• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri
FAQ

AZƏRBAYCAN RESPUBLİKASININ TƏHSİL NAZİRLİYİ BAKI ŞƏHƏRİ YASAMAL RAYONU 225 NÖMRƏLİ ORTA MƏKTƏBİN TƏMİRİ ÜZRƏ TENDER ELAN EDİR

1. Azərbaycan Respublikası Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihə (TSİİL) ilə əlaqədar olan xərcləri ödəmək üçün Beynəlxalq İnkişaf Assosiasiyasından kredit almışdır və həmin kredit vəsaitlərinin bir hissəsini 4394AZ-NCB-092 nömrəli Müqavilə çərçivəsində Bakı şəhəri Yasamal rayonu 225 nömrəli orta məktəbin təmirinə çəkilən qanuni xərclərin ödənilməsinə sərf etmək niyyətindədir.   2. Borcalan tərəfindən TSİİL-in icraçısı təyin edilmiş Azərbaycan Respublikasının Təhsil Nazirliyi bu Tenderdə İştirak üçün Dəvət (TİD) əsasında Bakı şəhəri Yasamal rayonu 225 nömrəli orta məktəbin təmiri üzrə möhürlənmiş bağlı zərfdə tender təkliflərini qəbul edir:   3. Tender sənədləri (və bunların əlavə nüsxələri) 100 manat (AZN) məbləğində geri qaytarılmayan vəsaitin ödənilməsindən sonra Azərbaycan Respublikası, Bakı şəhəri, AZ1008, Xətai prospekti, 49 ünvanında yerləşən Təhsil Nazirliyinin Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihənin Əlaqələndirmə Qrupundan (LƏQ) əldə oluna bilər. Bu məbləğ LƏQ-in (LƏQ-in VÖEN-i 1500489231) Bakı şəhəri, AZ1005, Nizami küçəsi, 67 ünvanında yerləşən Azərbaycan Beynəlxalq Bankının Bakı filialındakı (Bankın VÖEN-i 9900001881, M/h 0137010002944, KOD: 805045, SWIFT KOD: IBAZAZ2X) 33308029449330114120 nömrəli hesabına ödənilməli və müvafiq bank sənədi LƏQ-ə təqdim olunmalıdır. Bu tenderdə iştirak etmək marağında olan İddiaçılar həmin ünvandan əlavə məlumat əldə edə bilərlər.   4. Tender təklifləri tender təkliflərinin açılışından sonra 90 (doxsan) gün ərzində qüvvədə qalmalıdır və hər bir lot üzrə Tender Təklifinə Təminat Bəyannaməsi ilə müşayiət olunmalıdır.   5. Tender təklifləri 16 may 2011-ci il tarixdə yerli vaxtla saat 16.00-dan gec olmayaraq Bakı, şəhəri, Xətai prospekti, 49 ünvanında yerləşən Azərbaycan Respublikası Təhsil Nazirliyi Təhsil Sektorunun İnkişafı Layihəsinin Əlaqələndirmə Qrupuna (2-ci mərtəbə) təqdim edilməlidir. Elektron təkliflərin təqdim edilməsinə icazə verilmir. Tender təklifləri açılışda iştirak etməyi qərara almış İddiaçıların nümayəndələrinin iştirakı ilə 16 may 2011-ci il tarixdə yerli vaxtla saat 16.10-da Bakı, şəhəri, Xətai prospekti, 49 ünvanında yerləşən Təhsil Nazirliyi binasının 4-cü mərtəbəsində yerləşən böyük zalında açılacaqdır.   6. Gecikdirilmiş tender təklifləri rədd ediləcək və açılmadan geri qaytarılacaqdır.        Azərbaycan Respublikasının Təhsil Nazirliyi Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihənin Əlaqələndirmə Qrupu Bakı şəhəri, AZ1008, Xətai prospekti, 49 Tel: +994 (12) 496-37-59/60 Faks: + 994 (12) 496-93-68

