• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri
FAQ

ƏTRAF MÜHİTİN MÜHAFİZƏSİ VƏ İDARƏÇİLİYİ PLANI ÜZRƏ TƏLİMİN TƏŞKİLİNƏ DAİR MARAQLARIN İFADƏSİ ÜÇÜN DƏVƏT

DÖVLƏT İNVESTİSİYALARI ÜZRƏ KADR POTENSİALININ GÜCLƏNDİRİLMƏSİ LAYİHƏSİ (Kredit № 4595AZ)   ƏTRAF MÜHİTİN MÜHAFİZƏSİ VƏ İDARƏÇİLİYİ PLANI ÜZRƏ TƏLİMİN TƏŞKİLİNƏ DAİR   MARAQLARIN İFADƏSİ ÜÇÜN DƏVƏT     Azərbaycan Hökuməti və Beynəlxalq İnkişaf Assosiasiyası arasında imzalanmış 4595AZ nömrəli Maliyyələşdirmə Sazişinə əsasən Dövlət İnvestisiyaları üzrə Kadr Potensialının Gücləndirilməsi Layihəsi həyata keçirilir. Layihənin İcraçı Agentliyi kimi Təhsil Nazirliyi təyin edilmişdir. Layihə üçün ayrılmış vəsaitin bir hissəsinin “Ətraf mühitin mühafizəsi və idarəçiliyi planı üzrə təlim”in maliyyələşməsinə sərf edilməsi nəzərdə tutulub.   Təlimin məqsədi: Təlim kursunun əsas məqsədi ətraf mühit idarəçiliyi planının hazırlanmasında və icrasında təlim iştirakçılarının bilik və bacarıqlarını gücləndirməkdən ibarətdir.  Təlim, dövlət investisiya sektorunda ətraf mühitə nəzarət və icra keyfiyyətinin yaxşılaşdırılması üçün sistemli məsələlərə; ətraf mühitə təsirin qiymətləndirilməsi və ətraf mühitin idarəçiliyi planlarının hazırlanmasında xüsusi məsələlərə; ətraf mühitin monitorinq planının hazırlanması və icrasına, eləcə də çatışmazlıqların aradan qaldırılması üsullarını əks etdirən monitorinq və ətraf mühitə nəzarət hesabatının hazırlanması məsələlərinə toxunacaq.     Təlim təchizatçısı üçün ixtisas tələbləri: Təlim təchizatçısı ətraf mühitin mühafizəsi və idarəçiliyi planı üzrə təlimlər keçirmək potensialı olan və bu sahə üzrə uğur qazanmış və geniş təcrübəyə malik olan nüfuzlu şirkət olmalıdır. Şirkətin təlimçiləri tələb olunan təhsil və ixtisas tələblərinə cavab verməli və ətraf mühitə təsirin qiymətləndirilməsi və ətraf mühit idarəçilik planı üzrə ən azı 5 illik təcrübəyə malik olmalıdır. Azərbaycanda təcrübəyə və Azərbaycan və ya ingilis/rus/türk dillərini bilən heyətə malik olan şirkətə üstünlük verilir.   İcra müddəti: mart – iyun 2011-ci il   Təhsil Nazirliyi müvafiq şirkətləri qeyd olunan təlimin həyata keçirilməsinə maraqlarını bildirməyə dəvət edir. Xidmətlərə maraq göstərən şirkətlər ixtisas tələblərinə cavab verdiklərini təsdiq edən aşağıdakı məlumatları və sənədləri 2011-ci il fevralın 25-nə qədər aşağıdakı ünvana təqdim etməlidirlər: müraciət məktubu; yerinə yetirilmiş müvafiq xidmətlərin təsviri; müvafiq bacarıq və təcrübəyə malik olan heyət haqqında məlumat; nizamnamə.   Şirkət Dünya Bankının “Borcalanlar tərəfindən məsləhətçilərin seçimi və işə götürülməsi qaydaları”na əsaslanan Məsləhətçinin Keyfiyyət Göstəricilərinə dair satınalma metodu ilə seçiləcəkdir.   Əlavə məlumatları iş günləri ərzində saat 09.00-dan 18.00-dək aşağıdakı ünvandan əldə etmək mümkündür:   Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Layihənin Əlaqələndirmə Qrupu, AZ1008, Bakı şəhəri, Xətai prospekti, 49. Əlaqələndirici şəxs: Elvin Rüstəmov Əlaqə telefonları: 496-37-59, 496-37-60; faks: 496-93-68. Email: erustamov@ultel.net

