• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri
FAQ

Macarıstan-Almaniya Avicenna Beynəlxalq Kolleci 2009-2010-cu tədris ili üzrə Tibb (Medical Foundation Program), Biznes (Business Foundation Program) və Texniki (Technical Foundation Program) Baza Proqramlarına qəbul elan edir.

Macarıstan-Almaniya Avicenna Beynəlxalq Kolleci 2009-2010-cu tədris ili üzrə Tibb (Medical Foundation Program), Biznes (Business Foundation Program) və Texniki (Technical Foundation Program) Baza Proqramlarına qəbul elan edir. Proqram çərçivəsində təhsil müddəti ümumilikdə 2 ildir. Bununla belə, güclü ingilis dili və elmi bazası olan tələbələrə təhsillərini 1 il müddətində bitirmək imkanı verilir.   Universitetdə təhsil ilə bağlı xərclər aşağıdakı məbləğdədir. • Təhsil xərci: 4.700 Avro (2 semestr üçün); • Universitetdə yerləşmə ilə bağlı imtahan xərci: 150 Avro; • Qeydiyyat xərci: 100 Avro   Tələbələr yaşayış və yemək xərclərini də özləri ödəməlidirlər. Avicenna Beynəlxalq Kolleci, elan olunmuş proqramlar barəsində məlumatları və proqrama müraciət qaydalarını www.avicenna.hu internet səhifəsindən əldə edə bilərsiniz.  

Pakistan Texniki Yardım Proqramı (PTAP) çərçivəsində Pakistanın Dövlət Universitetlərində azərbaycanlı tələbələr üçün 2009-2010-cu illər üzrə əczaçılıq və mühəndislik ixtisasları üzrə 3 yer ayrılıb. Proqramda iştirak edəcək namizədlər təhsil alacaqları universitet tərəfindən müəyyənləşdirilən məbləğdə təhsil haqqını, o cümlədən beynəlxalq nəqliyyat, yaşayış və yemək xərclərini özləri ödəməlidirlər.

Pakistan Texniki Yardım Proqramı (PTAP) çərçivəsində Pakistanın Dövlət Universitetlərində azərbaycanlı tələbələr üçün 2009-2010-cu illər üzrə əczaçılıq və mühəndislik ixtisasları üzrə 3 yer ayrılıb. Proqramda iştirak edəcək namizədlər təhsil alacaqları universitet tərəfindən müəyyənləşdirilən məbləğdə təhsil haqqını, o cümlədən beynəlxalq nəqliyyat, yaşayış və yemək xərclərini özləri ödəməlidirlər. Bundan başqa namizədin qəbul imtahanı üzrə balı SAT II (Subject Test for Admission) 550, TOEFL/IELTS imtahanı üzrə balı isə 500 olmalıdır. Proqram çərçivəsində mühəndislik ixtisası üzrə təhsil almaq arzusunda olan namizədin ingilis dili, fizika, kimya və riyaziyyat, əczaçılıq ixtisası üzrə isə ingilis dili, fizika, kimya və biologiya fənləri üzrə orta göstəricisi 60%-dən yuxarı olmalıdır. Yalnız orta ixtisas və ya ali təhsilə malik olan namizədlər proqramda iştirak edə bilərlər.   Proqramda iştirak etmək arzusunda olan namizədlər aşağıdakı sənədləri təqdim etməlidirlər: • Diplom və diplom əlavəsinin notarial qaydada tərcümə edilmiş surətləri; • 4 ədəd fotoşəkil; • Pasportun surəti; • İslamabad Rəhbərlərin Daxili Şura Katibliyindən əldə edilmiş uyğunluq sertifikatı (sertifikat yalnız Pakistanda müvafiq imtahandan keçdikdən sonra verilir); • SAT II, TOEFL/IELTS imtahanlarının nəticələrini təsdiq edən sertifikatların surətləri (Dow Səhiyyə Elmləri Universiteti, Sindh Tibb Koleci, Karaçi və Liaquat Tibb və Səhiyyə Elmləri Universiteti üçün);   Proqram barəsində ətraflı məlumatları www.ead.gov.pk internet səhifəsindən əldə etmək mümkündür. Proqramda iştirak etmək arzusunda olan namizədlər ərizə formaları üçün Təhsil Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinə müraciət edə bilərlər (Könül Məhərrəmova – tel: 496-33-11; dax-251). Sənədlər və müvafiq qaydada doldurulmuş ərizə formaları cari ilin 25 avqust tarixinə qədər Təhsil Nazirliyinə təqdim olunmalıdır.