AZƏRBAYCAN RESPUBLİKASININ TƏHSİL NAZİRLİYİ AĞDAŞ ŞƏHƏR 1 NÖMRƏLİ ORTA MƏKTƏBİN TƏMİRİ ÜZRƏ TENDER ELAN EDİR

1. Azərbaycan Respublikası Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihə (TSİİL) ilə əlaqədar olan xərcləri ödəmək üçün Beynəlxalq İnkişaf Assosiasiyasından kredit almışdır və həmin kredit vəsaitlərinin bir hissəsini 4394AZ-NCB-091 nömrəli Müqavilə çərçivəsində Ağdaş şəhər 1 nömrəli orta məktəbin təmirinə çəkilən qanuni xərclərin ödənilməsinə sərf etmək niyyətindədir. 2. Borcalan tərəfindən TSİİL-in icraçısı təyin edilmiş Azərbaycan Respublikasının Təhsil Nazirliyi bu Tenderdə İştirak üçün Dəvət (TİD) əsasında Ağdaş şəhər 1 nömrəli orta məktəbin təmiri üzrə möhürlənmiş bağlı zərfdə tender təkliflərini qəbul edir: 3. Tender sənədləri (və bunların əlavə nüsxələri) 100 manat (AZN) məbləğində geri qaytarılmayan vəsaitin ödənilməsindən sonra Azərbaycan Respublikası, Bakı şəhəri, AZ1008, Xətai prospekti, 49 ünvanında yerləşən Təhsil Nazirliyinin Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihənin Əlaqələndirmə Qrupundan (LƏQ) əldə oluna bilər. Bu məbləğ LƏQ-in (LƏQ-in VÖEN-i 1500489231) Bakı şəhəri, AZ1005, Nizami küçəsi, 67 ünvanında yerləşən Azərbaycan Beynəlxalq Bankının Bakı filialındakı (Bankın VÖEN-i 9900001881, M/h 0137010002944, KOD: 805045, SWIFT KOD: IBAZAZ2X) 33308029449330114120 nömrəli hesabına ödənilməli və müvafiq bank sənədi LƏQ-ə təqdim olunmalıdır. Bu tenderdə iştirak etmək marağında olan İddiaçılar həmin ünvandan əlavə məlumat əldə edə bilərlər. 4. Tender təklifləri tender təkliflərinin açılışından sonra 90 (doxsan) gün ərzində qüvvədə qalmalıdır və hər bir lot üzrə Tender Təklifinə Təminat Bəyannaməsi ilə müşayiət olunmalıdır. 5. Tender təklifləri 20 may 2011-ci il tarixdə yerli vaxtla saat 16.00-dan gec olmayaraq Bakı, şəhəri, Xətai prospekti, 49 ünvanında yerləşən Azərbaycan Respublikası Təhsil Nazirliyi Təhsil Sektorunun İnkişafı Layihəsinin Əlaqələndirmə Qrupuna (2-ci mərtəbə) təqdim edilməlidir. Elektron təkliflərin təqdim edilməsinə icazə verilmir. Tender təklifləri açılışda iştirak etməyi qərara almış İddiaçıların nümayəndələrinin iştirakı ilə 20 may 2011-ci il tarixdə yerli vaxtla saat 16.10-da Bakı, şəhəri, Xətai prospekti, 49 ünvanında yerləşən Təhsil Nazirliyi binasının 4-cü mərtəbəsində yerləşən böyük zalında açılacaqdır. 6. Gecikdirilmiş tender təklifləri rədd ediləcək və açılmadan geri qaytarılacaqdır.     Azərbaycan Respublikasınnın Təhsil Nazirliyi Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihənin Əlaqələndirmə Qrupu Bakı şəhəri, AZ1008, Xətai prospekti, 49 Tel: +994 (12) 496-37-59/60 Faks: + 994 (12) 496-93-68

Azərbaycan Respublikasinin Təhsil Nazirliyi Şirvan şəhər 16 nömrəli orta məktəbin təmiri üzrə tender elan edir

