• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri
FAQ

İslam Əməkdaşlıq Təşkilatının Təhsil Mübadiləsi proqramı çərçivəsində Orta Şərq Texnologiya Universitetinin Şimali Kipr Kampusu 2013-2014-cü illər üçün təşkilata üzv dövlətlərin tələbələrinə bakalavr pilləsi üzrə aşağıdakı sahələrdə 5 təqaüd proqramı təklif edir:

Kimya mühəndisliyi Neft və təbii qaz mühəndisliyi Kompüter mühəndisliyi İqtisadiyyat İngilis dilinin tədrisi Biznesin idarə edilməsi Siyasi elmlər və beynəlxalq əlaqələr   Proqram haqqında daha ətraflı məlumatları və ərizə formalarını http://app.ncc.metu.edu.tr/undergraduate/ internet səhifəsindən və Təhsil Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsindən (Aqil Vəliyev, tel: 496-34-14) əldə etmək olar. Doldurulmuş ərizə forması və digər lazımi sənədlər 15 iyun 2013-cü il tarixinədək Təhsil Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinə təqdim edilə bilər.

Maraqlarin ifadəsi üçün dəvət (Məsləhətçi xidmətləri – məsləhətçi təşkilat seçimi)

Azərbaycan Respublikası Təhsil Nazirliyi Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihə Kredit Nö.: 4394AZ   Azərbaycan Hökuməti Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihənin (bundan sonra TSİİL) xərclərini ödəmək məqsədilə Dünya Bankından maliyyə vəsaiti almışdır. Həmin vəsaitin bir hissəsinin məsləhətçi xidmətlərinə sərf edilməsi nəzərdə tutulmuşdur.   Azərbaycan Respublikasında məktəbəqədər təhsilin yeni kurikulumu Azərbaycan Respubikası Təhsil Nazirinin 10 iyul 2012-ci il tarixli əmri ilə təsdiq edilmişdir. Növbəti tədris ilindən məktəbəqədər təhsildə yeni təsdiq edilmiş kurikulumun tətbiqi məqsədilə bütün dövlət məktəbəqədər təhsil müəssisələrinin müvafiq tərbiyəçiləri üçün təlimlər planlaşdırılır. Bu məqsədlə Azərbaycan Respublikasının Təhsil Nazirliyi qeyd olunan təlimlərin keçirilməsində iştirak etmək istəyən məsləhətçi təşkilatları aşağıda göstərilmiş müqavilələr üzrə xidmətlərin göstərilməsinə maraqlarını ifadə etməyə dəvət edir: 1. Müqavilə Nö. 4394AZ-QCBS-235: Abşeron iqtisadi rayonunda məktəbəqədər təhsil müəssisələrinin tərbiyəçiləri üçün yeni məktəbəqədər təhsil kurikulumu üzrə təlim; 2. Müqavilə Nö. 4394AZ-QCBS-236: Dağlıq Şirvan, Quba-Xaçmaz və Şəki-Zaqatala iqtisadi rayonlarında məktəbəqədər təhsil müəssisələrinin tərbiyəçiləri üçün yeni məktəbəqədər təhsil kurikulumu üzrə təlim; 3. Müqavilə Nö. 4394AZ-QCBS-237: Gəncə-Qazax və Yuxarı Qarabağ iqtisadi rayonlarında məktəbəqədər təhsil müəssisələrinin tərbiyəçiləri üçün yeni məktəbəqədər təhsil kurikulumu üzrə təlim; 4. Müqavilə Nö. 4394AZ-QCBS-238: Aran və Lənkəran iqtisadi rayonlarında məktəbəqədər təhsil müəssisələrinin tərbiyəçiləri üçün yeni məktəbəqədər təhsil kurikulumu üzrə təlim.   Xidmətlərin icra müddəti: iyun-dekabr 2013-cü il   Xidmətlərə maraq göstərən məsləhətçi təşkilatlar Maraq İfadələrini hər bir müqavilə üzrə ayrıca təqdim etməklə müvafiq ixtisas və təcrübə tələblərinə cavab verdiklərini təsdiq edən aşağıdakı məlumatları və sənədləri təqdim etməlidirlər: müraciət məktubu; yerinə yetirilmiş müvafiq xidmətlərin təsviri; müvafiq bacarıq və təcrübəyə malik olan heyət haqqında məlumat; nizamnamə.   Məsləhətçi təşkilatların ixtisas uyğunluğunu və təcrübəsini qiymətləndirmək üçün meyarlar: Nizamnaməsinə uyğun olaraq, təşkilatın fəaliyyət istiqamətləri arasında insan resurslarının inkişafı və ya təlimlərin olması; Müəllimlər üçün təlim kurslarının keçirilməsində iş təcrübəsi; Məktəbəqədər təhsil müəssisələri ilə birgə layihələrin həyata keçirilməsi sahəsində iş təcrübəsi.   Məsləhətçi təşkilatlar ixtisas uyğunluğunu gücləndirmək məqsədilə digər təşkilatlarla birgə müəssisə və yaxud sub-məsləhətçi formasında assosiasiya yarada bilərlər.   Məsləhətçi təşkilatların seçimi Dünya Bankının “Borcalanlar tərəfindən Məsləhətçilərin Seçimi və İşə Götürülməsi Qaydaları”nda (2004-cü ilin may ayında nəşr edilmiş, 2006-cı ilin oktyabr ayında düzəliş edilmiş Qaydalar) əks olunan Keyfiyyət və Dəyərə Əsaslanmış Seçim metodu ilə aparılacaqdır. Xidmətlərə maraq göstərən məsləhətçi təşkilatlardan xahiş olunur ki, qeyd olunan Qaydaların 1.9 paraqrafına (Maraqların Ziddiyyəti) diqqət yetirsinlər.   Maraqların İfadəsi yazılı şəkildə 2013-cü il yanvarın 31-dək aşağıdakı ünvana təqdim edilməlidir: Layihənin Əlaqələndirmə Qrupu, Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihə, Azərbaycan Respublikasının Təhsil Nazirliyi, AZ1008, Bakı şəhəri, Xətai prospekti, 49. Əlaqələndirici şəxs: Elvin Rüstəmov Əlaqə telefonları: 496-37-59, 496-37-60; faks: 496-93-68. Email: erustamov@ultel.net   Əlavə məlumatları iş günləri ərzində saat 09.00-dan 18.00-dək eyni ünvandan əldə etmək olar.

