• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri
FAQ

Azərbaycan Respublikası və Estoniyanın Təhsil Nazirlikləri arasında mövcud sazişə uyğun olaraq Estoniya Hökuməti Azərbaycan tələbələri üçün təqaüd proqramı elan edir.

Təqaüd proqramı ixtisasından asılı olmayaraq bütün Azərbaycan ali təhsil müəssisələrində təhsil alan tələbələr üçün açıqdır. Yol xərcləri tələbələr tərəfindən, təhsil haqqı və Estoniyada yaşama xərcləri isə dəvət edən tərəfdən ödənilir. Proqramda iştirak şərtlərinə cavab verən və seçdikləri universitetdən dəvət məktubu almış namizədlər 15 aprel 2013-cü il tarixindən gec olmayaraq Təhsil Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinə (Ilham Hümbətov, tel: 496 34 14) müraciət etməlidirlər. Təqaüd proqramı barədə əlavə məlumat üçün bu internet ünvanına müraciət edin: http://www.studyinestonia.ee/study/scholarships/bilateral-agreements/azerbaijan.

Slovakiya Respublikası təhsil sahəsində ölkələrarası tələbə mübadiləsinə dair Milli təqaüd proqramının yeni qəbulunu elan etmişdir.

Təqaüdün əldə edilmə şərtləri, fənlərin siyahısı, namizədliyin təqdim olunması və s. məlumatları www.minedu.sk, www.vladstipendia.sk, www.cdvuk.sk, www.portalvs.sk, www.study.sk internet səhifələrindən, podpora@studyabroad.sk elektron poçt ünvanından və 00421-907-551-404 telefon nömrəsindən əldə etmək mümkündür. Təqaüdün verilməsi üçün əsas şərt namizədin slovak dilini yüksək səviyyədə bilməsidir. Təqaüd proqramında iştirak edəcək namizədlər sənədlərini elektron formada 25 mart – 30 may 2013-cü il tarixlərində göndərməlidirlər.

Müqavilə ilə təltifetmə haqqında məlumat

Layihənin adı: Azərbaycan Respublikası, Təhsil Nazirliyi Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihə Kredit Nö.: 4394AZ   1. Müqavilənin təsviri: Məktəb kitabxanaçıları üçün təlim və mentorluq dəstəyi Seçim metodu: Məsləhətçinin Keyfiyyət Göstəriciləri əsasında Seçim metodu Qalib məsləhətçinin adı: “Mədəd Azərbaycan” MMC Ünvan: Azərbaycan Respublikası, AZ1078 Bakı şəhəri, 1058/34 Moskva pr. Müqavilə #: 4394AZ-CQ-191 Müqavilənin imzalanma tarixi: 14 fevral 2013 Müqavilənin məbləği: AZN 150,461.80 (ƏDV daxil) Müqavilənin müddəti: 14 fevral 2013 – 30 dekabr 2013   2. Müqavilənin təsviri: İdarəetmədə qərarların verilməsi üçün təhsilalanların nailiyyətlərinin qiymətləndirilməsi və monitorinq tədqiqatları nəticələrindən istifadə üzrə təlim Seçim metodu: Məsləhətçinin Keyfiyyət Göstəriciləri əsasında Seçim metodu Qalib məsləhətçinin adı: Xəzər Universiteti Ünvan: Azərbaycan Respublikası, Bakı şəhəri, Məhsəti küçəsi 11. Müqavilə #: 4394AZ-CQ-192 Müqavilənin imzalanma tarixi: 03 aprel 2013 Müqavilənin məbləği: AZN 148,208.00 (ƏDV daxil) Müqavilənin müddəti: 03 aprel 2013 – 30 dekabr 2013   3. Müqavilənin təsviri: Milli Qiymətləndirmə Tədqiqatı üçün sahə fəaliyyətinin həyata keçirilməsi Seçim metodu: Məsləhətçinin Keyfiyyət Göstəriciləri əsasında Seçim metodu Qalib məsləhətçinin adı: “ERA LTD” MMM Ünvan: Azərbaycan Respublikası, Bakı şəhəri, Naxçıvani küç.22, mən.49   Müqavilə #: 4394AZ-CQ-239 Müqavilənin imzalanma tarixi: 25 yanvar 2013 Müqavilənin məbləği: AZN 147,941.32 (ƏDV daxil) Müqavilənin müddəti: 25 yanvar 2013 – 30 dekabr 2013