1. Azərbaycan Respublikası Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihə (TSİİL) ilə əlaqədar olan xərcləri ödəmək üçün Beynəlxalq İnkişaf Assosiasiyasından kredit almışdır və həmin kredit vəsaitlərinin bir hissəsini 4394AZ-NCB-093 nömrəli Müqavilə çərçivəsində Şirvan şəhər 16 nömrəli orta məktəbin təmirinə çəkilən qanuni xərclərin ödənilməsinə sərf etmək niyyətindədir. 2. Borcalan tərəfindən TSİİL-in icraçısı təyin edilmiş Azərbaycan Respublikasının Təhsil Nazirliyi bu Tenderdə İştirak üçün Dəvət (TİD) əsasında Şirvan şəhər 16 nömrəli orta məktəbin təmiri üzrə möhürlənmiş bağlı zərfdə tender təkliflərini qəbul edir: 3. Tender sənədləri (və bunların əlavə nüsxələri) 100 manat (AZN) məbləğində geri qaytarılmayan vəsaitin ödənilməsindən sonra Azərbaycan Respublikası, Bakı şəhəri, AZ1008, Xətai prospekti, 49 ünvanında yerləşən Təhsil Nazirliyinin Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihənin Əlaqələndirmə Qrupundan (LƏQ) əldə oluna bilər. Bu məbləğ LƏQ-in (LƏQ-in VÖEN-i 1500489231) Bakı şəhəri, AZ1005, Nizami küçəsi, 67 ünvanında yerləşən Azərbaycan Beynəlxalq Bankının Bakı filialındakı (Bankın VÖEN-i 9900001881, M/h 0137010002944, KOD: 805045, SWIFT KOD: IBAZAZ2X) 33308029449330114120 nömrəli hesabına ödənilməli və müvafiq bank sənədi LƏQ-ə təqdim olunmalıdır. Bu tenderdə iştirak etmək marağında olan İddiaçılar həmin ünvandan əlavə məlumat əldə edə bilərlər. 4. Tender təklifləri tender təkliflərinin açılışından sonra 90 (doxsan) gün ərzində qüvvədə qalmalıdır və hər bir lot üzrə Tender Təklifinə Təminat Bəyannaməsi ilə müşayiət olunmalıdır. 5. Tender təklifləri 20 may 2011-ci il tarixdə yerli vaxtla saat 16.00-dan gec olmayaraq Bakı, şəhəri, Xətai prospekti, 49 ünvanında yerləşən Azərbaycan Respublikası Təhsil Nazirliyi Təhsil Sektorunun İnkişafı Layihəsinin Əlaqələndirmə Qrupuna (2-ci mərtəbə) təqdim edilməlidir. Elektron təkliflərin təqdim edilməsinə icazə verilmir. Tender təklifləri açılışda iştirak etməyi qərara almış İddiaçıların nümayəndələrinin iştirakı ilə 20 may 2011-ci il tarixdə yerli vaxtla saat 16.10-da Bakı, şəhəri, Xətai prospekti, 49 ünvanında yerləşən Təhsil Nazirliyi binasının 4-cü mərtəbəsində yerləşən böyük zalında açılacaqdır. 6. Gecikdirilmiş tender təklifləri rədd ediləcək və açılmadan geri qaytarılacaqdır.     Azərbaycan Respublikasınnın Təhsil Nazirliyi Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihənin Əlaqələndirmə Qrupu Bakı şəhəri, AZ1008, Xətai prospekti, 49 Tel: +994 (12) 496-37-59/60 Faks: + 994 (12) 496-93-68

Ali təhsil müəssisələrinin rəhbərlərinə

2011-ci ilin 15-18 iyul tarixlərində Polşada VIII illik Varşava Şərqi Avropa elmi-praktik  konfransı keçiriləcəkdir. Varşava Universitetinin Şərqi Avropa Mərkəzi tərəfindən təşkil edilən bu konfrans postsovet ölkələrinin müstəqilliyinin 20 illiyinə həsr olunur. Konfrans zamanı son 20 ildə postsovet ölkələrində yeni dəyərlərə keçid və demokratik quruculuğun nəticələri ilə bağlı müzakirələrin  aparılması nəzərdə tutulur. Konfransın işçi dili – ingilis dilidir. Konfransın işində alimlər, doktorantlar, ekspertlər iştirak edə bilərlər. Konfrans haqqında ətraflı məlumatı www.studium.uw.edu.pl/weec ünvanından (e-mail: conf.studium@ uw.edu.pl) almaq olar.

Yaponiya hökuməti 2012-ci il üçün tibb, stomotologiya, baytarlıq və əczaçılıq sahələrində tədqiqatlarla məşğul olan şəxslər üçün təqaüd proqramlarını təklif edir.

