• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri
FAQ

Azərbaycan Respublikasının Təhsil Nazirliyi vakant dövlət qulluğu vəzifəsinin tutulması ilə bağlı müsahibə elan edir:

Azərbaycan Respublikası Təhsil Nazirliyi və M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı 11-18 may 2014-cü il tarixlərində Moskva şəhərində keçiriləcək kimya fənni üzrə 48-ci Beynəlxalq Mendeleyev Olimpiadasında iştirak edəcək komandanın müəyyənləşdirilməsi məqsədilə orta ümumtəhsil məktəblərinin IX, X və XI sinif şagirdlərinin seçim mərhələsini elan edir.

 SEÇİM MƏRHƏLƏSİNDƏ QEYDİYYAT QAYDALARI   Saytda yerləşdirilmiş “Qeydiyyat forması”nı kompüterinizdə saxlayaraq (Save as) çap edin, tam doldurun və imzalayın. Sizinlə əlaqə formasına DİQQƏT  yetirin. Qeydiyyat forması təşkilat komitəsinə aşağıda göstərilən qaydalardan biri ilə çatdırıla bilər:   A)     Elektron poçt vasitəsilə (scan olunmuş formada): olymp@msu.az B)      Təşkilat komitəsinin aşağıda göstərilən ünvanına şəxsən təqdim etməklə:    AZ 1143, Bakı şəhəri, B.Vahabzadə küç. 14 (Elmlər Akademiyası metro stansiyasının yaxınlığında).   M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı. İş günləri saat 09:00-dan 18:00-dək . Son qeydiyyat tarixi: 11 aprel 2014-cü il.    Tel: (012) 598-93-20     Seçim turu yazılı formada azərbaycan və rus dillərində aparılacaq və 12 aprel 2014-cü il saat 10-00-da M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının yuxarıda göstərilən ünvanında keçiriləcəkdir.   Qeydiyyat forması

"2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində xaricdə təhsil ilə bağlı aparılan islahatların davamı olaraq Proqram təqaüdçülərinin illik qeydiyyat formasında dəyişiklik edilib.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 27 noyabr tarixli, 261 nömrəli qərarı ilə təsdiq edilmiş Təhsil Nazirliyi ilə Dövlət Proqramı təqaüdçüsü arasında bağlanmış müqavilənin 2.3.6-cı bəndinə uyğun tədris ili bitdikdən sonra 20 (iyirmi) təqvim günü ərzində illik tədrisin nəticələrinə dair rəsmi çıxarışlarla elektron qaydada hesabat təqdim edərək qeydiyyatdan keçməlidir. Qeydiyyatla bağlı tələb olunan sənədlər və s. barədə aşağıdakı linkdən tanış ola bilərsiz: http://xaricdetehsil.edu.gov.az/c-dptelebesi/qeydiyyat/ "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın icrasının təkmilləşdirilməsi istiqamətində həyata keçirilən islahatlar gələcəkdə də davam etdiriləcəkdir.   İllik qeydiyyat forması

Azərbaycan Respublikasının Təhsil Nazirliyi Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İnsan resursları sektorunda aparıcı məsləhətçi vakant dövlət qulluğu vəzifənin tutulması ilə bağlı müsahibə elan edir.

