• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri
FAQ

Qırğızıstan-Türkiyə Manas Universiteti tərəfindən 2014-2015-ci tədris ili üzrə Azərbaycan vətəndaşlarının qəbulu üçün 10 yer ayrılıb.

Abituriyentlər 2014-cü ilin avqust ayının sonuna qədər qeyd edilən universitetin Türkdilli və Avrasiya ölkələri vətəndaşlarının qəbulu üzrə komissiyasında müsahibədən keçməlidirlər. Namizədlər orta və ya ali təhsil müəssisəsinin bitirilməsini təsdiq edən attestatın və ya diplomun əslini, ümumvətəndaş pasportunu və sağlamlıq haqqında arayışı komissiyaya təqdim etməlidirlər. Orta məktəbi və ya liseyi yüksək qiymətlərlə bitirən abituriyentlərə üstünlük veriləcəkdir. Qırğızıstan-Türkiyə Manas Universiteti tərəfindən kvota çərçivəsində təklif olunan ixtisaslar barədə və digər məlumatları bu universitetin www.manas.edu.kg saytından və ya +996(312)541942-47 nömrəli telefonlarla əldə etmək olar. Universitetin elektron poçt ünvanı: manas@manas.edu.kg  

2014-2015-ci tədris ilində ibtidai siniflərdə və 5-7-ci siniflərdə dərs deyəcək və indiyədək təlimdən keçməyən fənn müəllimləri üçün yeni ümumi orta təhsil kurikulumu üzrə təlimlərin keçirilməsi üçün məsləhətçi xidmətlərinin satınalınmasına dair keçirilmiş tenderlərin nəticələri

Məktəb icmaları ilə işin təşkili üzrə milli məsləhətçi

Tapşırığın adı: Məktəb icmaları ilə işin təşkili üzrə milli məsləhətçi İcra olunduğu yer: Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihə (TSİİL) İcra müddəti: oktyabr 2014 – mart 2016 Məkan: Təhsil Nazirliyi, Bakı şəhəri Tapşırıq və vəzifələr: • Valideynlərin və icmanın məktəb həyatında iştirakının yaratdığı vəziyyətə, problemlərə və imkanlara dair hesabatın hazırlanması; • Məktəb icmaları ilə məsləhətləşmələrin təşkili; • Dövlət agentliklərinin, yerli hakimiyyət orqanlarının, məktəb və birliklərin rol və öhdəliklərinin ətraflı təsviri ilə təhsil xidmətlərinin göstərilməsi üzrə mövcud hüquqi baza və institusional tədbirlərin nəzərdən keçirilməsi; • Təhsil sahəsində icmanın iştirakının cari vəziyyətinin təhlil edilməsi; • Valideynlərin və icmanın iştirakını əhatə edəcək siyasət sənədinin və əhatəli təlimatların işlənib hazırlanması; • Tapşırıq ilə bağlı digər vəzifələrin Təhsil Nazirliyinin tələb etdiyi qaydada yerinə yetirilməsi.   İxtisas tələbləri: • Təhsil, idarəetmə və ya digər müvafiq sahədə ali təhsil; • Təhsil, xüsusilə təhsilin idarə edilməsi sahəsində ən azı 5 il iş təcrübəsi; • İdarəetmə və təşkilati sahədə təcrübə; • Azərbaycan və ingilis dillərində yüksək bilik; • Kompüter proqramları ilə yüksək işləmə bacarığı; Müraciət forması: Maraqlanan şəxslər vakansiyanın adını göstərməklə tərcümeyi-halı (CV) y.manafova@edu.gov.az ünvanına göndərə bilər. Son təqdim edilmə tarixi: 27 avqust 2014-cü il, 18:00 Əlaqə üçün məlumat: Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihə, AZ1025, Bakı şəhəri, Nobel prospekti, 15. Əlaqə telefonları: (99 412) 488 66 47/48; Faks: (99 412) 488 66 49 E-poçt: y.manafova@edu.gov.az

