar”ın hazırlanmasına dair təkliflər vermək.   Müraciət forması: Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə əməkdaşlıq etmək arzusunda olan şəxslər öz tərcümeyi-halını (CV) 17.06.2016-cı il tarixədək rustamov@edu.gov.az e-poçtuna göndərə bilərlər. Əlavə məlumatları iş günləri ərzində saat 09:00-dan 18:00-dək bu ünvandan əldə etmək olar:   Ünvan: AZ1008, Bakı şəhəri, Xətai prospekti, 49. Azərbaycan Respublikasının Təhsil Nazirliyi Əlaqələndirici şəxs: Elvin Rüstəmov Əlaqə telefonları: (+ 994 12) 599-11-55 (daxili: 5282) E-poçt: rustamov@edu.gov.az

Rusiya Federasiyası tərəfindən 2016/2017-ci tədris ili üzrə Azərbaycan Respublikası vətəndaşlarına Rusiya Hökumətinin büdcəsi hesabına Rusiya ali məktəblərində təhsil almaq üçün ayrılan təqaüd

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə (daimi əsaslarla) işləyən müəllimlərin yerdəyişməsi üzrə müsabiqənin keçirilməsi barədə məlumat

Baş məsləhətçi vəzifəsinin tutulması ilə bağlı daxili müsahibə

Azərbaycan Respublikası Təhsil Nazirliyi Elm, ali və orta ixtisas təhsili şöbəsinin Ali, orta ixtisas və əlavə təhsil sektorunda vakant baş məsləhətçi vəzifəsinin tutulması ilə bağlı daxili müsahibə elan edir:   Müsahibədə inzibati vəzifələrdə qulluq keçən və ixtisas dərəcəsinə malik olan Azərbaycan Respublikası Təhsil Nazirliyinin dövlət qulluqçuları iştirak edə bilərlər.   Müsahibədə iştirak etmək üçün aşağıdakı sənədlər təqdim edilməlidir: • ərizənin surəti • əmək kitabçasının surəti • ali təhsil haqqında diplomun surəti (xarici dövlətlərin ali təhsil müəssisələrində təhsil almış şəxslərin ali təhsil haqqında sənədinin və həmin sənədin qanunvericiliyə uyğun olaraq təsdiq edilməsi haqqında müvafiq şəhadətnamənin surəti ilə birlikdə) və ya müvafiq ixtisas üzrə yenidənhazırlanma keçmə haqqında müvafiq sənədin surəti(ali təhsil haqqında sənədin surəti ilə birlikdə) • kadr uçotunun şəxsi vərəqəsinin surəti (bütün bölmələr üzrə məlumatlar tam olmalı və hazırki dövrü əks etdirməlidir) • bir ədəd ağ fonda rəngli fotoşəkil • son bir ildə intizam tənbehi tədbirinin tətbiq edilməməsi barədə arayış Müsahibədə iştirak etmək üçün ərizələrin qəbulu 12 aprel 2016-cı il tarixdən 26 aprel 2016-cı il tarixdə saat 18:00-dək Azərbaycan Respublikası Təhsil Nazirliyində aparılır. Ərizələr şəxsən (bazar ertəsi – cümə günləri saat 09:00-dan 13:00-dək və 14:00 dan 18:00-dək), yaxud poçt vasitəsilə təqdim edilə bilər. Müsahibə zamanı müsahibədə iştirak edən dövlət qulluqçusunun bilik səviyyəsi, peşə hazırlığı, ümumi dünyagörüşü, barəsin¬də müsahibə elan edilən vəzifə üçün zəruri olan şəxsi keyfiyyətləri yoxlanılmaqla müvafiq vəzifəyə uyğunluğu müəyyən edilir. Müsahibədə ixtisas dərəcəsi, attestasiyanın nəticələri, müvafiq vəzifənin tələblərinə uyğun olaraq təkrar hazırlıq keçirilməsi və ixtisasın artırılması da nəzərə alınır. Müsahibəyə dair ətraflı məlumat almaq üçün Azərbaycan Respublikası Təhsil Nazirliyinə müraciət edilə bilər. Telefon:   599-11-55 (5228)   • Elm, ali və orta ixtisas təhsili şöbəsi, Ali, orta ixtisas və əlavə təhsil sektoru, baş məsləhətçi Ştat vahidinin sayı: 1 İş yerinin ünvanı: Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti 49 İnzibati vəzifənin təsnifatı: 5-ci təsnifat Vəzifə maaşı: 540 manat Qulluq funksiyaları: şöbənin işinin təşkili, ali və orta ixtisas təhsili sisteminin fəaliyyətini və inkişafını təmin edən istiqamətlərin müəyyənləşdirilməsi və sahə üzrə normativ hüquqi bazanın yaradılmasında iştirak; ali və orta ixtisas təhsili müəssisələrində vahid dövlət siyasətinin həyata keçirilməsi, təhsil qanunvericiliyinin icrasına və təhsilin dövlət standartlarına riayət olunmasına nəzarət; ali və orta ixtisas təhsili müəssisələrinin fəaliyyətinin əlaqələndirilməsi, onlara tədris-metodiki rəhbərliyin, təlim və tədris prosesinin keyfiyyətinə nəzarətin həyata keçirilməsi; təhsil proqramları və tədris planlarının təhlili və onlara rəylərin verilməsi; ali və orta təhsilə aid olan məsələlər üzrə qərar, əmr, sərəncam, təlimati məktub, kollegiya qərarlarının layihələri tədris planı, proqramların və digər sənədlərin hazırlanması; ərizə, məktub və şikayətlərin vaxtında icra olunmasının təmin edilməsi, semestr və dövlət imtahanlarında iştirak və onlara nəzarət, imtahan nəticələrinin təhlili, təkliflərin verilməsi və müvafiq yekun sənədlərin hazırlanması; tədris prosesinin təşkili sahəsində təcrübənin ümumiləşdirilməsi və yayılması, konsepsiya və strategiyaların, layihə və proqramların həyata keçirilməsi sahəsində təhsil müəssisələrinə metodiki kömək göstərilməsi; ali və orta ixtisas təhsili müəssisələrinin nizamnamələrinə rəylərin hazırlanması; ali və orta ixtisas təhsili müəssisələrinin şəbəkəsinin təkmilləşdirilməsinə dair təkliflərin verilməsi, ali və orta ixtisas təhsil müəssisələrindən daxil olan məlumatların ümumiləşdirilməsi və təhlil edilməsi; təhsil müəssisələrinin professor-müəllim heyəti, pedaqoji kadrları haqqında məlumatların toplanması, ümumiləşdirilməsi və təhlili və s. Vəzifənin tutulması şərtləri: təhsil: ali; iş stajı: müvafiq sahə üzrə azı 3 il; kompüter: MS Windows, MS Office, Internet və s,  (orta-yüksək səviyyədə); xarici dil: rus dili (orta-yüksək səviyyədə)

