• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri
FAQ

“Təhsil Menecerlərinin Peşəkar İnkişafı” layihəsi çərçivəsində təhsil sahəsində işləyən və ya gələcəkdə bu sahədə çalışmaq istəyənlər üçün müsabiqə

Təhsil Nazirliyi Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 oktyabr tarixli 13 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun olaraq, təhsil sahəsində insan resurslarının inkişaf etdirilməsi və müasirləşdirilməsi məqsədilə mütəmadi olaraq müxtəlif layihələr həyata keçirir. Belə ki, Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu tərəfindən icra olunan “Təhsil Menecerlərinin Peşəkar İnkişafı” layihəsi çərçivəsində  təhsil sahəsində işləyən və ya gələcəkdə bu sahədə çalışmaq istəyən şəxslərin Azərbaycan Respublikası Təhsil Nazirliyi və Bakı şəhəri üzrə nazirliyə tabe qurumlarda bir il müddətinə təcrübə proqramı və təlimlərə cəlb olunması məqsədilə müsabiqə elan edilir. Layihənin əsas məqsədi müasir idarəetmə bacarıqlarına yiyələnmiş, informasiya texnologiyalarına bələd, ölkəmizin təhsil və sosial inkişafına töhfə verə biləcək təhsil işçilərini yetişdirmək və təkmilləşdirməkdir.                 Təcrübə proqramı və təlimlərdə gələcəkdə ölkənin müxtəlif bölgələrində təhsil sahəsində çalışmaq istəyi olan şəxslər iştirak edə bilərlər. Təcrübə proqramı və təlimlərdə iştirak etmək hüququ qazanmış şəxslər 1 il ərzində Azərbaycan Respublikası Təhsil Nazirliyi və Bakı şəhəri üzrə ona tabe qurumlarda təcrübə keçmək və təlimlərdə iştirak etmək imkanı əldə edərək, müəyyən edilmiş aylıq əməkhaqqı alacaqlar.   Müsabiqədə iştirak üçün tələblər: - Ali təhsil - Təhsil və ya idarəetmə sahəsində minimum 3(üç) illik iş təcrübəsi, (üstünlük bölgələrdən olan namizədlərə veriləcəkdir.)   Namizədlərdən gözlənilən digər keyfiyyətlər: - İngilis dili bilikləri - Liderlik bacarığı - Yüksək motivasiya - Səmərəli qərar qəbuletmə bacarığı - Nəticəyönümlülük - İKT-dən istifadə bacarığı - Məntiqi düşüncə bacarığı - Təhsil qanunvericiliyi üzrə biliklər   Müraciət qaydası: Yuxarıda qeyd edilmiş tələblərə uyğun gələn namizədlər müraciət məqsədilə www.miq.edu.az/tm  portalına daxil olaraq qeydiyyatdan keçməlidirlər.    Müraciət üçün son tarix: 19 mart 2016-сı il.                 Seçim qaydaları: I mərhələ: www.miq.edu.az/tm  portalında elektron qeydiyyatın aparılması; II mərhələ: Müsabiqənin tələblərinə uyğun gələn və elektron qeydiyyatdan keçən şəxslərin Azərbaycan dilində rəsmi yazı və məntiqi düşüncə bacarıqlarının qiymətləndirilməsi; III mərhələ: Hər iki mərhələdə uğur qazanmış şəxslərin müsahibədə iştirak etməsi;

Martın 4-də 23 nömrəli tam orta məktəbdə növbəti “Novruz mühazirəsi” keçiriləcək.

Görüşdə Təhsil eksperti, professor Şahlar Əsgərovun “Biliyin qiymətləndirilməsi fəlsəfəsi” mövzusunda mühazirəsi dinləniləcək. “Novruz mühazirələri”ndə iştirak etmək istəyən şəxslər novruzmuhaziresi@media.edu.az elektron poçt vasitəsilə 04.03.2016-cı il tarixinədək qeydiyyatdan keçə bilərlər (Qeydiyyat forması). Təhsil Nazirliyi yerlərin sayının məhdud olduğunu nəzərə alaraq, iştirakçıların seçim hüququnu özündə saxlayır. Tədbir saat 16:00-da 23 nömrəli tam orta məktəbin akt zalında keçiriləcək. Mühazirədə iştirak üçün geyim sərbəstdir.

Azərbaycan Respublikası Təhsil Nazirliyi Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin İdman sektorunda vakant müdir vəzifəsinin tutulması ilə bağlı müsahibə elan edir.

