• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri
FAQ

Ümumi təhsil müəssisələrinin direktorları və gələcəkdə bu vəzifədə çalışmaq arzusu olan pedaqoji kadrların təlimlərdə iştirakı üçün müsabiqə

Azərbaycan Respublikasının Təhsil Nazirliyi Gəncə şəhəri, Göygöl, Samux, Goranboy  və Daşkəsən rayonları üzrə ümumi təhsil müəssisələrinin direktorları və gələcəkdə bu vəzifədə çalışmaq arzusu olan pedaqoji kadrların təlimlərdə iştirakı üçün müsabiqə elan edir. Təlimlərin məqsədi müasir idarəetmə bilik və bacarığına yiyələnmiş, informasiya texnologiyalarına bələd, ölkəmizin təhsil və sosial inkişafına töhfə verə biləcək məktəb direktorlarını yetişdirmək və təkmilləşdirməkdir.   Təlimlər yalnız Gəncə şəhəri, Göygöl, Samux, Goranboy və Daşkəsən rayonları üzrə fəaliyyət göstərən ümumi təhsil müəssisələrində işləyən təhsil işçilərini əhatə edəcək.   Təlimdə əhatə ediləcək mövzular: • Təhsildə keyfiyyətin idarəedilməsi • Təhsili idarəetmənin hüquqi əsasları • Kompüter və təlim texnologiyaları • Təhsildə statistika və təhlil • Təhsilin idarəedilməsi və monitorinqi • Təhsili idarəetmənin  psixoloji əsasları • Kurikulum: Nəzəriyyə və tətbiq • Təhsildə maliyyənin idarəolunması   Eyni zamanda iştirakçılar üçün müxtəlif uğurlu təcrübəyə malik məktəblərə səfərlər, qısamüddətli praktika, Təhsil Nazirliyinin əməkdaşlarının və müxtəlif təhsil ekspertlərinin iştirakı ilə məruzələr də təşkil ediləcək.   Müsabiqədə iştirak üçün minimum tələblər: • Ali pedaqoji təhsil • 3 (üç) il pedaqoji iş təcrübəsi   Namizədlərdən gözlənilən digər keyfiyyətlər: • Liderlik bacarığı • Yüksək motivasiyalılıq • Səmərəli qərar qəbuletmə bacarığı • Nəticəyönümlülük • İKT-dən istifadə bacarığı • Məntiqi düşüncə bacarığı   Müraciət qaydası: Yuxarıda qeyd edilmiş tələblərə uyğun gələn namizədlər müraciət formasını (ƏLAVƏ) dolduraraq  telim@edu.gov.az elektron poçt ünvanına göndərməlidirlər.   Qeyd: Bütün yazışmalar və bildirişlər elektron poçt ünvanı ilə aparılacaq. Bu səbəbdən şəxsi elektron poçt ünvanlarınızdan istifadə etməyiniz və mütəmadi olaraq yoxlamağınız vacibdir.   Müraciət üçün son tarix: 26 fevral 2016-сı il.   Seçim qaydaları: Təlim iştirakçıları 3 mərhələli seçim əsasında müəyyən ediləcək. 1-ci mərhələdə namizədlər elektron poçt ünvanına (telim@edu.gov.az) göndərəcəkləri müraciət forması əsasında seçiləcəklər. Növbəti mərhələdə namizədlərin Azərbaycan dilində rəsmi yazı və məntiqi düşüncə bacarıqları qiymətləndiriləcək. Bu mərhələdə uğur qazanmış namizədlər növbəti mərhələyə - müsahibəyə dəvət ediləcəklər. Müsabiqənin nəticələrinə əsasən uğur qazanmış şəxslər təlimlərdə iştirak edəcəklər.   Yekun qiymətləndirmə: Təlimlərdə iştirak etmiş şəxslər Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən təşkil olunacaq yekun qiymətləndirmədə iştirak edəcəklər. Yekun qiymətləndirmədə  qənaətbəxş nəticə göstərmiş və hal-hazırda direktor vəzifəsində çalışmayan şəxslər direktor vəzifəsi üzrə vakant yerlərə təyin olunmaq üçün ehtiyat kadr kimi qeydə alınacaqlar. Hal-hazırda məktəb direktoru vəzifəsində çalışan şəxslərin işlərində səmərəliliyin artırılması üçün müəyyən həvəsləndirmələr təyin olunacaq.     Müraciət forması