Maraqların ifadəsi üçün dəvət

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT İNVESTİSİYALARI ÜZRƏ KADR POTENSİALININ GÜCLƏNDİRİLMƏSİ LAYİHƏSİ KREDIT No: 4595 AZ   Azərbaycan Respublikasının Hökuməti Dövlət İnvestisiyaları üzrə Kadr Potensialının Gücləndirilməsi Layihəsinin (DİKPGL) icra olunması ilə əlaqədar Beynəlxalq İnkişaf Assossiyasından kredit almışdır və bu vəsaitin bir hissəsinin “Tərcümə xidmətləri”nin maliyyələşməsinə sərf edilməsi nəzərdə tutulmuşdur.   Xidmətin məqsədi keyfiyyətli, dəqiq və vaxtında olan yazılı və şifahi tərcümə xidmətləri göstərməklə layihə çərçivəsində təşkilatı tədbirlərin səmərəliliyini yaxşılaşdırmağa yardım etməkdir.   Xidmətlərin icra müddəti: Fevral – sentyabr, 2013-cü il.   Xidmətlərə maraq göstərən məsləhətçi şirkətlər Maraq ifadəsini təqdim etməklə müvafiq ixtisas tələblərinə və təcrübəyə cavab verdiklərini təsdiq edən aşağıdakı məlumatları və sənədləri təqdim etməlidirlər: müraciət məktubu; yerinə yetirilmiş müvafiq xidmətlərin təsviri; müvafiq bacarıq və təcrübəyə malik olan heyət haqqında məlumat; nizamnamə.     Məsləhətçi şirkətlərin ixtisas uyğunluğunu və təcrübəsini qiymətləndirmək üçün meyarlar: Tərcümə xidmətlərinin göstərilməsi sahəsində uğur qazanmış və geniş təcrübəyə malik olan nüfuzlu şirkət olmalıdır; Tərcüməçi heyəti ən azı 5 illik təcrübəyə malik olmalıdır; Xarici təşkilatlarla təcrübəyə malik olan şirkətlərə üstünlük verilir.     Məsləhətçi şirkətlər ixtisas uyğunluğunu gücləndirmək məqsədilə digər şirkətlərlə birgə müəssisə və yaxud sub-məsləhətçi formasında assosiasiya yarada bilərlər.   Məsləhətçi şirkətlərin seçimi Dünya Bankının “Borcalanlar tərəfindən Məsləhətçilərin Seçimi və İşə Götürülməsi Qaydaları”nda (2004-cü ilin may ayında nəşr edilmiş, 2006-cı ilin oktyabr ayında düzəliş edilmiş Qaydalar) əks olunan Keyfiyyət və Dəyərə Əsaslanmış Seçim metodu ilə aparılacaqdır. Xidmətlərə maraq göstərən məsləhətçi şirkətlərdən xahiş olunur ki, qeyd olunan Qaydaların 1.9 paraqrafına (Maraqların Ziddiyyəti) diqqət yetirsinlər.   Maraqların ifadəsi yazılı şəkildə 2013-cü il fevralın 8-dək aşağıdakı ünvana təqdim edilməlidir:    Layihənin Əlaqələndirmə Qrupu, Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihə, Azərbaycan Respublikasının Təhsil Nazirliyi, AZ1008, Bakı şəhəri, Xətai prospekti, 49. Əlaqələndirici şəxs: Elvin Rüstəmov Əlaqə telefonları: 496-37-59, 496-37-60; faks: 496-93-68. Email: erustamov@ultel.net   Əlavə məlumatları iş günləri ərzində saat 09.00-dan 18.00-dək eyni ünvandan əldə etmək olar.