Müsahibədə inzibati vəzifədə qulluq keçən və ixtisas dərəcəsinə malik olan  Azərbaycan Respublikası Təhsil Nazirliyinin dövlət qulluqçuları iştirak edə bilərlər. Müsahibədə iştirak etmək üçün aşağıdakı  sənədlər təqdim edilməlidir: ∙ ərizənin surəti ∙ əmək kitabçasının surəti ∙ ali təhsil haqqında diplomun surəti (xarici dövlətlərin ali təhsil müəssisələrində təhsil almış şəxslərin ali təhsil haqqında sənədi müvafiq şəhadətnamənin surəti ili birlikdə) və ya müvafiq ixtisas üzrə yenidənhazırlanma təhsilindən keçmə haqqında müvafiq sənədin surəti (ali təhsil haqqında sənədin surəti ili birlikdə) ∙ kadr uçotunun şəxsi vərəqəsinin surəti (bütün bölmələr üzrə məlumatlar tam olmalı və hazırkı dövrü əks etdirməlidir) ∙ bir ədəd ağ  fonda rəngli fotoşəkil ∙ son bir ildə intizam tənbehi tədbirinin tətbiq edilməməsi barədə arayış Müsahibədə iştirak etmək üçün ərizələrin qəbulu  (29 fevral 2016-cı il tarixindən 14 mart 2016-cı il tarixi saat 18:00-dək) Azərbaycan Respublikası Təhsil Nazirliyində aparılır. Ərizələr şəxsən (bazar ertəsi-cümə günləri saat 09:00-dan 13:00-dək və 14:00-dan 18:00-dək), yaxud poçt vasitəsilə təqdim edilə bilər. Müsahibə zamanı müsahibədə iştirak edən dövlət qulluqçusunun bilik səviyyəsi, peşə hazırlığı, ümumi dünyagörüşü, barəsində müsahibə elan edilən vəzifə üçün zəruri olan şəxsi keyfiyyətləri yoxlanılmaqla müvafiq vəzifəyə uyğunluğu müəyyən edilir. Müsahibədə ixtisas dərəcəsi, attestasiyanın nəticələri, müvafiq vəzifənin tələblərinə uyğun olaraq təkrar hazırlıq keçməsi və ixtisasın artırılması da nəzərə alınır. Müsahibəyə dair ətraflı məlumat almaq üçün Azərbaycan Respublikası Təhsil Nazirliyinə müraciət edə bilərsiniz. Telefonlar: 599-11-55 (dax: 52-28)   Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsi, İdman sektoru sektor müdiri Ştat vahidinin sayı: 1 İş yerinin ünvanı: Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti 49 İnzibati vəzifənin təsnifatı: 5-ci təsnifat Qulluq funksiyaları: sektorun işinin təşkili və fəaliyyətinə rəhbərliyin həyata keçirilməsi; sektorda işçilərin fəaliyyətinin istiqamətləndirilməsi, onlara həvalə edilən vəzifələrin yerinə yetirilməsinin təmin edilməsi; təhsil sistemində məktəbdənkənar fəaliyyyətin həyata keçirilməsində, inkişaf proqramlarının hazırlamasında iştirak; idman profilli məktəbdənkənar təhsil müəssisələrinin vəziyyətinin təhlili, fəaliyyətlərinin təkmilləşdirilməsi, maddi-texniki bazanın yaxşılaşdırılması üçün təkliflərin hazırlanması; təhsilalanlar arasında yarış, birincilik, çempionat və digər idman tədbirlərinin keçirilməsinin təmin edilməsi. Vəzifənin tutulması şərtləri: təhsil: ali təhsil; iş stajı: 3 il; kompüter: MS WINDOWS, MS OFFICE, INTERNET və s. (orta-yüksək səviyyədə), xarici dil: rus dili (orta səviyyədə).

