• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri
FAQ

13 noyabr 2015-ci il tarixində saat 11:00-da Bakı şəhəri 18 nömrəli tam ...

13 noyabr 2015-ci il tarixində saat 11:00-da Bakı şəhəri 18 nömrəli tam orta məktəbdə ümumtəhsil məktəblərinin 8-ci sinif “Azərbaycan dili” dərsliyinin 126-cı səhifəsində verilmiş mətnin ictimai müzakirəsi təşkil olunacaq.   Müzakirədə Təhsil Nazirliyinin, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının və AMEA-nın əməkdaşları, Azərbaycan dili və ədəbiyyatı müəllimləri, təhsil ekspertləri, ictimaiyyət nümayəndələri və valideyn icmasının üzvləri iştirak edəcəklər.

“Sabahın alimləri” V Respublika Müsabiqəsi

Azərbaycan Respublikasının təhsil naziri “Sabahın alimləri” V Respublika müsabiqəsinin keçirilməsi barədə 27 oktyabr 2015-ci il tarixli 1023 nömrəli əmr imzalamışdır. Əmrə əsasən 2016-cı il 11-13 fevral tarixlərində keçiriləcək bu müsabiqədə ölkəmizdə fəaliyyət göstərən ümumtəhsil məktəblərinin IX-XI siniflərində təhsil alan şagirdləri öz elmi layihələri ilə iştirak edə bilərlər. “Sabahın alimləri” Respublika müsabiqəsi hər il ABŞ-da keçirilən İntel İSEF – İntel Beynəlxalq Elm və Mühəndislik Sərgisi çərçivəsində keçirilir və ciddi elmi nəticə əldə etmiş şagirdlər münsiflər heyəti tərəfindən seçilərək İntel İSEF-də iştiral etmək hüququ qazanırlar. Müsabiqənin kateqoriyaları: - Riyaziyyat - Fizika, astronomiya - Kimya - Biologiya (zoologiya, botanika, mikrobiologiya, genetika və molekulyar biologiya, biokimya) - Tibb və sağlamlıq - Ekologiya, ətraf mühitin idarə olunması - Mühəndislik (energetika, mexanika, nəqliyyat, biomühəndislik və s.) - Kompüter elmləri. “Sabahın alimləri” Respublika müsabiqəsində iştirak etmək istəyən şagirdlər 2015-ci il 5 noyabr tarixindən başlayaraq http://sabahinalimleri.edu.az saytında qeydiyyatdan keçməlidirlər. Müsabiqə ilə bağlı bütün məlumatları həmin saytdan əldə etmək olar. Müsabiqəyə elmi dəstək Bakı Dövlət Universiteti , Azərbaycan Texniki Universiteti , Sumqayıt Dövlət Universiteti , Naxçıvan Dövlət Universiteti  və Qafqaz Universiteti tərəfindən verilir.   “Sabahın alimləri” V Respublika müsabiqəsinin keçirilməsi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri

6 noyabr 2015-ci il tarixində saat 11:00-da Bakı şəhəri 18 nömrəli tam orta ...

Müzakirədə Təhsil Nazirliyinin, Tələbə Qəbulu üzrə Dövlət Komitəsinin və AMEA-nın əməkdaşları, Azərbaycan dili və ədəbiyyat müəllimləri, təhsil ekspertləri, ictimaiyyət nümayəndələri və valideyn icmasının üzvləri iştirak edəcəklər.

Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutu Bakı şəhərində fəaliyyət göstərən məktəblərin IV sinfində dərs deyən ibtidai sinif müəllimlərini növbəti “Təməl” Təqaüd Proqramında iştiraka dəvət edir.