Rusiya Federasiyasının Diplomatik Akademiyası 2013-2014-cü tədris ili üçün dinləyici və tələbə qəbulu elan edir. Akademiyada bu ixtisaslar üzrə hazırlıq keçirilir:

Beynəlxalq münasibətlər” və “Dünya iqtisadiyyatı” fakültələrində ikinci ali təhsil formatında bakalavr hazırlığı; “Beynəlxalq münasibətlər”, “İqtisadiyyat”, “İdarəetmə”, “Hüquqşünaslıq” istiqamətləri üzrə magistr hazırlığı; Aşağıdakı ixtisaslar üzrə aspirantların hazırlığı:   - “Beynəlxalq münasibətlərin tarixi”; - “Beynəlxalq iqtisadiyyat və beynəlxalq iqtisadi münasibətlər”; - “Beynəlxalq hüquq. Avropa ictimai hüququ”; - “Beynəlxalq münasibətlərin, qlobal və regional inkişafın siyasi problemləri”. Təhsil pulsuzdur. Əyani bölmənin tələbələri vaxtında müraciət etdiyi və boş yerlərin olduğu təqdirdə yataqxana ilə təmin olunurlar. Əlavə məlumat Akademiyanın internet saytından əldə oluna bilər: www.dipacademy.ru  

İslam Əməkdaşlığı Təşkilatının Təhsil Mübadilə Proqramı çərçivəsində Pakistanın İnformasiya Texnologiyaları İnstitutu tərəfindən 2013-cü ilin payız sessiyası üçün təqaüd proqramları təklif edilir.

Təqaüd proqramları aşağıdakı ixtisaslar üzrədir: Biologiya elmləri Kompüter elmləri Elektrik mühəndisliyi Riyaziyyat Fizika Meteorologiya İdarəetmə elmləri   Təqaüd proqramları çərçivəsində təhsil pulsuzdur. Yaşayış və nəqliyyat xərclərinə isə 63 faiz endirim tətbiq olunur. Yol xərci təhsil alan tərəfindən ödənilmir. Təqaüd proqramları barədə məlumat almaq və ərizəni yükləmək üçün bu internet ünvanına müraciət edin: http://www.oic-oci.org/external_web/eep/ciit.html

Koreya Respublikasının Təhsil, Elm və Texnologiya Nazirliyi nəzdində fəaliyyət göstərən Beynəlxalq Təhsil və İnkişaf üzrə Koreya Milli İnstitutu (NIIED) 2013-2016-cı tədris dövrü üçün nəzərdə tutulmuş təqaüd proqramı çərçivəsində KDI School of Public Policy and Management ali təhsil müəssisəsində Dövlət siyasəti (Public Policy) və İnkişaf Siyasəti (Development Policy) üzrə magistr dərəcəsi əldə etmək üçün təqaüd proqramlarını təklif edir.