Təqaüd Proqramına aşağıdakı şəxslər müraciət edə bilər: Tibb, stomotologiya, baytarlıq və əczaçılıq sahələrində 6 illik ali təhsilə malik olmalı; 2 aprel 1977-ci il tarixindən sonra anadan olmuş və yaşı 22-dən çox olan şəxslər; Yapon dilini öyrənmək arzusunda olanlar.     Aşağıdakı şəxslər Təqaüd Proqramına müraciət edə bilməzlər: Doktoranturanı bitirmiş şəxslər; Yaponiyanın vətəndaşı olan şəxslər; Daha əvvəl Yaponiya hökumətinin təqaüdündən istifadə etmiş şəxslər.     Təqaüd Proqramının müddəti:  2012-ci ilin aprel ayından – 2014-cü ilin mart ayınadək (24 ay) 2012-ci ilin oktyabr ayından – 2014-cü ilin mart ayınadək (18 ay)     Təhsil müddətinə 6 aylıq yapon dili kursu da daxildir.   Daha ətraflı məlumatları və ərizə formalarını www.jpf.go.jp/e/program/intel.html  internet səhifəsindən əldə etmək mümkündür. Sənədləri 10 iyun 2011-ci il tarixindən gec olmayaraq Yaponiyanın Bakıdakı səfirliyinə təqdim etmək olar.  

Yaponiya hökuməti 2012-ci il üçün texnologiya kollecində təhsil alan tələbələr üçün mexaniki mühəndislik, elektronika üzrə mühəndislik, İKT üzrə mühəndislik, memarlıq üzrə mühəndislik və s sahələrdə təqaüd proqramlarını təklif edir.

Təqaüd Proqramına aşağıdakı şəxslər müraciət edə bilər: Azərbaycan Respublikasının vətəndaşı olmalı; 2 aprel 1990-cı il və 1 aprel 1995-ci il tarixləri arasındakı müddətdə anadan olmuş şəxslər; Orta təhsili bitirmiş şəxslər; Yapon dilini öyrənmək arzusunda olanlar; Təqaüd müddətində həqiqi hərbi xidmət möhləti olanlar.     Aşağıdakı şəxslər Təqaüd Proqramına müraciət edə bilməzlər: Yaponiyanın vətəndaşı olan şəxslər; Daha əvvəl Yaponiya hökumətinin təqaüdündən istifadə etmiş şəxslər.    Təqaüd Proqramı 2012-ci ilin aprel ayından 2016-ci ilin mart ayınadək 4 illik müddəti əhatə edir. Təqaüd proqramına 1 illik yapon dili kursu da daxildir. Daha ətraflı məlumatları və ərizə formalarını www.jpf.go.jp/e/program/intel.html  internet səhifəsindən əldə etmək mümkündür. Sənədləri 10 iyun 2011-ci il tarixindən gec olmayaraq Yaponiyanın Bakıdakı səfirliyinə təqdim etmək olar.  

Yaponiya hökuməti 2012-ci il üçün humanitar, sosial və təbiət elmləri sahələrində (hüquq, siyasət, pedaqojika, sosiologiya, ədəbiyyat, tarix, yapon dili, iqtisadiyyat, biznes idarəetməsi, riyaziyyat, fizika, kimya, mühəndislik, kənd təsərrüfatı, tibb, stomotologiya və s.) bakalavr səviyyəsi üçün təqaüd proqramlarını təklif edir.

Təqaüd Proqramına aşağıdakı şəxslər müraciət edə bilər: Azərbaycan Respublikasının vətəndaşı olmalı; 2 aprel 1990-cı il və 1 aprel 1995-ci il tarixləri arasındakı müddətdə anadan olmuş şəxslər; Yapon dilini öyrənmək arzusunda olanlar; Təqaüd müddətində həqiqi hərbi xidmət möhləti olanlar.   Aşağıdakı şəxslər Təqaüd Proqramına müraciət edə bilməzlər: Yaponiyanın vətəndaşı olan şəxslər; Daha əvvəl Yaponiya hökumətinin təqaüdündən istifadə etmiş şəxslər.   Təqaüd Proqramı 2012-ci ilin aprel ayından 2017-ci ilin mart ayınadək 5 illik müddəti əhatə edir. Daha ətraflı məlumatları və ərizə formalarını www.jpf.go.jp/e/program/intel.html  internet səhifəsindən əldə etmək mümkündür. Sənədləri 10 iyun 2011-ci il tarixindən gec olmayaraq Yaponiyanın Bakıdakı səfirliyinə təqdim etmək olar.  