Proqram 120 akademik saat təşkil edir (həftədə 1 dəfə 4 akademik saat hesabı ilə).   Təlim modulları: • Uşaq psixologiyası • Pedaqoji ustalıq praktikumu (metodika və didaktika) • Sinfin idarəedilməsi • Elektron tədris resurslarının hazırlanması.   Təlimdə iştirak şərti:  • Hazırda IV sinifdə dərs deyən və İKT təlimlərindən müvəffəqiyyətlə keçmiş ali pedaqoji təhsilli müəllimlər təlimdə iştirak edə bilər.   Müraciət qaydası: Yuxarıda qeyd edilmiş tələblərə uyğun gələn namizədlər ərizə formasını (Əlavə) dolduraraq temel@edu.gov.az elektron poçt ünvanına göndərməlidirlər.   Qeyd: Bütün yazışmalar və bildirişlər elektron poçtla aparılacaqdır. Bu səbəbdən şəxsi elektron poçtunuzdan istifadə etməyiniz və poçtu mütəmadi yoxlamağınız vacibdir. Müraciət üçün son tarix: 28 oktyabr  2015-сi il Seçim qaydaları: Təlim iştirakçıları 2 mərhələli seçim əsasında müəyyən ediləcəkdir. I mərhələdə namizədlər elektron poçt ünvanına (temel@edu.gov.az) göndərilən ərizə forması əsasında seçiləcəkdir. II mərhələdə namizədlər müsahibəyə dəvət ediləcəkdir.   Yekun qiymətləndirmə:   Təlimlərdə iştirak etmiş şəxslər Təhsil Nazirliyi tərəfindən təşkil olunacaq yekun qiymətləndirmədə iştirak edəcəkdir. İmtahanlarda qənaətbəxş nəticə göstərmiş namizədlərə müvafiq sertifikat və təlim resursları təqdim olunacaqdır. Əlavə:   Müraciət forması

Azərbaycan Respublikasının Təhsil Nazirliyi “Qafqaz” Universiteti ilə əməkdaşlıqda məktəb direktorları və gələcəkdə bu vəzifədə çalışmaq arzusu olan pedaqoji kadrların təlimlərdə iştirakı üçün növbəti müsabiqə elan edir.

  Təlimlərin məqsədi müasir idarəetmə bilik və bacarığına yiyələnmiş, informasiya texnologiyalarına bələd, ölkəmizin təhsil və sosial inkişafına töhfə verə biləcək məktəb direktorlarını yetişdirmək və təkmilləşdirməkdir.   Təlimdə əhatə ediləcək mövzular:   Təhsildə keyfiyyətin idarəedilməsi Təhsili idarəetmənin hüquqi əsasları Kompüter və təlim texnologiyaları Təhsildə statistika və təhlil Təhsilin idarəedilməsi və monitorinqi Təhsili idarəetmənin  psixoloji əsasları Kurikulum: Nəzəriyyə və tətbiq Təhsildə maliyyənin idarəolunması   Eyni zamanda iştirakçılar üçün müxtəlif uğurlu təcrübəyə malik məktəblərə səfərlər, qısamüddətli praktika, Təhsil Nazirliyinin əməkdaşlarının və müxtəlif təhsil ekspertlərinin iştirakı ilə məruzələr də təşkil ediləcək.   Müsabiqədə iştirak üçün minimum tələblər:   Ali pedaqoji təhsil 5 (beş) il pedaqoji iş təcrübəsi   Namizədlərdən gözlənilən digər keyfiyyətlər:   Liderlik bacarığı Yüksək motivasiyalılıq Səmərəli qərar qəbuletmə bacarığı Nəticəyönümlülük İKT-dən istifadə bacarığı Məntiqi düşüncə bacarığı Müraciət qaydası:   Yuxarıda qeyd edilmiş tələblərə uyğun gələn namizədlər ərizə formasını (ƏLAVƏ) dolduraraq, telim@qu.edu.az elektron poçt ünvanına göndərməlidirlər.   Qeyd: Bütün yazışmalar və bildirişlər elektron poçt ünvanı ilə aparılacaq. Bu səbəbdən şəxsi elektron poçt ünvanlarınızdan istifadə etməyiniz və mütəmadi olaraq yoxlamağınız vacibdir.               Müraciət üçün son tarix: 25 oktyabr 2015-сi il   Seçim qaydaları:   Təlim iştirakçıları 3 mərhələli seçim əsasında müəyyən ediləcək. 1-ci mərhələdə namizədlər elektron poçt ünvanına (telim@qu.edu.az) göndərəcəkləri ərizə forması əsasında seçiləcəklər. Növbəti mərhələdə namizədlərin Azərbaycan dilində rəsmi yazı və məntiqi düşüncə bacarıqları qiymətləndiriləcək. Bu mərhələdə uğur qazanmış namizədlər növbəti mərhələyə - müsahibəyə dəvət ediləcəklər. Hər üç mərhələnin nəticəsi olaraq 50 nəfərin təlimlərə seçimi nəzərdə tutulur.   Yekun qiymətləndirmə:   Təlimlərdə iştirak etmiş şəxslər Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən təşkil olunacaq yekun qiymətləndirmədə iştirak edəcəklər. Yekun qiymətləndirmədə  qənaətbəxş nəticə göstərmiş və hal-hazırda direktor vəzifəsində çalışmayan şəxslər direktor vəzifəsi üzrə vakant yerlərə təyin olunmaq üçün ehtiyat kadr kimi qeydə alınacaqlar. Hal-hazırda məktəb direktoru vəzifəsində çalışan şəxslərin işlərində səmərəliliyin artırılması üçün müəyyən həvəsləndirmələr təyin olunacaq. Müraciət forması