Təhsil haqqı və Koreyada yaşama xərcləri dəvət edən tərəfindən ödənilir. Qəbul qaydaları bu ünvandan əldə oluna bilər: http://sdrv.ms/17o5TdX.   Proqramda iştirakla bağlı əlavə məlumat üçün bu internet ünvanlarına müraciət edin: 1. KGSP Team, National Institute for International Education Development (NIIED) http://www.niied.go.kr/eng/index.do → Core Business → GKS → Korean Government Scholarship Program http://www.studyinkorea.go.kr/en/main.do → Notice → 2013 KGSP Program for International Students Tel: +82-2-3668-1364; +82-2-3668-1389 Faks: +82-2-743-4992 Email: niied@mest.go.kr   2. Admissions Office (KDI School): Ünvan : 85 Hoegiro Dongdaemun-gu Seoul, 130-722, Korea Tel: +82-2-3299-1281 Faks: +82-2-3299-1223 Email: admissions@kdischool.ac.kr

Azərbaycan Respublikası və Latviya Respublikası Təhsil nazirlikləri arasında mövcud sazişə uyğun olaraq Latviya Hökuməti Azərbaycan ali təhsil müəssisələrinin tələbələri və müəllimləri üçün nəzərdə tutulmuş təhsil, tədqiqat və ya yay məktəblərində iştirak üçün təqaüd proqramları elan edir.

Təhsil və tədqiqat üçün təqaüd proqramlarında iştirak üçün sənədlər 1 may 2013-cü il tarixinə qədər Latviya Respublikasının Dövlət Təhsil İnkişafı Agentliyinə göndərilməlidir: State Education Development Agency 1 Valnu Street, Riga, LV-1050, Latvia Yay məktəbləri üçün təqaüd proqramlarında iştirak üçün sənədlər birbaşa yay məktəblərinin təşkilatçılarına göndərilməlidir. Keçiriləcək yay məktəbləri barədə məlumat bu ünvandan əldə oluna bilər: http://izm.izm.gov.lv/ministry/9574.html Təqaüd proqramları barədə məlumat üçün bu internet ünvanına müraciət edin: http://www.viaa.gov.lv/eng/international_cooperation/scholarships_gov/latvian_scholarships/ və http://www.uc.pt/driic/Bolsas/bolsas_Letonia

Azərbaycan Respublikası Təhsil Nazirliyi orta ixtisas təhsili müəssisələrində 2013/2014-cü tədris ilində istifadə olunacaq sənədlərin sərfəli qiymətə, optimal müddətə, yüksək poliqrafik səviyyədə hazırlanması və çapının satın alınmasına dair açıq tender elan edir

Azərbaycan Respublikası Prezidentinin 16 aprel 2007-ci il tarixli 2090 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın icrası ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 iyun 2008-ci il tarixli, 128 saylı Qərarı ilə təsdiq olunmuş "Xarici ölkələrdə təhsil alacaq Azərbaycan gənclərinin seçim Qaydaları”nın 1.5-ci və 4-cü bəndlərinə əsasən Təhsil Nazirliyi Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil üzrə Komissiyanın 15.05.2013-cü il tarixli, 48 saylı Sərəncamına uyğun olaraq 2013-2014-cü tədris ili üçün 22 may–15 avqust 2013-cü il tarixlərində sənədlərin qəbulunu həyata keçirəcəkdir.

Azərbaycan Respublikası Prezidentinin 16 aprel 2007-ci il tarixli 2090 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın icrası ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 iyun 2008-ci il tarixli, 128 saylı Qərarı ilə təsdiq olunmuş "Xarici ölkələrdə təhsil alacaq Azərbaycan gənclərinin seçim Qaydaları”nın 1.5-ci və 4-cü bəndlərinə əsasən Təhsil Nazirliyi Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil üzrə Komissiyanın 15.05.2013-cü il tarixli, 48 saylı Sərəncamına uyğun olaraq 2013-2014-cü tədris ili üçün 22 may–15 avqust 2013-cü il tarixlərində sənədlərin qəbulunu həyata keçirəcəkdir.    

