• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri
FAQ

İslam İnkişaf Bankı 2013-2014-cü tədris ili üçün bu təşkilata üzv olan ölkələrin vətəndaşları üçün dünyanın bir sıra qabaqcıl universitetlərində doktorantura təhsili və doktoranturadan sonrakı tədqiqat işi üzrə təqaüd proqramı təklif edir.

Təqaüd proqramı ilə bağlı bütün xərclər təşkilatçılar tərəfindən qarşılanacaqdır. Proqram haqqında daha ətraflı məlumatları və ərizə formalarını http://www.isdb.org/irj/portal/anonymousNavigationTarget=navurl://c28c70fde436815fcff1257 ef5982a08 internet səhifəsindən və Təhsil Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsindən (Aqil Vəliyev, tel: 496-34-14) əldə etmək olar. Doldurulmuş ərizə formaları və digər lazimi sənədlər 24 dekabr 2012-ci il Təhsil Nazirliyinə təqdim oluna bilər.

İsveçrənin Lund Universitetinin hüquq fakültəsi tərəfindən 2013-2014-cü tədris ili üçün əqli mülkiyyət hüququ sahəsində aşağıdakı ixtisaslar üzrə 2 illik magistratura proqramı təklif olunur:

Beynəlxalq hüquq İnsan hüquqları hüququ Mütərəqqi insan hüquqları Milli və beynəlxalq hüquqda insan hüquqlarının prosedura hüququ Hüquqi yazı və tədqiqat Avropa əqli mülkiyyət hüququna giriş Əqli mülkiyyət hüququ üzrə insan hüquqları perspektivləri   Tələb olunan sənədlər aşağıdakılardır: Elektron formada doldurulmuş ərizə formasının çap olunmuş versiyası; İngilis dilinə tərcümə edilmiş və notarial qaydada təsdiq olunmuş diplomun və diploma əlavənin surətləri; Sertifikatlar; Ingilis dilini bilmə haqqında şəhadətnamə; Xarici pasportun surəti (notarial qaydada təsdiq olunmuş); Niyyət məktubu (motivation letter); Tərcümeyi hal (CV); 2 tövsiyə məktubu.   Proqram haqqında daha ətraflı məlumatları və ərizə formalarını http://www.lunduniversity.lu.se/o.o.i.s/24968 internet səhifəsindən və ya Təhsil Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsindən (Aqil Vəliyev, tel: 496-34-14) əldə etmək olar. Doldurulmuş ərizə forması və digər lazımi sənədlər 10 yanvar 2013-cü il tarixinədək Təhsil Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinə təqdim edilə bilər.  

Maraqların ifadəsi üçün dəvət (məsləhətçi xidmətləri – məsləhətçi təşkilat seçimi)