Ümumi təhsil müəssisələrinin direktorları və gələcəkdə bu vəzifədə çalışmaq arzusu olan pedaqoji kadrların təlimlərdə iştirakı üçün müsabiqə

Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutu  ümumi təhsil müəssisələrinin direktorları və gələcəkdə bu vəzifədə çalışmaq arzusu olan pedaqoji kadrların təlimlərdə iştirakı üçün müsabiqə elan edir.   Təlimlərin məqsədi müasir idarəetmə bilik və bacarığına yiyələnmiş, informasiya texnologiyalarına bələd, ölkəmizin təhsil və sosial inkişafına töhfə verə biləcək məktəb direktorlarını yetişdirmək və təkmilləşdirməkdir.   Təlimlər yalnız Bakı şəhəri üzrə fəaliyyət göstərən ümumi təhsil müəssisələrində işləyən təhsil işçilərini əhatə edəcək.   Təlimdə əhatə ediləcək mövzular: Təhsildə keyfiyyətin idarəedilməsi Təhsili idarəetmənin hüquqi əsasları Kompüter və təlim texnologiyaları Təhsildə statistika və təhlil Təhsilin idarəedilməsi və monitorinqi Təhsili idarəetmənin  psixoloji əsasları Kurikulum: Nəzəriyyə və tətbiq Təhsildə maliyyənin idarəolunması   Eyni zamanda iştirakçılar üçün müxtəlif uğurlu təcrübəyə malik məktəblərə səfərlər, qısamüddətli praktika, Təhsil Nazirliyinin əməkdaşlarının və müxtəlif təhsil ekspertlərinin iştirakı ilə məruzələr də təşkil ediləcək.   Müsabiqədə iştirak üçün minimum tələblər: Ali pedaqoji təhsil 5 (beş) il pedaqoji iş təcrübəsi   Namizədlərdən gözlənilən digər keyfiyyətlər: Liderlik bacarığı Yüksək motivasiyalılıq Səmərəli qərar qəbuletmə bacarığı Nəticəyönümlülük İKT-dən istifadə bacarığı Məntiqi düşüncə bacarığı   Müraciət qaydası: Yuxarıda qeyd edilmiş tələblərə uyğun gələn namizədlər ərizə formasını (ƏLAVƏ) dolduraraq telim@edu.gov.az elektron poçt ünvanına göndərməlidirlər.   Qeyd: Bütün yazışmalar və bildirişlər elektron poçt ünvanı ilə aparılacaq. Bu səbəbdən şəxsi elektron poçt ünvanlarınızdan istifadə etməyiniz və mütəmadi olaraq yoxlamağınız vacibdir.   Müraciət üçün son tarix: 31 oktyabr 2015-сi il   Seçim qaydaları: Təlim iştirakçıları 3 mərhələli seçim əsasında müəyyən ediləcək. 1-ci mərhələdə namizədlər elektron poçt ünvanına (telim@edu.gov.az) göndərəcəkləri ərizə forması əsasında seçiləcəklər. Növbəti mərhələdə namizədlərin Azərbaycan dilində rəsmi yazı və məntiqi düşüncə bacarıqları qiymətləndiriləcək. Bu mərhələdə uğur qazanmış namizədlər növbəti mərhələyə - müsahibəyə dəvət ediləcəklər. Hər üç mərhələnin nəticəsi olaraq 50 nəfərin təlimlərə seçimi nəzərdə tutulur.   Yekun qiymətləndirmə: Təlimlərdə iştirak etmiş şəxslər Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən təşkil olunacaq yekun qiymətləndirmədə iştirak edəcəklər. Yekun qiymətləndirmədə  qənaətbəxş nəticə göstərmiş və hal-hazırda direktor vəzifəsində çalışmayan şəxslər direktor vəzifəsi üzrə vakant yerlərə təyin olunmaq üçün ehtiyat kadr kimi qeydə alınacaqlar. Hal-hazırda məktəb direktoru vəzifəsində çalışan şəxslərin işlərində səmərəliliyin artırılması üçün müəyyən həvəsləndirmələr təyin olunacaq.   MÜRACİƏT FORMASI

