• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri
FAQ

Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOICA) dövlət qurumlarında çalışan şəxslər, dövlət institutlarında çalışan tədqiqatçılar və özəl sektorun nümayəndələri üçün Ajou Universitetində Beynəlxalq ticarət və beynəlxalq biznes üzrə 16 aylıq (2010-cu ilin fevralından – 2011-ci ilin iyuluna qədər) magistr proqramı elan edir.

  Proqram çərçivəsində təhsil ingilis dilində aparılacaqdır.    Proqramda iştirak etmək arzusunda olan namizədlər üçün müəyyən edilmiş tələblər aşağıdakılardır:  ·        namizəd ali təhsilli olmalı; ·        ingilis dilini yüksək səviyyədə bilməli; ·        tibbi cəhətdən sağlam olmalı; ·        yaş həddi 35-dən aşağı olmalı; ·        namizəd əvvəllər KOICA tərəfindən həyata keçirilmiş proqramlarda iştirak etməməlidir.   Proqram çərçivəsində bütün xərclər KOICA tərəfindən ödənilir.   Proqramda iştirak etmək arzusunda olan namizədlər aşağıdakı sənədləri təqdim etməlidirlər:   KOICA ərizə forması; Ajou Universitetinin ərizə forması; əsaslandırma (motivasiya) məktubu; iki ədəd tövsiyə məktubu; diplom və diplom əlavəsinin notarial qaydada təsdiq edilmiş surəti; TOEFL və ya IELTS sertifikatı;; xarici pasportun surəti; 3 x 4 ölçüdə iki ədəd fotoşəkil; CV.   QEYD: ingilis dilində olmayan bütün sənədlər bu dilə tərcümə olunmalı və notarial qaydada təsdiq edilməlidir.   Məlumatları və ərizə formalarını aşağıdakı linklərdən yükləyə bilərsiniz:   Program information KOICA application form Application form for trade applicants Application form for business applicants Detailed curriculum Reccomendation form     Təqaüd proqramında iştirak etmək arzusunda olan namizədlər sənədlərini 25 noyabr 2009-cu il tarixinə qədər Təhsil Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinə təqdim etməlidirlər (Könül Məhərrəmova - tel: 496 33 11; dax: 251).

YUNESKO-nun Beynəlxalq Bioetika Komitəsi tərəfindən 2010-2013-cü illərdə dörd illik vəzifələr üzrə vakant yerlər elan edilir.

Namizədlər üçün müəyyən edilmiş tələblər aşağıdakılardır: ·        namizəd təbiət elmləri, eləcə də sosial və humanitar elmlər, o cümlədən hüquq, insan hüquqları, fəlsəfə, təhsil və kommunikasiya sahələrindən biri üzrə mütəxəssis olmalı; ·        bir neçə xarici dildə sərbəst danışıq, oxu və yazı bacarıqlarına malik olmalı; ·        seçildiyi təqdirdə, Beynəlxalq Bioetika Komitəsi çərçivəsində ona aid müvafiq vəzifələri yerinə yetirmək bacarıqlarına malik olmalıdır. YUNESKO-nun Beynəlxalq Bioetika Komitəsi haqqında ətraflı məlumatları www.unesco.org internet səhifəsindən əldə etmək mümkündür. Vakant vəzifələri tutmaq arzusunda olan namizədlər ingilis dilində doldurulmuş CV formasını (namizədin vakant vəzifə üçün namizədliyinin irəli sürülməsi haqqında iş yerindən verilmiş müvafiq rəsmi məktubla birlikdə) 10 dekabr 2009-cu il tarixinə qədər Təhsil Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinə (Könül Məhərrəmova-tel: 496 33 11; dax: 251 və ya 248) təqdim etməlidirlər.

Avropa Şurasının Pestalotsi Proqramı çərçivəsində 12-16 yanvar 2010-cu il tarixlərində Latviyada “Vətəndaş təhsili: bilikdən fəaliyyətə doğru” mövzusunda təlim proqramı keçiriləcəkdir.