KURİKULUMLA BAĞLI MATERİALLARIN TƏRCÜMƏ EDİLMƏSİ ÜÇÜN AZƏRBAYCAN-İNGİLİS DİLLİ TƏRCÜMƏÇİNİN SEÇİLMƏSİNƏ DAİR MÜSABİQƏ

Tapşırığın adı:   Kurikulumla bağlı materialların tərcümə edilməsi üçün Azərbaycan-İngilis dilli tərcüməçi İcra olunduğu yer:   Təhsil Nazirliyi İcra müddəti:   2011-2013 Tapşırıq və vəzifələr:   Tərcüməçi aşağıdakı əsas tapşırıqları və vəzifələri yerinə yetirəcəkdir: Kurikulumla bağlı ingilis dilində mövcüd olan materialları “Kurrikulum islahatının davam etdirilməsi və kurrikulumun tətbiqinə dəstək” alt-komponentinin koordinatorundan əldə etmək və Azərbaycan dilinə tərcüməsini təmin etmək; Kurikulumla bağlı Azərbaycan dilində mövcüd olan materialların “Kurrikulum islahatının davam etdirilməsi və kurrikulumun tətbiqinə dəstək” alt-komponentinin koordinatorundan əldə etmək və ingilis dilinə tərcüməsini təmin etmək; Kurikulum portalında yerləşdiriləcək məlumat və materialları Kurikulum Mərkəzindən əldə etmək və ingilis dilinə tərcüməsini təmin etmək; “Kurrikulum islahatının davam etdirilməsi və kurrikulumun tətbiqinə dəstək” alt-komponentinin koordinatorunun tapşırığı ilə digər sənədləri tərcümə etmək.   İxtisas tələbləri: Tərcüməçi və ya buna yaxın ixtisas üzrə ali təhsili; Azərbaycan-ingilis dilli tərcüməçi vəzifəsində azı üç (3) il iş təcrübəsi (təhsil sahəsində təcrübəyə malik olanlara üstünlük veriləcəkdir); Kompüterdən istifadə etmə bacarığı. Tələb olunan sənədlər:   Tərcümeyi-hal (CV)    Xahiş olunur, maraq göstərdiyiniz tapşırığın adını dəqiqliklə qeyd edəsiniz. Son təqdim edilmə tarixi: 2 mart 2011-ci il Əlaqə üçün məlumat:   Azərbaycan Respublikasının Təhsil Nazirliyi,   Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihənin Əlaqələndirmə Qrupu,   Bakı şəhəri, Xətai prospekti, 49.   Əlaqə telefonları: 496-37-59/60   Email: smasimova@ultel.net

İNFORMASİYA SİSTEMLƏRİNİN SATINALINMASI ÜZRƏ MÜTƏXƏSSİS SEÇİLMƏSİNƏ DAİR MÜSABİQƏ

Tapşırığın adı:   İnformasiya Sistemlərinin satınalınması üzrə mütəxəssis İcra olunduğu yer:   Təhsil Nazirliyi İcra müddəti:   2011-2013 Tapşırıq və vəzifələr: İnformasiya Sistemləri ilə əlaqədar hər bir satınalma fəaliyyətinin icra qrafikinin işlənilib hazırlanması, nəzərdə tutulan əməliyyatların icra edilməsi və bütün lazımi təşkilati tədbirlərin  həyata keçirilməsi; İnformasiya Sistemlərinin satınalınması məqsədilə texniki spesifikasiyalarının hazırlanması; Benefisiarlarla sıx əməkdaşlıq edərək tender sənədlərinin hazırlanması, TSİİL çərçivəsi daxilində informasiya sistemlərinin satınalınması məqsədilə tenderlərin həyata keçirilməsi; İnformasiya Sistemlərinin satınalınmasına dair elanın hazırlanması və dərc edilməsinin təmin edilməsi; Tender/rəqabətə əsaslanan tender proseslərinə dair yazışmalarda (məktublar, müqavilələr, şərhlər və s. ilə əlaqədar)  lazımi sənədlərin işlənilib hazırlanması; Zəruri hallarda tenderqabağı konfransların planlaşdırılması və həyata keçirilməsi; Tenderin açılması ilə əlaqədar protokolların hazırlanması,  tender təklifləri/maraqlarının qiymətləndirilməsi və standart hesabatlar və müqavilələrin hazırlanması; Benefisiarlarla sıx əlaqələndirmə aparmaqla, İnformasiya Sistemlərinin idarəolunmasının həyata keçirilməsi, müqavilənin cari vəziyyətinin nəzərdən keçirilməsi və nəticələrlə bağlı LƏQ Direktoruna hesabat verilməsi; Kompüter  avadanlıqlarının quraşdırılması, təminatı və yekun qəbul proseduralarında iştirak etmək; İnformasiya Sistemlərinə dair müqavilələrin icra prosesində LƏQ-ə daxil olan sənədlərin təhlili və lazımi təşkilati tədbirlərin müəyyənləşdirilməsi; İnformasiya Sistemlərinin satınalınması prosesi ilə əlaqədar müqavilələrin müvafiq arxivləşdirmə və fayl sisteminin hazırlanması; Tapşırılan digər vəzifələrin yerinə yetirilməsi. İxtisas tələbləri: Kompüter, İnformasiya Sistemləri, mühəndislik və digər müvafiq  sahələr üzrə ali təhsil; İnformasiya prosesləri texnikasının idarəedilməsinin tətbiqi üzrə, əsasən İnformasiya Sistemlərinin satınalınması üzrə üç (3) il peşəkar təcrübə; İnformasiya Sistemlərinin satınalınması üzrə Dünya Bankının və ya digər beynəlxalq təşkilat və agentliklərin proseduraları ilə tanışlıq;  Azərbaycan və İngilis dillərində səlis yazı, şifahi ünsiyyət, anlama və əməkdaşlıq bacarıqları. Tələb olunan sənədlər:   Tərcümeyi-hal (CV)   Xahiş olunur, maraq göstərdiyiniz tapşırığın adını dəqiqliklə qeyd edəsiniz. Son təqdim edilmə tarixi:   2 mart 2011-ci il Əlaqə üçün məlumat:   Azərbaycan Respublikasının Təhsil Nazirliyi,   Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihənin Əlaqələndirmə Qrupu,   Bakı şəhəri, Xətai prospekti, 49.   Əlaqə telefonları: 496-37-59/60   Email: smasimova@ultel.net      