Təhsil sektorunda əməkhaqqı siyasətinin təhlili üzrə milli məsləhətçi

Tapşırığın adı: Təhsil  sektorunda əməkhaqqı siyasətinin təhlili üzrə milli məsləhətçi İcra olunduğu yer: Təhsil Nazirliyi İcra müddəti: 3 iş ayı Tapşırıq və vəzifələr: Milli məsləhətçi, əməkhaqqı siyasəti üzrə beynəlxalq məsləhətçinin rəhbərliyi altında aşağıdakıları həyata keçirəcəkdir: Təhsil sektoru üzrə əməkhaqqı siyasətinə dair müvafiq qanun və qanunvericilik sənədlərini toplamaq və tərcüməsini təmin etmək və siyasi iqtisadi amillərə dair Azərbaycan Respublikası haqqında məlumat  vermək; Təhsil sahəsində çalışanların əməkhaqqı fondu, təhsil sahəsinə ayrılan dövri xərclər, işçi heyətinin sayı və əməkhaqqı cədvəli haqqında məlumatların toplanılması; Müəllimlərin əmək haqqlarına dair nizamnamə və məlumat göstəricilərinin toplanılması (əməkhaqqı bazası, qanunvericiliklə nəzərdə tutulan əməkhaqqı artımı, pul və qeyri-pul yardımı, mükafat, səlahiyyət, ixtisaslaşma, təcrübə, bacarıq və digər amillərə əsasən əməkhaqqı), bütöv ölkə, region, institut üzrə ödəniş fərqli olduğu təqdirdə, ödəniş strukturu haqqında məlumat və məlumat göstəricilərinin toplanılması; Əməkhaqqı fondu siyasətinə dair ümumi məlumat, o cümlədən ödənişin uyğunluğu və əməkhaqqının təyin edilməsi qaydalarının yoxlanılması məqsədilə, yerli təhsil işçiləri ilə müsahibələrin təşkili və müsahibələrdə iştirak; Təhsil sahəsində çalışan işçi heyəti (o cümlədən, akademik və qeyri akademik işçilər daxil olmaqla) regionlar və institutlar üzrə məlumatların toplanılması; Yuxarıda göstərilməyən və beynəlxalq məsləhətçi tərəfindən tələb olunduğu təqdirdə informasiya  və məlumat  göstəricilərinin toplanılması.  İxtisas tələbləri: İctimai idarəetmə, təhsil, iqtisadiyyat və ya digər münasib sahələrdə müvafiq ixtisaslaşması; Dövlət xərclərinin, xüsusən də, təhsilin maliyyələşdirilməsi və dövlət əməkhaqqı fondunun nəzərdən keçirilməsi və təhlilində təcrübəsi; Azərbaycanda Ali Təhsilin maliyyələşdirilməsi sahəsində biliyi; İngilis dilində əla danışıq və yazı bacarıqları. Tələb olunan sənədlər: Tərcümeyi-hal (CV)    Xahiş olunur, maraq göstərdiyiniz tapşırığın adını dəqiqliklə qeyd edəsiniz.  Son təqdim edilmə tarixi: 16 iyun 2011-ci il Əlaqə üçün məlumat: Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihənin Əlaqələndirmə Qrupu, Bakı şəhəri, Xətai prospekti, 49. Əlaqə telefonları: 496-37-59, 496-37-60 Email: smasimova@ultel.net  

“2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində xarici ölkələrin ali məktəblərində təhsil almaq məqsədilə müsabiqə barədə elan

