• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri
FAQ

2013/2014-cü tədris ilində 5-ci və 6-cı sinif şagirdlərinə dərs deyəcək və indiyədək təlimdən keçməyən Musiqi fənn müəllimləri üçün yeni ümumi orta təhsil kurikulumu üzrə təlimlərin keçirilməsi üçün məsləhətçi xidmətlərinin satınalınmasına dair keçirilmiş tenderlərin nəticələri

2013/2014-cü tədris ilində 5-ci və 6-cı sinif şagirdlərinə dərs deyəcək və indiyədək təlimdən keçməyən Fiziki tərbiyə fənn müəllimləri üçün yeni ümumi orta təhsil kurikulumu üzrə təlimlərin keçirilməsi üçün məsləhətçi xidmətlərinin satınalınmasına dair keçirilmiş tenderlərin nəticələri

2013/2014-cü tədris ilində 6-cı sinif şagirdlərinə dərs deyəcək Fizika fənn müəllimləri üçün yeni ümumi orta təhsil kurikulumu üzrə təlimlərin keçirilməsi üçün məsləhətçi xidmətlərinin satınalınmasına dair keçirilmiş tenderlərin nəticələri

2013/2014-cü tədris ilində 5-ci və 6-cı sinif şagirdlərinə dərs deyəcək və indiyədək təlimdən keçməyən Texnologiya fənn müəllimləri üçün yeni ümumi orta təhsil kurikulumu üzrə təlimlərin keçirilməsi üçün məsləhətçi xidmətlərinin satınalınmasına dair keçirilmiş tenderlərin nəticələri

Ümumvətəndaş pasportu almaq istəyən yetkinlik yaşına çatmamış Azərbaycan vətəndaşlarının diqqətinə!

“Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2012-ci il 12 iyun tarixli 377-IVQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən, 2013-cü il 2 sentyabr tarixindən etibarən Təhsil Nazirliyi ümumvətəndaş pasportu alınması üçün vəsatət məktublarının verilməsini dayandırmışdır. Ümumvətəndaş pasportu almaq istəyən yetkinlik yaşına çatmamış hər bir vətəndaş bilavasitə Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə müraciət etməlidir.

Məktəbəqədər təhsil müəssisələrinin tərbiyəçiləri üçün yeni məktəbəqədər təhsil kurikulumu üzrə təlimlərin keçirilməsi üçün məsləhətçi xidmətlərinin satınalınmasına dair keçirilmiş tenderlərin nəticələri

2013-2014-cü tədris ilində müəllimlərin işə qəbulu üzrə müsabiqədə keçid balını toplamış, lakin işə qəbul olunmamış müsabiqə iştirakçılarına hazırda ümumtəhsil məktəblərində vakant olan yerlər təklif edilir.

ELAN   Müəllimlərin işə qəbulu üzrə müsabiqə iştirakçılarının nəzərinə!          2013-2014-cü tədris ilində müəllimlərin işə qəbulu üzrə müsabiqədə keçid balını toplamış, lakin işə qəbul olunmamış müsabiqə iştirakçılarına hazırda ümumtəhsil məktəblərində vakant olan yerlər təklif edilir. Bu kateqoriyadan olan namizədlər 22-26 noyabr 2013-cü il tarixlərində Təhsil Nazirliyinin İnternet saytının (www.edu.gov.az) “Müəllimlərin işə qəbulu” bannerindən “Şəxsi səhifə”yə daxil olaraq (kod və parol vasitəsilə) uyğun ixtisas üzrə təklif olunan vakant yerlərdən ən çoxu 4-nü seçməli və təsdiqləməlidir. Vakant yerlərin seçimi 26 noyabr 2013-cü il tarixdə saat 18-00-da başa çatdırılacaq, yerləşdirmə aparılacaq və nəticəsi dərhal hər bir namizədin “Şəxsi səhifə”sinə göndəriləcəkdir. Vakant yer tutan namizədlər “Şəxsi səhifə”də göstərilən vaxtda və yerdə müsahibədən keçdikdən sonra onların işə qəbulu barədə qərar qəbul ediləcəkdir. Diqqət! Vakant yerlərdən seçim edərkən düşünülmüş və dəqiq qərar verilməlidir. Seçim aparmaq üçün verilən müddət başa çatanadək hər bir namizəd öz seçimində dəyişiklik edə bilər. Bunun üçün yenidən “Şəxsi səhifə”yə daxil olub bir daha seçim etmək və təsdiqləmək lazımdır.

Azərbaycan Respublikasının Təhsil Nazirliyi yeni müsabiqə elan edir.