Maraqların ifadəsi üçün dəvət

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT İNVESTİSİYALARI ÜZRƏ KADR POTENSİALININ GÜCLƏNDİRİLMƏSİ LAYİHƏSİ   KREDIT No: 4595 AZ   Azərbaycan Respublikasının Hökuməti Dövlət İnvestisiyaları üzrə Kadr Potensialının Gücləndirilməsi Layihəsinin (DİKPGL) icra olunması ilə əlaqədar Beynəlxalq İnkişaf Assossiyasından kredit almışdır və bu vəsaitin bir hissəsinin “Statistik təhlil” mövzusunda təlim kursunun keçirilməsinə sərf edilməsi nəzərdə tutulmuşdur.   “Statistik təhlil” mövzusunda təlim kursunun məqsədi təlim iştirakçılarını statistika sahəsində geniş şəkildə istifadə olunan metod və üsullar barədə və onların ən faydalı şəkildə tətbiq olunduğu halların müəyyən olunması barədə məlumatlandırmaqdır.   Xidmətlərin icra müddəti: Fevral – sentyabr, 2013-cü il.   Təlimin keçirildiyi yer: Bakı və Naxçıvan şəhərləri.   Xidmətlərə maraq göstərən məsləhətçi şirkətlər Maraq ifadəsini təqdim etməklə müvafiq ixtisas tələblərinə və təcrübəyə cavab verdiklərini təsdiq edən aşağıdakı məlumatları və sənədləri təqdim etməlidirlər:   müraciət məktubu; yerinə yetirilmiş müvafiq xidmətlərin təsviri; müvafiq bacarıq və təcrübəyə malik olan heyət haqqında məlumat; nizamnamə.    Məsləhətçi şirkətlərin ixtisas uyğunluğunu və təcrübəsini qiymətləndirmək üçün meyarlar: Məsləhətçi şirkət Statistik təhlil mövzusunda təlimlərin keçirilməsi üzrə geniş təcrübə və biliyə malik olan nüfuzlu təşkilat olmalıdır; Təlimçilər tələb olunan ixtisas tələblərinə cavab verməli və Statistik təhlil sahəsində və müvafiq mövzuda təlimlərin keçirilməsi üzrə ən azı 5 illik təcrübəyə malik olmalıdırlar; Azərbaycanda təcrübəsi olan şirkətlərə üstünlük veriləcəkdir.   Məsləhətçi şirkətlər ixtisas uyğunluğunu gücləndirmək məqsədilə digər şirkətlərlə birgə müəssisə və yaxud sub-məsləhətçi formasında assosiasiya yarada bilərlər.   Məsləhətçi şirkətlərin seçimi Dünya Bankının “Borcalanlar tərəfindən Məsləhətçilərin Seçimi və İşə Götürülməsi Qaydaları”nda (2004-cü ilin may ayında nəşr edilmiş, 2006-cı ilin oktyabr ayında düzəliş edilmiş Qaydalar) əks olunan Keyfiyyət və Dəyərə Əsaslanmış Seçim metodu ilə aparılacaqdır. Xidmətlərə maraq göstərən məsləhətçi şirkətlərdən xahiş olunur ki, qeyd olunan Qaydaların 1.9 paraqrafına (Maraqların Ziddiyyəti) diqqət yetirsinlər.   Maraqların ifadəsi yazılı şəkildə 2013-cü il fevralın 8-dək aşağıdakı ünvana təqdim edilməlidir:    Layihənin Əlaqələndirmə Qrupu, Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihə, Azərbaycan Respublikasının Təhsil Nazirliyi, AZ1008, Bakı şəhəri, Xətai prospekti, 49. Əlaqələndirici şəxs: Elvin Rüstəmov Əlaqə telefonları: 496-37-59, 496-37-60; faks: 496-93-68. Email: erustamov@ultel.net   Əlavə məlumatları iş günləri ərzində saat 09.00-dan 18.00-dək eyni ünvandan əldə etmək olar

