• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri
FAQ

Məktəbəqədər təhsil müəssisələrinin tərbiyəçiləri üçün yeni məktəbəqədər təhsil kurikulumu üzrə təlim

MARAQLARIN İFADƏSİ ÜÇÜN DƏVƏT (MƏSLƏHƏTÇİ XİDMƏTLƏRİ – MƏSLƏHƏTÇİ TƏŞKİLAT SEÇİMİ)     Azərbaycan Respublikası Təhsil Nazirliyi Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihə Kredit Nö.: 4394AZ   Azərbaycan Hökuməti Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihənin (bundan sonra TSİİL) icra olunması ilə əlaqədar Dünya Bankından maliyyə vəsaiti almışdır. Həmin vəsaitin bir hissəsinin məsləhətçi xidmətlərinə sərf edilməsi nəzərdə tutulmuşdur.   TSİİL-in məktəbəqədər təhsil kurikulumunun hazırlanmasında töhvəsi olmuşdur və 2013-cü ildə Azərbaycan Respublikasının pilot rayonlarında məktəbəqədər təhsil müəssisələrinin tərbiyəçiləri üçün yeni kurikulum üzrə təlimlər keçirilmişdir. Məktəbəqədər təhsil kurikulumunun tətbiqi məqsədilə bütün dövlət məktəbəqədər təhsil müəssisələrinin tərbiyəçiləri üçün növbəti təlimlər bu il planlaşdırılır.   Azərbaycan Respublikası Təhsil Nazirliyi qeyd olunan təlimlərin keçirilməsində iştirak etmək istəyən məsləhətçi təşkilatları aşağıda göstərilmiş müqavilələr üzrə xidmətlərin göstərilməsinə maraqlarını ifadə etməyə dəvət edir: 1. Müqavilə Nö. 4394AZ-QCBS-261: Abşeron iqtisadi rayonunda məktəbəqədər təhsil müəssisələrinin tərbiyəçiləri üçün yeni məktəbəqədər təhsil kurikulumu üzrə təlim 2. Müqavilə Nö. 4394AZ-QCBS-262: Dağlıq Şirvan, Quba-Xaçmaz və Şəki-Zaqatala iqtisadi rayonlarında məktəbəqədər təhsil müəssisələrinin tərbiyəçiləri üçün yeni məktəbəqədər təhsil kurikulumu üzrə təlim; 3. Müqavilə Nö. 4394AZ-QCBS-263: Gəncə-Qazax və Yuxarı Qarabağ iqtisadi rayonlarında məktəbəqədər təhsil müəssisələrinin tərbiyəçiləri üçün yeni məktəbəqədər təhsil kurikulumu üzrə təlim; 4. Müqavilə Nö. 4394AZ-QCBS-264: Aran və Lənkəran iqtisadi rayonlarında məktəbəqədər təhsil müəssisələrinin tərbiyəçiləri üçün yeni məktəbəqədər təhsil kurikulumu üzrə təlim.   Təlimlər Azərbaycan Respublikasının müxtəlif regionlarında Azərbaycan dilində keçiriləcəkdir.   Xidmətlərin icra müddəti: iyun-dekabr 2014-cü il   Xidmətlərə maraq göstərən məsləhətçi təşkilatlar Maraq İfadələrini hər bir müqavilə üzrə ayrıca təqdim etməklə müvafiq ixtisas tələblərinə və təcrübəyə cavab verdiklərini təsdiq edən aşağıdakı məlumatları və sənədləri təqdim etməlidirlər: • müraciət məktubu; • yerinə yetirilmiş müvafiq xidmətlərin təsviri; • müvafiq bacarıq və təcrübəyə malik olan heyət haqqında məlumat; • nizamnamə.   Məsləhətçi təşkilatların ixtisas uyğunluğunu və təcrübəsini qiymətləndirmək üçün meyarlar:   • Nizamnaməsinə uyğun olaraq, təşkilatın fəaliyyət istiqamətləri arasında insan resurslarının inkişafı və ya təlimlərin olması; • Müəllimlər üçün təlim kurslarının keçirilməsində iş təcrübəsi; • Məktəbəqədər təhsil müəssisələri ilə birgə layihələrin həyata keçirilməsi sahəsində iş təcrübəsi.   Məsləhətçi təşkilatlar ixtisas uyğunluğunu gücləndirmək məqsədilə digər təşkilatlarla birgə müəssisə və yaxud sub-məsləhətçi formasında assosiasiya yarada bilərlər.   Məsləhətçi təşkilatların seçimi Dünya Bankının “Borcalanlar tərəfindən Məsləhətçilərin Seçimi və İşə Götürülməsi Qaydaları”nda (2004-cü ilin may ayında nəşr edilmiş, 2006-cı ilin oktyabr ayında düzəliş edilmiş Qaydalar) əks olunan  Keyfiyyət və DəyərəƏsaslanmış Seçim metodu ilə aparılacaqdır. Xidmətlərə maraq göstərən məsləhətçi təşkilatlardan xahiş olunur ki, qeyd olunan Qaydaların 1.9 paraqrafına (Maraqların Ziddiyyəti) diqqət yetirsinlər.   Maraqların İfadəsi yazılı şəkildə 29 yanvar 2014-cü il tarixinədək aşağıdakı ünvana təqdim edilməlidir:   Layihənin Əlaqələndirmə Qrupu, Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihə, Azərbaycan Respublikasının Təhsil Nazirliyi, AZ1008, Bakı şəhəri, Xətai prospekti, 49. Əlaqələndirici şəxs: Yeganə Manafova Əlaqə telefonları: 496-37-59, 496-37-60; faks: 496-93-68. Email: y.manafova@edu.gov.az   Əlavə məlumatları iş günləri ərzində saat 09.00-dan 18.00-dək eyni ünvandan əldə etmək olar.