Azərbaycan Respublikasının Təhsil Nazirliyi məktəb direktorları və gələcəkdə bu vəzifədə çalışmaq arzusunda olan pedaqoji kadrların təlimlərdə iştirakı üçün müsabiqə elan edir. Bu müsabiqə Qafqaz Universiteti ilə əməkdaşlıq çərçivəsində gerçəkləşdiriləcək.   Təlimlərin məqsədi müasir idarəetmə bilik və bacarığına yiyələnmiş, informasiya texnologiyalarına bələd, zəruri pedaqoji və psixoloji bilikləri olan, strateji düşüncə tərzi sərgiləyən ölkəmizin təhsil və sosial inkişafına töhfə verə biləcək məktəb direktorları yetişdirməkdir.   İlkin mərhələdə təlimlər yalnız Bakı şəhərində fəaliyyət göstərən ümumi təhsil müəssisələrini əhatə edəcək.   Təlimlərin müddəti: Təlimlər 2014-cü ilin 21 yanvar – 21 aprel (3 ay) tarixlərini əhatə edəcək. Dərslər gündə 3 saat (həftəlik 15 saat) olmaqla, həftənin 5 günü təşkil ediləcək. Təlimlərin günün müxtəlif vaxtlarında (səhər və günorta) keçirilməsi planlaşdırılır.   Təlimdə əhatə ediləcək mövzular: Təhsildə keyfiyyətin idarəedilməsi Təhsil hüququ. Peşə etikası Kompüter və təlim texnologiyaları Təhsildə statistika və təhlil Təhsildə liderlik və təşkilatçılıq Psixologiya və fərdi inkişaf Kurikulum: Nəzəriyyə və tətbiq Təhsildə maliyyənin idarəolunması Məktəb icması və ictimaiyyətlə münasibətlərin təşkili   Eyni zamanda iştirakçılar üçün müxtəlif uğurlu təcrübəyə malik məktəblərə səfərlər, qısa müddətli praktika, Təhsil Nazirliyinin əməkdaşlarının və müxtəlif təhsil ekspertlərinin iştirakı ilə müzakirələr də təşkil ediləcək.   Müsabiqədə iştirak üçün minimum tələblər: Ali pedaqoji təhsil 5 (beş) il pedaqoji iş təcrübəsi   Namizədlərdən gözlənilən digər keyfiyyətlər: Liderlik bacarığı Yüksək motivasiyalılıq Səmərəli qərar qəbul etmə bacarığı Nəticəyönümlülük İKT-dən istifadə bacarığı   Müraciət qaydaları: Müəyyən edilmiş tələblərə uyğun gələn namizədlər ərizə formasını (ƏLAVƏ 1) dolduraraq telim@edu.gov.az elektron poçt ünvanına göndərməlidirlər.   Müraciət üçün son tarix: 15 dekabr 2013-сü il   Seçim qaydaları: Təlim iştirakçıları 3 mərhələli seçim əsasında müəyyən ediləcək. 1-ci mərhələdə namizədlər elektron poçt ünvanına (telim@edu.gov.az və telim@qu.edu.az) göndərəcəkləri ərizə forması əsasında seçiləcəklər. Növbəti mərhələdə namizədlərin Azərbaycan dilində yazı və məntiqi düşüncə bacarıqları qiymətləndiriləcək. Bu mərhələdə uğur qazanmış namizədlər növbəti mərhələyə - müsahibəyə dəvət ediləcəklər. Hər üç mərhələnin nəticəsi olaraq 50 nəfərin seçimi nəzərdə tutulur.   Yekun qiymətləndirmə:          Təlimlərdə iştirak etmiş şəxslər Təhsil Nazirliyi tərəfindən təşkil olunacaq imtahanda iştirak edəcəklər. İmtahanlarda qənaətbəxş nəticə göstərmiş namizədlərə “Uğur sertifikatı” təqdim olunacaq. “Uğur sertifikatı” əldə etmiş və hal-hazırda məktəb direktoru vəzifəsində çalışan şəxslərin işlərində səmərəliliyin artırılması üçün müəyyən həvəsləndirmələr tətbiq olunacaq, gələcəkdə bu vəzifədə çalışmaq arzusunda olan pedaqoji kadrlar isə vakant yerlərə təyin olunmaq üçün ehtiyat kadr kimi qeydə alınacaqlar. 