“2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində təhsil almaq istəyənlərin diqqətinə

Respublikamızın kadrlara olan tələbatı nəzərə alınaraq 2010-2011-ci tədris ilindən etibarən “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində təhsil almaq istəyənlərin seçim prosesində aşağıdakı ixtisas sahələri üzrə mütəxəssislərin hazırlanmasına üstünlük veriləcəkdir:   - informasiya texnologiyaları; - mühəndislik; - neft sənayesi; - tibb; - riyaziyyat; - fizika; - biologiya; - kimya; - ekologiya; - kənd təsərrüfatı.   Azərbaycan Respublikası Təhsil Nazirliyi

MƏKTƏBƏQƏDƏR TƏHSİL KURİKULUMUNUN HAZIRLANMASI MƏQSƏDİLƏ MƏSLƏHƏTÇİLƏRİN SEÇİLMƏSİNƏ DAİR MÜSABİQƏ

  TƏHSİL SEKTORUNUN İNKİŞAFI ÜZRƏ İKİNCİ LAYİHƏ KREDİT № 4394AZ   MƏKTƏBƏQƏDƏR TƏHSİL KURİKULUMUNUN HAZIRLANMASI MƏQSƏDİLƏ MƏSLƏHƏTÇİLƏRİN SEÇİLMƏSİNƏ DAİR MÜSABİQƏ   Azərbaycan Hökuməti Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihənin xərclərini ödəmək məqsədilə Dünya Bankından maliyyə vəsaiti almışdır. Həmin vəsaitin bir hissəsinin məsləhətçi xidmətlərinə sərf edilməsi nəzərdə tutulmuşdur.   Xidmətlərin məqsədi: Milli kontekstə uyğunlaşdırılmış beynəlxalq təcrübəni inteqrasiya edərək məktəbəqədər kurikulumun hazırlanmasına və tətbiqi prosesinə dəstək verməkdir.   Təhsil Nazirliyi bu layihə çərçivəsində aşağıdakı ixtisaslar üzrə məsləhətçiləri müsabiqədə iştirak etməyə dəvət edir:   Namizədlər üçün ixtisas tələbləri:   1. Məktəbəqədər təhsil kurikulumu üzrə psixoloq Sosial elmlər və ya müvafiq sahə üzrə ali təhsil; Beynəlxalq perspektiv daxil olmaqla məktəbəqədər təhsil kurikulumuna psixoloji yanaşma sahəsində təcrübə və biliyə malik olmaq; Məktəbəqədər təhsil kurikulumunun hazırlanması sahəsində ən azı 2 illik iş təcrübəsinə malik olmaq; Məktəbəqədər təhsil sahəsində təcrübəyə malik olmaq; Azərbaycan dilində səlis yazmaq və danışmaq bacarığı; Kurikulum və proqramların hazırlanması üzrə layihələrdə əvvəllər iştirak edənlərə üstünlük veriləcək; İngilis dilini bilənlərə üstünlük veriləcək.   2. Məktəbəqədər təhsil metodologiyası üzrə mütəxəssis Sosial elmlər və ya müvafiq sahə üzrə ali təhsil; Məktəbəqədər təhsil kurikulumu üzrə səmərəli metodologiya əsas olmaqla məktəbəqədər təhsil kurikulumunun hazırlanması sahəsində ən azı 2 illik iş təcrübəsinə malik olmaq; Xüsusi qayğıya ehtiyacı olan uşaqlara istiqamətlənən məktəbəqədər təhsil proqramları sahəsində təcrübəyə malik olmaq; Tərbiyəçilərin təlimləndirilməsi, spesifik olaraq yaşlıların təlimi ilə bağlı metodologiya sahəsində təcrübəyə malik olmaq; Azərbaycan dilində səlis yazmaq və danışmaq bacarığı; Kurikulum və proqramların hazırlanması üzrə layihələrdə əvvəllər iştirak edənlərə üstünlük veriləcək; İngilis dilini bilənlərə üstünlük veriləcək.   