Proqramda vətəndaş təhsili sahəsində çalışan mütəxəssislər: müəllimlər, gənclər təşkilatının liderləri, vətəndaş təhsili sahəsində fəaliyyət göstərən QHT nümayəndələri və gənclərlə iş sahəsində təcrübəli şəxslər iştirak edə bilərlər. Namizəd: • uşaq və gənclərlə sosial iş sahəsində təcrübəyə malik olmalı; • təlim proqramında iştirak etdikləri müddətdə öz ölkələrindəki təcrübəyə dair qısa təqdimat hazırlamalı; • qazandığı təcrübəni öz ölkəsində, eləcə də digər iştirakçılarla bölüşməlidir. İştirakçıların beynəlxalq nəqliyyat, eləcə də təlim proqramı müddətində yemək və yaşayış xərcləri təşkilatçılar tərəfindən ödəniləcəkdir. Seminarın işçi dili ingilis dilidir. Adı çəkilən seminarda iştirak etmək arzusunda olan namizədlər müvafiq qaydada doldurulmuş ərizə formasını cari ilin 30 noyabr tarixinə qədər Təhsil Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinə (Könül Məhərrəmova: 496-34-14) təqdim etməlidirlər. Qeyd: natamam şəkildə doldurulmuş ərizə formaları qəbul edilməyəcəkdir. Proqram barədə ətraflı məlumatları və ərizə formasını http://www.coe.int\pestalozzi internet səhifəsindən əldə edə bilərsiniz.

Peşə təhsili və təlimi sahəsində islahatlar strategiyası və Azərbaycanın seçilmiş rayonunda pilot icrası - Əməliyyat Komponenti üzrə Koordinator

Avropa Komissiyası tərəfindən maliyyələşdirilən Peşə Təhsili və Təlimi sahəsində islahatlar strategiyası və Azərbaycanın seçilmiş rayonunda pilot icrası layihəsinin məqsədi müvafiq siyasətin formalaşdırılması prosesini təkmilləşdirmək, bilik və bacarıqlara əsaslanan peşə təhsili və təliminin həyata keçirilməsində yeni əməkdaşlıq modelini işləyib hazırlamaqdır. Yeni kurikulumlar və təlim proqramları Azərbaycanda əmək bazarının tələblərinə uyğun olacaq və yeni peşə standartlarına əsaslanacaqdır. Layihənin ofis komandasının üzvü olaraq, əməliyyat komponenti üzrə uzunmüddətli yerli koordinatorun əsas vəzifəsi Texniki Yardım Komandasına məsləhətçi və uyğun səviyyəli heyət üzvü qismində çalışmaq, onun işini və layihənin fəaliyyətlərinin vaxtında icra edilməsini dəstəkləməkdir. Koordinatordan regionlara, xüsusilə İsmayıllıya səfər etməsi tələb olunacaqdır. Tam ştatlı olan bu vəzifə 2011-ci ilin fevralına qədər davam edəcəkdir. Koordinatorun vəzifələri aşağıdakılardır: • Komponentin əsas ekspertinin dəstəyi ilə layihə tərəfindən peşə təhsili sistemində və Azərbaycanda aparıcı biznes qurumlarının, xüsusilə də turizm sektorunun ehtiyacları sahəsində aparılmış tədqiqatlar barədə tam şəkildə məlumat əldə etmək. • Beynəlxalq səviyyədə tanınmış bilik və bacarıqlara əsaslanan metodologiyaları, peşə təhsili və təlimi (PTT) sahəsində milli ehtiyacları özündə birləşdirən metodoloji çərçivənin işlənib hazırlanmasında Təhsil Nazirliyinə dəstək vermək və bu zaman aşağıdakı məqamları təmin etmək: o Çərçivə çevik