Layihənin nailiyyət indikatorlari üzrə tədqiqat

MARAQLARIN İFADƏSİ ÜÇÜN DƏVƏT   (MƏSLƏHƏTÇİ XİDMƏTLƏRİ – MƏSLƏHƏTÇİ TƏŞKİLAT SEÇİMİ)     Azərbaycan Respublikası Təhsil Nazirliyi  Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihə  Kredit Nö.: 4394AZ     Azərbaycan HökumətiTəhsil Sektorunun İnkişafı üzrə İkinci Layihənin (bundan sonra TSİİL) xərclərini ödəmək məqsədilə Dünya Bankından maliyyə vəsaiti almışdır. Həmin vəsaitin bir hissəsinin məsləhətçi xidmətlərinə sərf edilməsi nəzərdə tutulmuşdur.  Xidmətlərin məqsədi: TSİİL daxilində icra olunan işlər və layihənin nəticələrinin əldə olunması istiqamətində nail olunan irəliləyişin qiymətləndirilməsi məqsədi ilə tədqiqatın həyata keçirilməsi nəzərdə tutulur.  Xidmətlərin icra müddəti: dekabr 2014-cü il– dekabr 2015-ci il  Azərbaycan Respublikasının Təhsil Nazirliyi qeyd olunan tapşırığın həyata keçirilməsində iştirak etmək istəyən məsləhətçi təşkilatları xidmətlərin göstərilməsinə maraqlarını ifadə etməyə dəvət edir. Xidmətlərə maraq göstərən məsləhətçi təşkilatlar müvafiq ixtisas tələblərinə və təcrübəyə cavab verdiklərini təsdiq edən aşağıdakı məlumatları və sənədləri təqdim etməlidirlər: · müraciət məktubu; · yerinə yetirilmiş müvafiq xidmətlərin təsviri; · əsas heyət haqqında məlumat; · nizamnamə.  Məsləhətçi təşkilatların ixtisas uyğunluğunu və təcrübəsini qiymətləndirmək üçün meyarlar:  · Sorğuların hazırlanması və əhali arasında sorğuların keçirilməsi sahəsində təcrübə; · Təhsil sektorunda tədqiqatlar/araşdırmalar üzrə təcrübə; · Beynəlxalq donorlar tərəfindən maliyyələşdirilən layihələr ilə iş təcrübəsi.  Məsləhətçi təşkilatlar ixtisas uyğunluğunu gücləndirmək məqsədilə digər təşkilatlarla birgə müəssisə və yaxud sub-məsləhətçi formasında assosiasiya yarada bilərlər. Məsləhətçi təşkilatların seçimi Dünya Bankının “Borcalanlar tərəfindən Məsləhətçilərin Seçimi və İşə Götürülməsi Qaydaları”nda (2004-cü ilin may ayında nəşr edilmiş, 2006-cı ilin oktyabr ayında düzəliş edilmiş Qaydalar) əks olunan Məsləhətçinin Keyfiyyət Göstəriciləri üzrə Seçim metodu ilə aparılacaqdır. Xidmətlərə maraq göstərən məsləhətçi təşkilatlardan xahiş olunur ki, qeyd olunan Qaydaların 1.9 paraqrafına (Maraqların Ziddiyyəti) diqqət yetirsinlər.  Maraqların İfadəsi yazılı şəkildə 05 sentyabr 2014-cü il tarixinədək aşağıdakı ünvana təqdim edilməlidir:   Layihənin Əlaqələndirmə Qrupu, Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihə, Azərbaycan Respublikasının Təhsil Nazirliyi, AZ1025, Bakı şəhəri, Nobel prospekti, 15. Əlaqələndirici şəxs: Elvin Rüstəmov Əlaqə telefonları: (+99 412) 488 66 47/48; faks: (+99 412) 488 66 49. Email: rustamov@edu.gov.az   Əlavə məlumatları iş günləri ərzində saat 09:00-dan 18:00-dək eyni ünvandan əldə etmək olar.

