• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri
FAQ

Ümumidünya Əqli Mülkiyyət Təşkilatı (ÜƏMT) və Seul Milli Universiteti tərəfindən əqli mülkiyyət hüququ üzrə ingilis dilində iki il müddətinə magistratura pilləsi üzrə təqaüd proqramı təklif olunur.

Təqaüd proqramında iştirak etmək arzusunda olan namizədlər üçün müəyyən edilmiş tələblər aşağıdakılardır: Namizədlər 4 illik bakalavr diplomuna malik olmalı; İngilis dilini sərbəst bilməlidir.   Proqram haqqında daha ətraflı məlumatları və ərizə formalarını http://www.useoul.edu/apply/graduate/timeline internet səhifəsindən və Təhsil Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsindən (Aqil Vəliyev, tel: 496-34-14) əldə etmək olar. Doldurulmuş ərizə forması və digər lazımi sənədlər 25 fevral 2013-cü il tarixinədək Təhsil Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinə təqdim edilə bilər.

Polşa Hökuməti 2013-2014-cü tədris ili üzrə Şərqi Avropa, Rusiya, Mərkəzi Asiya və Qafqaz ölkələrindən olan gənc alim və magistrlar üçün təqaüd proqramı təklif edir.

Təqaüd proqramında iştirak etmək arzusunda olan namizədlər üçün müəyyən edilmiş tələblər aşağıdakılardır: Namizədlər 4 illik bakalavr diplomuna malik olmalı; Polyak dilini sərbəst bilməli; Yaşı 35-dən az olmalıdır.   Proqram haqqında daha ətraflı məlumatları və ərizə formalarını http://www.studium.uw.edu.pl internet səhifəsindən və Təhsil Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsindən (Aqil Vəliyev, tel: 496-34-14) əldə etmək olar. Doldurulmuş ərizə forması və digər lazımi sənədlər 25 fevral 2013-cü il tarixinədək Təhsil Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinə təqdim edilə bilər.

Nyu-York Dövlət Universitetinin (the State University of New York, “SUNY”) Koreyadakı filialı “Texnoloji Sistemlərin İdarəedilməsi” (Technological Systems Management) fənni üzrə bakalavr dərəcəsi almaq üçün təqaüd proqramı elan edir.

Təqaüd proqramında iştirak etmək üçün Azərbaycandan 2 tələbə dəvət olunur. Təhsil haqqı və Koreyada yaşayış xərcləri dəvət edən tərəfindən ödənilir. Proqramda iştirak şərtlərinə cavab verən namizədlər 15 mart 2013-cü il tarixindən gec olmayaraq elektron müraciət (http://www.sunykorea.ac.kr/request_name/adughowto) edə bilərlər.

Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Akademiyası, Beynəlxalq Əmək Təşkilatının Təlim Mərkəzi və İtaliyanın Turin Universiteti (www.turin-ip.com) tərəfindən əqli mülkiyyət hüququ üzrə ingilis dilində magistratura proqramı təklif edir.

Proqramın məqsədi tələbələri əqli mülkiyyət hüququnun prinsipləri və bu sahədə baş vermiş inkişaflar ilə daha yaxından tanış etməkdən ibarətdir. Namizədlər iqtisadiyyat hüquq, mühəndislik, tibb, fizika, kimya, kommunikasiya elmləri və yaxud biznes inzibatçılığı sahəsində bakalavr diplomuna malik olmalı və ingilis dilini sərbəst bilməlidirlər. Keçid iqtisadiyyatlı və inkişaf etməkdə olan ölkələrin seçilmiş tələbələrinə Ümumdünya Əqli Mülkiyyət Təşkilatının katibliyi tərəfindən təqaüdlər təqdim olunacaqdır. Namizədlər ərizə formasını onlayn (www.wipo.int/academy/en/courses/academic_institutions/md_turin.html) şəkildə dolduraraq, tələb olunan digər sənədlər ilə (bakalavr diplomu və onun əlavəsinin ingilis dilinə tərcümə edilmiş və notarial qaydada təsdiqlənmiş surəti, ingilis dilini bilmə haqqında sertifikat, tövsiyə məktubu, motivasiya məktubu, təqaüd üçün ərizə forması) birlikdə 2013-cü ilin 15 mart tarixinədək llmturin.academy@wipo.int ünvanına təqdim edə bilərlər. Əlavə məlumat üçün llmturin.academy@wipo.int ünvanına müraciət etmək olar.