3. Məktəbəqədər təhsil kurikulumu üzrə dil və kommunikasiya mütəxəssisi Sosial elmlər və ya müvafiq sahə üzrə ali təhsil; Dil və savadlılığın inkişafına diqqət verməklə məktəbə qədər təhsil kurikulumuna inteqrativ yanaşma sahəsində təcrübəyə və bununla bağlı biliyə malik olmaq; Xüsusi qayğıya ehtiyacı olan uşaqlara istiqamətlənən beynəlxalq məktəbəqədər təhsil kurikulumu modelləri ilə bağlı biliyə malik olmaq; Məktəbəqədər təhsil sahəsində təcrübəyə malik olmaq; Tərbiyəçilərin təlimində, xüsusilə də yaşlı öyrənənlərlə bağlı metodologiya sahəsində təcrübəyə malik olmaq; Azərbaycan dilində səlis yazmaq və danışmaq bacarığı; Kurikulum və proqramların hazırlanması üzrə layihələrdə əvvəllər iştirak edənlərə üstünlük veriləcək; İngilis dilini bilənlərə üstünlük veriləcək.   4. Məktəbəqədər təhsil kurikulumu üzrə mütəxəssis Sosial elmlər və ya müvafiq sahə üzrə ali təhsil; Məktəbəqədər təhsil kurikulumunun hazırlanması sahəsində ən azı 2 illik iş təcrübəsinə malik olmaq; Beynəlxalq qurumlarla spesifik əlaqəli məktəbəqədər təhsil kurikulumu modelləri ilə tanışlıq və biliyə malik olmaq; Beynəlxalq məktəbəqədər təhsil standartları xüsusilə də erkən yaş dövrü üzrə kurikulumla tanışlıq və biliyə malik olmaq; Xüsusi məktəbəqədər təhsil sahəsində beynəlxalq standartlarla tanışlıq və biliyə malik olmaq; İnklüsiv məktəbəqədər təhsil sahəsində təcrübəyə malik olmaq; Tərbiyəçilərin təlimində, xüsusilə də yaşlı öyrənənlərlə bağlı metodologiya sahəsində təcrübəyə malik olmaq; Azərbaycan dilində səlis yazmaq və danışmaq bacarığı; İngilis dilini bilənlərə üstünlük veriləcək.   5. Məktəbəqədər təhsil üzrə qiymətləndirmə mütəxəssisi Sosial elmlər və ya müvafiq sahə üzrə ali təhsil; Qiymətləndirməyə diqqət verilməklə məktəbəqədər təhsil kurikulumunun hazırlanması sahəsində ən azı 2 illik iş təcrübəsinə malik olmaq; Beynəlxalq qurumların məktəbəqədər təhsilin qiymətləndirməsi ilə tanışlıq və bu haqda biliklərə malik olmaq; Kurikulum tərtibatı, eləcə də tipik və xüsusi qayğıya ehtiyacı olan məktəbəqədər yaşlı uşaqlar ilə bağlı beynəlxalq qiymətləndirmə standartları ilə tanışlıq və biliyə malik olmaq; Tərbiyəçilərin təlimində, xüsusilə də yaşlı öyrənənlərlə bağlı metodologiya sahəsində təcrübəyə malik olmaq; Azərbaycan dilində səlis yazmaq və danışmaq bacarığı; İngilis dilini bilənlərə üstünlük veriləcək.   İcra müddəti: aprel 2011-ci il-oktyabr 2013-cü il     Müsabiqə Dünya Bankının “Borcalanlar tərəfindən Məsləhətçilərin seçilməsi və İşə götürülməsi Qaydaları”na əsaslanan  Fərdi Məsləhətçilərin Seçim metodu əsasında keçiriləcəkdir.   Namizədlər yuxarıda göstərilən tələblərə cavab verdiklərini əks etdirən tərcümeyi-halın (CV) elektron və/və ya çap variantını Azərbaycan dilində 2011-ci il martın 17-nə qədər aşağıdakı ünvana təqdim etməlidirlər:   Xahiş olunur, müraciət etdiyiniz vakansiyanın adını dəqiqliklə qeyd edəsiniz.   Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihə, Layihənin Əlaqələndirmə Qrupu, AZ1008, Bakı şəhəri, Xətai prospekti, 49. Əlaqə telefonları: 496-37-59, 496-37-60; faks: 496-93-68. Email: smasimova@ultel.net