2014-2015-ci tədris ili üçün müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak edərək keçid balını toplayan, lakin vakant yer tuta bilməyən namizədlər üçün 25-29 avqust 2014-cü il tarixlərində əlavə yerləşdirmə üzrə elektron müraciətlərin qəbulu həyata keçiriləcəkdir.

Müəllimlərin nəzərinə! 2014-2015-ci tədris ili üçün müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak edərək keçid balını toplayan, lakin vakant yer tuta bilməyən namizədlər üçün 25-29 avqust 2014-cü il tarixlərində əlavə yerləşdirmə üzrə elektron müraciətlərin qəbulu həyata keçiriləcəkdir. Namizədlər “Şəxsi səhifə”sinə daxil olaraq ixtisas üzrə 4 vakant yer seçmək hüququna malikdirlər. Müraciətlərin qəbulu 29 avqust saat 18:00-da başa çatacaqdır. Proqram təminatı vasitəsilə yerləşdirmə aparılacaq və nəticələr barədə məlumat dərhal namizədlərin “Şəxsi səhifə”sinə göndəriləcəkdir. Əlavə yerləşdirmə nəticəsində vakant yer tutmaq hüququ qazanmış namizədlərlə 01.09.2014-cü il tarixində Azərbaycan Dövlət İqtisad Universitetinin əsas binasında (Bakı şəhəri, İstiqlaliyyət küçəsi, 6 (“İçərişəhər” metrosunun yaxınlığı)) müsahibə keçiriləcəkdir.

IX sinif məzunlarinin ingilis dili biliklərinin yoxlanilmasi və təhlili

MARAQLARIN İFADƏSİ ÜÇÜN DƏVƏT (MƏSLƏHƏTÇİ XİDMƏTLƏRİ – MƏSLƏHƏTÇİ TƏŞKİLAT SEÇİMİ)     Azərbaycan Respublikası Təhsil Nazirliyi Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihə  Kredit Nö.: 4394AZ   Azərbaycan Hökuməti Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihənin (bundan sonra TSİİL) xərclərini ödəmək məqsədilə Dünya Bankından maliyyə vəsaiti almışdır. Həmin vəsaitin bir hissəsinin məsləhətçi xidmətlərinə sərf edilməsi nəzərdə tutulmuşdur.   Xidmətlərin məqsədi beynəlxalq səviyyədə qəbul olunmuş standartlar əsasında IX sinif şagirdlərinin ingilis dili biliklərinin imtahan vasitəsilə yoxlanılması və təhlilidir.   Xidmətlərin icra müddəti: noyabr 2014-cü il – iyun 2015-ci il   Azərbaycan Respublikasının Təhsil Nazirliyi qeyd olunan tapşırığın həyata keçirilməsində iştirak etmək istəyən məsləhətçi təşkilatları xidmətlərin göstərilməsinə maraqlarını ifadə etməyə dəvət edir. Xidmətlərə maraq göstərən məsləhətçi təşkilatlar müvafiq ixtisas tələblərinə və təcrübəyə cavab verdiklərini təsdiq edən aşağıdakı məlumatları və sənədləri təqdim etməlidirlər: • müraciət məktubu; • yerinə yetirilmiş müvafiq xidmətlərin təsviri; • əsas heyət haqqında məlumat; • nizamnamə.   Məsləhətçi təşkilatların ixtisas uyğunluğunu və təcrübəsini qiymətləndirmək üçün meyarlar:   • Standartlaşdırılmış testlərin təşkilində və idarə olunmasında institusional təcrübə və uğurlu fəaliyyət; • Beynəlxalq standartlar əsasında dil səviyyəsini ölçən imtahanların, xüsusilə ikinci və ya xarici dil kimi ingilis dili üzrə imtahanların həyata keçirilməsində institusional təcrübə; • Мüqayisə oluna bilən kontekstdə imtahanların idarə edilməsində işçi heyətin təcrübəsi.   Məsləhətçi təşkilatlar ixtisas uyğunluğunu gücləndirmək məqsədilə digər təşkilatlarla birgə müəssisə və yaxud sub-məsləhətçi formasında assosiasiya yarada bilərlər.   Məsləhətçi təşkilatların seçimi Dünya Bankının “Borcalanlar tərəfindən Məsləhətçilərin Seçimi və İşə Götürülməsi Qaydaları”nda (2004-cü ilin may ayında nəşr edilmiş, 2006-cı ilin oktyabr ayında düzəliş edilmiş Qaydalar) əks olunan Məsləhətçinin Keyfiyyət Göstəriciləri üzrə Seçim metodu ilə aparılacaqdır. Xidmətlərə maraq göstərən məsləhətçi təşkilatlardan xahiş olunur ki, qeyd olunan Qaydaların 1.9 paraqrafına (Maraqların Ziddiyyəti) diqqət yetirsinlər.     Maraqların İfadəsi yazılı şəkildə 10 sentyabr 2014-cü il tarixinədək aşağıdakı ünvana təqdim edilməlidir:   Layihənin Əlaqələndirmə Qrupu, Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihə, Azərbaycan Respublikasının Təhsil Nazirliyi, AZ1025, Bakı şəhəri, Nobel prospekti, 15. Əlaqələndirici şəxs: Elvin Rüstəmov Əlaqə telefonları: (+99 412) 488 66 47/48; faks: (+99 412) 488 66 49. Email: rustamov@edu.gov.az   Əlavə məlumatları iş günləri ərzində saat 09.00-dan 18.00-dək eyni ünvandan əldə etmək olar.