2014/2015-ci tədris ilində ibtidai təhsil səviyyəsində və 5-7-ci siniflərdə dərs deyəcək və indiyədək təlimdən keçməyən fənn müəllimləri üçün yeni kurikulum üzrə təlim

MARAQLARIN İFADƏSİ ÜÇÜN DƏVƏT (MƏSLƏHƏTÇİ XİDMƏTLƏRİ – MƏSLƏHƏTÇİ TƏŞKİLAT SEÇİMİ)     Azərbaycan Respublikası Təhsil Nazirliyi Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihə Kredit Nö.: 4394AZ   Azərbaycan Hökuməti Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihənin (bundan sonra TSİİL) icra olunması ilə əlaqədar Dünya Bankından maliyyə vəsaiti almışdır. Həmin vəsaitin bir hissəsinin məsləhətçi xidmətlərinə sərf edilməsi nəzərdə tutulmuşdur.   TSİİL-in ibtidai (1-4-cü siniflər), ümumi orta (5-9-cu siniflər) və tam orta (10-11-ci siniflər) təhsil səviyyələri üzrə yeni fənn kurikulumlarının hazırlanmasında töhvəsi olmuşdur. Yeni kurikulumların tətbiqinə dəstək olaraq TSİİL çərçivəsində 2010-cu ildən bəri təlimlər təşkil olunur. 2014/2015-ci tədris ilində ibtidai siniflərdə və 5-7-ci sinif şagirdlərinə dərs deyəcək və indiyədək təlimdən keçməyən müəllimlər üçün növbəti təlimlərin keçirilməsinə ehtiyac yaranmışdır.   Azərbaycan Respublikası Təhsil Nazirliyi qeyd olunan təlimlərin keçirilməsində iştirak etmək istəyən məsləhətçi təşkilatları aşağıda göstərilmiş müqavilələr üzrə xidmətlərin göstərilməsinə maraqlarını ifadə etməyə dəvət edir: 1. Müqavilə Nö.4394AZ-QCBS-246: 2014/2015-ci tədris ilində 5-7-ci siniflərdə dərs deyəcək və indiyədək təlimdən keçməyən Ədəbiyyat, Ana dili və qeyri-azərbaycan bölməsi üçün Azərbaycan dili fənn müəllimləri üçün yeni ümumi orta təhsil kurikulumu üzrə təlim 2. Müqavilə Nö.4394AZ-QCBS-247: 2014/2015-ci tədris ilində 5-7-ci siniflərdə dərs deyəcək və indiyədək təlimdən keçməyən Xarici dil fənn müəllimləri üçün yeni ümumi orta təhsil kurikulumu üzrə təlim 3. Müqavilə Nö.4394AZ-QCBS-248: 2014/2015-ci tədris ilində 5-7-ci siniflərdə dərs deyəcək və indiyədək təlimdən keçməyən Riyaziyyat fənn müəllimləri üçün yeni ümumi orta təhsil kurikulumu üzrə təlim 4. Müqavilə Nö.4394AZ-QCBS-249: 2014/2015-ci tədris ilində 5-7-ci siniflərdə dərs deyəcək və indiyədək təlimdən keçməyən İnformatika fənn müəllimləri üçün yeni ümumi orta təhsil kurikulumu üzrə təlim 5. Müqavilə Nö.4394AZ-QCBS-250: 2014/2015-ci tədris ilində 5-7-ci siniflərdə dərs deyəcək və indiyədək təlimdən keçməyən Azərbaycan tarixi və Ümumi tarix fənn müəllimləri üçün yeni ümumi orta təhsil kurikulumu üzrə təlim 6. Müqavilə Nö.4394AZ-QCBS-251: 2014/2015-ci tədris ilində 5-7-ci siniflərdə dərs deyəcək və indiyədək təlimdən keçməyən Musiqi fənn müəllimləri üçün yeni ümumi orta təhsil kurikulumu üzrə təlim 7. Müqavilə Nö.4394AZ-QCBS-252: 2014/2015-ci tədris ilində 5-7-ci siniflərdə dərs deyəcək və indiyədək təlimdən keçməyən Təsviri incəsənət fənn müəllimləri üçün yeni ümumi orta təhsil kurikulumu üzrə təlim 8. Müqavilə Nö.4394AZ-QCBS-253: 2014/2015-ci tədris ilində 5-7-ci siniflərdə dərs deyəcək və indiyədək təlimdən keçməyən Həyat bilgisi fənn müəllimləri üçün yeni ümumi orta təhsil kurikulumu üzrə təlim 9. Müqavilə Nö.4394AZ-QCBS-254: 2014/2015-ci tədris ilində 5-7-ci siniflərdə dərs deyəcək və indiyədək təlimdən keçməyən Texnologiya fənn müəllimləri üçün yeni ümumi orta