• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri
FAQ

Macarıstanda ali təhsil üçün sənəd qəbulu müddətinin uzadılması haqqında elan

Doktorantların və gənc tədqiqatçıların XX Respublika elmi konfransının keçirilməsi haqqında elan

Azərbaycan Respublikasının Təhsil Nazirliyi 24-25 may 2016-cı il tarixlərində Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Doktorantların və gənc tədqiqatçıların XX Respublika elmi konfransını keçirir. Konfransın istiqamətləri: - Təbiət elmləri (riyaziyyat, fizika, mexanika, kimya, biologiya, ekologiya, yer haqqında elmlər); - Texnika elmləri (texniki qurğular və texnologiyalar, kompüter elmləri, elektronika, avtomatlaşdırma, maşınqayırma, metallurgiya,  nəqliyyat); - Sosial-humanitar elmlər və iqtisadiyyat (sosiologiya, politologiya, kulturologiya, multikulturalizm, iqtisadiyyat) hüquq, tarix, dilçilik, ədəbiyyatşünaslıq, psixologiya, pedaqogika, sənətşunaslıq;   Məruzə tezislərinin tərtib olunma qaydaları: - Mətn Microsoft Word for Windows redaktorunda Times New Roman (Az.latın) şriftilə (hərflərin ölçüsü – 12, interval – 1,5) yığılir, A4 formatlı standart (210x297 mm) ağ kağızda çap olunur; - Məruzənin mətni 3 səhifəyə qədər olmalıdır; - Mətnin əvvəlində məruzənin adı, onun altında doktorantın (tədqiqatçının)  soyadı, adı və atasının adı, onun altında isə  ali təhsil müıssisəsinin adı yazılır. Məruzədə istifadə edilmiş elmi ədəbiyyata istinad və mənbələr bu qaydada göstərilir: • Ədəbiyyat siyahısı mətnin sonunda əlifba sırası ilə verilir. • İstinad olunan ədəbiyyat nəşr olunduğu dildə verilir. • Ədəbiyyatın siyahısı AAK-ın tələbləri əsasında göstərilir. • İstinad olunan ədəbiyyatın nömrəsi və səhifəsi mətnin içində göstərilir                 (Məsələn,  2, cəh.222). Məruzə tezisinin sonunda onun yazıldlğı dildən başqa iki dildə (Azərbaycan dilində yazılmış məruzələrə ingilis və rus dillərində, rus dilində yazılmış məruzələrə isə Azərbaycan və ingilis dillərində)  xülasə  və açar sözlər (hər üç dildə) verilır. Məruzələrə müvafiq sahə üzrə elmi dərəcəsi olan 1  mütəxəssisin və doktorantın elmi rəhbərinin rəyi və  müvafiq elmi müəssisənin kafedrasının (şöbəsinin)  iclas protokolundan çıxarış  əlavə olunur. Konfransa təqdim edilən məruzədə  problemin aktuallığı və müəllif tərəfindən aparılmış tədqiqatın nəticələri əks olunmalı, alınmış nəticələrin istifadəsinə (tətbiqinə) dair təkliflər verilməlidir. Məruzələrin  seçimində üstünlük yaradıcılıq qabiliyyəti və əsaslandırılmış yeni ideyaları olan müəlliflərə veriləcəkdir. Bu tələblərə uyğun gəlməyən məruzələr Təşkilat komitəsi tərəfindən qəbul edilməyə bilər. Bu halda məruzə və əlavə olunan sənədlər  geri qaytarılmır. Məruzə tezisləri müvafiq ali təhsil müəssisələrinin  doktorantura şöbələrinə təqdim olunmalıdır. Məruzə tezislərinin qəbul olunması üçün son tarix 11aprel 2016-ci il   Nümunə

Martın 15-də T. İsmayılov adına 6 nömrəli məktəb-liseyin akt zalında növbəti “Novruz mühazirəsi” keçiriləcək.

Görüşdə təhsil eksperti Etibar Əliyevin “Postmodernizm və təhsil” mövzusunda mühazirəsi dinləniləcək. “Novruz mühazirələri”ndə iştirak etmək istəyən şəxslər novruzmuhaziresi@media.edu.az elektron poçt vasitəsilə 15.03.2016-cı il tarixinədək qeydiyyatdan keçə bilərlər (Qeydiyyat forması). Təhsil Nazirliyi yerlərin sayının məhdud olduğunu nəzərə alaraq, iştirakçıların seçim hüququnu özündə saxlayır. Tədbir saat 16:30-da T. İsmayılov adına 6 nömrəli məktəb-liseyin akt zalında keçiriləcək. Ünvan: Bakı şəhəri, Şövkət Ələkbərova küçəsi 2. Mühazirədə iştirak üçün geyim sərbəstdir.