2009-2010-cu tədris ili üçün Rusiya Federasiyasının Kursk Dövlət Texniki Universiteti bir neçə ixtisaslara bakalavr, magistratura və aspirantura pillələri üzrə sənəd qəbulu elan edir:

Kursk Dövlət Texniki Universitetində təhsil barədə ətraflı məlumatı və ərizə formalarını müvafiq olaraq aşağıdakı əlaqə vasitələrindən əldə etmək mümkündür:   http://www.kstu.kursk.ru rector@kstu.kursk.ru, Tel: (4712) 50-48-20

"2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" üçün elan olunmuş müsabiqəyə Təhsil Nazirliyində aparılan sənəd qəbulu 20 avqust 2009-cu il tarixində başa çatır.

Xatıradırıq ki, sənədlər hər gün saat 10.00-dan 18.00-dək Təhsil Nazirliyində qəbul edilir. Əlaqə telefonları: 496-33-11; 496-34-00 (daxili 8812; 288)

YUNESKO tərəfindən dünyada təhsil təcrübələrini inkişaf etdirməyə yönəlmiş və təhsilin keyfiyyətinin artırılmasına töhfə verən dövlət və qeyri-hökumət təşkilatları üçün Hamdan Bin Raşid Al-Makhtoum Mükafatı elan edilib.

Qeyd: Fiziki şəxslər elan edilmiş mükafat üçün namizədliklərini təqdim edə bilməzlər. 2010-cu ilin aprel ayında Dubayda keçiriləcək təntənəli mərasim zamanı təqdim edilməsi nəzərdə tutulan mükafat hər qalib üçün 90.000 ABŞ dolları məbləğində maliyyə vəsaitindən, şəhadətnamə və şərəf kubokundan ibarət olacaqdır. Mükafat barədə ətraflı məlumatları aşağıdakı internet ünvanından əldə etmək mümkündür: http://http://www.unesco.org/en/education/upcoming-events/prizes-in-education Namizədlər ərizə formaları üçün Təhsil Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinə (Azad Axundov) müraciət edə bilərlər. Elan edilmiş mükafatı almaq arzusunda olan namizədlər müvafiq qaydada doldurulmuş ərizə formalarını cari ilin 25 avqust tarixinə qədər Təhsil Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinə təqdim etməlidirlər.

Əhali arasında ümumi sorğuların keçirilməsi üzrə müsabiqə Əhali arasında ümumi sorğuların keçirilməsi üzrə müsabiqə Azərbaycan Hökuməti Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihənin xərclərini ödəmək məqsədilə Dünya Bankından maliyyə vəsaiti alıb. Həmin vəsaitin bir hissəsinin məsləhətçi xidmətlərinə sərf edilməsi nəzərdə tutulub.

Xidmətlərin qısa təsviri: Əhali arasında ümumi sorğular   İcra müddəti: 2009-2014-cü illərdə 9 iş ayı   Məsləhətçi xidmətlərini icra edəcək şirkət üçün ixtisas tələbləri: • əhali arasında keçirilən sorğulara dair məsləhətçi xidmətləri göstərmək üçün seçilən şirkət sosial xidmət sektorlarında əhali arasında sorğuların tərtib edilməsi və həyata keçirilməsi sahəsində xeyli təcrübəyə malik olmalıdır. Təhsil sektoruna aid olan sorğular üzrə təcrübəyə malik olan namizədlərə böyük üstünlük verilir; • sorğulara dair məsləhətçi xidmətləri göstərmək üçün seçilən şirkət sorğu nəticələrini təhlil etmək məqsədilə məlumat bazası proqramının (SPSS və ya MS-Access) ilk növbədə Azərbaycan dilində tərtib edilməsi sahəsində geniş təcrübəyə malik olmalıdır; • təhsil sektorunun monitorinq və dəyərləndirmə sahəsində məsləhətçi xidmətləri göstərmək üçün lazım olan, xüsusilə əsas icra keyfiyyəti göstəricilərinin mənasını başa düşən ixtisaslı heyətə və digər vəsaitlərə, habelə müvafiq təcrübəyə malik olmalıdır; • sosial xidmət sektorlarında beynəlxalq donorlar tərəfindən maliyyələşdirilən layihələrdə iş təcrübəsi rəğbətlə qarşılanır.   Təhsil Nazirliyi müvafiq şirkətləri təsvir olunan xidmətlərin həyata keçirilməsində maraqlı olduqlarını ifadə etməyə dəvət edir. Şirkət Dünya Bankının “Məsləhətçilərin Borcalanlar tərəfindən Seçimi və İşə Götürülməsi” təlimatlarının cari buraxılışında müəyyən edilən qaydalarla seçiləcəkdir.   Xidmətlərə maraq göstərən şirkətlər ixtisas tələblərinə cavab verdiklərini təsdiq edən aşağıdakı məlumatları və sənədləri sentyabrın 23-nə qədər qeyd olunan ünvana təqdim etməlidirlər. • müraciət məktubu; • yerinə yetirilmiş müvafiq xidmətlərin təsviri; • müvafiq bacarıq və təcrübəyə malik olan heyət haqqında məlumat; • nizamnamə.   Əlavə məlumatları iş günləri ərzində saat 09.00-dan 18.00-dək aşağıdakı ünvandan əldə etmək mümkündür:   Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihənin Əlaqələndirmə Qrupu, AZ 1008, Bakı şəhəri, Xətai prospekti, 49.   Əlaqələndirici şəxs: Sevil Məsimova Əlaqə telefonları: 496-37-59, 496-37-60; faks: 496-93-68 Email: smasimova@ultel.net