ELAN

Türkiyə Respublikasının Təhsil Nazirliyi Türk İşbirliyi və Kalkınma idarəsinin (TİKA) rəhbərliyi ilə birgə “Sənayedə avtomatlaşdırma texnologiyaları sahəsində müəllim təlimi” mövzusunda layihə həyata keçirməkdədir. Bu layihə çərçivəsində 10 noyabr-5 dekabr 2008-ci il və 24 may-18 iyun 2010-cu il tarixlərində İzmir Mazhar Zorlu Texniki və Sənaye Peşə Liseyində müəllim təlimi mərkəzində təlimlər keçirilib. Üçüncü qrup 10 müəllimin təlimi isə 02-27 may 2011-ci il tarixləri arasında planlaşdırılır. Bu müəllimlərin seçimi aşağıdakı tələblərə uyğun aparılır: 1. İKT sahəsində işləmək, bu sahə üzrə ixtisaslaşmış texniki peşə məktəbində ən az 5 illik iş təcrübəsinə malik olmaq; 2. Mexanika, elektronika, İKT sahələrindən biri üzrə ali məktəb məzunu olmaq; 3. 40-dan aşağı yaşda olmaq; 4. Oxumaq, yazmaq və anlamaq səviyyəsində Türk dilini bilmək; 5. Fiziki cəhətdən sağlam olmaq; 6. Türkiyədə birinci və ikinci qrup təlimlərdə iştirak etməmək. Bununla bağlı, ilk peşə ixtisas təhsili müəssisələrinin mühəndis-pedogoji heyətinin müvafiq sənədlərlə 1 aprel 2011-ci il saat 18:00 tarixinə qədər Təhsil Nazirliyi Texniki peşə təhsili şöbəsinə müraciət edə bilərlər. Əlaqələndirici şəxs: Texniki peşə təhsili şöbəsinin aparıcı məsləhətçisi N.Mahmudov.   Telefon: (+ 99412) 496-06-47 Daxili: 161 e-mail: namigm@yahoo.com

Polşa Respublikasının Mədəniyyət və Milli İrs Nazirliyinin “Gaude Polonia” və “Thesaurus Polonia” təqaüd proqramları

Polşa Respublikasının Mədəniyyət və Milli İrs Nazirliyi tərəfindən Mərkəzi və Şərqi Avropadan olan incəsənət xadimləri üçün “Gaude Polonia” və “Thesaurus Polonia” təqaüd proqramları elan edilmişdir.   “Gaude Polonia” təqaüd proqramına namizədlər üçün müəyyən edilmiş tələblər aşağıdakılardır: - Mərkəzi və Şərqi Avropa dövlətlərindən birinin vətəndaşı olmalı; - Polyak dilini bilməli (ilkin səviyyədə) - Yaş həddi maksimum 40 olmalı ( istisna hallarda 45-dək)   Təqaüd müsabiqə yolu ilə aşağıda qeyd olunan yaradıcı şəxslərə verilir: - Müvafiq incəsənət sahəsində böyük yaradıcı nailiyyətləri olan; - Böyük əhəmiyyət kəsb edən layihə üçün yardım istəyən; - Müvafiq sahədə ən azı iki görkəmli yaradıcı şəxs tərəfindən tövsiyə olunanlar.   Proqramda iştirak edəcək namizədlər aşağıdakı sənədləri təqdim etməlidirlər: - Doldurulmuş anket forması - ən azı 2 rəy - Diplomun surəti və onun təsdiq olunmuş polyak dilinə tərcüməsi - Müxtəlif müsabiqə, festival, sərgilər zamanı əldə olunmuş diplomların surəti və polyak dilinə tərcümələri - Polşadakı iş planı (2 səhifəyə qədər) - Rəylərin surəti və polyak dilinə tərcüməsi   Yuxarıda adı çəkilən proqramda iştirak etmək niyyətində olan namizədlər lazımi sənədləri Azərbaycan Respublikası Təhsil Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinə (Zəhra Cəfərova tel: 496-34-00; daxili: 171), surətlərini isə Polşa Milli Mədəniyyət Mərkəzinə (faks: (+4822) 2-100-104; e-mail: nck@nck.pl) göndərməlidirlər.   Proqram üçün son müraciət tarixi 30 sentyabr 2011-ci ildir.   “Thesaurus Polonia” 3 aylıq təqaüd proqramıdır və ingilis dilində təşkil ediləcəkdir. Təqaüd Polşa Respublikası mədəniyyət və tarixinə dair tədqiqat işi aparan namizədlər üçün nəzərdə tutulmuşdur.   Proqram 2 səviyyədə həyata keçirilir: 1. ProgramSenior – Baş müəllim və professorlar iştirak edə bilərlər. 2. ProgramJunior – Aspirant və elmlər doktorları iştirak edə bilərlər.   “ProgramSenior”un iştirakçıları aylıq 850 avro, “ProgramJunior”un iştirakçıları 600 avro, kitab və başqa ləvazimatlar üçün isə birdəfəlik 400 avro alacaqlar.   Proqramda iştirak edəcək namizədlər aşağıdakı sənədləri təqdim etməlidirlər: - CV - ən azı 2 rəy - tədqiqat işi haqda esse   “Thesaurus Polonia” proqramına ildə 2 dəfə qəbul aparılır: 1. 15 yanvardan 28 fevraladək 2. 15 maydan 30 iyunadək   Yuxarıda adı çəkilən proqramda iştirak etmək niyyətində olan namizədlər lazımi sənədləri Polşa Milli Mədəniyyət Mərkəzinə (Rynek Główny 25 31-008 Kraków Poland) göndərməlidirlər.   Ətraflı məlumatları aşağıdakı saytlardan əldə edə bilərsiniz: http://www.nck.pl/kategoria/234/gaude-polonia/pr/true http://www.mkidn.gov.pl/pages/strona-gloüna/finanse/stypendia/thesaurus-polonia.php