Müsahibədə inzibati vəzifədə qulluq keçən və ixtisas dərəcəsinə malik olan Bakı Şəhəri üzrə Təhsil İdarəsinin dövlət qulluqçuları iştirak edə bilərlər. Müsahibədə iştirak etmək etmək üçün aşağıda sənədlər təqdim edilməlidir: • ərizənin surəti • əmək kitabçasının surəti • ali təhsil haqqında diplomun surəti (xarici dövlətlərin ali təhsil müəssisələrində təhsil almış şəxslərin ali təhsil haqqənda sənədinin müvafiq şəhadətnamənin surəti ili birlikdə) və ya müvafiq ixtisas üzrə yenidənhazırlanma keçmə haqqında müvafiq sənədin surəti (ali təhsil haqqında sənədin surəti ili birlikdə) • kadr uçotunun şəxsi vərəqəsinin surəti (bütün bölmələr üzrə məlumatlar tam olmalı və hazırki dövrü əks etdirməlidir) • bir ədəd ağ trəngli foto şəkil • son bir ildə intizam tənbehi tədbirinin tətbiq edilməməsi barədə arayış Müsahibədə iştirak etmək üçün ərizələrin qəbulu 5 may 2014-cü il tarixindən 19 may 2014-cü il tarixi saat 18:00-dək Azərbaycan Respublikasının Təhsil Nazirliyində aparılır. Ərizələr şəxsən (bazar ertəsi-cümə günləri saat 09:00-dan 13:00-dək və 14:00-dan 18:00-dək), yaxud poçt vasitəsilə təqdim edilə bilər. Müsahibə zamanı müsahibədə iştirak edən dövlət qulluqçusunun bilik səviyyəsi, peşə hazırlığı, ümumi dünyagörüşü, barəsində müsahibə elan edilən vəzifə üçün zəruri olan şəxsi keyfiyyətləri yoxlanılmaqla müvafiq vəzifəyə uyğunluğu müəyyən edilir. Müsahibədə ixtisas dərəcəsi, attestasiyanın nəticələri, müvafiq vəzifənin tələblərinə uyğun olaraq təkrar hazırlıq keçirilməsi və ixtisasın artırılması da nəzərə alınır. Müsahibəyə dair ətraflı məlumat almaq üçün Azərbaycan Respublikasının Təhsil Nazirliyinə müraciət edə bilər. Telefonlar: 496-34-00 (dax: 2-28)   Tabe təşkilat: Bakı Şəhəri üzrə Təhsil İdarəsi Sturuktur bölmə: İnsan resursları sektoru Vakant vəzifə: aparıcı məsləhətçi Vəzifənin kodu: 1090092 İş yerinin ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, Xan Şuşinski küçəsi 17 Qulluq funksiyaları: • kadr məsələləri ilə bağlı hesabatların tərtib olunması; • kadr məsələlərinə dair təlimatı və normativ hüquqi sənədlərin icrasına nəzarət; • təhsil müəssisələrində kadra olan tələbatın düzgün müəyyənləşdirilməsi və sifariş edilməsi; • nomenklatura üzrə kadrların şəxsi işlərinin tərtibi, onların aparılması, arxivə verilməsi işinin təşkili; • kadr məsələləri ilə bağlı direktiv orqanlardan daxil olan sənədlərin icrası; • kadrların say və keyfiyyət tərkibini, onların inkişaf və hərəkətini əks etdirən məlumat bazasının tərtibi və aparılması, hərbi mükəlləfiyyətlilərin və çağırışçıların hərbi qeydiyyatının aparılması; • pedaqoji işçilərin ixtisasartırma təhsilinə olan ehtiyacının müəyyənləşdirilməsi və müvafiq ixtisasartırma təhsil müəssisələrinə sifarişlərin verilməsi; • təhsil müəssisələri üzrə təhlillərin aparılması, ümumiləşdirilməsi və müvafiq təkliflərin hazırlanması, tabel uçotu, məzuniyyət qrafikinin tərtibi və icrası; • dövlət qulluqçularının xidməti qiymətləndirilməsi üzrə işlərin həyata keçirilməsi və müvafiq təkliflərin hazırlanması və s.   Vəzifənin tutulması şərtləri: təhsil: maarif, filologiya, tarix, riyaziyyat, fizika, kimya, biologiya, coğrafiya ixtisas istiqamətləri, təhsilin təşkili və idarə olunması, informatika ixtisasları üzrə ali təhsil; kompüter: MS WINDOWS, MS OFFICE, INTERNET və s. (orta-yüksək səviyyədə); xarici dil: rus dili (orta-yüksək səviyyədə)

“2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”na müsabiqə elan olunur

Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil üzrə Komissiya sədrinin 11 nömrəli, 10.02.2014-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gənclərinin xaricdə təhsil almaları məqsədi ilə seçilmiş ali təhsil müəssisələrinin siyahısı”na və “prioritet ixtisas istiqamətləri”nə uyğun olaraq xarici ölkələrin ali məktəblərində təhsil alan və ya şərtsiz təhsil almaq hüququ qazanmış Azərbaycan Respublikası vətəndaşları üçün “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”na müsabiqə elan olunur. Müsabiqənin şərtləri, tələb olunan sənədlər və digər məlumatla aşağıdakı keçiddən tanış ola bilərsiniz. http://xaricdetehsil.edu.gov.az/uploads/elan2014.pdf  

2014-2015-ci tədris ili üçün "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”na elan edilmiş müsabiqəyə sənəd qəbulu başlandı.