olmalı və onun əmək bazarının daima dəyişən ehtiyaclarına uyğunlaşdırılması nəzərə alınmalıdır; o Qiymətləndirmə-həm tədris prosesi zamanı qiymətləndirmə, həm də yekun qiymətləndirmə çərçivənin əsas hissəsini təşkil etməlidir; o PTT sahəsində tətbiq edilən metodologiyalar Azərbaycanda təhsil sistemində digər təşəbbüslərlə, məsələn, ümumi təhsilin müasirləşdirilməsini dəstəkləyən təşəbbüslərlə uzlaşmalıdır; o Təhsil standartları və kurikulumlar üçün işlənib hazırlanmış formatlarda mövcud təsdiq prosesi nəzərə alınmalı və ya hər hansı yeni prosedurlara ehtiyac olduğu müəyyənləşdirilməlidir. • Təlimçilərin təlimi üzrə seminarların hazırlanması və həyata keçirilməsi sahəsində əsas ekspertə dəstək göstərmək. • Layihəni lazımınca təmsil etmək, Təhsil Nazirliyi, digər nazirliklər və icra hakimiyyətləri, peşə məktəbləri və liseyləri, biznes qurumları və lazım olduğu təqdirdə digər təşkilat və şəxslərlə müsbət iş münasibətləri yaratmaq. • Əmək bazarı üzrə məlumat və kurikulumun hazırlanması ilə bağlı hər hansı sənədlərin yazılması, işlənib hazırlanması və yayılmasında yardımçı olmaq. • Əsas ekspertlə işləyərək kurikulumla bağlı əsas təşkilatlar və şəxslərlə məsləhətləşmələr aparmaq. Namizəd aşağıdakı vacib hesab edilən təcrübə və bacarıqlara malik olmalıdır: • Əmək bazarının ehtiyaclarının ödənilməsi məqsədilə təhsil sektoru üçün bilik və bacarıqlara əsaslanan PTT proqramları və kurikulumlarının hazırlanmasında ən azı 5 illik müvafiq təcrübə; • Peşə standartlarının hazırlanması prosesi, həmçinin müsbət beynəlxalq təcrübə də daxil olmaqla bilik və bacarıqlara əsaslanan PTT sisteminin nəzəri anlayışları barədə biliklər; • Müvafiq sahədə universitet dərəcəsi və ya ekvivalent dərəcə (təhsil, biznesin idarəedilməsi, iqtisadiyyat); • Beynəlxalq layihələrdə iştirak üzrə təcrübə; • Öz təhsili və peşəkar inkişafına dair öhdəliyə malik olması; • Mükəmməl Azərbaycan dili bacarıqları. Namizədin aşağıdakı təcrübə və bacarıqlara malik olması müsbət qəbul ediləcəkdir: • Turizm sektoru üzrə biliklər və ya təcrübə; • Turizm sahəsində PTT proqramlarının hazırlanması və ya icra edilməsi üzrə təcrübə; • İngilis dili bacarıqları. Ərizə qəbulu 23 noyabr 2009-cu il tarixdə saat-18:00-da başa çatır. Maraqlananlar CV və onu müşayiət edən məktubu annj2005@yahoo.co.uk elektron ünvanına göndərə bilərlər. Elektron məktubun mövzu (Subject) hissəsində “Operational Component Coordinator” sözləri yazılmalıdır. CV-ni müşayiət edən məktubunuzda qeyd edilən tələblərə necə cavab verdiyinizi təsvir etməklə bərabər, nə üçün bu vəzifəyə ideal namizəd olduğunuzu da göstərməlisiniz. Məktubun əsas hissəsi 500 sözdən artıq olmamalıdır. Müraciət edən şəxslər Azərbaycan və ya ingilis dillərindən istifadə edə bilərlər. Dekabrın 11-nə qədər yalnız CV-ləri seçilmiş şəxslərlə əlaqə saxlanılacaq.

