• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri
FAQ

Müqavilə ilə təltifetmə haqqında məlumat

Layihənin adı: Azərbaycan Respublikası, Təhsil Nazirliyi Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihə Kredit Nö.: 4394AZ Müqavilənin təsviri: Müəllimlər üçün peşə standartlarının hazırlanması Seçim metodu: Məsləhətçinin Keyfiyyət Göstəriciləri əsasında Seçim metodu Qalib məsləhətçinin adı: “İnkişaf” elmi mərkəzi Ünvan: Azərbaycan Respublikası, Bakı şəhəri, Z.Əhmədbəyov küç.33. Müqavilə #: 4394AZ-CQ-268 Müqavilənin imzalanma tarixi: 04 sentyabr 2014 Müqavilənin məbləği: AZN 51,777.20 Müqavilənin müddəti: 04 sentyabr 2014 – 30 dekabr 2015

Milli qiymətləndirmə tədqiqati mqt-2015 üçün sahə fəaliyyətinin həyata keçirilməsi

MARAQLARIN İFADƏSİ ÜÇÜN DƏVƏT (MƏSLƏHƏTÇİ XİDMƏTLƏRİ – MƏSLƏHƏTÇİ TƏŞKİLAT SEÇİMİ)     Azərbaycan Respublikası Təhsil Nazirliyi Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihə Kredit Nö.: 4394AZ   Azərbaycan Hökuməti Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihənin (bundan sonra TSİİL) xərclərini ödəmək məqsədilə Dünya Bankından maliyyə vəsaiti almışdır. Həmin vəsaitin bir hissəsinin məsləhətçi xidmətlərinə sərf edilməsi nəzərdə tutulmuşdur.   Xidmətlərin məqsədi: Milli Qiymətləndirmə Tədqiqatı-2015 çərçivəsində Azərbaycan Respublikasının seçilmiş məktəblərində 5-ci və 7-ci sinif şagirdləri arasında əsas məlumatların toplanması üçün sahə fəaliyyətinin idarəolunması və toplanmış məlumatların elektron bazaya daxil edilməsi   Xidmətlərin icra müddəti: yanvar-oktyabr 2015-ci il   Azərbaycan Respublikasının Təhsil Nazirliyi qeyd olunan tapşırığın həyata keçirilməsində iştirak etmək istəyən məsləhətçi təşkilatları xidmətlərin göstərilməsinə maraqlarını ifadə etməyə dəvət edir. Xidmətlərə maraq göstərən məsləhətçi təşkilatlar müvafiq ixtisas tələblərinə və təcrübəyə cavab verdiklərini təsdiq edən aşağıdakı məlumatları və sənədləri təqdim etməlidirlər: müraciət məktubu; yerinə yetirilmiş müvafiq xidmətlərin təsviri; əsas heyət haqqında məlumat; nizamnamə.     Məsləhətçi təşkilatların ixtisas uyğunluğunu və təcrübəsini qiymətləndirmək üçün meyarlar:   Məsləhətçi təşkilat təhsil və/və ya sosial sahələrdə sorğuların keçirilməsində geniş təcrübəyə malik olmalıdır; Məsləhətçi təşkilat yerlərdə aparılacaq işləri və texniki məlumatların bazaya daxil edilməsi prosedurlarını həyata keçirmək üçün təcrübəyə malik olmalıdır; Məsləhətçi təşkilat zəruri ixtisaslı və təcrübəli əsas heyətə və digər resurslara malik olmalıdır; Təhsil sahəsində təcrübəsi olan təşkilat üstün dəyərləndiriləcək.     Məsləhətçi təşkilatlar ixtisas uyğunluğunu gücləndirmək məqsədilə digər təşkilatlarla birgə müəssisə və yaxud sub-məsləhətçi formasında assosiasiya yarada bilərlər.   Məsləhətçi təşkilatların seçimi Dünya Bankının “ Borcalanlar tərəfindən Məsləhətçilərin Seçimi və İşə Götürülməsi Qaydaları”nda (2004-cü ilin may ayında nəşr edilmiş, 2006-cı ilin oktyabr ayında düzəliş edilmiş Qaydalar) əks olunan Məsləhətçinin Keyfiyyət Göstəriciləri üzrə Seçim metodu ilə aparılacaqdır. Xidmətlərə maraq göstərən məsləhətçi təşkilatlardan xahiş olunur ki, qeyd olunan Qaydaların 1.9 paraqrafına (Maraqların Ziddiyyəti) diqqət yetirsinlər.     Maraqların İfadəsi yazılı şəkildə 20 oktyabr 2014-cü il tarixinədək aşağıdakı ünvana təqdim edilməlidir:   Layihənin Əlaqələndirmə Qrupu, Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihə, Azərbaycan Respublikasının Təhsil Nazirliyi, AZ1025, Bakı şəhəri, Nobel prospekti, 15. Əlaqələndirici şəxs: Yeganə Manafova Əlaqə telefonları: (+99 412) 488-66-47/48; faks: (+99 412) 488-66-49. Email: 