2014-2015-ci tədris ili üçün "2007-2015-ci illərdə Azərbaycan gənclərinin  na elan edilmiş müsabiqəyə sənəd qəbulu başlandı. 22.05.2014-cü il, saat 09:00-dan etibarən "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”na elan edilmiş müsabiqəyə sənəd qəbulu başlanılmış və 08.08.2014-cü il, saat 23:59-dək davam edəcəkdir. Ötən illərdən fərqli olaraq, Dövlət Proqramı çərçivəsində xaricdə təhsil üçün həyata keçiriləcək müsabiqəyə sənəd qəbulu “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 23.05.2011-ci il tarixli, 429 saylı Fərmanı”na uyğun olaraq və eyni zamanda Təhsil Nazirliyinin Dövlət Proqramı çərçivəsində xaricdə təhsil ilə bağlı aparılan islahatların davamı nəticəsində tam elektron qaydada həyata keçiriləcəkdir. Nəticədə, sənədlərin təqdim olunması məqsədilə Təhsil Nazirliyinə gəlməyə və sənədlərin poçt vasitəsilə göndərilməsinə ehtiyac qalmayacaqdır. Əvvəlcədən, 19.02.2014-cü il tarixində 2014-2015-ci tədris ilində Dövlət Proqramı çərçivəsində təhsil üçün Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil üzrə Komissiyanın sədrinin 11 nömrəli 10.02.2014-cü il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gənclərinin xaricdə təhsil almaları məqsədi ilə seçilmiş ali təhsil müəssisələrinin siyahısı” və “prioritet ixtisas istiqamətləri” haqda ətraflı məlumat ictimaiyyətin diqqətinə çatdırılmışdır. Dövlət Proqramı çərçivəsində xaricdə təhsillə bağlı tez-tez verilən suallar, müsabiqənin şərtləri, tələb olunan sənədlər, elektron ərizə və digər məlumatlarla xaricdetehsil.edu.gov.az internet səhifəsindən tanış ola bilərsiniz. Elektron ərizənin doldurulması ilə bağlı təlimatı aşağıdakı keçiddən əldə etmək mümkündür: xaricdetehsil.edu.gov.az/uploads/telimat-erize.pdf   Təhsil Nazirliyi bütün namizədlərə müvəffəqiyyətlər arzulayır!  

Müəllim peşə standartlarının hazirlanması

   MÜƏLLİM PEŞƏ STANDARTLARININ HAZIRLANMASI   MARAQLARIN İFADƏSİ ÜÇÜN DƏVƏT (MƏSLƏHƏTÇİ XİDMƏTLƏRİ – MƏSLƏHƏTÇİ TƏŞKİLAT SEÇİMİ)     Azərbaycan Respublikası Təhsil Nazirliyi Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihə Kredit Nö.: 4394AZ   Azərbaycan Hökuməti Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihənin (bundan sonra TSİİL) xərclərini ödəmək məqsədilə Dünya Bankından maliyyə vəsaiti almışdır. Həmin vəsaitin bir hissəsinin məsləhətçi xidmətlərinə sərf edilməsi nəzərdə tutulmuşdur. Xidmətlərin məqsədi ümumtəhsil məktəblərinin müəllimləri üçün yeni peşə standartlarının hazırlanmasından ibarətdir. Yeni standartlar peşə fəaliyyətinin bütün mərhələlərində təcrübəli və yeni müəllimlərə tətbiq olunacaqdır. Xidmətlərin icra müddəti: sentyabr 2014 - fevral 2015 Azərbaycan Respublikasının Təhsil Nazirliyi qeyd olunan tapşırığın həyata keçirilməsində iştirak etmək istəyən məsləhətçi təşkilatları xidmətlərin göstərilməsinə maraqlarını ifadə etməyə dəvət edir. Xidmətlərə maraq göstərən məsləhətçi təşkilatlar müvafiq ixtisas tələblərinə və təcrübəyə cavab verdiklərini təsdiq edən aşağıdakı məlumatları və sənədləri təqdim etməlidirlər: • müraciət məktubu; • yerinə yetirilmiş müvafiq xidmətlərin təsviri; • əsas heyət haqqında məlumat; • nizamnamə. Məsləhətçi təşkilatların ixtisas uyğunluğunu və təcrübəsini qiymətləndirmək üçün meyarlar: • Təhsil tədqiqatları sahəsində uğurlu təcrübə; • Müəllim peşə hazırlığı sahəsində təcrübə; • Ümumi orta təhsil kurikulumu üzrə layihələrdə təcrübə; • Təhsil sektorunda beynəlxalq donorlar tərəfindən maliyyələşən layihələrdə təcrübə. Məsləhətçi təşkilatlar ixtisas uyğunluğunu gücləndirmək məqsədilə digər təşkilatlarla birgə müəssisə və yaxud sub-məsləhətçi formasında assosiasiya yarada bilərlər. Məsləhətçi təşkilatların seçimi Dünya Bankının “Borcalanlar tərəfindən Məsləhətçilərin Seçimi və İşə Götürülməsi Qaydaları”nda (2004-cü ilin may ayında nəşr edilmiş, 2006-cı ilin oktyabr ayında düzəliş edilmiş Qaydalar) əks olunan Məsləhətçinin Keyfiyyət Göstəriciləri üzrə Seçim metodu ilə aparılacaqdır. Xidmətlərə maraq göstərən məsləhətçi təşkilatlardan xahiş olunur ki, qeyd olunan Qaydaların 1.9 paraqrafına (Maraqların Ziddiyyəti) diqqət yetirsinlər. Maraqların İfadəsi yazılı şəkildə 30 iyun 2014-cü il tarixinədəkaşağıdakı ünvana təqdim edilməlidir: Layihənin Əlaqələndirmə Qrupu, Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihə, Azərbaycan Respublikasının Təhsil Nazirliyi, AZ1025, Bakı şəhəri, Nobel prospekti, 15. Əlaqələndirici şəxs: Elvin Rüstəmov Əlaqə telefonları: (+99 412) 488 66 47/48 Əlavə məlumatları iş günləri ərzində saat 09.00-dan 18.00-dək eyni ünvandan əldə etmək olar.