Azərbaycan Respublikası Təhsil Nazirliyi 2011-2012-ci tədris ilində Azərbaycan Respublikası Prezidentinin 16 aprel 2007-ci il tarixli 2090 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində təhsil almaq məqsədilə xarici ölkələrin ali məktəblərinə aşağıdakı ixtisaslar üzrə qəbul olunanların sənəd qəbulunu elan edir:   - informasiya texnologiyaları; - mühəndislik; - neft sənayesi; - tibb; - riyaziyyat; - fizika; - biologiya; - kimya; - ekologiya; - kənd təsərrüfatı; - turizm; - mühasibat uçotu.  Müsabiqədə orta və ali məktəbdə təhsil aldığı dövrdə yüksək nailiyyətlər əldə etmiş Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Sərəncamları ilə təsdiq edilmiş “Xarici ölkələrdə təhsil alacaq Azərbaycan gənclərinin seçim Qaydaları”na və “Azərbaycan gənclərinin xaricdə təhsil almaları məqsədi ilə seçilmiş ali təhsil müəssisələrinin siyahısı”na uyğun olaraq xarici ölkələrin ali məktəblərində təhsil alan və ya təhsil almağa dəvət (şərtsiz) almış Azərbaycan Respublikası vətəndaşları iştirak edə bilər. I. Bakalavr dərəcəsi üzrə təhsil almaq məqsədilə müsabiqədə iştirak etmək üçün aşağıdakı sənədlər təqdim olunmalıdır: 1. elektron ərizə (çap edilərək imzalanmış nüsxə); 2. 2011-2012-ci dərs ilində xarici ali təhsil müəssisələrinə qəbul olunanlar üçün qəbul haqqında müvafiq sənədin notariat qaydada tərcümə və    təsdiq edilmiş surəti və ümumi orta təhsil haqqında* və ya orta ixtisas   təhsili haqqında notariat qaydada təsdiq edilmiş sənədin surəti; 3. hazırda xarici ali təhsil müəssisəsində təhsil alanlar üçün müvafiq ali  məktəbdə təhsil almaq barədə təsdiqlənmiş   sənədin və transkriptin (fənlər üzrə akademik göstəricilər) notariat qaydada tərcümə və təsdiq   edilmiş surətləri;   4. ölkənin ali təhsil müəssisələrinin bakalavr səviyyəsində təhsil alanlar üçün tələbə qəbulu üzrə aparılan test imtahanında göstərdiyi nəticələri  təsdiq edən sənəd, təhsil aldığı ali məktəb tərəfindən verilmiş arayış və transkript (fənlər üzrə akademik göstəricilər); 5. tələb olunan tədris dili imtahanının (TOEFL, IELTS və s.) və digər imtahanların verilməsi üzrə müəyyən olunmuş rəsmi sertifikatın notariat  qaydada təsdiq edilmiş surəti (mövcud olduğu halda); 6. bitirdiyi ümumi orta və ya orta ixtisas təhsili və ya hazırda təhsil aldığı ali təhsil müəssisəsi tərəfindən rəsmi şəkildə təsdiqlənmiş tövsiyə məktubları (2 ədəd); 7. fəxri təltiflər, sertifikatlar, diplomlar və digər bu kimi sənədlərin surətləri (mövcud olduğu halda); 8. sağlamlıq haqqında arayış (AZS-086 nömrəli tibbi arayış); 9. tərcümeyi-hal (CV)  10. 3,5x4,5 sm. ölçüdə 6 ədəd rəngli fotoşəkil  11. şəxsiyyət vəsiqəsinin surəti 12. ümumvətəndaş pasportunun surəti *Qeyd. 2010-2011-ci dərs ilində orta məktəbi bitirən ərizəçilər orta təhsil haqqında sənəd (attestat) aldıqdan sonra müraciət edə bilərlər. II. Magistratura, ordinatura, aspirantura, elmlər namizədi, rezidentura və elmlər doktoru dərəcəsi üzrə təhsil almaq məqsədilə müsabiqədə iştirak etmək üçün aşağıdakı sənədlər təqdim olunmalıdır: 1. elektron ərizə (çap edilərək imzalanmış nüsxə); 2. 