Müəllimlər üçün fəaliyyətə əsaslanan əmək haqqı və mükafatlandırma sisteminin yaradilması

MARAQLARIN İFADƏSİ ÜÇÜN DƏVƏT (MƏSLƏHƏTÇİ XİDMƏTLƏRİ – MƏSLƏHƏTÇİ TƏŞKİLAT SEÇİMİ)   Azərbaycan Respublikası Təhsil Nazirliyi Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihə Kredit Nö.: 4394AZ   Azərbaycan Hökuməti Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihənin (bundan sonra TSİİL) xərclərini ödəmək məqsədilə Dünya Bankından maliyyə vəsaiti almışdır. Həmin vəsaitin bir hissəsinin məsləhətçi xidmətlərinə sərf edilməsi nəzərdə tutulmuşdur.   Xidmətin məqsədi müxtəlif beynəlxalq perspektivləri nəzərə almaqla müəllimlər üçün fəaliyyətə əsaslanan əmək haqqı və mükafatlandırma sisteminin tərtib edilməsindən ibarətdir.       Xidmətin icra müddəti: 12 ay   Azərbaycan Respublikasının Təhsil Nazirliyi qeyd olunan xidmətin həyata keçirilməsində iştirak etmək istəyən məsləhətçi təşkilatları xidmətlərin göstərilməsinə maraqlarını ifadə etməyə dəvət edir. Xidmətlərə maraq göstərən məsləhətçi təşkilatlar müvafiq ixtisas tələblərinə və təcrübəyə cavab verdiklərini təsdiq edən aşağıdakı məlumatları və sənədləri təqdim etməlidirlər: • müraciət məktubu; • yerinə yetirilmiş müvafiq xidmətlərin təsviri; • müvafiq bacarıq və təcrübəyə malik olan heyət haqqında məlumat; • nizamnamə.   Məsləhətçi təşkilatların ixtisas uyğunluğunu və təcrübəsini qiymətləndirmək üçün meyarlar:   • Məsləhətçi təşkilat təhsil tədqiqatları sahəsində təcrübəyə malik olmalıdır; • Məsləhətçi təşkilat insan resurslarının idarəedilməsi, xüsusən də əmək haqqı sistemini əhatə edən layihələrdə təcrübəyə malik olmalıdır; • Məsləhətçi təşkilat Azərbaycanda və ya digər iqtisadi cəhətdən oxşar ölkələrdə təhsil sahəsində məsləhətçi xidmətlərinin göstərilməsi üçün lazım olan ixtisaslı heyətə və digər resurslara malik olmalıdır; • Məsləhətçi təşkilatın xüsusilə təhsil sahəsində beynəlxalq donorlar və yerli hökumət tərəfindən maliyyələşən layihələrdə iş təcrübəsi olmalıdır.   Məsləhətçi təşkilatlar ixtisas uyğunluğunu gücləndirmək məqsədilə digər təşkilatlarla birgə müəssisə və yaxud sub-məsləhətçi formasında assosiasiya yarada bilərlər.   Məsləhətçi təşkilatların seçimi Dünya Bankının “Borcalanlar tərəfindən Məsləhətçilərin Seçimi və İşə Götürülməsi Qaydaları”nda (2004-cü ilin may ayında nəşr edilmiş, 2006-cı ilin oktyabr ayında düzəliş edilmiş Qaydalar) əks olunan Keyfiyyət və Dəyərə Əsaslanmış Seçim metodu ilə aparılacaqdır. Xidmətlərə maraq göstərən məsləhətçi təşkilatlardan xahiş olunur ki, qeyd olunan Qaydaların 1.9 paraqrafına (Maraqların Ziddiyyəti) diqqət yetirsinlər.   Maraqların İfadəsi yazılı şəkildə 29 yanvar 2014-cü il tarixinədək aşağıdakı ünvana təqdim edilməlidir:   Layihənin Əlaqələndirmə Qrupu, Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihə, Azərbaycan Respublikasının Təhsil Nazirliyi, AZ1008, Bakı şəhəri, Xətai prospekti, 49. Əlaqələndirici şəxs: Yeganə Manafova Əlaqə telefonları: (+994 12 ) 496 37 59/60; faks: (+994 12 ) 496 93 68. Email: y.manafova@edu.gov.az   Əlavə məlumatları iş günləri ərzində saat 09.00-dan 18.00-dək eyni ünvandan əldə etmək olar.