Azərbaycan dili, riyaziyyat, kimya, biologiya, fizika, informatika, tarix, ingilis dili, coğrafiya və  ibtidai sinif müəllimliyi  ixtisasları üzrə təlimçi seçimi  üçün  müsabiqə

Azərbaycan Respublikası Təhsil Nazirliyi, Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutu, “Təhsildə İnnovativ Texnologiyalar” Əlavə Təhsil Mərkəzi fənn müəllimlərinin ixtisasartırma  proqramında fəaliyyət göstərmək məqsədilə Azərbaycan dili, riyaziyyat, kimya, biologiya, fizika, informatika, tarix, ingilis dili, coğrafiya və  ibtidai sinif müəllimliyi  ixtisasları üzrə təlimçi seçimi  üçün  müsabiqə elan edir.  Müsabiqədə iştirak etmək istəyənlər 15 oktyabr 2015-ci il tarixdən gec olmayaraq özü haqqında şəxsi məlumatı (CV) assessment@edu.gov.az elektron ünvanına göndərməlidir. Müsabiqədə iştirak üçün tələblər: • Ali təhsil; • Ən azı 3 il pedaqoji iş təcrübəsi; • Tədris etdiyi fənn üzrə yüksək  bilik səviyyəsi; • Kompüter bilikləri; • Azərbaycan dilində səlis nitq;  • Komandada işləmək və əməkdaşlıq bacarığı; • Məsuliyyətli, tələbkar və dəqiq. Namizədlərin xarici dil bilməsi arzuolunandır. Tələblərə uyğun  namizədlər  müsahibəyə dəvət olunacaqdır. Müsahibədən keçən şəxslər  təlimçi bacarıqlarını inkişaf etdirmək üçün Təhsil Nazirliyinin təşkil etdiyi müxtəlif təlimlərə cəlb olunacaq və uğurlu namizədlər ixtisasartırma proqramları üzrə təlimçi statusu qazanacaqlar.

“Elektron Təhsil” Respublika müsabiqəsi

Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 19 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı”nın icrası üzrə irəli gələn vəzifələrin yerinə yetirilməsi məqsədilə 21 sentyabr 2015-ci il tarixdə “Elektron Təhsil” Respublika müsabiqəsinin başlanmasını elan edir. Müsabiqənin rəsmi İnternet səhifəsi www.musabiqe.edu.az saytıdır.  Müsabiqə 2 istiqamət olmaqla, 6 nominasiya üzrə keçiriləcəkdir: Müəllim istiqaməti üzrə: • Elektron lövhələrin istifadəsi ilə yaradılan ən yaxşı resurs; • Təhsildə ən yaxşı İnternet texnologiyaları; • Multimedia vasitələrindən istifadə etməklə qurulan ən yaxşı resurs; • Tədris üçün ən yaxşı elektron metodiki tövsiyə/sənəd.  Şagird istiqaməti üzrə: • “ALPLogo” proqramlaşdırma mühitində müxtəlif komandalardan istifadə etməklə yaradılan ən maraqlı fiqur; • Tədrisdə istifadə üçün ən yaxşı elektron resurs.    Müsabiqənin keçirilməsində əsas məqsəd tədris prosesində informasiya texnologiyalarından fəal istifadə edən müəllimləri həvəsləndirmək və fəaliyyətlərini dəstəkləmək, ən yaxşı elektron tədris vəsaitlərini geniş istifadəçi auditoriyasına tanıtmaq, internetin imkanlarından (bloqlar, saytlar, sosial şəbəkələr və s.) istifadə etməklə həyata keçirilən yeni tədris üsulları barədə ölkənin təhsil ictimaiyyətini məlumatlandırmaq, müəllimləri tədris prosesində İKT-dən fəal istifadəyə cəlb etmək, tədris məqsədləri üçün İKT-nin tətbiqinin yeni formalarını axtarmaq, təhsil müəssisələrində elektron resurslardan istifadəni genişləndirmək, müəllim və şagirdləri elektron resurslar yaratmağa və hazır resurslardan istifadəyə həvəsləndirməkdən ibarətdir. Müsabiqə “Dr. Web”, “AZEDUNET”, “Ultra”, “Edumediya Azərbaycan” “Nar Mobile” şirkətləri və "Təhsildə İnnovativ Texnologiyar" Əlavə Təhsil Mərkəzi tərəfindən dəstəklənir. Müsabiqədə qaliblərə noutbuklar, planşetlər, printerlər və digər xüsusi mükafatlar təqdim olunacaq.

Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 16 aprel tarixli 2090 nömrəli sərəncamı ilə təsdiq edilmiş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramına uyğun olaraq Azərbaycan Respublikası Təhsil Nazirliyi və ABŞ-ın Azərbaycandakı Səfirliyi ABŞ-ın Fulbrayt Tələbə Proqramı üçün müsabiqə elan edir:

Təqaüdlərlə rəqabət əsasında ictimai və fərdi sahələrdə yaxşı bacarıqlar nümayiş etdirən namizədlər təltif olunacaqdır. Proqramda aşağıdakı tələblərə cavab verən namizədlər iştirak edə bilərlər: - namizəd Azərbaycan vətəndaşı olmalı; - ali təhsil dərəcəsinə (2007-2008 və 2008-2009-cu tədris illəri üçün ölkənin ali təhsil müəssisələrinə magistr pilləsinə tələbə qəbulu çərçivəsində texniki sahələr üzrə ən azı 70, digər sahələr üzrə isə 80 bal toplayan, həmçinin əvvəlki illərdə bakalavr və mütəxəssis proqramını yüksək göstəricilərlə başa vurmuş, ən azı 4,5 bal və ya ekvivalenti) malik olmalı; - ingilis dili biliklərinə malik olmalı (kağız bazalı TOEFL üzrə minimum 550 bal); - liderlik keyfiyyəti və vəzifədə irəliləmək üçün potensiala sahib olmalı; - yaşı 35-dən aşağı olmalıdır. Proqram çərçivəsində aşağıdakı təhsil sahələrinə qəbul aparılır: - Mühəndislik - Kənd təsərrüfatı - Kompüter və İnformasiya elmləri - Arxitektura - Nəqliyyat - Təbiət elmləri - Təhsilin idarə olunması - Xidmət (turizm və otel idarəçiliyi) - İqtisadiyyat və idarəetmə - Sosial elmlər - Hüquq Ərizələr və tələb olunan digər sənədlər http://http://azerbaijan.usembassy.gov və http://http://xaricdetehsil.edu.gov.az saytlarından, o cümlədən Fulbringht.rar linkdən əldə edilə bilər.   Təhsil almaq istədiyiniz sahənin Fulbrayt Tələbə Proqramı üçün yararlı olub-olmadığını bilmək üçün http://http://xaricdetehsil.edu.gov.az saytında ixtisasların siyahısına baxmaq tövsiyə olunur. Ərizələrin bir surəti ABŞ Səfirliyinə (Azadlıq prospekti 83), digər surəti isə Təhsil Nazirliyinə (Xətai prospekti 49) təqdim edilməklə 24 avqust 2009-cu ildən – 05 oktyabr 2009-cu ilədək saat 10:00-18:00-ədək qəbul olunur. Ərizə paketinə aşağıdakı sənədlər daxil edilməlidir: 1. Ərizə; 2. Zəmanət məktubu; 3. Qiymətləndirmə Testləri (seçilmiş namizədlərdən rəsmi TOEFL, GRE və ya GMAT testlərindən keçmələri tələb olunacaq); 4. Pasportun və ya şəxsiyyət vəsiqəsinin surəti; 5. Notarial qaydada tərcümə və təsdiq edilmiş diplom və diplom əlavəsinin surətləri; 6. İş yerindən arayış; 7. Tərcümеyi-hal. Əlavə məlumat üçün 496-33-11; 496-34-00 (daxili-288) nömrələrinə və ya xaricdetehsil@edu.gov.az, (Təhsil Nazirliyi) və mailto:bakueducation@state.gov (ABŞ Səfirliyi) elektron poçt ünvanlarına müraciət edə bilərsiniz.

15/08/2020

Müəllimlərin işə qəbulu müsabiqəsinin üstünlükləri #TəhsilNazirliyi #EduAz #MİQ #Müəllim #MüəllimlərinİşəQəbulu

More
15/08/2020

Peşə təhsilinin perspektivləri və gənclərə yaratdığı fürsətlər müzakirə #TəhsilNazirliyi #EduAz #PeşəTəhsili

More
15/08/2020

Şagirdlərin elektron yerdəyişməsi sistemində hansı yeniliklər edilib? #TəhsilNazirliyi #EduAz #TətilVaxtı #EvdəQal

More

Sayt test rejimində çalışır