Ümumi təhsil müəssisələrinin direktorları və gələcəkdə bu vəzifədə çalışmaq arzusu olan pedaqoji kadrların təlimlərdə iştirakı üçün müsabiqə

Azərbaycan Respublikasının Təhsil Nazirliyi Sumqayıt şəhəri, Abşeron və Xızı rayonları üzrə ümumi təhsil müəssisələrinin direktorları və gələcəkdə bu vəzifədə çalışmaq arzusu olan pedaqoji kadrların təlimlərdə iştirakı üçün müsabiqə elan edir.                Təlimlərin məqsədi müasir idarəetmə bilik və bacarığına yiyələnmiş, informasiya texnologiyalarına bələd, ölkəmizin təhsil və sosial inkişafına töhfə verə biləcək məktəb direktorlarını yetişdirmək və təkmilləşdirməkdir.   Təlimlər yalnız Sumqayıt şəhəri, Abşeron və Xızı rayonları üzrə fəaliyyət göstərən ümumi təhsil müəssisələrində işləyən təhsil işçilərini əhatə edəcək.   Təlimdə əhatə ediləcək mövzular: Təhsildə keyfiyyətin idarəedilməsi Təhsili idarəetmənin hüquqi əsasları Kompüter və təlim texnologiyaları Təhsildə statistika və təhlil Təhsilin idarəedilməsi və monitorinqi Təhsili idarəetmənin  psixoloji əsasları Kurikulum: Nəzəriyyə və tətbiq Təhsildə maliyyənin idarəolunması   Eyni zamanda iştirakçılar üçün müxtəlif uğurlu təcrübəyə malik məktəblərə səfərlər, qısamüddətli praktika, Təhsil Nazirliyinin əməkdaşlarının və müxtəlif təhsil ekspertlərinin iştirakı ilə məruzələr də təşkil ediləcək.   Müsabiqədə iştirak üçün minimum tələblər: Ali pedaqoji təhsil 3 (üç) il pedaqoji iş təcrübəsi Namizədlərdən gözlənilən digər keyfiyyətlər: Liderlik bacarığı Yüksək motivasiyalılıq Səmərəli qərar qəbuletmə bacarığı Nəticəyönümlülük İKT-dən istifadə bacarığı Məntiqi düşüncə bacarığı   Müraciət qaydası: Yuxarıda qeyd edilmiş tələblərə uyğun gələn namizədlər müraciət formasını (ƏLAVƏ) dolduraraq  telim@edu.gov.az elektron poçt ünvanına göndərməlidirlər.   Qeyd: Bütün yazışmalar və bildirişlər elektron poçt ünvanı ilə aparılacaq. Bu səbəbdən şəxsi elektron poçt ünvanlarınızdan istifadə etməyiniz və mütəmadi olaraq yoxlamağınız vacibdir.                   Müraciət üçün son tarix: 20 fevral 2016-сı il.   Seçim qaydaları:   Təlim iştirakçıları 3 mərhələli seçim əsasında müəyyən ediləcək. 1-ci mərhələdə namizədlər elektron poçt ünvanına (telim@edu.gov.az) göndərəcəkləri müraciət forması əsasında seçiləcəklər. Növbəti mərhələdə namizədlərin Azərbaycan dilində rəsmi yazı və məntiqi düşüncə bacarıqları qiymətləndiriləcək. Bu mərhələdə uğur qazanmış namizədlər növbəti mərhələyə - müsahibəyə dəvət ediləcəklər. Müsabiqənin nəticələrinə əsasən uğur qazanmış şəxslər təlimlərdə iştirak edəcəklər.   Yekun qiymətləndirmə:   Təlimlərdə iştirak etmiş şəxslər Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən təşkil olunacaq yekun qiymətləndirmədə iştirak edəcəklər. Yekun qiymətləndirmədə  qənaətbəxş nəticə göstərmiş və hal-hazırda direktor vəzifəsində çalışmayan şəxslər direktor vəzifəsi üzrə vakant yerlərə təyin olunmaq üçün ehtiyat kadr kimi qeydə alınacaqlar. Hal-hazırda məktəb direktoru vəzifəsində çalışan əxslərin işlərində səmərəliliyin artırılması üçün müəyyən həvəsləndirmələr təyin olunacaq.   Əlavə: Müraciət formasını