Azərbaycan Respublikası Təhsil Nazirliyi Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihə Kredit Nö.: 4394AZ   Azərbaycan Hökuməti Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihənin (bundan sonra TSİİL) xərclərini ödəmək məqsədilə Dünya Bankından maliyyə vəsaiti almışdır. Həmin vəsaitin bir hissəsinin məsləhətçi xidmətlərinə sərf edilməsi nəzərdə tutulmuşdur.   İbtidai təhsildə yeni məzmunun tətbiqi ilə əlaqədar 2008-2011-ci ilər ərzində hər il yeni kurikulumlarla işləyəcək ibtidai sinif müəllimləri üçün müvafiq təlimlər təşkil olunmuşdur. Lakin bu dövrdən sonra ibtidai təhsilə yeni müəllimlər işə qəbul olunmuş və yuxarı sinif müəllimləri ibtidai təhsilin bəzi fənlərinin tədrisinə cəlb olunmuşlar ki, bu da onlar üçün yeni kurikulumların tətbiqi ilə bağlı təlimlərin təşkili zərurətini yaratmışdır. Bu zərurəti nəzərə alaraq, Azərbaycan Respublikasının Təhsil Nazirliyi qeyd olunan təlimlərin keçirilməsində iştirak etmək istəyən məsləhətçi təşkilatları aşağıda göstərilmiş müqavilələr üzrə xidmətlərin göstərilməsinə maraqlarını ifadə etməyə dəvət edir: 1. Müqavilə Nö. 4394AZ-QCBS-232: Abşeron, Dağlıq Şirvan, Quba-Xaçmaz və Şəki-Zaqatala iqtisadi rayonlarında ibtidai təhsildə dərs deyən və indiyədək təlimdən keçməyən müəllimlər üçün yeni kurikulum üzrə təlim; 2. Müqavilə Nö. 4394AZ-QCBS-233: Gəncə-Qazax və Yuxarı Qarabağ iqtisadi rayonlarında ibtidai təhsildə dərs deyən və indiyədək təlimdən keçməyən müəllimlər üçün yeni kurikulum üzrə təlim; 3. Müqavilə Nö. 4394AZ-QCBS-234: Aran və Lənkaran iqtisadi rayonlarında ibtidai təhsildə dərs deyən və indiyədək təlimdən keçməyən müəllimlər üçün yeni kurikulum üzrə təlim.   Xidmətlərin icra müddəti: iyun-dekabr 2013-cü il   Xidmətlərə maraq göstərən məsləhətçi təşkilatlar Maraq İfadələrini hər bir müqavilə üzrə ayrıca təqdim etməklə müvafiq ixtisas və təcrübə tələblərinə cavab verdiklərini təsdiq edən aşağıdakı məlumatları və sənədləri təqdim etməlidirlər: müraciət məktubu; yerinə yetirilmiş müvafiq xidmətlərin təsviri; müvafiq bacarıq və təcrübəyə malik olan heyət haqqında məlumat; nizamnamə.   Məsləhətçi təşkilatların ixtisas uyğunluğunu və təcrübəsini qiymətləndirmək üçün meyarlar: Nizamnaməsinə uyğun olaraq, təşkilatın fəaliyyət istiqamətləri arasında insan resurslarının inkişafı və ya təlimlərin olması; Məktəblərlə birgə layihələrin həyata keçirilməsi sahəsində ən azı son iki ildə iş təcrübəsi; Müəllimlər üçün təlim kurslarının keçirilməsində son iki ildə iş təcrübəsi.   Məsləhətçi təşkilatlar ixtisas uyğunluğunu gücləndirmək məqsədilə digər təşkilatlarla birgə müəssisə və yaxud sub-məsləhətçi formasında assosiasiya yarada bilərlər.   Məsləhətçi təşkilatların seçimi Dünya Bankının “Borcalanlar tərəfindən Məsləhətçilərin Seçimi və İşə Götürülməsi Qaydaları”nda (2004-cü ilin may ayında nəşr edilmiş, 2006-cı ilin oktyabr ayında düzəliş edilmiş Qaydalar) əks olunan Keyfiyyət və Dəyərə Əsaslanmış Seçim metodu ilə aparılacaqdır. Xidmətlərə maraq göstərən məsləhətçi təşkilatlardan xahiş olunur ki, qeyd olunan Qaydaların 1.9 paraqrafına (Maraqların Ziddiyyəti) diqqət yetirsinlər.   Maraqların İfadəsi yazılı şəkildə 2012-ci il dekabrın 24-dək aşağıdakı ünvana təqdim edilməlidir: Layihənin Əlaqələndirmə Qrupu, Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihə, Azərbaycan Respublikasının Təhsil Nazirliyi, AZ1008, Bakı şəhəri, Xətai prospekti, 49. Əlaqələndirici şəxs: Elvin Rüstəmov Əlaqə telefonları: 496-37-59, 496-37-60; faks: 496-93-68. Email: erustamov@ultel.net   Əlavə məlumatları iş günləri ərzində saat 09.00-dan 18.00-dək eyni ünvandan əldə etmək olar.

“Dövlət investisiyaları üzrə kadr potensialının gücləndirilməsi layihəsi” adlı qısametrajlı filmin hazırlanmasına dair maraqların ifadəsi üçün dəvət