2016-cı il Qlobal Koreya Təqaüd Proqramı

Beynəlxalq Təhsil və İşkişaf üzrə  Koreya Milli İnstitutunun 2016-2019-cu tədris illəri üzrə 7 nəfər Azərbaycan Respublikası vətəndaşının iştirakı nəzərdə tutulan “Ali Təhsilin  Yüksək Pillələri üzrə 2016-cı il Qlobal Koreya Təqaüd Proqramı”na tələbə qəbulunu elan edir. Təqaüd proqramına ərizə qəbulu proseduru Koreya Respublikasının Azərbaycandakı Səfirliyi  vasitəsilə həyata keçirilir. Təqaüd Proqramına son ərizə qəbulu tarixi 18 mart 2016-cı ildir.  Proqram haqqında daha ətraflı məlumatı aşağıdakı keçidlərdən əldə etmək mümkündür:     http://studyinkorea.go.kr à GKS Notice no.86   http://www.studyinkorea.go.kr/en/sub/gks/selectBoardList.do?bbsId=BBSMSTR_000000000714

Martın 1-də Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) növbəti “Novruz mühazirəsi” keçiriləcək.

Görüşdə Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradovun “Azərbaycan iqtisadiyyatı: oxşar çağırışlar, fərqli baxışlar” mövzusunda mühazirəsi dinləniləcək. “Novruz mühazirələri”ndə iştirak etmək istəyən şəxslər novruzmuhaziresi@media.edu.az elektron poçt vasitəsilə 01.03.2016-cı il tarixinədək qeydiyyatdan keçə bilərlər (Qeydiyyat forması). Təhsil Nazirliyi yerlərin sayının məhdud olduğunu nəzərə alaraq, iştirakçıların seçim hüququnu özündə saxlayır. Tədbir saat 16:30-da UNEC-in əsas tədris korpusunun I mərtəbəsində yerləşən “Ağ zal”da keçiriləcək (Bakı şəhəri, İstiqlaliyyət küçəsi, 6). Mühazirədə iştirak üçün geyim sərbəstdir.

Ali təhsil sisteminin təkmilləşdirilməsi istiqamətində tədbirlərin həyata keçirilməsi üzrə müsabiqə

Azərbaycan Respublikasının Təhsil Nazirliyi ali təhsil sistemində təhsilin keyfiyyətinin artırılması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində Avropa İttifaqı ilə əməkdaşlıqda “Ali təhsil sisteminin Avropa Ali Təhsil Məkanının tələblərinə daha da uyğunlaşdırılması məqsədilə Azərbaycan Respublikasının Təhsil Nazirliyinə dəstək göstərilməsi üçün “Twinning” layihəsi”ni həyata keçirir. Həyata keçirilən layihə çərçivəsində ali təhsil sisteminin yenilənməsi, keyfiyyətin artırılması, müasir və beynəlxalq tələblərə cavab verən standartların müəyyənləşdirilməsi, eyni zamanda bu istiqamətdə islahatların aparılması üçün ekspert qrupunun formalaşdırılması məqsədilə müsabiqə elan edilir. Müsabiqədə iştirak etmək məqsədilə yalnız hal-hazırda ali təhsil müəssisələrində  işləyən şəxslər müraciət edə bilərlər. Məlumat üçün bildiririk ki,  müsabiqə nəticəsində formalaşdırılacaq və ictimai əsaslarla fəaliyyət göstərəcək ekspert qrupunun üzvləri ali təhsil sistemi üzrə təşkil olunacaq ölkədaxili tədbirlərdə, müzakirələrdə iştirak etməklə yanaşı, beynəlxalq konfrans, seminar və digər bu tipli tədbirlərdə təmsil olunmaq imkanı əldə edəcəklər.                 Müsabiqədə iştirak edə bilər: Ali təhsil müəssisələri üzrə: - Akademik tyutorlar - Müəllimlər - Kafedra müdirləri - Digər struktur qurumların rəhbərləri   Namizədlərdən gözlənilən keyfiyyətlər: - Səmərəli qərar qəbuletmə bacarığı - Nəticəyönümlülük - Məntiqi düşüncə bacarığı - Xarici dil biliklərinin olması (arzuolunandır)   Qeyd: "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” və ya digər proqramlar əsasında xarici ölkələrdə təhsil almış və hal-hazırda ali təhsil müəssisələrində çalışan şəxslərin müsabiqədə iştirak üçün müraciət etməsi arzuolunandır.   Müraciət qaydası: Yuxarıda qeyd edilmiş tələblərə uyğun gələn namizədlər CV və müraciət formasını (ƏLAVƏ) dolduraraq  anar.mirzezade@edu.gov.az elektron poçt ünvanına göndərməlidirlər.   Qeyd: Bütün yazışmalar və bildirişlər elektron poçt ünvanı ilə aparılacaq. Bu səbəbdən şəxsi elektron poçt ünvanlarınızdan istifadə etməyiniz və mütəmadi olaraq yoxlamağınız vacibdir.   Müraciət üçün son tarix: 11 mart 2016-сı il.   Seçim qaydaları: Müsabiqə 2 mərhələli seçim əsasında müəyyən ediləcək. 1-ci mərhələdə namizədlər elektron poçt ünvanına (anar.mirzezade@edu.gov.az) göndərəcəkləri müraciət forması və CV əsasında seçiləcəklər. Bu mərhələdə uğur qazanmış namizədlər növbəti mərhələyə - müsahibəyə dəvət ediləcəklər. Müsabiqənin nəticələrinə əsasən uğur qazanmış şəxslərin əsasında ictimai əsaslarla fəaliyyət göstərəcək ali təhsil sistemi üzrə ekspert qrupu formalaşdırılacaq.