2011-2012-ci dərs ilində xarici ali təhsil müəssisələrinə qəbul olunanlar üçün qəbul haqqında müvafiq sənədin notariat qaydada tərcümə və    təsdiq edilmiş surəti; 3. hazırda xarici ali təhsil müəssisəsində  təhsil alanlar üçün müvafiq ali  məktəbdə təhsil almaq barədə təsdiqlənmiş  sənədin və transkriptin  (fənlər üzrə akademik göstəricilər) notariat qaydada tərcümə və təsdiq edilmiş surətləri; 4. ölkənin ali təhsil müəssisələrinin magistratura və digər səviyyələrində  təhsil alanlar üçün təhsil aldığı ali məktəb tərəfindən verilmiş arayış və  transkript (fənlər üzrə akademik göstəricilər); 5. işlədiyi müəssisədən və ya təhsil aldığı ali məktəbdən 2 ədəd tövsiyə  məktubları  (xaricdə təhsilin alan və ya işləyənlər üçün – notariat  qaydada tərcümə və təsdiq edilmiş surətləri); 6. notariat qaydada təsdiq edilmiş ali təhsil haqqında bakalavr, magistr  və ya elmlər namizədi diplomlarının əlavələrlə birlikdə surətləri  (xaricdə təhsilini başa vuranlar üçün – notariat qaydada tərcümə   və təsdiq edilmiş surətləri); 7. tələb olunan tədris dili imtahanının (TOEFL, IELTS və s.) və digər imtahanların verilməsi üzrə müəyyən olunmuş rəsmi sertifikatın notariat  qaydada təsdiq edilmiş surəti (mövcud olduğu halda); 8. digər təhsil müəssisələrində, kurslarda, ordinatura, aspirantura və  magistraturada oxumağı təsdiqləyən sənədlərin notariat qaydada   təsdiqlənmiş surətləri (xaricdə təhsilini başa vuranlar üçün – notariat qaydada tərcümə və təsdiq edilmiş surətləri); 9. sağlamlıq haqqında arayış (AZS-086 nömrəli tibbi arayış); 10. elmlər namizədi və ya elmlər doktoru dərəcəsi almaq üçün xarici ölkədə təhsil almaq istəyən şəxslər üçün müvafiq sənədlərə əlavə olaraq tədris və tədqiqat işinə dair ümumi məlumat, həmçinin, məqalə, tezis, monoqrafiya, digər elmi nəşrlər və tədris-metodiki işlərin siyahısı; 11. tərcümeyi-hal (CV)  12. 3,5x4,5 sm. ölçüdə 6 ədəd rəngli fotoşəkil  13. şəxsiyyət vəsiqəsinin surəti 14. ümumvətəndaş pasportunun surəti Qeyd. Bakalavrdan sonrakı təhsil səviyyəsi üçün müraciət edən, həqiqi hərbi xidmətə çağırışçı olan namizəd müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ aldığını təsdiq edən sənədi və ya hərbi xidmət keçdiyi halda, hərbi biletin notariat qaydada təsdiq olunmuş surətini təqdim etməlidir. elektron ərizə formasını doldurub, çap edib imzalayaraq, müvafiq sMüsabiqədə iştirak etmək istəyənlər ənədlərlə birgə Təhsil Nazirliyində qeydiyyatlarını təsdiq etdirməlidirlər. Müraciətlərin təsdiqi, elektron ərizə doldurularkən ərizəçilər tərəfindən seçilmiş qəbul vaxtlarında Təhsil Nazirliyində həyata keçirilir. Qeyd. Təhsil Nazirliyinə təqdim olunmuş sənədlər geri qaytarılmır. Müraciət üçün son müddət 20 avqust 2011-ci il.  Əlaqə telefonları: 496-91-13; 496-33-11; 496-34-00 (daxili: 164; 260; 179) 2011-2012-ci TƏDRİS İLİ ÜÇÜN ELEKTRON ƏRİZƏ

Tenderin nəticələri barədə

15/08/2020

Müəllimlərin işə qəbulu müsabiqəsinin üstünlükləri #TəhsilNazirliyi #EduAz #MİQ #Müəllim #MüəllimlərinİşəQəbulu

More
15/08/2020

Peşə təhsilinin perspektivləri və gənclərə yaratdığı fürsətlər müzakirə #TəhsilNazirliyi #EduAz #PeşəTəhsili

More
15/08/2020

Şagirdlərin elektron yerdəyişməsi sistemində hansı yeniliklər edilib? #TəhsilNazirliyi #EduAz #TətilVaxtı #EvdəQal

More

Sayt test rejimində çalışır