2015-2016-cı tədris ilində 5-8-ci siniflərdə dərs deyəcək və təlimə ehtiyaci olan fənn müəllimləri üçün yeni kurikulum üzrə təlim və mentorluq

MARAQLARIN İFADƏSİ ÜÇÜN DƏVƏT (MƏSLƏHƏTÇİ XİDMƏTLƏRİ – MƏSLƏHƏTÇİ TƏŞKİLAT SEÇİMİ)    Azərbaycan Respublikası Təhsil Nazirliyi Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihə Kredit Nö.: 4394AZ   Azərbaycan Hökuməti Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihənin (bundan sonra TSİİL) icra olunması ilə əlaqədar Dünya Bankından maliyyə vəsaiti almışdır. Həmin vəsaitin bir hissəsinin məsləhətçi xidmətlərinə sərf edilməsi nəzərdə tutulmuşdur.   TSİİL-in ibtidai (1-4-cü siniflər), ümumi orta (5-9-cu siniflər) və tam orta (10-11-ci siniflər) təhsil səviyyələri üzrə yeni fənn kurikulumlarının hazırlanmasında töhfəsi olmuşdur. Yeni kurikulumların tətbiqinə dəstək olaraq TSİİL çərçivəsində 2010-cu ildən bəri təlimlər təşkil olunur. 2015/2016-cı tədris ilində ibtidai siniflərdə və 5-8-ci sinif şagirdlərinə dərs deyəcək və indiyədək təlimdən keçməyən müəllimlər üçün növbəti təlimlərin keçirilməsinə ehtiyac yaranmışdır.   Azərbaycan Respublikası Təhsil Nazirliyi qeyd olunan təlimlərin keçirilməsində iştirak etmək istəyən məsləhətçi təşkilatları aşağıda göstərilmiş müqavilələr üzrə xidmətlərin göstərilməsinə maraqlarını ifadə etməyə dəvət edir: 1.Müqavilə Nö.4394AZ-QCBS-293: 2015/2016-cı tədris ilində 5-8-ci siniflərdə dərs deyəcək və təlimə ehtiyacı olan Ədəbiyyat, Ana dili, qeyri-azərbaycan bölməsi üçün Azərbaycan dili və Xarici dil fənn müəllimləri üçün yeni kurikulum üzrə təlim və mentorluq 2.Müqavilə Nö.4394AZ-QCBS-294: 2015/2016-cı tədris ilində 5-8-ci siniflərdə dərs deyəcək və təlimə ehtiyacı olan Riyaziyyat və İnformatika fənn müəllimləri üçün yeni kurikulum üzrə təlim və mentorluq 3.Müqavilə Nö.4394AZ-QCBS-295: 2015/2016-cı tədris ilində 5-8-ci siniflərdə dərs deyəcək və təlimə ehtiyacı olan Azərbaycan tarixi, Ümumi tarix və Coğrafiya fənn müəllimləri üçün yeni kurikulum üzrə təlim və mentorluq 4.Müqavilə Nö.4394AZ-QCBS-296: 2015/2016-cı tədris ilində 5-8-ci siniflərdə dərs deyəcək və təlimə ehtiyacı olan Musiqi, Təsviri incəsənət, Texnologiya və Fiziki tərbiyə fənn müəllimləri üçün yeni kurikulum üzrə təlim və mentorluq 5.Müqavilə Nö.4394AZ-QCBS-297: 2015/2016-cı tədris ilində 5-8-ci siniflərdə dərs deyəcək və təlimə ehtiyacı olan Biologiya, Həyat bilgisi, Fizika və Kimya fənn müəllimləri üçün yeni kurikulum üzrə təlim və mentorluq 6.Müqavilə Nö.4394AZ-QCBS-298: 2015/2016-cı tədris ilində ibtidai təhsildə dərs deyəcək və təlimə ehtiyacı olan müəllimlər üçün yeni kurikulum üzrə təlim və mentorluq   Təlimlər Azərbaycan Respublikasının müxtəlif regionlarında Azərbaycan dilində keçiriləcəkdir.   Xidmətlərin icra müddəti: iyun-dekabr 2015-ci il   Xidmətlərə maraq göstərən məsləhətçi təşkilatlar Maraq İfadələrini hər bir müqavilə üzrə ayrıca təqdim etməklə müvafiq ixtisas tələblərinə və təcrübəyə cavab verdiklərini təsdiq edən aşağıdakı məlumatları və sənədləri təqdim etməlidirlər: müraciət məktubu; yerinə yetirilmiş müvafiq xidmətlərin təsviri; müvafiq bacarıq və təcrübəyə malik olan heyət haqqında məlumat; nizamnamə.   Məsləhətçi təşkilatların ixtisas uyğunluğunu və təcrübəsini qiymətləndirmək üçün meyarlar:   Nizamnaməsinə uyğun olaraq, təşkilatın fəaliyyət istiqamətləri arasında insan resurslarının inkişafı və ya təlimlərin olması; Məktəblərlə bağlı layihələrin həyata keçirilməsi sahəsində ən azı son iki ildə iş təcrübəsi; Müəllimlər üçün təlim kurslarının keçirilməsində son iki ildə iş təcrübəsi.   Məsləhətçi təşkilatlar ixtisas uyğunluğunu gücləndirmək məqsədilə digər təşkilatlarla birgə müəssisə və yaxud sub-məsləhətçi formasında assosiasiya yarada bilərlər.   Məsləhətçi təşkilatların seçimi Dünya Bankının “Borcalanlar tərəfindən Məsləhətçilərin Seçimi və İşə Götürülməsi Qaydaları”nda (2004-cü ilin may ayında nəşr edilmiş, 2006-cı ilin oktyabr ayında düzəliş edilmiş Qaydalar) əks olunan Keyfiyyət və Dəyərə Əsaslanmış Seçim metodu ilə aparılacaqdır. Xidmətlərə maraq göstərən məsləhətçi təşkilatlardan xahiş olunur ki, qeyd olunan Qaydaların 1.9 paraqrafına (Maraqların Ziddiyyəti) diqqət yetirsinlər.   Maraqların İfadəsi yazılı şəkildə 20 noyabr 2014-cü il tarixinədək aşağıdakı ünvana təqdim edilməlidir:   Layihənin Əlaqələndirmə Qrupu, Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihə, Azərbaycan Respublikasının Təhsil Nazirliyi, AZ1025, Bakı şəhəri, Nobel prospekti, 15. Əlaqələndirici şəxs: Yeganə Manafova Əlaqə telefonları: 488 66 47/48; faks: 488 66 49. Email: y.manafova@edu.gov.az   Əlavə məlumatları iş günləri ərzində saat 09:00-dan 18:00-dək eyni ünvandan əldə etmək olar. 