Peşə təhsili və təlimi sahəsində islahatlar strategiyası və Azərbaycanın seçilmiş rayonunda pilot icrası - Siyasət Komponenti üzrə Koordinator

Avropa Komissiyası tərəfindən maliyyələşdirilən Peşə Təhsili və Təlimi sahəsində islahatlar strategiyası və Azərbaycanın seçilmiş rayonunda pilot icrası layihəsinin məqsədi müvafiq siyasətin formalaşdırılması prosesini təkmilləşdirmək, bilik və bacarıqlara əsaslanan peşə təhsili və təliminin həyata keçirilməsində yeni əməkdaşlıq modeli işləyib hazırlamaqdır. Yeni kurikulumlar və təlim proqramları Azərbaycanda əmək bazarının tələblərinə uyğun olacaq və yeni peşə standartlarına əsaslanacaqdır. Layihənin ofis komandasının üzvü olaraq, Siyasət Komponenti üzrə uzunmüddətli yerli koordinatorun əsas vəzifəsi Texniki Yardım Komandasına məsləhətçi və uyğun səviyyəli heyət üzvü qismində çalışmaq, onun işini və layihənin vaxtında icra edilməsini dəstəkləməkdir. Koordinatordan regionlara, xüsusilə İsmayıllıya səfər etmək tələb olunacaqdır. Tam ştatlı olan bu vəzifə 2011-ci ilin fevral ayına qədər davam edəcəkdir.   Koordinatorun vəzifələri aşağıdakılardır: • Komponentin əsas ekspertinin dəstəyi ilə “Azərbaycan Respublikasında Texniki Peşə Təhsilinin İnkişafı üzrə Dövlət Proqramı (2007-2012-ci illər)” və digər müvafiq hüquqi aktlar və sərəncamlar barədə, layihənin peşə təhsili sistemində və turizm sektoru da daxil olmaqla Azərbaycanda aparıcı biznes qurumlarının ehtiyacları sahəsində aparılan tədqiqatlar barədə tam şəkildə məlumat əldə etmək; • Müasirləşdirmə-islahatlar strategiyasının formalaşdırılması sahəsində nazirliklər tərəfindən həyata keçirilmiş müvafiq fəaliyyətləri müəyyən etmək; • Layihəni lazımınca təmsil etmək və Təhsil Nazirliyi, digər nazirliklər və icra hakimiyyətləri, peşə məktəbləri və liseyləri, biznes qurumları, eləcə də lazım olduğu halda digər təşkilat və şəxslərlə müsbət iş münasibətləri yaratmaq; • Komponentin əsas ekspertilə işləyərək özünütəhsil materiallarından istifadə də daxil olmaqla, təlim seminarları hazırlamaq və həyata keçirmək; • Təhsil Nazirliyi üçün milli texniki peşə təhsili strategiyasının işlənib hazırlanmasında Komponentin əsas ekspertinə dəstək vermək. Buraya strategiya ilə bağlı maliyyə məsələləri da aiddir; • Siyasət üzrə konseptual sənədlərin və icra planlarının hazırlanmasında iştirak etmək; • Komponentin əsas ekspertilə işləyərək formalaşdırılmış siyasətlə bağlı əsas təşkilatlar və şəxslərlə konsultasiyalar aparmaq.   Namizəd aşağıdakı vacib hesab edilən təcrübə və bacarıqlara malik olmalıdır: • Peşə Təhsili və Təlimi (PTT) sektoru-əmək bazarı sahəsində siyasət və strategiyanın işlənib hazırlanması üzrə ən azı 5 illik müvafiq təcrübə; • Layihə komponentinin əhatə etdiyi PTT siyasəti sahəsi üzrə dərin biliklər (baxın: www.azvet.edu.az); • Müvafiq sahədə universitet dərəcəsi və ya ekvivalent dərəcə (təhsil, biznesin idarəedilməsi, iqtisadiyyat); • PTT sektorunda yüksək vəzifədə çalışmaq sahəsində təcrübə; • Beynəlxalq layihələrdə iştirak üzrə təcrübə; • Öz təhsili və peşəkar inkişafına dair öhdəliyə malik olması; • Mükəmməl Azərbaycan dili bacarıqları.   İngilis dilini bilən namizədə üstünlük veriləcəkdir. Ərizə qəbulu 23 noyabr 2009-cu il tarixdə saat-18:00-da başa çatır. Maraqlananlar CV və onu müşayiət edən məktubu annj2005@yahoo.co.uk elektron ünvanına göndərə bilərlər. Elektron məktubun mövzu (Subject) hissəsində “Policy Component Coordinator” sözləri yazılmalıdır. CV-ni müşayiət edən məktubunuzda qeyd edilən tələblərə necə cavab verdiyinizi təsvir etməklə bərabər, nə üçün bu vəzifəyə ideal namizəd olduğunuzu da göstərməlisiniz. Məktubun əsas hissəsi 500 sözdən artıq olmamalıdır. Müraciət edən şəxslər Azərbaycan və ya ingilis dillərindən istifadə edə bilərlər. Dekabrın 11-nə qədər yalnız CV-ləri seçilmiş şəxslərlə əlaqə saxlanılacaq.

Brüssel Azad Universiteti tərəfindən “Beynəlxalq hüquq və Avropa hüququ” və “Avropaya inteqrasiya və inkişaf” adlı magistr proqramlarına qəbul aparılır. Təhsil proqramlarının işçi dili ingilis dilidir.

Hər iki proqram üçün təhsil xərci 2500 avrodur. Beynəlxalq nəqliyyat və yaşayış xərcləri tələbənin özü tərəfindən ödənilməlidir. Proqram barədə ətraflı məlumatları və ərizə formalarını www.ies.be internet səhifəsindən əldə etmək mümkündür.