AZƏRBAYCAN RESPUBLİKASININ TƏHSİL NAZİRLİYİ SUMQAYIT ŞƏHƏRİ, TƏBİƏT FƏNLƏRİ TƏMAYÜLLÜ GİMNAZİYANIN TƏMİRİ ÜZRƏ TENDER ELAN EDİR

1. Azərbaycan Respublikası Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihə (TSİİL) ilə əlaqədar olan xərcləri ödəmək üçün Beynəlxalq İnkişaf Assosiasiyasından kredit almışdır və həmin kredit vəsaitlərinin bir hissəsini 4394AZ-NCB-080 nömrəli Müqavilə çərçivəsində Sumqayıt şəhəri, Təbiət Fənləri təmayüllü gimnaziyanın təmirinə çəkilən qanuni xərclərin ödənilməsinə sərf etmək niyyətindədir.   2. Borcalan tərəfindən TSİİL-in icraçısı təyin edilmiş Azərbaycan Respublikasının Təhsil Nazirliyi bu Tenderdə İştirak üçün Dəvət (TİD) əsasında Sumqayıt şəhəri, Təbiət Fənləri təmayüllü gimnaziyanın təmiri üzrə möhürlənmiş bağlı zərfdə tender təkliflərini qəbul edir:   3. Tender sənədləri (və bunların əlavə nüsxələri) 100 manat (AZN) məbləğində geri qaytarılmayan vəsaitin ödənilməsindən sonra Azərbaycan Respublikası, Bakı şəhəri, AZ1008, Xətai prospekti, 49 ünvanında yerləşən Təhsil Nazirliyinin Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihənin Əlaqələndirmə Qrupundan (LƏQ) əldə oluna bilər. Bu məbləğ LƏQ-in (LƏQ-in VÖEN-i 1500489231) Bakı şəhəri, AZ1005, Nizami küçəsi, 67 ünvanında yerləşən Azərbaycan Beynəlxalq Bankının Bakı filialındakı (Bankın VÖEN-i 9900001881, M/h 0137010002944, KOD: 805045, SWIFT KOD: IBAZAZ2X) 33308029449330114120 nömrəli hesabına ödənilməli və müvafiq bank sənədi LƏQ-ə təqdim olunmalıdır. Bu tenderdə iştirak etmək marağında olan İddiaçılar həmin ünvandan əlavə məlumat əldə edə bilərlər.   4. Tender təklifləri tender təkliflərinin açılışından sonra 90 (doxsan) gün ərzində qüvvədə qalmalıdır və hər bir lot üzrə Tender Təklifinə Təminat Bəyannaməsi ilə müşayiət olunmalıdır.   5. Tender təklifləri 04 may 2011-ci il tarixdə yerli vaxtla saat 16.00-dan gec olmayaraq Bakı, şəhəri, Xətai prospekti, 49 ünvanında yerləşən Azərbaycan Respublikası Təhsil Nazirliyi Təhsil Sektorunun İnkişafı Layihəsinin Əlaqələndirmə Qrupuna (2-ci mərtəbə) təqdim edilməlidir. Elektron təkliflərin təqdim edilməsinə icazə verilmir. Tender təklifləri açılışda iştirak etməyi qərara almış İddiaçıların nümayəndələrinin iştirakı ilə 04 may 2011-ci il tarixdə yerli vaxtla saat 16.10-da Bakı, şəhəri, Xətai prospekti, 49 ünvanında yerləşən Təhsil Nazirliyi binasının 4-cü mərtəbəsində yerləşən böyük zalında açılacaqdır.   6. Gecikdirilmiş tender təklifləri rədd ediləcək və açılmadan geri qaytarılacaqdır.     Azərbaycan Respublikasınnın Təhsil Nazirliyi Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihənin Əlaqələndirmə Qrupu Bakı şəhəri, AZ1008, Xətai prospekti, 49 Tel: +994 (12) 496 37 59/60 Faks: + 994 (12) 496 93 68