Koreya Hökumətinin Təqaüd Proqramı

Koreya İnkişaf İnstitutunun İctimai Siyasət və İdarəetmə üzrə Məktəbi “Koreya Dövlət Təqaüd Proqramı”na tələbə qəbulunu elan edir. 3 illik təqaüd proqramına tələbə qəbulu aşağıda göstərilmiş proqramlar üzrə həyata keçirilir: - İctimai Siyasət üzrə Magistr Proqramı - İnkişaf Siyasəti üzrə  Magistr Proqramı - İctimai İdarəetmə üzrə Magistr Proqramı Təqaüd Proqramına qəbul edilmiş tələbələr yol xərci, təhsil haqqı və aylıq təqaüdlə təmin ediləcəkdir. Təqaüd Proqramına son ərizə qəbulu tarixi 25 mart 2016-cı ildir.  Proqram haqqında daha ətraflı məlumatı http://admissions.kdischool.ac.kr/ keçidindən əldə etmək mümkündür. Qeyd: Təqaüd proqramları ilə bağlı tələbələr birbaşa olaraq Koreya tərəfinə müraciət etməlidirlər.

Martın 10-da Azərbaycan Milli Elmlər Akademiyasının akt zalında növbəti “Novruz mühazirəsi” keçiriləcək.

Görüşdə akademik Muxtar İmanovun “Novruz fəlsəfəsi” və akademik Telman Əliyevin “Azərbaycanda informatikanın təşəkkülü və müasir vəziyyəti” mövzularında mühazirələri dinləniləcək. “Novruz mühazirələri”ndə iştirak etmək istəyən şəxslər novruzmuhaziresi@media.edu.az elektron poçt vasitəsilə 10.03.2016-cı il tarixinədək qeydiyyatdan keçə bilərlər (Qeydiyyat forması). Təhsil Nazirliyi yerlərin sayının məhdud olduğunu nəzərə alaraq, iştirakçıların seçim hüququnu özündə saxlayır. Tədbir saat 15:00-da Azərbaycan Milli Elmlər Akademiyasının akt zalında  keçiriləcək. Ünvan: Bakı şəhəri, Hüseyn Cavid prosperti,115 Mühazirədə iştirak üçün geyim sərbəstdir.

Ali təhsil müəssisələrinin elmi-pedaqoji əməkdaşlarının “Thomson Reuters” bazasında olan jurnallarda çap olunmuş elmi əsərlərinə görə mükafatlandırılması ilə bağlı elan

    Təhsil Nazirliyi Azərbaycanın elmi nailiyyətlərinin beynəlxalq miqyasda tanınması, ali təhsil müəssisələrinin elmi-pedaqoji əməkdaşlarının elmi fəaliyyətinin və nəşr aktivliyinin daha da aktivləşdirilməsi məqsədilə “Thomson Reuters” bazasında olan jurnallarda çap olunmuş elmi əsərlərə görə mükafatlandırma üzrə müsabiqə keçirəcək.     Müsabiqə ali təhsil müəssisələrinin elmi-pedaqoji əməkdaşlarının elmi fəaliyyətinin keyfiyyət göstəricisinə əsasən həyata keçiriləcək.     Müəlliflərin elmi fəaliyyətinin keyfiyyət göstəricisi Təhsil Nazirliyi tərəfindən hazırlanıb təsdiq edilmiş xüsusi metodika ilə müəyyənləşdiriləcək.     Müsabiqə aşağıdakı 5 elmi istiqamət qrupu üzrə aparılacaq.     - Riyaziyyat və texniki elmlər;     - Fizika, kimya, biologiya;     - Humanitar elmlər;     - İqtisadiyyat və idarəetmə;     - Tibb elmləri.     Müsabiqədə ildə 1 dəfə olmaqla, təqvim ilinin sonunda təşkil ediləcək və bununla bağlı Təhsil Nazirliyinin saytında ətraflı məlumat veriləcəkdir.       Ali təhsil müəssisələrinin elmi-pedaqoji əməkdaşlarının elmi fəaliyyətinin “Thomson Reuters” (TR) bazaları üzrə qiymətləndirilməsi metodikası

Çin Xalq Respublikasında Təhsil

Martın 9-da Azərbaycan Dövlət İqtisad Universitetinin akt zalında (4-cü korpusu) növbəti “Novruz mühazirəsi” keçiriləcək.