Bruney Hökuməti Bruney Darüssalam Universitetində, Sultan Şərif Əli İslam Universitetində və Bruney Texnologiya İnstitutunda 2013 -2014-cü təhsil ili üçün bütün ali təhsil pillələri üzrə təqaüd proqramlarını təklif edir.

Doldurulmuş ərizə formaları, müvafiq təhsil sənədlərinin təsdiq edilmiş surətləri ilə birlikdə, 14 fevral 2013-cü ildən gec olmayaraq Bruney Darüssalamın Xarici İşlər və Ticarət Nazirliyinin Texniki Yardım Şöbəsinə çatmalıdır.   Təklif olunan proqramların siyahısı bu ünvandan əldə oluna bilər: http://www.mofat.gov.bn/images/stories/Schlorship/2013_2014/program.pdf Təqaüd proqramları ilə bağlı məlumat və ərizə formaları bu ünvandan əldə oluna bilər: http://www.mofat.gov.bn/index.php/bd-scholarship-2013-2014 Təqaüdlərlə bağlı əlavə məlumat üçün Bruney Darüssalamın Xarici İşlər və Ticarət Nazirliyinin Texniki Yardım Şöbəsinin tad.scholarship@mfa.gov.bn elektron poçt ünvanına, yaxud Təhsil Nazirliyi Beynəlxalq əlaqələr şöbəsinin aparıcı məsləhətçisi İlham Hümbətova 012 496 3414 telefon nömrəsi ilə müraciət edə bilərsiniz.

İslam Əməkdaşlıq Təşkilatının “Təhsil Mübadiləsi proqramı” çərçivəsində Orta Şərq Texnologiya Universitetinin Şimali Kipr Kampusu 2013-2014-cü illər üçün təşkilata üzv ölkələrdə dövlət və özəl təhsil müəssisələrində professor vəzifəsində çalışan elmi işçiləri aşağıdakı sahələrdə ziyarətçi müəllim kimi dərs deməyə dəvət edir

Maliyyə və mühasibat Kompüter elmləri Kompüter təhsili və təlim texnologiyaları Təbii qaz və neft qazıntısı və istehsalı Üzvi kimya Termodinamika və istiliyin ötürülməsi   Proqram haqqında daha ətraflı məlumatları və ərizə formalarını http://metu.edu.tr və http://ncc.metu.edu.tr internet səhifələrindən və Təhsil Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsindən (Aqil Vəliyev, tel: 496-34-14) əldə etmək olar. Doldurulmuş ərizə forması və digər lazımi sənədlər 30 aprel 2013-cü il tarixinədək Təhsil Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinə təqdim edilə bilər.

Polşa Respublikasının Hökuməti 2013-2014-cü tədris ili üçün gənc alimlərə təqaüd təklif edir.

Təqaüd 1 il ərzində fərdi tədqiqatlar şəklində elmi təcrübənin həyata keçirilməsi üçün verilir. Öz elmi nailiyyətlərini yaxud təşkilati fəaliyyətini sübut edə bilən və qazanılan təcrübəni öz ölkələrində elmi yaxud ictimai həyatının müxtəlif sahələrində istifadə edə biləcək şəxslərə üstünlük veriləcək. Tələblər: 1. Humanitar sahələr (tarix, beynəlxalq münasibətlər, siyasi elmlər, jurnalistika, sosiologiya, etnologiya, mədəni elmlər, sosial psixologiya, inzibatçılıq, idarəetmə və hüquq ) üzrə bakalavr yaxud magistr dərəcəsi. 2. Yaş həddi: 35. 3. Yuxarıda qeyd olunan sahələrdə, xüsusi ilə də, XIX-XX əsrlərə aid məsələlər barədə ümumi biliklər. 4. Mühazirələri anlamaq və tapşırılan ədəbiyyatı oxumaq üçün kifayət olan dərəcədə Polyak dili biliyi. 5. Müstəsna hallarda Polyak dilini bilməyən namizədlər nəzərə alına bilər. Lakin həmin namizədlər fərdi olaraq Polyak dilini öyrənməli və təqaüd alınandan sonra  Polyak dili üzrə əlavə hazırlıq kursu keçməlidirlər. Təqaüd ayda 1350 PLN təşkil edir. Yaşayış və yemək xərcləri fərdi olaraq təqaüdçülərin özləri tərəfindən ödənilir. Ərizələr və digər sənədlər cari ilin 1 mart tarixinə qədər Polşa Respublikasının Azərbaycanda səfirliyinə təqdim olunmalıdır. Təqaüd proqramı barədə daha ətraflı məlumatın əldə olunması üçün www.msz.gov.pl və www.studium.uw.edu.pl İnternet ünvanına müraciət edin.