Azərbaycan Respublikası Təhsil Nazirliyi və Lativiya Respublikası Təhsil və Elm Nazirliyi arasında imzalanmış təhsil sahəsində əməkdaşlıq haqqında Sazişə uyğun olaraq Azərbaycanın ali təhsil müəssisələrinin tələbələri və müəllimləri üçün 2013-2014-cü tədris ili üçün tədqiqat və ya təhsil pillələri üzrə təqaüd proqramı və yay məktəbləri təklif olunur.

Daha ətraflı məlumatları və ərizə formalarını www.viaa.gov.lv və www.studyinlatvia.lv rəsmi internet saytlarından və Təhsil Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsindən (Aqil Vəliyev: 496-34-14) əldə etmək olar. Təqaüd Proqramına müraciət üçün son tarix 30 mart 2013-cü ildir.   

Tərcümə xidmətləri

MARAQLARIN İFADƏSİ ÜÇÜN DƏVƏT (MƏSLƏHƏTÇİ XİDMƏTLƏRİ – MƏSLƏHƏTÇİ TƏŞKİLAT SEÇİMİ)     Azərbaycan Respublikası Təhsil Nazirliyi Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihə Kredit No.: 4394AZ   Azərbaycan Hökuməti Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihənin (bundan sonra TSİİL) xərclərini ödəmək məqsədilə Dünya Bankından maliyyə vəsaiti almışdır. Həmin vəsaitin bir hissəsinin burda təsvir olunan məsləhətçi xidmətlərinə sərf edilməsi nəzərdə tutulmuşdur.   Xidmətlərin məqsədi: Keyfiyyətli, dəqiq və vaxtında olan yazılı tərcümə xidmətləri göstərməklə TSİİL çərçivəsində təşkilatı tədbirlərin səmərəliliyini yaxşılaşdırmağa yardım etmək.   Xidmətlərin icra müddəti: aprel- dekabr 2013-cü il   Xidmətlərə maraq göstərən məsləhətçi təşkilatlar Maraq İfadəsini təqdim etməklə müvafiq ixtisas tələblərinə və təcrübəyə cavab verdiklərini təsdiq edən aşağıdakı məlumatları və sənədləri təqdim etməlidirlər: müraciət məktubu; yerinə yetirilmiş müvafiq xidmətlərin təsviri; müvafiq bacarıq və təcrübəyə malik olan heyət haqqında məlumat; nizamnamə.     Məsləhətçi təşkilatların ixtisas uyğunluğunu və təcrübəsini qiymətləndirmək üçün meyarlar: Tərcümə xidmətlərinin göstərilməsində geniş və uğurlu təcrübəsi olan nüfuzlu şirkət; Əsas heyət tərcümə sahəsində ən azı 5 illik təcrübəyə malik olmalı; Beynəlxalq təşkilatlarla təcrübəyə üstünlük veriləcəkdir. Məsləhətçi təşkilatların seçimi Dünya Bankının “Borcalanlar tərəfindən Məsləhətçilərin Seçimi və İşə Götürülməsi Qaydaları”nda (2004-cü ilin may ayında nəşr edilmiş, 2006-cı ilin oktyabr ayında düzəliş edilmiş Qaydalar) əks olunan Məsləhətçinin Keyfiyyət Göstəriciləri əsasında Seçim metodu ilə aparılacaqdır. Xidmətlərə maraq göstərən məsləhətçi təşkilatlardan xahiş olunur ki, qeyd olunan Qaydaların 1.9 paraqrafına (Maraqların Ziddiyyəti) diqqət yetirsinlər.   Maraqların İfadəsi yazılı şəkildə 2013-cü il, aprelin 15-dək aşağıdakı ünvana təqdim edilməlidir:   Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihə, Layihənin Əlaqələndirmə Qrupu, AZ1008, Bakı şəhəri, Xətai prospekti, 49. Əlaqələndirici şəxs: Elvin Rüstəmov Əlaqə telefonları: 496-37-59, 496-37-60; faks: 496-93-68. Email: erustamov@ultel.net   Əlavə məlumatları iş günləri ərzində saat 09.00-dan 18.00-dək eyni ünvandan əldə etmək olar.