Azərbaycan Respublikasının Təhsil Nazirliyi, “Allianz Consult” MMC və “GİZ” Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti ilə əməkdaşlıqda ilk peşə-ixtisas təhsili müəssisələrinin direktorlarının və gələcəkdə bu vəzifədə çalışmaq arzusu olan kadrların “Liderlik və İdarəetmə” adlı təlimdə iştirakı üçün müsabiqə elan edir.

   Təlimin məqsədi: müasir idarəetmə bilik və bacarığına yiyələnmiş, informasiya texnologiyalarına bələd, ölkəmizin təhsil və sosial inkişafına töhfə verə biləcək ilk peşə-ixtisas təhsili müəssisələrinin direktorlarını yetişdirmək və təkmilləşdirməkdir.    İlkin mərhələdə təlimlər yalnız Bakı şəhərində fəaliyyət göstərən  ilk peşə-ixtisas təhsili müəssisələrini əhatə edəcək.   Təlimlərin müddəti: noyabr – yanvar 2014    Təlimdə əhatə ediləcək mövzular: Təhsildə liderlik və idarəetmə Məktəbin idarə edilməsi (PTT yönümlü)  Kurikulumun dizaynı və idarə edilməsi Qiymətləndirmə (peşə və təhsil standartları, daxili sorğu-cavab) Marketinq Maliyyə İdarəetməsi Məlumatların təhlili, monitorinqi və qiymətləndirilməsi     Müsabiqədə iştirak üçün minimum tələblər: Ümumi idarəetmə, təhsilin idarəolunması, iqtisadiyyat, dövlət və bələdiyyə idarəçiliyi, hüquqşünaslıq, tarix, pedaqoqika sahələrində tam ali təhsil; 5 illik iş təcrübəsi; Azərbaycan dilini mükəmməl bilmək; Microsoft Office proqramlarını bilmək.    Namizədlərdən gözlənilən digər keyfiyyətlər: Liderlik bacarığı  Yüksək motivasiyalıq Səmərəli qərar qəbul etmə bacarığı  Nəticəyönümlülük  Xarici dili bilmək  Müraciət qaydaları: müəyyən edilmiş tələblərə uyğun gələn namizədlər tərcümeyi-halı (CV) office@allianzconsult.az ünvanına göndərə bilər.   Müraciət üçün son tarix: 30 sentyabr 2014    Seçim qaydaları: Tərcümeyi-hal (CV) üzrə birinci seçim mərhələsi; Test üzrə ikinci seçim mərhələ;  Müsahibə üzrə üçüncü seçim mərhələ;  Müvafiq testlər vasitəsilə qiymətləndirmə üzrə dördüncü seçim mərhələ;  Tapşırıq üzrə beşinci seçim mərhələ.    Yekun qiymtləndirmə: təlimlərdə iştirak etmiş şəxslər Təhsil Nazirliyi tərəfindən təşkil olunacaq imtahanda iştirak edəcəklər. İmtahanlarda qənaətbəxş nəticə göstərmiş namizədlər “Uğur sertifikatı” təqdim olunacaq. “Uğur sertifikatı”” əldə etmiş və hal-hazırda ilk peşə-ixtisas təhsil müəssisə direktoru vəzifəsində çalışan şəxslərin işlərində səmərəliliyin artırılması üçün müəyyən həvəsləndirmələr təyin olunacaq, hal-hazirda direktor vəzifəsində çalışmayan digər şəxslər isə direktor vəzifəsi üzrə vakant yərlər təyin olunmaq üçün ehtiyat kimi qeydə alınacaqlar.     Allianz Consult MMC AZ1001, Bakı şəhəri, Nizami küç., 1/3, Sapphire Plaza, 6-cı mərtəbə Əlaqə telefonları: (99 412) 404 99 15; Faks: (99 412) 404 99 16 E-poçt: office@allianzconsult.az     Müraciət forması

Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Müasir Təhsilə və Tədrisə Yardım Mərkəzi və Azərbaycan Dövlət İqtisad Universiteti ilə əməkdaşlıq çərçivəsində məktəb direktorları və gələcəkdə bu vəzifədə çalışmaq arzusu olan direktor müavinlərinin təlimlərdə iştirakı üçün müsabiqə elan edir.

Təlimlərin məqsədi müasir idarəetmə bilik və bacarığına yiyələnmiş, informasiya texnologiyalarına bələd, ölkəmizin təhsil və sosial inkişafına töhfə verə biləcək təhsili idarəedənləri yetişdirməkdir.  Təlimlər yalnız Bakı şəhərində fəaliyyət göstərən ümumi təhsil müəssisələrini əhatə edəcək.   Təlimlərin müddəti:  Təlimlər  20 oktyabr  2014-cü il – 17 yanvar 2015-ci il (3 ay) tarixlərini əhatə edəcək.   Təlimdə əhatə ediləcək modullar:   Planlaşdırma Statistika-Məlumatların toplanılması və təhlili İdarəetmə və təşkilatçılıq Keyfiyyətli təhsil və təlim-tədris keyfiyyətinə nəzarət  Liderlik  Qanunvericilik   Eyni zamanda iştirakçılar üçün müxtəlif uğurlu təcrübəyə malik məktəblərə səfərlər, qısamüddətli praktika, Təhsil Nazirliyinin əməkdaşlarının və müxtəlif təhsil ekspertlərinin iştirakı ilə məruzələr də təşkil ediləcək.   Müsabiqədə iştirak üçün minimum tələblər:  Ali pedaqoji təhsil Məktəb direktoru və ya direktor müavini kimi ən azı 2 (iki) il pedaqoji iş təcrübəsi   Namizədlərdən gözlənilən digər keyfiyyətlər: Liderlik bacarığı Yüksək motivasiyalılıq Səmərəli qərar qəbuletmə bacarığı Nəticəyönümlülük İKT-dən istifadə bacarığı   Müraciət qaydaları: Müəyyən edilmiş tələblərə uyğun gələn namizədlər ərizə formasını (ƏLAVƏ) dolduraraq telim@edu.gov.az elektron poçt ünvanına göndərməlidirlər.   Müraciət üçün son tarix: 07 oktyabr 2014-сü il, saat 17:00   Seçim qaydaları: Təlim iştirakçıları 3 mərhələli seçim əsasında müəyyən ediləcək. 1-ci mərhələdə namizədlər elektron poçt ünvanına (telim@edu.gov.az) göndərəcəkləri ərizə forması əsasında seçiləcəklər. Növbəti mərhələdə namizədlərin Azərbaycan dilində rəsmi yazı və məntiqi düşüncə bacarıqları qiymətləndiriləcək. Bu mərhələdə uğur qazanmış namizədlər növbəti mərhələyə - müsahibəyə dəvət ediləcəklər. Hər üç mərhələnin nəticəsi olaraq 50 nəfərin seçimi nəzərdə tutulur.   Yekun qiymətləndirmə:          Təlimlərdə iştirak etmiş şəxslər Təhsil Nazirliyi tərəfindən təşkil olunacaq imtahanda iştirak edəcəklər. İmtahanlarda qənaətbəxş nəticə göstərmiş namizədlərə “Uğur sertifikatı” təqdim olunacaq. “Uğur sertifikatı” əldə etmiş şəxslərin işlərində səmərəliliyin artırılması üçün müəyyən həvəsləndirmələr təyin olunacaq, hal-hazırda direktor vəzifəsində çalışmayan digər şəxslər isə direktor vəzifəsi üzrə vakant yerlərə təyin olunmaq üçün ehtiyat kadr kimi qeydə alınacaqlar.   Müraciət forması