təhsil kurikulumu üzrə təlim 10. Müqavilə Nö.4394AZ-QCBS-255: 2014/2015-ci tədris ilində 5-7-ci siniflərdə dərs deyəcək və indiyədək təlimdən keçməyən Fiziki tərbiyə fənn müəllimləri üçün yeni ümumi orta təhsil kurikulumu üzrə təlim 11. Müqavilə Nö.4394AZ-QCBS-256: 2014/2015-ci tədris ilində 6-7-ci siniflərdə dərs deyəcək və indiyədək təlimdən keçməyən Biologiya fənn müəllimləri üçün yeni ümumi orta təhsil kurikulumu üzrə təlim 12. Müqavilə Nö.4394AZ-QCBS-257: 2014/2015-ci tədris ilində 6-7-ci siniflərdə dərs deyəcək və indiyədək təlimdən keçməyən Coğrafiya fənn müəllimləri üçün yeni ümumi orta təhsil kurikulumu üzrə təlim 13. Müqavilə Nö.4394AZ-QCBS-258: 2014/2015-ci tədris ilində 6-7-ci siniflərdə dərs deyəcək və indiyədək təlimdən keçməyən Fizika fənn müəllimləri üçün yeni ümumi orta təhsil kurikulumu üzrə təlim 14. Müqavilə Nö.4394AZ-QCBS-259:2014/2015-ci tədris ilində 7-ci sinifdə dərs deyəcək Kimya fənn müəllimləri üçün yeni ümumi orta təhsil kurikulumu üzrə təlim 15. Müqavilə Nö.4394AZ-QCBS-260: 2014/2015-ci tədris ilində ibtidai təhsildə dərs deyən və indiyədək təlimdən keçməyən müəllimlər üçün yeni ibtidai təhsil kurikulumu üzrə təlim   Təlimlər Azərbaycan Respublikasının müxtəlif regionlarında Azərbaycan dilində keçiriləcəkdir.   Xidmətlərin icra müddəti: iyun-dekabr 2014-cü il   Xidmətlərə maraq göstərən məsləhətçi təşkilatlar Maraq İfadələrini hər bir müqavilə üzrə ayrıca təqdim etməklə müvafiq ixtisas tələblərinə və təcrübəyə cavab verdiklərini təsdiq edən aşağıdakı məlumatları və sənədləri təqdim etməlidirlər: müraciət məktubu; yerinə yetirilmiş müvafiq xidmətlərin təsviri; müvafiq bacarıq və təcrübəyə malik olan heyət haqqında məlumat; nizamnamə.   Məsləhətçi təşkilatların ixtisas uyğunluğunu və təcrübəsini qiymətləndirmək üçün meyarlar: Nizamnaməsinə uyğun olaraq, təşkilatın fəaliyyət istiqamətləri arasında insan resurslarının inkişafı və ya təlimlərin olması; Məktəblərlə bağlı layihələrin həyata keçirilməsi sahəsində ən azı son iki ildə iş təcrübəsi; Müəllimlər üçün təlim kurslarının keçirilməsində son iki ildə iş təcrübəsi.   Məsləhətçi təşkilatlar ixtisas uyğunluğunu gücləndirmək məqsədilə digər təşkilatlarla birgə müəssisə və yaxud sub-məsləhətçi formasında assosiasiya yarada bilərlər.   Məsləhətçi təşkilatların seçimi Dünya Bankının “Borcalanlar tərəfindən Məsləhətçilərin Seçimi və İşə Götürülməsi Qaydaları”nda (2004-cü ilin may ayında nəşr edilmiş, 2006-cı ilin oktyabr ayında düzəliş edilmiş Qaydalar) əks olunan Keyfiyyət və Dəyərə Əsaslanmış Seçim metodu ilə aparılacaqdır. Xidmətlərə maraq göstərən məsləhətçi təşkilatlardan xahiş olunur ki, qeyd olunan Qaydaların 1.9 paraqrafına (Maraqların Ziddiyyəti) diqqət yetirsinlər.   Maraqların İfadəsi yazılı şəkildə 20 dekabr 2013-cü il tarixinədək aşağıdakı ünvana təqdim edilməlidir:   Layihənin Əlaqələndirmə Qrupu, Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihə, Azərbaycan Respublikasının Təhsil Nazirliyi, AZ1008, Bakı şəhəri, Xətai prospekti, 49. Əlaqələndirici şəxs: Yeganə Manafova Əlaqə telefonları: 496-37-59, 496-37-60; faks: 496-93-68. Email: y.manafova@edu.gov.az   Əlavə məlumatları iş günləri ərzində saat 09.00-dan 18.00-dək eyni ünvandan əldə etmək olar.