12 illik ümumi təhsil sisteminə keçidlə əlaqədar planın hazırlanması

MARAQLARIN İFADƏSİ ÜÇÜN DƏVƏT (MƏSLƏHƏTÇİ XİDMƏTLƏRİ – MƏSLƏHƏTÇİ TƏŞKİLAT SEÇİMİ)     Azərbaycan Respublikası Təhsil Nazirliyi Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihə Kredit No.: 4394AZ   Azərbaycan Hökuməti Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihənin (bundan sonra TSİİL) xərclərini ödəmək məqsədilə Dünya Bankından maliyyə vəsaiti almışdır. Həmin vəsaitin bir hissəsinin burada təsvir olunan məsləhətçi xidmətlərinə sərf edilməsi nəzərdə tutulmuşdur.   Xidmətlərin məqsədi 11 illik ümumi təhsil sistemindən 12 illik ümumi təhsil sisteminə keçidlə bağlı məsələlər, çətinliklər və imkanların dəqiq təhlilini Təhsil Nazirliyi üçün təmin etməkdir. Aparılmış tədqiqat və onun nəticələri əsasında gələcək fəaliyyət üçün tövsiyələr veriləcəkdir.   Xidmətlərin icra müddəti: 12 ay   Xidmətlərə maraq göstərən məsləhətçi təşkilatlar Maraq İfadəsini təqdim etməklə müvafiq ixtisas tələblərinə və təcrübəyə cavab verdiklərini təsdiq edən aşağıdakı məlumatları və sənədləri təqdim etməlidirlər: müraciət məktubu; yerinə yetirilmiş müvafiq xidmətlərin təsviri; müvafiq bacarıq və təcrübəyə malik olan heyət haqqında məlumat; nizamnamə.   Məsləhətçi təşkilatların ixtisas uyğunluğunu və təcrübəsini qiymətləndirmək üçün meyarlar: Təhsil tədqiqatları sahəsində geniş təcrübəyə malik olması; İxtisaslı işçi heyətinə və Azərbaycan və yaxud buna oxşar ölkələrdə nümunəvi məsləhətçi xidmətlərin göstərilməsi üçün lazım olan resurslara malik olması;  Xüsusilə təhsil sektorunda fəaliyyət göstərən beynəlxalq təşkilatlar və yerli dövlət orqanları ilə iş təcrübəsinə malik olması.  Məsləhətçi təşkilatlar ixtisas uyğunluğunu gücləndirmək məqsədilə digər təşkilatlarla birgə müəssisə və yaxud sub-məsləhətçi formasında assosiasiya yarada bilərlər.  Məsləhətçi təşkilatların seçimi Dünya Bankının “Borcalanlar tərəfindən Məsləhətçilərin Seçimi və İşə Götürülməsi Qaydaları”nda (2004-cü ilin may ayında nəşr edilmiş, 2006-cı ilin oktyabr ayında düzəliş edilmiş Qaydalar) əks olunan Keyfiyyət və Dəyərə Əsaslanmış Seçim metodu ilə aparılacaqdır. Xidmətlərə maraq göstərən məsləhətçi təşkilatlardan xahiş olunur ki, qeyd olunan Qaydaların 1.9 paraqrafına (Maraqların Ziddiyyəti) diqqət yetirsinlər.  Maraqların İfadəsi yazılı şəkildə 2013-ci il, aprelin 15-dək aşağıdakı ünvana təqdim edilməlidir:   Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihə, Layihənin Əlaqələndirmə Qrupu, AZ1008, Bakı şəhəri, Xətai prospekti, 49. Əlaqələndirici şəxs: Elvin Rüstəmov Əlaqə telefonları: 496-37-59, 496-37-60; faks: 496-93-68. Email: erustamov@ultel.net   Əlavə məlumatları iş günləri ərzində saat 09.00-dan 18.00-dək eyni ünvandan əldə etmək olar.