DÖVLƏT İNVESTİSİYALARI ÜZRƏ KADR POTENSİALININ GÜCLƏNDİRİLMƏSİ LAYİHƏSİ (Kredit Nö 4595AZ)   Azərbaycan Hökuməti və Beynəlxalq İnkişaf Assosiasiyası arasında imzalanmış 4595AZ nömrəli Maliyyələşdirmə Sazişinə əsasən Dövlət İnvestisiyaları üzrə Kadr Potensialının Gücləndirilməsi Layihəsi (DİKPGL)  həyata keçirilir. Layihənin İcraçı Agentliyi kimi Azərbaycan Respublikasının Təhsil Nazirliyi təyin edilmişdir. Layihə üçün ayrılmış vəsaitin bir hissəsinin bu elanda göstərilmiş xidmətlərin maliyyələşməsinə sərf edilməsi nəzərdə tutulmuşdur. Tapşırığın məqsədi: DİKPGL ilə bağlı Azərbaycan və ingilis dilində qısa metrajlı filmin hazırlanmasıdır. Tapşırığın müddəti: 4 ay. Azərbaycan Respublikasının Təhsil Nazirliyi müvafiq şirkətləri qeyd olunan qısametrajlı filmin hazırlanması üçün maraqlarını bildirməyə dəvət edir. Xidmətlərə maraq göstərən şirkətlər müvafiq təcrübəyə malik olduqlarını təsdiq edən aşağıdakı məlumatları və sənədləri təqdim etməlidirlər: müraciət məktubu; yerinə yetirilmiş müvafiq xidmətlərin təsviri; müvafiq bacarıq və təcrübəyə malik olan heyət haqqında məlumat; nizamnamə.   Seçim meyarları: Televiziya, maarifləndirmə və reklam xarakterli filmlərin çəkilişi sahəsində təcrübə; İngilis dilində video məhsulun hazırlanması üzrə təcrübə; Çəkiliş və montaj üçün maddi texniki baza.   Xidmətlərə maraq göstərən şirkətlərin diqqəti Dünya Bankının “Borcalanlar tərəfindən məsləhətçilərin seçimi və işə götürülməsi qaydaları”nın (May 2004, düzəliş edilib: Oktyabr 2006) Maraqların Ziddiyyəti üzrə Dünya Bankının siyasətini ifadə edən 1.9 paraqrafına yönəldilir.     Şirkətlər öz ixtisas göstəricilərini təkmilləşdirmək məqsədilə digər şirkətlərlə birgə müəssisə və ya sub-məsləhətçi formasında birləşə bilərlər.    Şirkətlər Dünya Bankının Məsləhətçilər üçün Təlimatın Məsləhətçinin Keyfiyyət Göstəricilərinə dair satınalma metodu ilə seçiləcəkdir.   Əlavə məlumatları iş günləri ərzində saat 09.00-dan 18.00-dək aşağıdakı ünvandan əldə etmək mümkündür. “Dövlət İnvestisiyaları üzrə Kadr Potensialının Gücləndirilməsi Layihəsi” adlı qısametrajlı filmin (Azərbaycan və ingilis dillərində) hazırlanması haqqında ətraflı məlumatın əks olunduğu Texniki Tapşırıq Sənədi www.training.gov.az internet səhifəsindən yüklənə bilər.   Maraqların ifadəsi sənədi yazılı şəkildə 24 dekabr 2012-ci il tarixinə qədər aşağıdakı ünvana (şəxsən və/ya poçt və/ya faks və/ya e-mail vasitəsilə) təqdim edilməlidir:   Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Layihənin Əlaqələndirmə Qrupu, AZ1008, Bakı şəhəri, Xətai prospekti, 49. Əlaqələndirici şəxs: Elvin Rüstəmov Əlaqə telefonları: 496-37-59, 496-37-60; faks: 496-93-68. Email: erustamov@ultel.net

10.12.2012 EMMİNENCE təqaüd proqramı

Azərbaycan universitetlərindən olan tələbələr, tədqiqatçılar və heyət Finlandiyanın Turku Universiteti tərəfindən koordinasiya edilən MİD yerdəyişmə layihəsində iştiraka dəvət olunur və onlara Avropa ölkələrinin layihədə iştirak edən universitetlərində təhsil almaq, yaxud tədqiqat aparmaq imkanı verilir.

Universitetlərin siyahısı:   Aristotle University of Thessaloniki   Humboldt University Berlin    University of Algarve   University of Bologna   University of Bordeaux 1   University of Deusto   University of Turku   Vilnius University   Warsaw School of Economics   Erasmus Mundus qrantları yerdəyişmə səviyyəsindən asılı olaraq ayda 1000-2500 avro təşkil edir. Qrant, həmçinin yerdəyişmə dövrü üçün səyahət və sığorta xərclərini əhatə edir. Ərizələrin qəbul müddəti: 18 oktyabr – 13 dekabr 2012-ci il. Daha ətraflı məlumat üçün http://www.utuşfi/mid internet ünvanına yaxud Layihə əlaqələndiricinə müraciət edin.   University of Turku  International Office Vesilinnantie 5, Quantum  FI-20014 TURKU  FINLAND   tel. +358 2 333 6033, +358 2 333 6369, or +358 2 333 7933  fax: +358 2 333 6370 mid.admissions@utu.fi