Dövlət Mükafatları Komissiyasının məlumatı

Azərbaycan Respublikasının  Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının məlumatı Azərbaycan Respublikasının  Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyası 2016-cı il üçün Dövlət  Mükafatlarına əsərlərin (işlərin) qəbulunu elan edir. Müvafiq sənəd və materiallar Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 8 fevral tarixli 212 nömrəli  Fərmanı ilə təsdiq  edilmiş Dövlət Mükafatları Komissiyasının Əsasnaməsində  göstərilən qaydalara uyğun  hazırlanmalı və 2016-ci il aprelin 1-dək Komissiyaya təqdim edilməlidir. Komissiyanın ünvanı: AZ 1066, Bakı şəhəri, Lermontov küçəsi 68, Azərbaycan Respublikasının Nazirlər Kabineti. Əlaqə telefonu: 492-56-01. E-mail: nk@cabmin.gov.az

Hindistan Mədəni Əlaqələr Şurası təqaüd təklif edir

Hindistan Mədəni Əlaqələr Şurası (HMƏŞ) tərəfindən 1(bir) azərbaycanlı tələbənin Hindistanın tanınmış ali təhsil müəssisələrindən birində təhsil alması üçün təqaüd təklif edilir. Təqaüd proqramına əsasən seçilmiş namizədə təhsil aldığı və ya tədqiqat işi apardığı müddətdə yemək və yaşayış xərclərinin bir hissəsi qarşılanır. Səyahət xərcləri qarşılanmır. Təqaüd tibb və tibb ilə əlaqədar proqramlar istisna olmaqla, Hİndistanda istənilən bakalavr və magistr proqramını əhatə edir. Proqrama dair ətraflı məlumat Hindistanın Azərbaycandakı Səfirliyinin www.indianembassybaku.in və HMƏŞ-in www.iccr.gov.in internet saytlarından əldə oluna bilər.

“Ətraf mühit idarəçiliyi üzrə praktiki sertifikat” proqramı

İsverçənin Cenevrə şəhərində yerləşən Beynəlxalq və İnkişaf Tədqiqatları İnstitutunda 2016-cı ilin mart ayından etibarən “Ətraf mühit idarəçiliyi üzrə praktiki sertifikat” proqramına başlanılacaqdır. Proqramın dəyəri 9600 İsveçrə frankıdır. Azərbaycandan olan dövlət qulluqçuları üçün ümumi proqram xərclərinin 50% qarşılanır. Müraciət üçün son tarix 15 yanvar 2016-cı ildir. Daha ətraflı məlumatı http://graduateunstitute.ch/environment internet səhifəsindən əldə etmək olar.

“Yay Beynəlxalq Məktəbi”nin 70-ci sessiyası

2016-cı ilin 25 iyun - 5 avqust tarixlərində Norveçin Oslo Universitetinin təşkil etdiyi “Yay Beynəlxalq Məktəbi”nin 70-ci sessiyası keçiriləcəkdir. Tədbirdə iştirak üçün təqaüd alınması ilə bağlı müraciətlər üçün son tarix 1 fevral 2016-cı ildir. Daha ətraflı məlumatı http://www.uio.no/english/studies/summerschool/ internet səhifəsindən əldə etmək olar.

Banqladeş Mühəndislik və Texnologiya Universiteti xarici tələbələrin qəbulunu elan edir

Banqladeş Mühəndislik və Texnologiya Universiteti 2015-2016-cı tədris ili üçün müxtəlif ixtisaslar üzrə xarici tələbələrin qəbulunu elan edir. Müraciət üçün son tarix: 31 dekabr 2015 Proqram barədə ətraflı məlumatı aşağıdakı keçiddən əldə edə bilərsiniz: http://www.buet.ac.bd/wp-content/uploads/2015/08/UG_Foreign_2015-16.pdf

Magistratura səviyyəsinə qəbul üçün təhsil təqaüdləri

Pakistanın COMSATS İnformasiya Texnologiyaları İnstitutu (Cİİ) İslam Əməkdaşlığı Təşkilatı (İƏT) Təhsil Mübadiləsi Proqramı çərçivəsində İƏT üzvü ölkələrdən olan tələbələr üçün 2016-cı ildə magistratura səviyyəsinə qəbul üçün təhsil təqaüdləri təklif edir. Təqaüdlər üçün son müraciət tarixi 15 dekabr 2015-ci ildir. Təqaüdlər barədə ətraflı məlumat bu ünvandan əldə oluna bilər: http://ww3.comsats.edu.pk/internationalstudents/OIC.aspx