AZƏRBAYCAN RESPUBLİKASININ TƏHSİL NAZİRLİYİ BAKI ŞƏHƏRİ, NƏSİMİ RAYONU 164 NÖMRƏLİ ORTA MƏKTƏBİN TƏMİRİ ÜZRƏ TENDER ELAN EDİR

1. Azərbaycan Respublikası Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihə (TSİİL) ilə əlaqədar olan xərcləri ödəmək üçün Beynəlxalq İnkişaf Assosiasiyasından kredit almışdır və həmin kredit vəsaitlərinin bir hissəsini 4394AZ-NCB-079 nömrəli Müqavilə çərçivəsində Bakı şəhəri, Nəsimi rayonu 164 nömrəli orta məktəbin təmirinə çəkilən qanuni xərclərin ödənilməsinə sərf etmək niyyətindədir.   2. Borcalan tərəfindən TSİİL-in icraçısı təyin edilmiş Azərbaycan Respublikasının Təhsil Nazirliyi bu Tenderdə İştirak üçün Dəvət (TİD) əsasında Bakı şəhəri, Nəsimi rayonu 164 nömrəli orta məktəbin təmiri üzrə möhürlənmiş bağlı zərfdə tender təkliflərini qəbul edir:   3. Tender sənədləri (və bunların əlavə nüsxələri) 100 manat (AZN) məbləğində geri qaytarılmayan vəsaitin ödənilməsindən sonra Azərbaycan Respublikası, Bakı şəhəri, AZ1008, Xətai prospekti, 49 ünvanında yerləşən Təhsil Nazirliyinin Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihənin Əlaqələndirmə Qrupundan (LƏQ) əldə oluna bilər. Bu məbləğ LƏQ-in (LƏQ-in VÖEN-i 1500489231) Bakı şəhəri, AZ1005, Nizami küçəsi, 67 ünvanında yerləşən Azərbaycan Beynəlxalq Bankının Bakı filialındakı (Bankın VÖEN-i 9900001881, M/h 0137010002944, KOD: 805045, SWIFT KOD: IBAZAZ2X) 33308029449330114120 nömrəli hesabına ödənilməli və müvafiq bank sənədi LƏQ-ə təqdim olunmalıdır. Bu tenderdə iştirak etmək marağında olan İddiaçılar həmin ünvandan əlavə məlumat əldə edə bilərlər.   4. Tender təklifləri tender təkliflərinin açılışından sonra 90 (doxsan) gün ərzində qüvvədə qalmalıdır və hər bir lot üzrə Tender Təklifinə Təminat Bəyannaməsi ilə müşayiət olunmalıdır.   5. Tender təklifləri 04 may 2011-ci il tarixdə yerli vaxtla saat 16.00-dan gec olmayaraq Bakı, şəhəri, Xətai prospekti, 49 ünvanında yerləşən Azərbaycan Respublikası Təhsil Nazirliyi Təhsil Sektorunun İnkişafı Layihəsinin Əlaqələndirmə Qrupuna (2-ci mərtəbə) təqdim edilməlidir. Elektron təkliflərin təqdim edilməsinə icazə verilmir. Tender təklifləri açılışda iştirak etməyi qərara almış İddiaçıların nümayəndələrinin iştirakı ilə 04 may 2011-ci il tarixdə yerli vaxtla saat 16.10-da Bakı, şəhəri, Xətai prospekti, 49 ünvanında yerləşən Təhsil Nazirliyi binasının 4-cü mərtəbəsində yerləşən böyük zalında açılacaqdır.   6. Gecikdirilmiş tender təklifləri rədd ediləcək və açılmadan geri qaytarılacaqdır.     Azərbaycan Respublikasınnın Təhsil Nazirliyi Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihənin Əlaqələndirmə Qrupu Bakı şəhəri, AZ1008, Xətai prospekti, 49 Tel: +994 (12) 496 37 59/60 Faks: + 994 (12) 496 93 68