Brüssel Azad Universiteti tərəfindən “Avropada qərar vermə prosesi” mövzusunda 2 həftəlik yay məktəbi təşkil olunur.

Kursun əsas məqsədi tələbələrə Avropada fəaliyyət göstərən qurumlar, Avropa hüququ və qərar qəbuletmə prosesləri haqqında daha geniş məlumatları çatdırmaqdır. Kurslar üçün qeydiyyat haqqı 895 avrodur. Yay kursları barəsində ətraflı məlumatları www.ies.be\summerscholl internet səhifəsindən əldə etmək mümkündür.

Yaponiya Fondu 20 may 2010 – 25 mart 2011-ci il müddətində Yaponiyanın ali məktəblərində tədqiqat aparmaq arzusunda olan Azərbaycan vətəndaşlarına “2010-2011 İntellektual Mübadilə Təqaüd Proqramı”nı təklif edir.

Təqaüd proqramına müraciət etmək istəyən namizədlər aşağıdakı tələblərə cavab verməlidirlər:   1.Bakalavr və magistr təhsil olan tədqiqatçılar, jurnalistlər və humanitar və ya sosial elmlər sahələrində fəaliyyət göstərən və ya media, qeyri hökumət təşkilatlarında praktiki təcrübəyə malik olmalı;  2. İngilis dilini mükəmməl bilməli; 3. Yaşı 1 aprel 2010-cu il tarixinədək 45 yaşa qədər olmalı; 4. Yaponiyada ali təhsil müəssisəsinə müstəqil şəkildə qəbul olmalı və akademik rəhbəri müəyyən etməlidirlər. 5.Yapon dilli tələbələr, sənaye sahəsi üzrə təlim kursunun tələbələri və ya ənənəvi mədəniyyət sahələri üzrə təhsil alan tələbələri bu Proqrama müraciət edə bilməzlər. Eyni zamanda dövlət qurumlarında çalışan şəxslər bu Proqramda iştirak edə bilməzlər.   Əlavə məlumat və ərizə formaları almaq istəyənlər Yaponiyanın Azərbaycan Respublikasındakı Səfirliyinin rəsmi internet saytına www.az.emb-japan.go.jp müraciət edə bilərlər. Doldurulmuş ərizə formaları 28 dekabr 2009-cu il tarixində saat 17:45-dək qəbul olunur.

İslam İnkişaf Bankı tərəfindən 2010-2011-ci illər üçün dünyanın bir sıra qabaqcıl universitetlərində tibb, su resurslarından istifadə, enerji və infrastrukturun inkişafı, nanotexnologiya kimi sahələrdə doktorantura təhsili və doktoranturadan sonrakı tədqiqat işi üzrə təqaüd proqramı (Merit Scholarship Programme for High Technology) elan edilir.

Proqramda tədris, eləcə də elmi və ya texnoloji tədqiqat müəssisəsinin daimi işçisi olan şəxslər iştirak edə bilərlər. Təqaüd proqramı çərçivəsində aşağıdakı xərclər ödəniləcəkdir: təhsil xərcləri; beynəlxalq nəqliyyat xərcləri; yaşayış xərcləri; tibbi sığorta xərcləri.   Proqramda iştirak edəcək namizədlər üçün müəyyən edilmiş tələblər aşağıdakılardır: doktorantura pilləsi üçün yaş həddi maksimum 35; doktoranturadan sonrakı tədqiqat üçün maksimum 40 olmalıdır; namizəd müvafiq sahə üzrə təhsilə malik olmalı; namizədin təhsil göstəriciləri yüksək olmalı; doktorantura pilləsi üzrə müraciət edəcək namizədin müvafiq sahədə iş təcrübəsi minimum 2 il, doktoranturadan sonrakı tədqiqat işi üzrə müraciət edəcək namizədin iş təcrübəsi isə minimum 5 il olmalıdır; namizədin müvafiq sahə üzrə müəyyən sayda məqalə və yazıları dərc olunmalıdır;   Qeyd: hər hansı xarici ölkədə son iki il ərzində tədqiqat işi aparmış şəxslər proqramda iştirak edə bilməzlər. Namizəd ilk öncə Times Higher Education Supplement (THES) siyahısında yer almış ali təhsil müəssisələrindən birinə müstəqil şəkildə müraciət etməli və oradan qəbul haqqında sənəd almalıdır. Universitetlərin siyahısını www.isdb.org internet ünvanından yükləyə bilərsiniz.   Proqramda iştirak etmək üçün aşağıdakı sənədlər tələb olunur: ərizə forması; 1 ədəd CV bakalavr diplomu və diploma əlavənin notarial qaydada tərcümə və təsdiq edilmiş surəti; magistr diplomu və diploma əlavənin notarial qaydada tərcümə və təsdiq edilmiş surəti; 2 ədəd fotoşəkil; şəxsiyyət vəsiqəsini və ya xarici pasportun surəti (şəxsiyyət vəsiqəsinin surəti notarial qaydada tərcümə və təsdiq edilməlidir); dil bilikləri üzrə sertifikat (əgər varsa); əmək kitabçasının notarial qaydada tərcümə və təsdiq edilmiş surəti; müvafiq universitetdən alınmış qəbul sənədi.   Proqram barədə ətraflı məlumatları və ərizə formasını www.isdb.org (Scholarships and Assistance) internet ünvanından əldə etmək mümkündür. Proqramda iştirak etmək arzusunda olan namizədlər sənədlərini (iş yerindən mü­va­fiq təqdimat məktubu ilə birlikdə) 28 dekabr 2009-cu il tarixinə qədər Təh­sil Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinə (Könül Məhərrəmova–telefon: 496 33 11; dax: 251 və ya 248) təqdim etməlidirlər.