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasını və “Qrant haqqında” Azərbaycan Respublikasının Qanununu rəhbər tutaraq, Azərbaycan Respublikasının Təhsil Nazirliyi qeyri-hökümət təşkilatları arasında aşağıdakı istiqamətlər üzrə layihələrin qəbulunu elan edir

Tələbələr arasında könüllülüyün təbliği və tələbə-könüllülər hərəkatının təşkili Beynəlxalq təhsil modelləri əsasında orta ümumtəhsil məktəblərində qeyri-formal təhsilin təşkili Layihə təklifləri 19 noyabr 2015-ci ilədək Nazirliyə çap və ya elektron poçt (layihe@edu.gov.az) vasitəsilə təqdim olunmalıdır. Müraciət zamanı təşkilatlar layihə və büdcə ilə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: QHT-nin dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin surəti Təşkilatın Nizamnaməsinin surəti Təşkilatın Dövlət Reyestrindən Çıxarışının surəti Təşkilatın VÖEN-in surəti Təşkilat haqqında məlumat Layihəyə rəhbərlik edəcək şəxsin və əsas əməkdaşların tərcümeyi-halı (CV)

Gürcü dili üzrə mütəxəssis xidmətləri tələb olunur

Xidmətin predmeti: Ümumtəhsil məktəblərinin ibtidai (I-IV siniflər) və ümumi orta (V-IX siniflər) təhsil səviyyələri üçün “Azərbaycan dili (dövlət dili kimi)”, “Riyaziyyat”, “Xarici dil”, “İnformatika”, “Həyat bilgisi”, “Texnologiya”, “Musiqi”, “Təsviri incəsənət”, “Azərbaycan tarixi”, “Ümumi tarix”, “Fizika”, “Kimya”, “Biologiya”, “Coğrafiya”, “Fiziki tərbiyə” fənləri üzrə dərslik komplektlərinin (dərslik və müəllim üçün metodik vəsait) gürcü dilinə tərcüməsinin keyfiyyətinin ekspertizası.   Xidmətin icra olunduğu yer: Azərbaycan Respublikasının Təhsil Nazirliyi. Məsafədən işləmək və sərbəst iş qrafiki mümkündür.   Xidmətin icra müddəti: dekabr 2015-ci il - dekabr 2016-cı il.   Namizədlərə verilən tələblər: Müxtəlif elm sahələri üzrə Azərbaycan-gürcü, yaxud rus-gürcü dilləri üzrə peşəkar bilik və bacarıqlara malik olmaq. Pedaqoji təcrübəyə malik olanlara üstünlük veriləcəkdir.   Müraciət forması: Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə əməkdaşlıq etmək arzusunda olan şəxslər əlavə olunmuş formatda öz tərcümeyi-halını (CV) 30 noyabr 2015-ci il tarixədək h.vusale@edu.gov.az e-poçtuna göndərə bilərlər.   Əlavə məlumatları iş günləri ərzində saat 09:00-dan 18:00-dək bu ünvandan əldə etmək olar:   AZ1008, Bakı şəhəri, Xətai prospekti, 49. Azərbaycan Respublikasının Təhsil Nazirliyi Əlaqələndirici şəxs: Vüsalə Həsənova Əlaqə telefonları: (+ 994 012) 599-11-55 (əlavə 51-16) E-poçt: h.vusale@edu.gov.az   Tərcümeyi-hal (CV) formatı

15/08/2020

Müəllimlərin işə qəbulu müsabiqəsinin üstünlükləri #TəhsilNazirliyi #EduAz #MİQ #Müəllim #MüəllimlərinİşəQəbulu

More
15/08/2020

Peşə təhsilinin perspektivləri və gənclərə yaratdığı fürsətlər müzakirə #TəhsilNazirliyi #EduAz #PeşəTəhsili

More
15/08/2020

Şagirdlərin elektron yerdəyişməsi sistemində hansı yeniliklər edilib? #TəhsilNazirliyi #EduAz #TətilVaxtı #EvdəQal

More

Sayt test rejimində çalışır