Görüşdə Əməkdar müəllim Asif Cahangirovun “Təhsil Strategiyasının əsas dayağı: səriştə əsaslı təhsil” mövzusunda mühazirəsi dinləniləcək. “Novruz mühazirələri”ndə iştirak etmək istəyən şəxslər novruzmuhaziresi@media.edu.az elektron poçt vasitəsilə 09.03.2016-cı il tarixinədək qeydiyyatdan keçə bilərlər (Qeydiyyat forması). Təhsil Nazirliyi yerlərin sayının məhdud olduğunu nəzərə alaraq, iştirakçıların seçim hüququnu özündə saxlayır. Tədbir saat 16:30-da Azərbaycan Dövlət İqtisad Universitetinin akt zalında (4-cü korpusu) keçiriləcək. Mühazirədə iştirak üçün geyim sərbəstdir.

Latviya Respublikası Təhsil və Elm Nazirliyinin 2016-2017-ci tədris ili üzrə elan etdiyi təqaüd proqramları barədə elan:

1. Ali təhsil müəssisələrində təhsil üçün təqaüd proqramı: Ölkə: Latviya Respublikası Təhsil səviyyəsi: Bakalavriat, magistratura, doktorantura/PhD Yaş həddi: 22 yaşadək Qarşılanan xərclər: aylıq təqaüd Aylıq təqaüdün məbləği: bakalavriat və magistratura tələbələri üçün 500 avro, doktorantura/PhD tələbələri üçün 670 avro Son müraciət tarixi: 01.04.2016 Müraciət forması: elektron (e-poçt) Rəsmi internet səhifəsi:  www.viaa.gov.lv; http://viaa.gov.lv/eng/international_cooperation/scholarships_gov/latvian_scholarships/   2. Ali təhsil müəssisələrində tədqiqat üçün təqaüd proqramı: Ölkə: Latviya Respublikası Təqaüdün müddəti: 5 ay Qarşılanan xərclər: aylıq təqaüd Aylıq təqaüdün məbləği: gündəlik 30 avro və aylıq 300 avro yataqxana xərci Son müraciət tarixi: 01.04.2016 Müraciət forması: elektron (e-poçt) Rəsmi internet səhifəsi:  www.viaa.gov.lv;http://viaa.gov.lv/eng/international_cooperation/scholarships_gov/latvian_scholarships/                                   3.Yay məktəblərində iştirak üçün təqaüd proqramı: Ölkə: Latviya Respublikası Təqaüdün məbləği: Yay məktəbi ərzində 711 avro Son müraciət tarixi: 04.05.2016 Müraciət forması: elektron (e-mail: scholarships@viaa.gov.lv) Rəsmi internet səhifəsi:  www.viaa.gov.lv                                   Qeyd: Təqaüd proqramları ilə bağlı tələbələr birbaşa olaraq Latviya tərəfinə müraciət etməlidirlər.

Beynəlxalq Təhsil və İnkişaf üzrə Koreya Milli İnstitutunun 2016-2019-cu tədris illəri üzrə “Ali Təhsil üzrə Qlobal Koreya Təqaüd Proqramı” (2016 Global Korea Scholarship: Korean Government Scholarship Program for a Graduate Degree) barədə elanını nəzərinizə çatdırırıq:

Ölkə: Koreya Respublikası Ali təhsil müəssisəsi: Ərizəçi tərəfindən müəyyənləşdirilir (universitetlər haqqında məlumat aşağıda qeyd olunan saytda göstərilir) Təhsil səviyyəsi: magistratura və doktorantura Təqaüd haqqında ətraflı məlumat: http//studyinkorea.go.kr →Notice no.86  və ya http://www.studyinkorea.go.kr/en/sub/gks/selectBoardList.do?bbsId=BBSMSTR_000000000714 Sənədlərin  təqdim etmək üçün son tarix: 18 mart 2016-ci il Sənədlər Koreya Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinə təqdim edilməlidir. Təqaüdlər ilə bağlı əlavə məlumatı Koreya Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin əməkdaşı xanım Lee Hyunjoodan almaq olar. Elektron poçt ünvanı: priznanie@mofa.go.kr

15/08/2020

Müəllimlərin işə qəbulu müsabiqəsinin üstünlükləri #TəhsilNazirliyi #EduAz #MİQ #Müəllim #MüəllimlərinİşəQəbulu

More
15/08/2020

Peşə təhsilinin perspektivləri və gənclərə yaratdığı fürsətlər müzakirə #TəhsilNazirliyi #EduAz #PeşəTəhsili

More
15/08/2020

Şagirdlərin elektron yerdəyişməsi sistemində hansı yeniliklər edilib? #TəhsilNazirliyi #EduAz #TətilVaxtı #EvdəQal

More

Sayt test rejimində çalışır