Türkiyə Respublikasının Bakıdakı Səfirliyinin Təhsil Müşavirliyindən daxil olmuş məlumata əsasən, 2013-cü il 06-10 may tarixlərində İstanbul şəhərində Xüsusi MEF Məktəblərinin Baş Müdirliyi tərəfindən fizika, kimya və biologiya fənləri üzrə “Araşdırma Layihələri Yarışması” keçirilir.

Həmin yarışmada iştirak etmək məqsədi ilə müxtəlif ölkələrin, o cümlədən Azərbaycanın ümumtəhsil müəssisələrinin yuxarı sinif şagirdləri dəvət edilir. Ətraflı məlumat yarışmanın saytında (www.mef.k12.tr) yerləşdirilmişdir. Yarışmaya dair suallarla (0212) 287-69-00 telefon nömrəsinə və ya proje@mef.k12.trelektron poçtuna müraciət etmək olar.

Ümumidünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) Akademiyası, Hüquq və Texnologiya üçün Hayfa Mərkəzi və İsrailin Hayfa Universiteti tərəfindən 4 aprel 2013 – 24 yanvar 2014-cü il tarixlərində Hayfa şəhərində aşağıdakı sahələr üzrə ingilis dilində magistratura proqramı təklif olunur:

Hüquqa giriş kursları; Əqli mülkiyyət hüququna giriş kursları; Patent hüququ sahəsində kurslar.   Təqaüd proqramında iştirak etmək arzusunda olan namizədlər üçün müəyyən edilmiş tələblər aşağıdakılardır: Namizədlər hüquq, təbiət elmləri, komputer elmi və mühəndisliyin bütün sahələri üzrə 4 illik bakalavr diplomuna malik olmalı; İngilis dilini sərbəst bilməlidir.   Proqram haqqında daha ətraflı məlumatları və ərizə formalarını http://overseas.haifa.ac.il/index.php/graduate-programs/graduate-students internet səhifə-sindən və Təhsil Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsindən (Aqil Vəliyev,  tel: 496-34-14) əldə etmək olar. Doldurulmuş ərizə forması və digər lazımi sənədlər 19 fevral 2013-cü il tarixinədək Təhsil Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinə təqdim edilə bilər.  

Bern Universitetinin Ümumidünya Ticarət İnstitutu tərəfindən beynəlxalq hüquq və iqtisadiyyat üzrə 34 həftəlik magistratura pilləsi üzrə təqaüd proqramı təklif olunur.

Təqaüd proqramında iştirak etmək arzusunda olan namizədlər üçün müəyyən edilmiş tələblər aşağıdakılardır: Namizədlər 4 illik bakalavr diplomuna malik olmalı; İngilis dilini sərbəst bilməlidir.   Proqram haqqında daha ətraflı məlumatları və ərizə formalarını http://www.wti.org/courses/mile/ internet səhifəsindən və Təhsil Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsindən (Aqil Vəliyev, tel: 496-34-14) əldə etmək olar. Doldurulmuş ərizə forması və digər lazımi sənədlər 10 aprel 2013-cü il tarixinədək Təhsil Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinə təqdim edilə bilər.

15/08/2020

Müəllimlərin işə qəbulu müsabiqəsinin üstünlükləri #TəhsilNazirliyi #EduAz #MİQ #Müəllim #MüəllimlərinİşəQəbulu

More
15/08/2020

Peşə təhsilinin perspektivləri və gənclərə yaratdığı fürsətlər müzakirə #TəhsilNazirliyi #EduAz #PeşəTəhsili

More
15/08/2020

Şagirdlərin elektron yerdəyişməsi sistemində hansı yeniliklər edilib? #TəhsilNazirliyi #EduAz #TətilVaxtı #EvdəQal

More

Sayt test rejimində çalışır