Azərbaycan Respublikası Təhsil Nazirliyi və Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2013/2014-cü tədris ili üçün Rusiya Federasiyası ali təhsil müəssisələrində Azərbaycan Respublikası vətəndaşları üçün ayrılmış yerlərə tələbə qəbulu elan edir

Rusiya Federasiyası ali təhsil müəssisələrinə keçirilən imtahanda iştirak etmək istəyən abituriyentlər Azərbaycan Respublikası ali təhsil müəssisələrinin qəbul imtahanında iştirak etmək üçün TQDK-da təşkil edilmiş Sənəd Qəbulu Komissiyasında qeydiyyatdan keçməlidirlər (ünvan: Akademik Həsən Əliyev küçəsi, 17). Qeydiyyat 2013-cü il iyunun 10-dan 13-dək saat 10:00-dan 17:00-dək aparılır. İmtahanda iştirak etmək hüququna attestat qiymətləri (cari ilin məzunlarının illik qiymətləri) 4 və 5  olan Azərbaycan Respublikasının vətəndaşları malikdirlər. Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə müsabiqədə yalnız Bakı Musiqi Akademiyasının, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının I və II kursunda yaxşı və əla qiymətlərlə təhsil alan tələbələr iştirak edə bilərlər. Onlar müsabiqənin I mərhələsində (test imtahanı və müsahibədə) iştirak etmirlər və yalnız qabiliyyət imtahanında iştirak etmək üçün Rusiya Federasiyasının müvafiq ali təhsil müəssisəsinə getməlidirlər. Qeydiyyatdan keçmək üçün abituriyentlər Sənədlərin Qəbulu Komissiyasına aşağıdakı sənədləri təqdim edirlər: 1. Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün əldə etdikləri iş nömrəsi;   2. Əvvəlki illərin məzunları orta təhsil haqqında sənədin əslini (2013-cü ilin məzunları illik qiymətlər göstərilməklə buraxılış sinfində oxumaqları haqqında arayışı);  3. Şəxsiyyət vəsiqəsini;   4. Hərbi bilet və ya çаğırışçı şəhadətnaməsini;   5. Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə sənəd verən namizədlər müvafiq ali təhsil müəssisəsində təhsil almaları və cari qiymətləri haqqında arayış. Seçim iki mərhələdən ibarətdir I mərhələdə abituriyentlər TQDK tərəfindən keçiriləcək test imtahanında iştirak edirlər. Test imtahanı Azərbaycan və rus dillərində keçirilir. Bölməsindən asılı olmayaraq III ixtisas qrupu üzrə test tapşırıqları rus dilində təqdim olunacaq. Abituriyentlər seçdikləri ixtisas qrupu daxilində Azərbaycan Respublikası ali təhsil müəssisələrinə qəbul qaydalarında müəyyən edilmiş fənlərdən test imtahanı verirlər. Azərbaycan bölməsinin abituriyentləri Azərbaycan dili fənninin əvəzinə rus dilini bilmə səviyyəsini müəyyən edən suallara cavab verirlər. Abituriyentlər xarici dil fənni kimi ingilis, alman və ya fransız dillərindən birini seçə bilərlər. Test imtahanı 2013-cü il iyunun 16-da keçiriləcək. Abituriyentlər “İmtahana buraxılış vərəqəsi” iyunun 15-dən etibarən TQDK-nın internet saytından çap edib götürəcəklər. Test imtahanı nəticəsində I ixtisas qrupunda 300 və daha yüksək, digər qruplarda 400 və daha yüksək bal toplayan abituriyentlər II mərhələyə - müsahibəyə buraxılacaqlar. Müsahibə 2013-cü il iyunun 17-də keçiriləcək. Müsahibədə Azərbaycan bölməsi abituriyentlərinin rus dilini, rus bölməsi abituriyentlərinin isə