CONSULTING SERVICES ON PROVISION OF TRAINING ON "INTERPRETATION OF FIDIC CONTRACT CONDITIONS FOR CONSTRUCTION SUPERVISION"

REPUBLIC OF AZERBAIJAN PUBLIC INVESTMENT CAPACITY BUILDING PROJECT CREDIT No: 4595 AZ   CONSULTING SERVICES ON PROVISION OF TRAINING ON "INTERPRETATION OF FIDIC CONTRACT CONDITIONS FOR CONSTRUCTION SUPERVISION"   Request for Expression of Interest   The Republic of Azerbaijan has received financing from the World Bank toward the cost of the Public Investment Capacity Building Project, and intends to apply part of the proceeds for consultant services.   The objectives of the Assignment are: To raise awareness of the management level of the project administration, management and implementation entities (Employer organizations, Project Implementation Units (PIUs), and other stakeholders) about the procedure and methodology of the project management, including provisions related to process and procedures, roles and responsibilities, and reporting, etc.; To train the participants on appropriate techniques including contract management, progress control, cost control and quality management, environment management, and other aspects with case studies; To build the capacity of the PIUs, engineers and other involved stakeholders to successfully manage the construction projects financed by every International Financial Agencies (IFAs).   Qualifications required: A reputable consulting firm with extensive experience and capacity in project management of infrastructure construction works and training. Key staff must have + 15 years experience in relevant fields and training Fluent English, and Russian a plus   Implementation period: February – May 2010 The Ministry of Education of the Republic of Azerbaijan now invites eligible consulting firms to indicate their interest in providing the services. Interested firms must provide information indicating that they are qualified to perform the services (brochures, description of similar assignments, experience in similar conditions, availability of appropriate skills among staff, etc.). Consulting firms may associate to enhance their qualifications.   A Consultant will be selected in accordance with the procedures set out in the World Bank’s Guidelines: Selection and Employment of Consultants by World Bank Borrowers (current edition).   Interested consultants may obtain further information at the address below from 09.00 to 18.00 office hours.   Expressions of interest must be delivered to the address below by January 12, 2010.   The Ministry of Education of the Republic of Azerbaijan Project Coordination Unit Attn: Elvin Rustamov, Director 49, Khatai Avenue, AZ1008, Baku, Azerbaijan Tel: (+99412) 4963759/4963760 Fax: (+99412) 4969368 Email: erustamov@ultel.net

15/08/2020

Müəllimlərin işə qəbulu müsabiqəsinin üstünlükləri #TəhsilNazirliyi #EduAz #MİQ #Müəllim #MüəllimlərinİşəQəbulu

More
15/08/2020

Peşə təhsilinin perspektivləri və gənclərə yaratdığı fürsətlər müzakirə #TəhsilNazirliyi #EduAz #PeşəTəhsili

More
15/08/2020

Şagirdlərin elektron yerdəyişməsi sistemində hansı yeniliklər edilib? #TəhsilNazirliyi #EduAz #TətilVaxtı #EvdəQal

More

Sayt test rejimində çalışır