Slovakiya Respublikasının 2016-2017- ci tədris ili üzrə elan etdiyi təqaüd proqramı barədə elanı nəzərinizə çatdırırıq:

Ölkə: Slovakiya   Proqramın adı: Milli təqaüd proqramı   Qarşılanan xərclər: Aylıq təqaüd   Yaş məhdudiyyəti: Yoxdur   Son müraciət tarixi: 2016-cı ilin 30 may tarixinədək             Müraciət forması: Fərdi   İnternet səhifəsi: http://www.minedu.sk; http://www.vladnestipendia.sk   Əlaqə vasitələri: e-mail: helpdesk@studyabroad.sk   Telefon: +421 907 551 404

15/08/2020

Müəllimlərin işə qəbulu müsabiqəsinin üstünlükləri #TəhsilNazirliyi #EduAz #MİQ #Müəllim #MüəllimlərinİşəQəbulu

More
15/08/2020

Peşə təhsilinin perspektivləri və gənclərə yaratdığı fürsətlər müzakirə #TəhsilNazirliyi #EduAz #PeşəTəhsili

More
15/08/2020

Şagirdlərin elektron yerdəyişməsi sistemində hansı yeniliklər edilib? #TəhsilNazirliyi #EduAz #TətilVaxtı #EvdəQal

More

Sayt test rejimində çalışır