Müşahidə təhqiqatlarının aparılması üzrə müsabiqə Azərbaycan Hökuməti Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihənin xərclərini ödəmək məqsədilə Dünya Bankından maliyyə vəsaiti alıb. Həmin vəsaitin bir hissəsinin məsləhətçi xidmətlərinə sərf edilməsi nəzərdə tutulub.

Xidmətlərin qısa təsviri: Müşahidə tədqiqatları   İcra müddəti: 2009-2014-cü illərdə 9 iş ayı   Məsləhətçi xidmətlərini icra edəcək şirkət üçün ixtisas tələbləri: • təhsil sektorunda, sinif otaqlarında müşahidələrin tərtib edilməsi və həyata keçirilməsi sahəsində geniş təcrübə; • müşahidənin rəqəmli nəticələrini təhlil etmək məqsədilə keyfiyyətli məlumat bazasının ilk növbədə Azərbaycan dilində tərtib edilməsi sahəsində geniş təcrübə; • təhsil sektorunun monitorinqi və dəyərləndirilməsi sahəsində məsləhətçi xidmətləri göstərmək üçün lazım olan, xüsusilə əsas icra keyfiyyəti göstəricilərinin mənasını başa düşən ixtisaslı heyətə və digər vəsaitlərə, habelə müvafiq təcrübəyə malik olmalı; • sosial xidmət sektorlarında beynəlxalq donorlar tərəfindən maliyyələşdirilən layihələrdə iş təcrübəsi rəğbətlə qarşılanır.   Təhsil Nazirliyi müvafiq şirkətləri təsvir olunan xidmətlərin həyata keçirilməsində maraqlı olduqlarını ifadə etməyə dəvət edir. Şirkət Dünya Bankının “Məsləhətçilərin Borcalanlar tərəfindən Seçimi və İşə Götürülməsi” təlimatlarının cari buraxılışında müəyyən edilən qaydalarla seçiləcəkdir.   Xidmətlərə maraq göstərən şirkətlər ixtisas tələblərinə cavab verdiklərini təsdiq edən aşağıdakı məlumatları və sənədləri sentyabrın 23-nə qədər qeyd olunan ünvana təqdim etməlidirlər. • müraciət məktubu; • yerinə yetirilmiş müvafiq xidmətlərin təsviri; • müvafiq bacarıq və təcrübəyə malik olan heyət haqqında məlumat; • nizamnamə.   Əlavə məlumatları iş günləri ərzində saat 09.00-dan 18.00-dək aşağıdakı ünvandan əldə etmək mümkündür:   Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihənin Əlaqələndirmə Qrupu, AZ 1008, Bakı şəhəri, Xətai prospekti, 49. Əlaqələndirici şəxs: Sevil Məsimova Əlaqə telefonları: 496-37-59, 496-37-60; faks: 496-93-68 Email: smasimova@ultel.net

20 oktyabr 2009-cu il tarixdə Koreya Təhsil, Elm və Texnologiya Nazirliyi nəzdində fəaliyyət göstərən Beynəlxalq Təhsil və İnkişaf üzrə Koreya Milli İnstitutu (NIIED) və Koreyanın 13 ali təhsil müəssisəsinin iştirakı, eləcə də Azərbaycan Respublikası Təhsil Nazirliyi, Koreya Respublikasının Azərbaycandakı Səfirliyi və SEBA, Koreya Turizm təşkilatının dəstəyi ilə Bakıda I Koreya Təhsil Sərgisi keçiriləcəkdir.