“Oxu strategiyalarının təlimi üzrə mentorların hazırlanması” iştirakçı seçimi üçün elan

 “Oxu strategiyalarının təlimi üzrə mentorların hazırlanması” 07-11 oktyabr, 2014 iştirakçı seçimi üçün elan Azərbaycan Respublikası Təhsil Nazirliyi “Oxu strategiyalarının təlimi üzrə mentorların hazırlanması” təliminə iştirakçı qəbulu elan edir.  Təlim haqqında qısa məlumat:   Təlimin keçirilmə tarixi: 07-11 oktyabr, 2014 Məkan: Quba rayonu, ADİU-nun Tədris, idman və sağlamlıq mərkəzi Təlimin məqsədi ibtidai təhsil səviyyəsində təhsil alan şagirdlərdə oxuyub-anlama bacarıqlarını inkişaf etdirmək məqsədilə sinif müəllimlərinin fəaliyyətini istiqamətləndirməyə yardım edə biləcək mentorların hazırlanmasıdır. İştirakçıların sayı: 30 nəfər Təlim dili: Azərbaycan dili   İştirakçıya qoyulan tələblər: - Ali pedaqoji təhsil; - Pedaqoji iş təcrübəsi (ən az 2 il); - Azərbaycan dilində sərbəst danışma, oxuyub anlama bacarığı; - Ünsiyyətcil, təşəbbüskar; - Məsuliyyətli; - Əməkdaşlıq bacarığı; - Fasilitasiya bacarığı. Arzu olunandır: - Hazırda müəllim olaraq çalışan; - Respublikanın bölgələrinə getmə imkanı olan; - Mütaliə vərdişi olan; - Təlimçi kimi fəaliyyət göstərən. Əlaqə Müəyyən edilmiş tələblərə uyğun gələn namizədlər müvafiq ərizə formasına (Əlavə ) öz CV - lərini də əlavə edərək assessment@edu.gov.az elektron poçt ünvanına göndərməlidir.   Müraciət üçün son tarix: 29 sentyabr 2014-cü il Müraciət forması