Maraqların ifadəsi üçün dəvət

AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT İNVESTİSİYALARI ÜZRƏ KADR POTENSİALININ GÜCLƏNDİRİLMƏSİ LAYİHƏSİ CREDIT No: 4595 AZ   Tapşırığın adı: “Sumqayıt Kimya Sənaye Parkı” Məhdud Məsuliyyətli Cəmiyyətinin nəzdində yaradılmış Peşə Tədris Mərkəzi üçün peşə standartlarının və kurikulumların hazırlanması. Azərbaycan Respublikasının Hökuməti Dövlət İnvestisiyaları üzrə Kadr Potensialının Gücləndirilməsi Layihəsinin (DİKPGL) icra olunması ilə əlaqədar Beynəlxalq İnkişaf Assossiyasından kredit almışdır və bu vəsaitlərin bir hissəsinin məsləhətçi xidmətlərinə sərf edilməsi nəzərdə tutulmuşdur. Tapşırığın məqsədi “Sumqayıt Kimya Sənaye Parkı” Məhdud Məsuliyyətli Cəmiyyətinin nəzdində yaradılmış Peşə Tədris Mərkəzinin fəaliyyətinin təşkili ilə bağlı Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyinə dəstək verməkdir. Bu tapşırıq mexatronika, kimya və inşaat sahələrində 6 prioritet ixtisas profillərinin müəyyən edilməsi üçün peşə təliminin hazırlanması və tətbiqi üçün tərtib edilmişdir. Tapşırığın müddəti: 5 ay Tapşırığın icra olunacağı yer: “Sumqayıt Kimya Sənaye Parkı” Məhdud Məsuliyyətli Cəmiyyətinin nəzdində yaradılmış Peşə Tədris Mərkəzi, Sumqayıt şəhəri. Azərbaycan Respublikasının Təhsil Nazirliyi müvafiq xidmətlərin göstərilməsi məqsədilə qeyd olunan tələblərə cavab verən məsləhətçi şirkətləri maraqlarını bildirməyə dəvət edir. Xidmətlərə maraq göstərən məsləhətçi şirkətlər öz maraq ifadələrini məsləhətçi xidmətlərin göstərilməsi üzrə ixtisas tələblərinə cavab verdikləri barədə ətraflı məlumatlarla (oxşar tapşırıqların təsviri, şəraitlərdə qazanılmış təcrübə və s.) birgə təqdim etməlidirlər. Məsləhətçi şirkətlə bağlı seçim meyarları: • Əmək bazarı ilə bağlı təcrübə; • Sənaye və bazar tələblərinə cavab verən, səriştə əsaslı peşə standartlarının hazırlanmasında təcrübəsi; • Peşə Təhsili Mərkəzləri üçün kurikulumların, təlimatların/dərsliklərin və təlim materiallarının hazırlanması və inkişaf etdirilməsi sahəsində təcrübə; • Oxşar tapşırıqların həyata keçirilməsində və müqayisə edilə bilən konteksdə layihələrin idarə olunmasında təcrübəyə malik olmalıdırlar. Xidmətlərə maraq göstərən şirkətlərin diqqəti Dünya Bankının “Borcalanlar tərəfindən məsləhətçilərin seçimi və işə götürülməsi qaydaları”nın (May 2004, düzəliş edilib: Oktyabr 2006) Maraqların Ziddiyyəti üzrə Dünya Bankının siyasətini ifadə edən 1.9 paraqrafına yönəldilir.  Məsləhətçi şirkət öz ixtisas göstəricilərini təkmilləşdirmək məqsədilə digər şirkətlərlə birgə müəssisə və ya sub-məsləhətçi formasında əməkdaşlıq edə bilərlər.  Məsləhətçi şirkət Dünya Bankının Məsləhətçilər üçün Təlimatın Məsləhətçinin Keyfiyyət Göstəricilərinə əsaslanan satınalma metodu ilə seçiləcəkdir. Əlavə məlumatları iş günləri ərzində saat 09.00-dan 18.00-dək aşağıdakı ünvandan əldə etmək mümkündür. Maraqların İfadəsi sənədi yazılı şəkildə 15 avqust 2014-cü il tarixinə qədər aşağıdakı ünvana (şəxsən və/ya poçt və/ya faks və/ya e-mail vasitəsilə) təqdim edilməlidir:   Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Layihənin Əlaqələndirmə Qrupu, AZ1008, Bakı şəhəri, Nobel prospekti, 15, 10-cu mərtəbə, 60-cı otaq Əlaqələndirici şəxs: Elvin Rüstəmov Əlaqə telefonları: + 994 (12) 488 66 47/48; Fax: +994 (12) 488 66 49 Email: rustamov@edu.gov.az