Macarıstanın Eövtvöş Lorand Universitetinin növbəti təqaüd proqramı

Macarıstanın Eövtvöş Lorand Universiteti 2016-2017-ci tədris ili üçün əcnəbi tələbələr üçün növbəti təqaüd proqramını elan edir. Macarıstanın qədim və nüfuzlu ali məktəblərindən biri olan Eövtvöş Lorand Universiteti 1635-ci ildən fəaliyyət göstərir. Tələbə mübadiləsi və təqaüd proqramlarına xüsusi önəm verən Eövtvöş Lorand Universitetində müxtəlif sahələr üzrə 50-dən artıq proqram təklif olunur ki, onlardan biri də Stipendium Hunqarikum təqaüd proqramıdır. Son müraciət tarixi: 1 mart 2016-cı il Təqaüd proqramı barədə ətraflı məlumatı aşağıdakı keçiddən əldə edə bilərsiniz: http://www.elte.hu/en/article?id=NW-181

Koreyanın EHWA Qadınlar Universiteti tələbə qəbulu

Koreyanın EHWA Qadınlar Universiteti “Xarici tələbələr üçün 2016-cı il Payız Qəbulu” elan edir. Payız qəbulunda iştirak etmək niyyətində olan xarici tələbələr cari ilin 04-25 aprel tarixlərində EHWA Qadınlar Universitetinə müraciət edə bilərlər. Sözügedən proqram Koreya dili və ədəbiyyatı, ingilis dili və ədəbiyyatı, siyasi elmlər və beynəlxalq münasibətlər, dövlət idarəçiliyi, iqtisadiyyat, sosiologiya, psixologiya, riyaziyyat, statistika, kimya, ətraf mühit elmləri və mühəndisliyi, səhiyyə və s. sahələri əhatə edir. Proqram haqqında ətraflı məlumatı http://admission.ehwa.ac.kr və http://enter.ehwa.ac.kr keçidlərindən əldə etmək olar.

Bruney ali məktəblərinə təqaüd proqramı

Bruney Dərussəlam hökumətinin 2016-2017-ci tədris ili üzrə təqaüd proqramı barədə elanı: Ölkə: Bruney Dərussalam Ali təhsil müəssisəsi: Bruney Dərussalam Universiteti, Sultan Shərif Əli adına İslam Universiteti, Bruney Texnologiya İnstitutu Təhsil səviyyəsi: bakalavr və magistr İxtisas istiqamətləri: www.ubd.edu.bn, www.unissa.edu.bn, www.itb.edu.bn, www.pb.edu.bn. Yaş həddi: 18-25 yaşadək (bakalavr proqramları üzrə), 35 yaşadək (magistr və doktor proqramları üzrə) Qarşılanan xərclər: təhsil haqqı, viza, yaşayış və yolxərci Aylıq təqaüdün məbləği: 1250 BND (təxminən 874 ABŞ dolları)

Peşə Təhsili və Təlimi üzrə Təlimçi Proqramı

15/08/2020

Müəllimlərin işə qəbulu müsabiqəsinin üstünlükləri #TəhsilNazirliyi #EduAz #MİQ #Müəllim #MüəllimlərinİşəQəbulu

More
15/08/2020

Peşə təhsilinin perspektivləri və gənclərə yaratdığı fürsətlər müzakirə #TəhsilNazirliyi #EduAz #PeşəTəhsili

More
15/08/2020

Şagirdlərin elektron yerdəyişməsi sistemində hansı yeniliklər edilib? #TəhsilNazirliyi #EduAz #TətilVaxtı #EvdəQal

More

Sayt test rejimində çalışır