Məktəb icma qurumlarinin pilot məktəblərdə təşkili maraqlarin ifadəsi üçün dəvət

 (MƏSLƏHƏTÇİ XİDMƏTLƏRİ – MƏSLƏHƏTÇİ TƏŞKİLAT SEÇİMİ)    Azərbaycan Respublikası Təhsil Nazirliyi Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihə  Kredit Nö.: 4394AZ   Azərbaycan Hökuməti Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihənin (bundan sonra TSİİL) xərclərini ödəmək məqsədilə Dünya Bankından maliyyə vəsaiti almışdır. Həmin vəsaitin bir hissəsinin məsləhətçi xidmətlərinə sərf edilməsi nəzərdə tutulmuşdur. Xidmətlərin məqsədi 50 seçilmiş məktəbdə Məktəb İcma Qurumlarının (MİQ) fəaliyyət göstərməsinə dəstək göstərməkdir.  Xidmətlərin icra müddəti: 10 ay  Azərbaycan Respublikasının Təhsil Nazirliyi qeyd olunan tapşırığın həyata keçirilməsində iştirak etmək istəyən məsləhətçi təşkilatları xidmətlərin göstərilməsinə maraqlarını ifadə etməyə dəvət edir. Xidmətlərə maraq göstərən məsləhətçi təşkilatlar müvafiq ixtisas tələblərinə və təcrübəyə cavab verdiklərini təsdiq edən aşağıdakı məlumatları və sənədləri təqdim etməlidirlər: • müraciət məktubu; • yerinə yetirilmiş müvafiq xidmətlərin təsviri; • əsas heyət haqqında məlumat; • nizamnamə.   Məsləhətçi təşkilatların ixtisas uyğunluğunu və təcrübəsini qiymətləndirmək üçün meyarlar:  • Təhsil sektorunda 5 il iş təcrübəsi; • Azərbaycanda məktəb icmaları ilə bağlı ən azı 2 layihənin uğurla həyata keçirilməsində iş təcrübəsi; • Daimi işçilərin layihə idarəetməsi sahəsində iş təcrübəsi.  Məsləhətçi təşkilatlar ixtisas uyğunluğunu gücləndirmək məqsədilə digər təşkilatlarla birgə müəssisə və yaxud sub-məsləhətçi formasında assosiasiya yarada bilərlər.  Məsləhətçi təşkilatların seçimi Dünya Bankının “Borcalanlar tərəfindən Məsləhətçilərin Seçimi və İşə Götürülməsi Qaydaları”nda (2004-cü ilin may ayında nəşr edilmiş, 2006-cı ilin oktyabr ayında düzəliş edilmiş Qaydalar) əks olunan Məsləhətçinin Keyfiyyət Göstəriciləri üzrə Seçim metodu ilə aparılacaqdır. Xidmətlərə maraq göstərən məsləhətçi təşkilatlardan xahiş olunur ki, qeyd olunan Qaydaların 1.9 paraqrafına (Maraqların Ziddiyyəti) diqqət yetirsinlər.  Maraqların İfadəsi yazılı şəkildə 17 oktyabr 2014-cü il tarixinədək aşağıdakı ünvana təqdim edilməlidir:   Layihənin Əlaqələndirmə Qrupu, Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihə, Azərbaycan Respublikasının Təhsil Nazirliyi, AZ1025, Bakı şəhəri, Nobel prospekti, 15. Əlaqələndirici şəxs: Yeganə Manafova Əlaqə telefonları: (+99 412) 488 66 47/48; faks: (+99 412) 488 66 49. Email: y.manafova@edu.gov.az   Əlavə məlumatları iş günləri ərzində saat 09:00-dan 18:00-dək eyni ünvandan əldə etmək olar.  

15/08/2020

Müəllimlərin işə qəbulu müsabiqəsinin üstünlükləri #TəhsilNazirliyi #EduAz #MİQ #Müəllim #MüəllimlərinİşəQəbulu

More
15/08/2020

Peşə təhsilinin perspektivləri və gənclərə yaratdığı fürsətlər müzakirə #TəhsilNazirliyi #EduAz #PeşəTəhsili

More
15/08/2020

Şagirdlərin elektron yerdəyişməsi sistemində hansı yeniliklər edilib? #TəhsilNazirliyi #EduAz #TətilVaxtı #EvdəQal

More

Sayt test rejimində çalışır