2013-cü il 11 – 20 fevral tarixlərində Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Milli Konservatoriyasının təşkilatçılığı ilə III Respublika Muğam Müsabiqəsi elanı

2013-cü il 11 – 20 fevral tarixlərində Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Milli Konservatoriyasının təşkilatçılığı ilə III RESPUBLİKA MUĞAM MÜSABİQƏSİ keçiriləcək. Müsabiqə xanəndə və xalq çalğı alətləri ifaçıları üçün nəzərdə tutulmuşdur. Müsabiqədə iştirak etmək üçün ərizə və sənədlər 1 fevral 2013-cü il tarixinədək Azərbaycan Milli Konservatoriyasının nəzdində Musiqi Kollecində qəbul ediləcəkdir. Seçim turunda 18-35 yaşlı şəxslər iştirak edə bilərlər. Ərizəyə aşağıdakı sənədlər əlavə edilir. 1. İştirakçının şəxsiyyət vəsiqəsinin surəti 2. Tərcümeyi-hal 3. Başqa müsabiqələrin diplomlarının və ya digər mükafatların surəti (əgər varsa) 4. 2 ədəd fotoşəkil (7x10 ölçüdə) 5. Xanəndələr 10-15 dəqiqə vaxt çərçivəsində hər hansı bir muğamı dəf müşayiəti ilə DVD - video formatında təqdim etməlidirlər. 6. Xalq çalğı alətləri ifaçıları hər hansı muğamı 10-15 dəqiqə vaxt çərçivəsində DVD - video formatında təqdim etməlidirlər.                Müsabiqənin qalibləri pul mükafatı və qiymətli hədiyyələrlə təltif olunacaqlar. Qaliblər beynəlxalq müsabiqələrdə iştirak etmək hüququ qazanacaqlar.   Ünvan: Dilarə Əliyeva küçəsi 216; əlaqə telefonu: 493-62-60   Təşkilat Komitəsi:

Koreya Respublikasının Yeunqnam Universitetinin Park Çunq Hi adına Siyasət Məktəbi və Saemaul kafedrası (Park Chung Hee School of Policy and Saemaul) tərəfindən 2013-cü il üçün yeni təqaüd təklif edilir.

Azərbaycanlı tələbələr və dövlət qulluqçuları Saemaul kafedrasında “Saemaul Undonq (yeni kənd təsərrüfatı hərəkatı) nəzəriyyəsi və praktikası” və “Meşə ehtiyatları və ekologiyanın bərpası”, Dövlət Siyasəti və Liderlik kafedrasında isə “Dövlət Siyasəti və Liderlik” üzrə magistr dərəcəsi almaq üçün mövcud təqaüd proqramına dəvət olunur. Xarici tələbələrə tam təqaüd veriləcəkdir (təhsil, yaşayış, qida və digər xərclər). Daha ətraflı məlumat üçün http://www.psps.yu.ac.kr internet ünvanına müraciət edin.

İran İslam Respublikasının Elmi Tələbə Mərkəzi tərəfindən tələbələr arasında riyaziyyat və kimya olimpiadasının keçirilməsi ilə bağlı elan

İran İslam Respublikasının Elmi Tələbə Mərkəzi tərəfindən 2013-cü il 12-15 avqust tarixlərində tələbələr arasında riyaziyyat və kimya olimpiadası keçiriləcəkdir. Olimpiadada riyaziyyat və kimya fənləri üzrə maksimum 5 tələbə iki müəllimlə birlikdə komanda formasında iştirak edə bilərlər. İranda qalma və yemək xərcləri təşkilatçı tərəfindən, yol xərcləri isə iştirakçılar tərəfindən ödənilir. Ətraflı məlumat olimpiadanın saytında http:olympiad.sanjesh.org/en/index.asp yerləşdirilmişdir. Olimpiadaya dair suallarla olympiad@sanjesh.orgelektron poçtuna müraciət etmək olar.