Dərsliklərin yaradilmasi və qiymətləndirilməsi üzrə təlim

MARAQLARIN İFADƏSİ ÜÇÜN DƏVƏT (MƏSLƏHƏTÇİ XİDMƏTLƏRİ – MƏSLƏHƏTÇİ TƏŞKİLAT SEÇİMİ)   Azərbaycan Respublikası Təhsil Nazirliyi Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihə Kredit Nö.: 4394AZ   Azərbaycan Hökuməti Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihənin (bundan sonra TSİİL) xərclərini ödəmək məqsədilə Dünya Bankından maliyyə vəsaiti almışdır. Həmin vəsaitin bir hissəsinin məsləhətçi xidmətlərinə sərf edilməsi nəzərdə tutulmuşdur.   Xidmətin məqsədi: Dərsliklərin yaradılması və qiymətləndirilməsi üzrə təlimlərin təşkil olunmasından ibarətdir. Təlim kursu dərsliyin və dərs vəsaitlərinin yaradılması metodlarına yönəldilməklə yanaşı dərsliyin yazılma prosesində kurikulumla əlaqələndirilməsi, valideyn, ali təhsil müəssisəsi, dövlət idarələri və özəl sektor kimi maraqlı tərəflərlə müzakirələrin aparılması və beynəlxalq standartlara uyğunluğun təmin edilməsi mövzularını əhatə edəcəkdir. Təlimin sonunda iştirakçılar verilmiş kurikulum və yaş qrupu üzrə dərsliyin qiymətləndirilməsini aparmaq və müəlliflərə düzəliş və əlavələrin edilməsi üçün tövsiyələr vermək bacarıqlarına yiyələnəcəklər.      Xidmətin icra müddəti: aprel-iyun 2014-cü il   Azərbaycan Respublikasının Təhsil Nazirliyi qeyd olunan təlimin həyata keçirilməsində iştirak etmək istəyən məsləhətçi təşkilatları xidmətlərin göstərilməsinə maraqlarını ifadə etməyə dəvət edir. Xidmətlərə maraq göstərən məsləhətçi təşkilatlar müvafiq ixtisas tələblərinə və təcrübəyə cavab verdiklərini təsdiq edən aşağıdakı məlumatları və sənədləri təqdim etməlidirlər: • müraciət məktubu; • yerinə yetirilmiş müvafiq xidmətlərin təsviri; • müvafiq bacarıq və təcrübəyə malik olan heyət haqqında məlumat; • nizamnamə.   Məsləhətçi təşkilatların ixtisas uyğunluğunu və təcrübəsini qiymətləndirmək üçün meyarlar:   • Məsləhətçi təşkilat müvafiq sahədə təlim və seminarların keçirilməsində geniş təcrübəyə malik olmalıdır; • Məsləhətçi təşkilatın əsas heyəti dərsliklərin yaradılması və qiymətləndirilməsi sahəsində geniş təcrübəyə malik olmalıdır; • Məsləhətçi təşkilatın dərsliklərin yaradılması və qiymətləndirilməsi ilə əlaqəli layihələrin həyata keçirilməsində təcrübəsi üstün dəyərləndiriləcək; • Məsləhətçi təşkilatın Azərbaycan dilində təlimlərin keçirilməsində təcrübəsi üstün dəyərləndiriləcək.   Məsləhətçi təşkilatlar ixtisas uyğunluğunu gücləndirmək məqsədilə digər təşkilatlarla birgə müəssisə və yaxud sub-məsləhətçi formasında assosiasiya yarada bilərlər.   Məsləhətçi təşkilatların seçimi Dünya Bankının “Borcalanlar tərəfindən Məsləhətçilərin Seçimi və İşə Götürülməsi Qaydaları”nda (2004-cü ilin may ayında nəşr edilmiş, 2006-cı ilin oktyabr ayında düzəliş edilmiş Qaydalar) əks olunan Məsləhətçinin Keyfiyyət Göstəriciləri üzrə Seçim metodu ilə aparılacaqdır. Xidmətlərə maraq göstərən məsləhətçi təşkilatlardan xahiş olunur ki, qeyd olunan Qaydaların 1.9 paraqrafına (Maraqların Ziddiyyəti) diqqət yetirsinlər.     Maraqların İfadəsi yazılı şəkildə 29 yanvar 2014-cü il tarixinədək aşağıdakı ünvana təqdim edilməlidir:   Layihənin Əlaqələndirmə Qrupu, Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihə, Azərbaycan Respublikasının Təhsil Nazirliyi, AZ1008, Bakı şəhəri, Xətai prospekti, 49. Əlaqələndirici şəxs: Yeganə Manafova Əlaqə telefonları: (+994 12 ) 496 37 59/60; faks: (+994 12 ) 496 93 68. Email: y.manafova@edu.gov.az   Əlavə məlumatları iş günləri ərzində saat 09.00-dan 18.00-dək eyni ünvandan əldə etmək olar.

Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə Müasir Təhsil və Tədrisə Yardım Mərkəzi (CIE) Qafqaz Tədqiqat Resurs Mərkəzi (CRRC) ilə əməkdaşlıqda təhsil siyasətinin hazırlanmasına dair təlimdə iştirak etmək üçün ərizə qəbulu elan edir.

Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi iləMüasir Təhsil və Tədrisə Yardım Mərkəzi (CIE) Qafqaz Tədqiqat Resurs Mərkəzi (CRRC) ilə əməkdaşlıqda təhsil siyasətinin hazırlanmasına dair təlimdə iştirak etmək üçün ərizə qəbulu elan edir.   Təlimin keçirilməsində əsas məqsəd təhsil sahəsində çalışan dövlət qulluqçularının və mütəxəssislərin siyasət hazırlanması və təhlili üzrə bilik və bacarıqlarını artırmaqdır. Təhsil sahəsində tədqiqatçılar, həmçinin, təhsilin idarə olunması, təhsil iqtisadiyyatı və maliyyələşdirilməsi, təhsildə qiymətləndirmə və digər əlaqədar mövzularda maraqlı olan şəxslərin iştirakı arzuolunandır.Təlim sessiyaları ilk olaraq, təhsil siyasəti hazırlanmasının ümumi anlayışını iştirakçılara təqdim edəcək. Bundan sonra iştirakçılar seçilmiş təhsil proqramlarının fərdi hal olaraq siyasət məsələsi kimi təhlilini aparacaq və həmin məsələlərin həlli istiqamətində siyasət sənədi hazırlayacaqlar.Sessiyalar həmçinin aşağıdakı mövzuları əhatə edəcək:   - Siyasət hazırlanmasının dövrü prosesi nədən ibarətdir və hansı mərhələləri özündə cəmləşdirir? - Tədqiqat metodları və kəmiyyət göstərcilərinin təhlili - Pilot layihələrini siyasət hazırlanması aspektindən necə qiymətləndirmək olar və pilot layihələrin nəticələri siyasət hazırlanmasında necə istifadə oluna bilər? - Qlobal indekslər siyasət hazırlanmasında necə istifadə oluna bilər? - Siyasət hazırlama səlahiyyəti olan qurumlarla beyin mərkəzi və tədqiqat mərkəzləri arasında əməkdaşlıq imkanları hansı yollarla mümkündür?   Bundan başqa, təlim məlumat bazalarından istifadənin sübut və faktlara əsaslanan siyasət qərarlarında rolunu izah edəcək, mövcud məlumatların analitik istifadəsi üçün zəruri bilik və bacarıqları iştirakçılara aşılayacaq, beynəlxalq təcrübədə tanınan siyasət hazırlama təcrübələrini iştirakçılara təqdim edəcək və nəhayət, iştirakçılar üçün şəbəkələşmə imkanı yaradaraq mümkün əməkdaşlıq mühiti yaratmağa xidmət edəcək.   Təlim 15 fevral 2014-cü ildən başlayaraq, hər həftənin şənbə günü olmaqla 8 həftə ərzində Azərbaycan Dillər Universiteti Amerika Mərkəzində (Rəşid Behbudov küç.,60) keçiriləcəkdir. Təlimin işçi dili Azərbaycan dilidir.   Təlimdə iştirak etmək istəyənləraşağıdakı keçiddəki müracət formasını tamamlayıb 9 fevral 2014-cü il tarixinədək göndərməlidirlər: http://bit.ly/cieapplication   Əlavə məlumat üçünəlaqələndirici şəxs: Eltac Muradlı Email:EMuradli@cie.az Tel.: 012-498-6043 (dax.27)