Sərgi saat 14:00-18:00-da Hyatt Hotel mehmanxanasının Şuşa konfrans zalında baş tutacaqdır. Sərgiyə giriş pulsuzdur.     Tədbirdə Koreyanın aşağıdakı 13 nüfuzlu ali təhsil müəssisəsi iştirak edəcəkdir:   KyungPook Milli Universiteti (KyungPook National University) Koreya Universiteti (Korea University) Mokpo Milli Universiteti (Mokpo National University) Gimcheon Universiteti (Gimcheon University) Pusan Milli Universiteti (Pusan National University) Seul Milli Texnologiya Universiteti (Seoul National University of Technology) Sunçunyanq Universiteti (Soonchunhyang University) Sunqsil Universiteti (Soongsil University) Yonsei Universteti (Yonsei University) Ulsan Milli Elm və Texnoloiguya Universiteti (Ulsan National Institute of Science & Technology) İnha Universiteti (Inha University) Pohanq Elm və Texnologiya Universiteti (Pohang University of Science & Technology (POSCO) Hanyanq Universiteti (Hanyang University)   Sərgi iştirakçıları Koreyanın qeyd olunan nüfuzlu universiteti vasitəsi ilə Koreya təhsil sistemi ilə yaxından tanış olmaq, o cümlədən Koreyada təhsil almaq arzularını reallaşdırmaq imkanı əldə edəcəklər.     Ətraflı məlumat üçün əlaqə telefonları:   Koreya Respublikasının Bakıdakı Səfirliyi Tel: 596 7901/02

Yaponiyanın Təhsil, Mədəniyyət, İdman, Elm və Texnologiya Nazirliyi 2009-cu ildə Yaponiyanın ali məktəblərində gənc müəllimlər üçün təlim proqramı çərçivəsində Azərbaycan vətəndaşlarına Monbukaqakuşo təqaüd Proqramını təklif edir.

Təqaüd proqramına aşağıdakı namizədlər müraciət edə bilərlər: 1. 2 aprel 1974-cü il tarixində və ya bu tarixdən sonra anadan olmuş şəxslər; 2. Ali təhsili olan və 1 aprel 2009-cu il tarixinədək ibtidai və orta təhsil müəssisələrində və ya ixtisasartırma institutlarında işləyən 5 il iş təcrübəsinə malik şəxslər.   Aşağıdakı şəxslər təqaüd proqramına müraciət edə bilməzlər: 1. Hərbi mükəlləfiyyət daşıyan şəxslər; 2. Təhsil aldığı müddətdə Yaponiyada olmayan şəxslər; 3. 1 oktyabr 2009-cu il tarixinədək son 3 il ərzində Yaponiya Hökumətinin qrantını almış şəxslər; 4. Başqa institutlardan təqaüd alan şəxslər Yaponiya Hökumətinin bu Proqramına müraciət edə bilməz. Ərizə formaları 28 fevral 2009-cu il tarixinədək Yaponiyanın Azərbaycandakı Səfirliyi tərəfindən qəbul olunur. Daha ətraflı məlumatları və ərizə formalarını Yaponiyanın Azərbaycandakı Səfirliyinin rəsmi internet saytından www.az.emb-japan.go.jp əldə etmək olar. 

Almaniya Universitetlərində təhsil almaq istəyənlərin nəzərinə!

Oktyabrın 1-də Bakıda Alman universitetlərinin Təhsil Yarmarkası keçiriləcək. “Kapellhaus” Alman-Azərbaycan Mədəniyyət Cəmiyyətində təşkil olunacaq yarmarka saat 14:00-dan - 18:00-a qədər davam edəcək. Təhsil Nazirliyi və Alman Akademik Mübadilə Xidməti (DAAD) təşkilatı tərəfindən təşkil olunacaq tədbirdə Almaniyanın Bonn, Zigen, Potsdam və Köln universitetləri, Axen Ali Məktəbi kimi 20-dən artıq nüfuzlu ali məktəbləri iştirak edəcək. Sərgi iştirakçıları Almaniya ali təhsil sistemi və burada fəaliyyət göstərən çoxsaylı ali təhsil müəssisələri ilə yaxından tanış olmaq imkanı əldə edəcəklər.

15/08/2020

Müəllimlərin işə qəbulu müsabiqəsinin üstünlükləri #TəhsilNazirliyi #EduAz #MİQ #Müəllim #MüəllimlərinİşəQəbulu

More
15/08/2020

Peşə təhsilinin perspektivləri və gənclərə yaratdığı fürsətlər müzakirə #TəhsilNazirliyi #EduAz #PeşəTəhsili

More
15/08/2020

Şagirdlərin elektron yerdəyişməsi sistemində hansı yeniliklər edilib? #TəhsilNazirliyi #EduAz #TətilVaxtı #EvdəQal

More

Sayt test rejimində çalışır