Milli qiymətləndirmə tədqiqatları və digər qiymətləndirmə layihələri çərçivəsində qiymətləndirmə vasitələrinin hazırlanması üzrə məsləhətçilərin seçimi.

TƏHSİL SEKTORUNUN İNKİŞAFI ÜZRƏ İKİNCİ LAYİHƏ KREDİT Nö 4394AZ     MİLLİ QİYMƏTLƏNDİRMƏ TƏDQİQATLARI VƏ DİGƏR QİYMƏTLƏNDİRMƏ LAYİHƏLƏRİ ÇƏRÇİVƏSİNDƏ QİYMƏTLƏNDİRMƏ VASİTƏLƏRİNİN HAZIRLANMASI İLƏ BAĞLI MƏSLƏHƏTÇİLƏRİN SEÇİLMƏSİNƏ DAİR MÜSABİQƏ   Azərbaycan HökumətiTəhsil Sektorunun İnkişafı üzrə İkinci Layihənin icra olunması ilə əlaqədar Dünya Bankından maliyyə vəsaiti almışdır. Həmin vəsaitin bir hissəsinin məsləhətçi xidmətlərinə sərf edilməsi nəzərdə tutulmuşdur.   Tapşırığın məqsədi Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən həyata keçirilən qiymətləndirmə tədqiqatlarına dəstək olmaq, fənn kurikulumları üzrə qiymətləndirmə vasitələrini hazırlamaq, qiymətləndirmə standartlarını təkmilləşdirmək üçün tövsiyələr vermək, müəllimlərin standartlardan praktik istifadəsini asanlaşdırmaq məqsədilə onları müvafiq təlimatlar və qiymətləndirmə vasitələri ilə təmin etməkdir.   Təhsil Nazirliyi Milli qiymətləndirmə tədqiqatları və digər qiymətləndirmə layihələrində istifadə olunacaq qiymətləndirmə vasitələrini hazırlamaq məqsədilə aşağıdakı fənn mütəxəssislərinin seçimi üçün müsabiqə elan edir:   1. İbtidai təhsil səviyyəsi üzrə Azərbaycan dili 2. İbtidai təhsil səviyyəsi üzrə Riyaziyyat 3. İbtidai təhsil səviyyəsi üzrə Həyat bilgisi 4. Ümumi orta təhsil səviyyəsi üzrə Azərbaycan dili 5. Ümumi orta təhsil səviyyəsi üzrə Riyaziyyat 6. Ümumi orta təhsil səviyyəsi üzrə Həyat bilgisi   Namizədlər üçün ixtisas tələbləri: Pedaqoji bakalavr dərəcəsi; Müraciət etdiyi təhsil səviyyəsi və fənn üzrə kurikulumuntətbiqi sahəsində 2 il iş təcrübəsi; Qiymətləndirmə vasitələrinin hazırlanması sahəsində 2 il iş təcrübəsi; Azərbaycan dilini mükəmməl bilməsi; İKT-dən istifadə bacarığı.    İcra müddəti: yanvar 2014 – mart 2016-cı illəri əhatə edən dövrdə 150 iş günü   Müsabiqə Dünya Bankının “Borcalanlar tərəfindən Məsləhətçilərin Seçilməsi və İşə götürülməsi Qaydaları”na əsaslanan  Fərdi Məsləhətçilərin Seçimi metodu əsasında keçiriləcəkdir.     Namizədlər müvafiq tələblərə cavab verdiklərini əks etdirən tərcümeyi-halın (CV) və doldurulmuş “Müraciət forması”nın (əlavə olunur) elektron və/və ya çap variantını müraciət etdikləri fənni göstərməklə 19 dekabr 2013-cü il tarixinədəkaşağıdakı ünvana təqdim etməlidirlər:   Azərbaycan Respublikası Təhsil Nazirliyi, Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihə, Layihənin Əlaqələndirmə Qrupu, AZ1008, Bakı şəhəri, Xətai prospekti, 49. Əlaqə telefonları: 496-37-59, 496-37-60; faks: 496-93-68. Email: y.manafova@edu.gov.az   Müraciət forması

15/08/2020

Müəllimlərin işə qəbulu müsabiqəsinin üstünlükləri #TəhsilNazirliyi #EduAz #MİQ #Müəllim #MüəllimlərinİşəQəbulu

More
15/08/2020

Peşə təhsilinin perspektivləri və gənclərə yaratdığı fürsətlər müzakirə #TəhsilNazirliyi #EduAz #PeşəTəhsili

More
15/08/2020

Şagirdlərin elektron yerdəyişməsi sistemində hansı yeniliklər edilib? #TəhsilNazirliyi #EduAz #TətilVaxtı #EvdəQal

More

Sayt test rejimində çalışır