Qiymətləndirmə layihələri çərçivəsində məlumatların təhlili üzrə mütəxəssis elanı

Tapşırığın adı: Qiymətləndirmə layihələri çərçivəsində  məlumatların təhlili üzrə mütəxəssis İcra olunduğu yer: Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Təhsil  Sektorunun İnkişafı üzrə İkinci Layihə (TSİİL) İcra müddəti:  Fevral 2014 – Mart 2016 Məkan:  Bakı şəhəri Tapşırıq və vəzifələr:  Təhsilin statistikası və keyfiyyətin qiymətləndirilməsi şöbəsi tərəfindən həyata keçirilən milli qiymətləndirmə çərçivəsində tədqiqat sualının və  metodologiyanın müəyyənləşdirilməsi; Qiymətləndirmə tədqiqatlarının nəticələrinin statistik təhlilinin aparılması;  Tədqiqatın sınaq mərhələsində tətbiq olunmuş qiymətləndirmə vasitələrinin təhlil edilməsi və  əsas mərhələdə istifadə olunacaq qiymətləndirmə vasitələri iə bağlı tövsiyələrin verilməsi;  Fənn mütəxəssislərinin təqdim etdiyi nəticələrin ümumiləşdirilməsi  və hesabat halına salınması. İxtisas tələbləri: İdarəetmə, riyaziyyat və digər uyğun sahələr üzrə magistr dərəcəsi; Statistik  təhlillər sahəsində ən azı 3 il iş təcrübəsi; Təhsil sahəsində (ümumi təhsil və ya ali təhsil) ən azı 2 il iş təcrübəsi; Azərbaycan və ingilis dillərində səlis bilmə; Komputer bacarıqları.(SPSS və digər statistik təhlil proqramları ilə işləmək bacarığı) Müraciət forması: Maraqlanan şəxslər vakansiyanın adını göstərməklə  tərcümeyi-halı (CV) y.manafova@edu.gov.az ünvanına göndərə bilər. Son təqdim edilmə tarixi:  14 fevral 2014-cü il, 18:00 Əlaqə üçün məlumat: Azərbaycan Respublikasının Təhsil Nazirliyi,Təhsil Sektorunun İnkişafı üzrə İkinci  Layihə,AZ1008, Bakı şəhəri, Xətai prospekti, 49. Əlaqə telefonları: (99 412) 496-37-59/60;   Faks: (99 412) 496-93-68E-poçt: y.manafova@edu.gov.az  

Milli qiymətləndirmə tədqiqati MQT-2014 üçün sahə fəaliyyətinin həyata keçirilməsi