"Azərbaycan müəllimi" qəzetinin 20 aprel 2012-ci il tarixli nömrəsində verilmiş "Bildiriş"ə uyğun olaraq Azərbaycan Respublikası Təhsil Nazirliyi 2013-2014-cü tədris ilinə ümumtəhsil məktəblərinin VI sinifləri üçün kurikulum əsasında dərsliklərin nəşri işlərinin (yazılması, hazırlanması, dizaynı və digər çapaqədərki işlər) satın alınmasına dair açıq tender elan edir

Azərbaycan Respublikası Təhsil Nazirliyi orta ixtisas təhsili müəssisələrində 2013/2014-cü tədris ilində istifadə olunacaq sənədlərin sərfəli qiymətə, optimal müddətə, yüksək poliqrafik səviyyədə hazırlanması və çapının satın alınmasına dair açıq tender elan edir.

Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası Təhsil Nazirlikləri arasında imzalanmış sazişə uyğun olaraq Çin Xalq Respublikası Azərbaycan tələbələri üçün təqaüd proqramı elan edir.

Təqaüd proqramına qəbul bakalavr, magistratura və doktorantura səviyyələrində Respublikamızda daha çox ehtiyac duyulan ixtisaslara uyğun olaraq aşağıdakı universitetlər üzrə həyata keçirilir:   Universitetlər 1.Peking University (www.oir.pku.edu.cn) 2. Beijing University of Technology (www.bjut.edu.cn) 3. Beihang University (ev.buaa.edu.cn) 4 .Beijing University of Chemical Science (www.buct.edu.cn) 5 .Beijing Jiaotong University (ev.buaa.edu.cn) 6. University of Science and Technology Beijing (www.ustb.edu.cn) 7. Beijing Institute of Technology (www.bit.edu.cn) 8. North China Electric Power University (www.ncepu.edu.cn) 9. Tsinghua University (www.tsinghua.edu.cn) 10. Capital Normal University (http://www.cnu.edu.cn/) 11. Capital Medical University (www.ccmu.edu.cn) 12. China University of Geosciences (www.cugb.edu.cn) 13. Graduate University of Chinese Academy of Sciences (www.gucas.ac.cn) 14. China Agriculture University (www.cau.edu.cn) 15. Graduate School of Chinese Academy of Agricultural Sciences (www.gscaas.net.cn) 16. China University of Petroleum (www.cup.edu.cn) 17. Donghua University (www.dhu.edu.cn) 18. Fudan University (http://iso.fudan.edu.cn) 19. East China University of Science and Technology (http://ies.ecust.edu.cn) 20. East China Normal University (http://english.ecnu.edu.cn) 21. Shanghai University (www.shu.edu.cn) 22. Shanghai Jiaotong University (http://en.sjtu.edu.cn) 23. University of Shanghai for Science and Technology (www.usst.edu.cn) 24. Shanghai Normal University (www.shnu.edu.cn) 25. Shanghai University of Traditional Chienese Medicine (www.shtcm.com) 26. Tongji University (www.istju.edu.cn) Təhsil çin dilindədir. Təqaüdə layiq görülmüş tələbələr 1 il çin dilindən hazırlıq kursu keçməlidir. Təqaüd aşağıdakı xərcləri əhatə edir: - Ali məktəbdə qeydiyyat xərci - Təhsil haqqı - Laboratoriya xərci - Təcrübə (internship) xərci - Tədris materialları - Yataqxana xərci - Aylıq yaşayış xərci - Aviabilet (ümumi tədris müddəti dövründə yalnız