“Dövlət investisiyaları üzrə kadr potensialının gücləndirilməsi layihəsi” adlı qisametrajlı filmin hazırlanmasına dair maraqların ifadəsi üçün dəvət

DÖVLƏT İNVESTİSİYALARI ÜZRƏ KADR POTENSİALININ GÜCLƏNDİRİLMƏSİ LAYİHƏSİ (Kredit Nö 4595AZ)   Azərbaycan Hökuməti və Beynəlxalq İnkişaf Assosiasiyası arasında imzalanmış 4595AZ nömrəli Maliyyələşdirmə Sazişinə əsasən Dövlət İnvestisiyaları üzrə Kadr Potensialının Gücləndirilməsi Layihəsi (DİKPGL)  həyata keçirilir. Layihənin İcraçı Agentliyi kimi Azərbaycan Respublikasının Təhsil Nazirliyi təyin edilmişdir. Layihə üçün ayrılmış vəsaitin bir hissəsinin bu elanda göstərilmiş xidmətlərin maliyyələşməsinə sərf edilməsi nəzərdə tutulmuşdur. Tapşırığın məqsədi: DİKPGL ilə bağlı Azərbaycan və ingilis dilində qısa metrajlı filmin hazırlanmasıdır. Tapşırığın müddəti: 4 ay. Azərbaycan Respublikasının Təhsil Nazirliyi müvafiq şirkətləri qeyd olunan qısametrajlı filmin hazırlanması üçün maraqlarını bildirməyə dəvət edir. Xidmətlərə maraq göstərən şirkətlər müvafiq təcrübəyə malik olduqlarını təsdiq edən aşağıdakı məlumatları və sənədləri təqdim etməlidirlər: müraciət məktubu; yerinə yetirilmiş müvafiq xidmətlərin təsviri; müvafiq bacarıq və təcrübəyə malik olan heyət haqqında məlumat; nizamnamə.   Seçim meyarları: Televiziya, maarifləndirmə və reklam xarakterli filmlərin çəkilişi sahəsində təcrübə; İngilis dilində video məhsulun hazırlanması üzrə təcrübə; Çəkiliş və montaj üçün maddi texniki baza.   Xidmətlərə maraq göstərən şirkətlərin diqqəti Dünya Bankının “Borcalanlar tərəfindən məsləhətçilərin seçimi və işə götürülməsi qaydaları”nın (May 2004, düzəliş edilib: Oktyabr 2006) Maraqların Ziddiyyəti üzrə Dünya Bankının siyasətini ifadə edən 1.9 paraqrafına yönəldilir.     Şirkətlər öz ixtisas göstəricilərini təkmilləşdirmək məqsədilə digər şirkətlərlə birgə müəssisə və ya sub-məsləhətçi formasında birləşə bilərlər.    Şirkətlər Dünya Bankının Məsləhətçilər üçün Təlimatın Məsləhətçinin Keyfiyyət Göstəricilərinə dair satınalma metodu ilə seçiləcəkdir.   Əlavə məlumatları iş günləri ərzində saat 09.00-dan 18.00-dək aşağıdakı ünvandan əldə etmək mümkündür. “Dövlət İnvestisiyaları üzrə Kadr Potensialının Gücləndirilməsi Layihəsi” adlı qısametrajlı filmin (Azərbaycan və ingilis dillərində) hazırlanması haqqında ətraflı məlumatın əks olunduğu Texniki Tapşırıq Sənədi www.training.gov.az internet səhifəsindən yüklənə bilər.   Maraqların ifadəsi sənədi yazılı şəkildə 28 yanvar 2013-cü il tarixinə qədər aşağıdakı ünvana (şəxsən və/ya poçt və/ya faks və/ya e-mail vasitəsilə) təqdim edilməlidir:   Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Layihənin Əlaqələndirmə Qrupu, AZ1008, Bakı şəhəri, Xətai prospekti, 49. Əlaqələndirici şəxs: Elvin Rüstəmov Əlaqə telefonları: 496-37-59, 496-37-60; faks: 496-93-68. Email: erustamov@ultel.net

15/08/2020

Müəllimlərin işə qəbulu müsabiqəsinin üstünlükləri #TəhsilNazirliyi #EduAz #MİQ #Müəllim #MüəllimlərinİşəQəbulu

More
15/08/2020

Peşə təhsilinin perspektivləri və gənclərə yaratdığı fürsətlər müzakirə #TəhsilNazirliyi #EduAz #PeşəTəhsili

More
15/08/2020

Şagirdlərin elektron yerdəyişməsi sistemində hansı yeniliklər edilib? #TəhsilNazirliyi #EduAz #TətilVaxtı #EvdəQal

More

Sayt test rejimində çalışır