MARAQLARIN İFADƏSİ ÜÇÜN DƏVƏT (MƏSLƏHƏTÇİ XİDMƏTLƏRİ – MƏSLƏHƏTÇİ TƏŞKİLAT SEÇİMİ)   Azərbaycan Respublikası Təhsil Nazirliyi Təhsil Sektorunun İnkişafıüzrəİkinci Layihə Kredit Nö.: 4394AZ   Azərbaycan Hökuməti Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihənin (bundan sonra TSİİL) xərclərini ödəmək məqsədilə Dünya Bankından maliyyə vəsaiti almışdır. Həmin vəsaitin bir hissəsinin məsləhətçi xidmətlərinə sərf edilməsi nəzərdə tutulmuşdur.   Xidmətlərin məqsədi: Milli Qiymətləndirmə Tədqiqatı-2014 çərçivəsində Azərbaycan Respublikasının seçilmiş məktəblərində 4-cü və 6-cı sinif şagirdləri arasında əsas məlumatların toplanması üçün sahə fəaliyyətinin idarəolunması və toplanmış məlumatların elektron bazaya daxil edilməsi   Xidmətlərin icra müddəti: mart-dekabr 2014-cü il   Azərbaycan Respublikasının Təhsil Nazirliyi qeyd olunan tapşırığın həyata keçirilməsində iştirak etmək istəyən məsləhətçi təşkilatları xidmətlərin göstərilməsinə maraqlarını ifadə etməyə dəvət edir. Xidmətlərə maraq göstərən məsləhətçi təşkilatlar müvafiq ixtisas tələblərinə və təcrübəyə cavab verdiklərini təsdiq edən aşağıdakı məlumatları və sənədləri təqdim etməlidirlər: müraciət məktubu; yerinə yetirilmiş müvafiq xidmətlərin təsviri; əsas heyət haqqında məlumat; nizamnamə.   Məsləhətçi təşkilatların ixtisas uyğunluğunu və təcrübəsini qiymətləndirmək üçün meyarlar:   Məsləhətçi təşkilat təhsil və/və ya sosial sahələrdə sorğuların keçirilməsində geniş təcrübəyə malik olmalıdır; Məsləhətçi təşkilat yerlərdə aparılacaq işləri və texniki məlumatların bazaya daxil edilməsi prosedurlarını həyata keçirmək üçün təcrübəyə malik olmalıdır; Məsləhətçi təşkilat zəruri ixtisaslı və təcrübəli əsas heyətə və digər resurslara malik olmalıdır; Təhsil sahəsində təcrübəsi olan təşkilat üstün dəyərləndiriləcək.   Məsləhətçi təşkilatlar ixtisas uyğunluğunu gücləndirmək məqsədilə digər təşkilatlarla birgə müəssisə və yaxud sub-məsləhətçi formasında assosiasiya yarada bilərlər.   Məsləhətçi təşkilatların seçimi Dünya Bankının“Borcalanlar tərəfindən Məsləhətçilərin Seçimi və İşə Götürülməsi Qaydaları”nda (2004-cü ilin may ayında nəşr edilmiş, 2006-cı ilin oktyabr ayında düzəliş edilmiş Qaydalar) əks olunan Məsləhətçinin Keyfiyyət Göstəriciləri üzrə Seçim metodu ilə aparılacaqdır. Xidmətlərə maraq göstərən məsləhətçi təşkilatlardan xahiş olunur ki, qeyd olunan Qaydaların 1.9 paraqrafına (Maraqların Ziddiyyəti) diqqət yetirsinlər.   Maraqların İfadəsi yazılışəkildə 03 mart 2014-cü il tarixinədək aşağıdakı ünvana təqdim edilməlidir:   Layihənin Əlaqələndirmə Qrupu, Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihə, Azərbaycan Respublikasının Təhsil Nazirliyi, AZ1008, Bakı şəhəri, Xətai prospekti, 49. Əlaqələndirici şəxs: Yeganə Manafova Əlaqə telefonları: (+99 412) 496-37-59/60; faks: (+99 412) 496-93-68. Email: y.manafova@edu.gov.az     Əlavə məlumatları iş günləri ərzində saat 09:00-dan 18:00-dək eyni ünvandan əldə etmək olar.

Azərbaycan universitetlərinin I, II və III kurs tələbələri üçün ABŞ Universitetlərində bir semestrlik ÖDƏNİŞSİZ təhsil almaq imkanı – Qlobal Tələbə Mübadiləsi Proqramına (UGRAD) ərizə qəbulu başlayıb.