Təhsil üzrə Gənc Liderlər üçün Yay Məktəbi

Təhsil Nazirliyinin nəzdindəki Fizika-riyaziyyat və informatika təmayüllü və Kimya-biologiya təmayüllü liseylərin VII, VIII və IX siniflərinə şagird qəbulu elan edilir.

Liseylərdə yüksək qabiliyyətli şagirdlərin təhsili üçün fərqli proqram tətbiq olunacaq, istedadı ilə seçilən məktəblilərin yerli və beynəlxalq olimpiadalara hazırlanması üçün müvafiq şərait yaradılacaqdır. Ənənələri ilə seçilən, təcrübəli pedaqoji kollektivə malik hər iki lisey şagirdlərin yüksək hazırlıq səviyyəsini təmin etmək üçün zəruri maddi-texniki baza ilə təchiz ediləcəkdir. Bununla yanaşı, şagirdlər dövlət hesabına gündəlik yemək və ehtiyac yarandıqda yataqxana ilə təmin olunacaqlar. Liseylərə qəbul imtahanları 15-16 avqust 2014-cü il tarixlərində iki mərhələdə keçiriləcəkdir. Birinci mərhələdə namizədlərin intellektual potensialını müəyyən etmək üçün psixoloji test təşkil olunacaq. İkinci mərhələdə VII sinif şagirdləri Azərbaycan dili və riyaziyyat, VIII və IX sinif şagirdləri isə Azərbaycan dili, riyaziyyat, fizika, kimya və biologiya fənlərindən liseylərin profilinə uyğun olaraq imtahan verəcəklər. Müsabiqədə iştirak etmək istəyənlər liseylərdə yaradılmış qəbul komissiyalarına ərizə ilə müraciət edə bilərlər. Sənəqlərin qəbulu hər gün (bazar günü istisna olmaqla) saat 10:00-dan 16:00-dək qeyd olunan liseylərdə aparılır.   Müraciət üçün son tarix: 12 avqust 2014-cü il   Ünvanlar: Fizika-riyaziyyat və informatika təmayüllü lisey: Yasamal rayonu, S.Dadaşov küçəsi, 555-vi məhəllə Əlaqə telefonu: (012) 510-76-28   Kimya-biologiya təmayüllü lisey: Bakı şəhəri, Nizami rayonu, 8-ci km. qəsəbəsi, Ş.Mirəziyev küç. 53 Əlaqə telefonu: (012) 323-77-95

15/08/2020

Müəllimlərin işə qəbulu müsabiqəsinin üstünlükləri #TəhsilNazirliyi #EduAz #MİQ #Müəllim #MüəllimlərinİşəQəbulu

More
15/08/2020

Peşə təhsilinin perspektivləri və gənclərə yaratdığı fürsətlər müzakirə #TəhsilNazirliyi #EduAz #PeşəTəhsili

More
15/08/2020

Şagirdlərin elektron yerdəyişməsi sistemində hansı yeniliklər edilib? #TəhsilNazirliyi #EduAz #TətilVaxtı #EvdəQal

More

Sayt test rejimində çalışır