bir dəfə - təhsil yerinə gediş və vətənə dönüş) Aylıq yaşayış xərci təhsil səviyyələrinə uyğun olaraq aşağıdakı kimi hesablanmışdır: Bakalavr tələbələri üçün: 1400 YUAN Magistratura tələbələri üçün: 1700 YUAN Doktorantura tələbələri üçün: 2000 YUAN   Müsabiqədə iştirak etmək istəyən Azərbaycan Respublikası vətəndaşları 12 aprel 2013-cü il tarixinə kimi aşağıdakı sənədləri Azərbaycan Respublikası Təhsil Nazirliyinə təqdim edilməlidir:   Bakalavr səviyyəsi üzrə: 1. Anket forması (çap edilərək imzalanmış nüsxə); 2. Ümumi orta təhsil haqqında (attestat) və ya orta ixtisas təhsili haqqında notariat qaydada təsdiq edilmiş sənədin surəti; 3. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) test imtahanlarının nəticəsini təsdiq edən sənəd; 4. Hazırda təhsil aldığınız ali məktəb tərəfindən verilmiş arayış və transkript (fənlər üzrə akademik göstəricilər); 5. fəxri təltiflər, sertifikatlar, diplomlar və digər bu kimi sənədlərin surətləri (mövcud olduğu halda); 6. CV; 7. 3,5x4,5 sm. ölçüdə 6 ədəd rəngli fotoşəkil;  8. Şəxsiyyət vəsiqəsinin surəti; 9. Ümumvətəndaş pasportunun surəti.   Magistratura və doktorantura səviyyələri üzrə: 1. Anket forması (çap edilərək imzalanmış nüsxə); 2. Ümumi orta təhsil haqqında (attestat) və ya orta ixtisas təhsili haqqında notariat qaydada təsdiq edilmiş sənədin surəti; 3. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) test imtahanlarının nəticəsini təsdiq edən sənəd; 4. Ali təhsil haqqında sənəd (bakalavr səviyyəsindən məzun olar üçün) və diploma əlavənin notariat qaydada təsdiq edilmiş surəti; 5. fəxri təltiflər, sertifikatlar, diplomlar və digər bu kimi sənədlərin surətləri (mövcud olduğu halda); 6. CV; 7. 3,5x4,5 sm. ölçüdə 6 ədəd rəngli fotoşəkil;  8. Şəxsiyyət vəsiqəsinin surəti; 9. Ümumvətəndaş pasportunun surəti.   Qeyd. Bakalavrdan sonrakı təhsil səviyyəsi üçün müraciət edən, həqiqi hərbi xidmətə çağırışçı olan namizəd müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ aldığını təsdiq edən sənədi və ya hərbi xidmət keçdiyi halda, hərbi biletin notariat qaydada təsdiq olunmuş surətini təqdim etməlidir.     Sənədlərin təqdim edilməsi üçün son tarix: 12 aprel 2013-cü il, saat 18:00   Əlavə məlumat üçün Təhsil Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinin məsləhətçisi Sirus Rüstəmovla əlaqə saxlaya bilərsiniz. Əlaqə vasitələri: Tel: (012) 496-91-13 (şəhər nömrəsi) Daxili nömrə: 179 email: s.rustamov@edu.gov.az

15/08/2020

Müəllimlərin işə qəbulu müsabiqəsinin üstünlükləri #TəhsilNazirliyi #EduAz #MİQ #Müəllim #MüəllimlərinİşəQəbulu

More
15/08/2020

Peşə təhsilinin perspektivləri və gənclərə yaratdığı fürsətlər müzakirə #TəhsilNazirliyi #EduAz #PeşəTəhsili

More
15/08/2020

Şagirdlərin elektron yerdəyişməsi sistemində hansı yeniliklər edilib? #TəhsilNazirliyi #EduAz #TətilVaxtı #EvdəQal

More

Sayt test rejimində çalışır