Əziz tələbələr,   Azərbaycan universitetlərinin I, II və III kurs tələbələri üçün ABŞ Universitetlərində bir semestrlik ÖDƏNİŞSİZ təhsil almaq imkanı – Qlobal Tələbə Mübadiləsi Proqramına (UGRAD) ərizə qəbulu başlayıb. Proqram üçün son ərizə qəbulu tarixi 28 fevral, saat 17:00-a kimidir.   Proqram IREX təşkilatı tərəfindən həyata keçirilir, ABŞ Dövlət Departamenti tərəfindən maliyələşdirilir və Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən dəstəklənir.   Bütün iştirakçılar:   1) Bir akademik semestr ərzində dərslərdə iştirak edəcəklər 2) Ən azı 20 saat vaxtlarını yaşadıqları şəhərin icma işlərinə sərf efəcəklər 3) Təcrübə keçəcəklər   Proqramla bağlı aşağıda qeyd olunan bütün xərclər ödənilir:   Vizanın alınması (J1) Yaşadığınız şəhərdən ABŞ-da təhsil alacağınız universitetə və geriyə yol xərcləri Tibbi və bədbəxt hadisələrdən sığorta Aylıq təqaüd və təhsil xərcləri Gözlənilməz kiçik xərclər ABŞ-da yaşayış Dərs ədəbiyyatının alınması üçün məhdud vəsait Məzunlar arasında əməkdaşlıq və treninq təşkil etmə imkanları   Proqram haqqında daha ətraflı məlumatı aşağıdakı keçiddən (ingilis dilində) əldə edə bilərsiniz.   Əlavə suallarınız varsa, education-az@irex.org ünvanina yaza bilərsiniz və ya 4973902/03 nömrələrinə zəng vura bilərsiniz.     FB: https://www.facebook.com/IREXAzerbaijan  http://irex.az/now-accepting-applications-for-global-ugrad-program-2014/

Xaricdə təhsil almış məzunların 3-cü Təhsil Forumu

Azərbaycan Respublikası Təhsil Nazirliyi “Dərslikləri Qiymətləndirmə Şurası haqqında Əsasnamə”nin 2.5-ci maddəsinə uyğun olaraq 3 mart 2014-cü il tarixindən 18 mart 2014-cü il tarixinədək Dərslikləri Qiymətləndirmə Şurasının üzvlüyünə seçilmək üçün aşağıdakı sahələr üzrə ali təhsilli, ən azı 5 il pedaqoji staja malik  mütəxəssislərin ərizələrini elektron formada (z.rzayeva@edu.gov.az) qəbul edir

 Azərbaycan Respublikası Təhsil Nazirliyi “Dərslikləri Qiymətləndirmə Şurası haqqında Əsasnamə”nin 2.5-ci maddəsinə uyğun olaraq 3 mart 2014-cü il tarixindən 18 mart 2014-cü il tarixinədək Dərslikləri Qiymətləndirmə Şurasının üzvlüyünə seçilmək üçün aşağıdakı sahələr üzrə ali təhsilli, ən azı 5 il pedaqoji staja malik (bu tələb 7, 8 və 9-cu bəndlərdə göstərilən şəxslərə aid deyil) mütəxəssislərin ərizələrini elektron formada (z.rzayeva@edu.gov.az) qəbul edir (ərizə forması əlavə olunur): 1. tədris dilləri; 2. ədəbiyyat; 3. riyaziyyat-informatika; 4. təbiət fənləri; 5. ictimai-sosial fənlər; 6. ibtidai təhsil; 7. təhsilin məzmunu – kurikulum; 8. yaş psixologiyası və fiziologiya; 9. dərslik nəşri və dizayn.       Əlaqə telefonu: 496-34-97 Azərbaycan Respublikası Təhsil Nazirliyi     Ərizə forması   

Azərbaycan Respublikası və Çin Xalq Respublikası Təhsil nazirlikləri arasında imzalanmış ikitərəfli əməkdaşlıq sazişi əsasında Çin hökuməti 2014-2015-ci tədris ili üzrə Azərbaycan tələbələri üçün təqaüd proqramı elan edir.

  Çin Xalq Respublikasında Təhsil (elan) Tez-tez verilən suallar Anket  

15/08/2020

Müəllimlərin işə qəbulu müsabiqəsinin üstünlükləri #TəhsilNazirliyi #EduAz #MİQ #Müəllim #MüəllimlərinİşəQəbulu

More
15/08/2020

Peşə təhsilinin perspektivləri və gənclərə yaratdığı fürsətlər müzakirə #TəhsilNazirliyi #EduAz #PeşəTəhsili

More
15/08/2020

Şagirdlərin elektron yerdəyişməsi sistemində hansı yeniliklər edilib? #TəhsilNazirliyi #EduAz #TətilVaxtı #EvdəQal

More

Sayt test rejimində çalışır