Azərbaycan dilini bilmə səviyyəsi (müvafiq dillərdə inşa yazmaqla), eləcə də ümumi dünyagörüşü yoxlanacaq və məqbulla qiymətləndiriləcək. Müsahibədən məqbul alan abituriyentlər ixtisas seçiminə buraxılırlar. Müsabiqə test imtahanın nəticələrinə əsasən aparılacaq. Ali təhsil müəssisəsi göstərilməyən tibb, mədəniyyət və incəsənətlə bağlı ixtisaslarda oxumaq üçün seçilən abituriyentlər sənədlərini Rusiya Federasiyasının Təhsil və Elm Nazirliyinə təqdim etdikdən sonra onlara qəbul olunmaq üçün tövsiyə olunduqları ali təhsil müəssisəsi haqda məlumat veriləcək. Həmin abituriyentlər müvafiq ali təhsil müəssisəsində əlavə imtahan verməlidirlər. Rusiya Federasiyası ali təhsil müəssisələrinə qəbul olan abituriyentlər aşağıda göstərilən sənədləri hazırlayacaqlar: 1. Milli pasport; 2. RF ali təhsil müəssisələrində təhsil almaq istəyən xarici vətəndaş üçün anket (Anket formasını TQDK-dan əldə etmək olar); 3. Orta təhsil haqqında sənədin əslini (2013-cü ilin məzunları I yarımillik üçün qiymətlər göstərilməklə buraxılış sinfində oxumaqları haqqında arayışı); 4. Tibbi arayış; 5. QİÇS infeksiyasının olmaması barədə arayış; 6. Doğum haqqında şəhadətnamənin surəti; 7. 2 ədəd yeni cəkilmiş 3X4 sm ölçüdə fotoşəkil . Rusiya ali təhsil müəssisələrində təhsil ödənişsizdir. Lakin qəbul olunacaq Azərbaycan Respublikası vətəndaşlarının yataqxana və digər xərcləri tələbələrin özləri tərəfindən ödənilməlidir. Tələbələr Azərbaycan tərəfindən aylıq təqaüdlə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 May 2010-cu il tarixli, 101 nömrəli qərarı ilə bakalavr, magistratura və ordinatura üzrə təhsil alanlara 150 ABŞ dolları, aspirantura üzrə isə  250 ABŞ dolları müəyyənləşdirilib.) və ildə bir dəfə pulsuz gediş-gəlişlə təmin olunurlar. Rusiya Federasiyasının ali təhsil müəssisələrinə qəbul olunmuş tələbələrin illik tibbi sığortalanması məcburidir. Qəbul olunanların sənədlərini Rusiya tərəfinə təqdim etmək üçün Azərbaycan Respublikasının Təhsil Nazirliyinə təqdim olunacaq. Azərbaycan Respublikasının vətəndaşları Rusiya Federasiyasının ali təhsil müəssisələrinə qəbul olduqları təqdirdə 2013/2014-cü tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarında iştirak etmək hüququnu itirəcəklər. Qəbulla bağlı geniş məlumatı, o cümlədən Rusiya Federasiyasının ali təhsil müəssisələrində Azərbaycan Respublikası vətəndaşları üçün ayrılmış ixtisasların siyahısı, plan yerləri və s. məlumatları TQDK-nın internet saytından (www.tqdk.gov.az) əldə etmək olar. Qeyd: Qeyri-tibb ixtisaslarında mütəxəssis hazırlığı aparılan ixtisaslar üzrə təhsil müddəti 5 ildir.    Qəbul aparılan ixtisasların siyahısı

15/08/2020

Müəllimlərin işə qəbulu müsabiqəsinin üstünlükləri #TəhsilNazirliyi #EduAz #MİQ #Müəllim #MüəllimlərinİşəQəbulu

More
15/08/2020

Peşə təhsilinin perspektivləri və gənclərə yaratdığı fürsətlər müzakirə #TəhsilNazirliyi #EduAz #PeşəTəhsili

More
15/08/2020

Şagirdlərin elektron yerdəyişməsi sistemində hansı yeniliklər edilib? #TəhsilNazirliyi #EduAz #TətilVaxtı #EvdəQal

More

Sayt test rejimində çalışır