AZƏRBAYCAN RESPUBLİKASININ TƏHSİL NAZİRLİYİ QUBA ŞƏHƏR 2 NÖMRƏLİ TƏBİƏT FƏNLƏRİ TƏMAYÜLLÜ MƏKTƏB-LİSEYİN TƏMİRİ ÜZRƏ TENDER ELAN EDİR

1. Azərbaycan Respublikası Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihə (TSİİL) ilə əlaqədar olan xərcləri ödəmək üçün Beynəlxalq İnkişaf Assosiasiyasından kredit almışdır və həmin kredit vəsaitlərinin bir hissəsini 4394AZ-NCB-090 nömrəli Müqavilə çərçivəsində Quba şəhəri 2 nömrəli Təbiət Fənləri təmayüllü məktəb-liseyin təmirinə çəkilən qanuni xərclərin ödənilməsinə sərf etmək niyyətindədir.   2. Borcalan tərəfindən TSİİL-in icraçısı təyin edilmiş Azərbaycan Respublikasının Təhsil Nazirliyi bu Tenderdə İştirak üçün Dəvət (TİD) əsasında Quba şəhəri 2 nömrəli Təbiət Fənləri təmayüllü məktəb-liseyin üzrə möhürlənmiş bağlı zərfdə tender təkliflərini qəbul edir:   3. Tender sənədləri (və bunların əlavə nüsxələri) 100 manat (AZN) məbləğində geri qaytarılmayan vəsaitin ödənilməsindən sonra Azərbaycan Respublikası, Bakı şəhəri, AZ1008, Xətai prospekti, 49 ünvanında yerləşən Təhsil Nazirliyinin Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihənin Əlaqələndirmə Qrupundan (LƏQ) əldə oluna bilər. Bu məbləğ LƏQ-in (LƏQ-in VÖEN-i 1500489231) Bakı şəhəri, AZ1005, Nizami küçəsi, 67 ünvanında yerləşən Azərbaycan Beynəlxalq Bankının Bakı filialındakı (Bankın VÖEN-i 9900001881, M/h 0137010002944, KOD: 805045, SWIFT KOD: IBAZAZ2X) 33308029449330114120 nömrəli hesabına ödənilməli və müvafiq bank sənədi LƏQ-ə təqdim olunmalıdır. Bu tenderdə iştirak etmək marağında olan İddiaçılar həmin ünvandan əlavə məlumat əldə edə bilərlər.   4. Tender təklifləri tender təkliflərinin açılışından sonra 90 (doxsan) gün ərzində qüvvədə qalmalıdır və hər bir lot üzrə Tender Təklifinə Təminat Bəyannaməsi ilə müşayiət olunmalıdır.   5. Tender təklifləri 12 may 2011-ci il tarixdə yerli vaxtla saat 16.00-dan gec olmayaraq Bakı, şəhəri, Xətai prospekti, 49 ünvanında yerləşən Azərbaycan Respublikası Təhsil Nazirliyi Təhsil Sektorunun İnkişafı Layihəsinin Əlaqələndirmə Qrupuna (2-ci mərtəbə) təqdim edilməlidir. Elektron təkliflərin təqdim edilməsinə icazə verilmir. Tender təklifləri açılışda iştirak etməyi qərara almış İddiaçıların nümayəndələrinin iştirakı ilə 12 may 2011-ci il tarixdə yerli vaxtla saat 16.10-da Bakı, şəhəri, Xətai prospekti, 49 ünvanında yerləşən Təhsil Nazirliyi binasının 4-cü mərtəbəsində yerləşən böyük zalında açılacaqdır.   6. Gecikdirilmiş tender təklifləri rədd ediləcək və açılmadan geri qaytarılacaqdır.     Azərbaycan Respublikasınnın Təhsil Nazirliyi Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihənin Əlaqələndirmə Qrupu Bakı şəhəri, AZ1008, Xətai prospekti, 49 Tel: +994 (12) 496 37 59/60 Faks: + 994 (12) 496 93 68

15/08/2020

Müəllimlərin işə qəbulu müsabiqəsinin üstünlükləri #TəhsilNazirliyi #EduAz #MİQ #Müəllim #MüəllimlərinİşəQəbulu

More
15/08/2020

Peşə təhsilinin perspektivləri və gənclərə yaratdığı fürsətlər müzakirə #TəhsilNazirliyi #EduAz #PeşəTəhsili

More
15/08/2020

Şagirdlərin elektron yerdəyişməsi sistemində hansı yeniliklər edilib? #TəhsilNazirliyi #EduAz #TətilVaxtı #EvdəQal

More

Sayt test rejimində çalışır