Milli qiymətləndirmə tədqiqatlari və digər qiymətləndirmə layihələri çərçivəsində qiymətləndirmə vasitələrinin hazirlanmasi ilə bağli məsləhətçilər

 TƏHSİL SEKTORUNUN İNKİŞAFI ÜZRƏ İKİNCİ LAYİHƏ  KREDİT Nö 4394AZ   MİLLİ QİYMƏTLƏNDİRMƏ TƏDQİQATLARI VƏ DİGƏR QİYMƏTLƏNDİRMƏ LAYİHƏLƏRİ ÇƏRÇİVƏSİNDƏ QİYMƏTLƏNDİRMƏ VASİTƏLƏRİNİN HAZIRLANMASI İLƏ BAĞLI MƏSLƏHƏTÇİLƏRİN SEÇİLMƏSİNƏ DAİR MÜSABİQƏ Azərbaycan Hökuməti Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihənin icra olunması ilə əlaqədar Dünya Bankından maliyyə vəsaiti almışdır. Həmin vəsaitin bir hissəsinin məsləhətçi xidmətlərinə sərf edilməsi nəzərdə tutulmuşdur.  Tapşırığın məqsədi Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən həyata keçirilən qiymətləndirmə tədqiqatlarına dəstək olmaq, fənn kurikulumları üzrə qiymətləndirmə vasitələrini hazırlamaq, qiymətləndirmə standartlarını təkmilləşdirmək üçün tövsiyələr vermək, müəllimlərin standartlardan praktik istifadəsini asanlaşdırmaq məqsədilə onları müvafiq təlimatlar və qiymətləndirmə vasitələri ilə təmin etməkdir.  Təhsil Nazirliyi Milli qiymətləndirmə tədqiqatları və digər qiymətləndirmə layihələrində istifadə olunacaq qiymətləndirmə vasitələrini hazırlamaq məqsədilə aşağıdakı fənn mütəxəssislərinin seçimi üçün müsabiqə elan edir:  1. Ümumi orta təhsil səviyyəsində Azərbaycan dili fənni üzrə qiymətləndirmə vasitələrini hazırlamaq üçün mütəxəssis (5 nəfər)  2. Ümumi orta təhsil səviyyəsində Riyaziyyat fənni üzrə qiymətləndirmə vasitələrini hazırlamaq üçün mütəxəssis (5 nəfər)   Namizədlər üçün ixtisas tələbləri: •  Pedaqoji bakalavr dərəcəsi; •  Müraciət etdiyi təhsil səviyyəsi və fənn üzrə kurikulumun tətbiqi sahəsində 2 il iş təcrübəsi; •  Qiymətləndirmə vasitələrinin hazırlanması sahəsində 1 il iş təcrübəsi; •  Azərbaycan dilini mükəmməl bilməsi; •  İKT-dən istifadə bacarığı.  İcra müddəti: yanvar 2015 – mart 2016-cı illəri əhatə edən dövrdə təxminən 100 iş günü  Müsabiqə Dünya Bankının “Borcalanlar tərəfindən Məsləhətçilərin Seçilməsi və İşə götürülməsi Qaydaları”na əsaslanan Xidmət Göstərilməsi seçim metodu əsasında keçiriləcəkdir.  Namizədlər müvafiq tələblərə cavab verdiklərini əks etdirən tərcümeyi-halın (CV) elektron və/və ya çap variantını müraciət etdikləri fənni göstərməklə 03 noyabr 2014-cü il tarixinədək aşağıdakı ünvana təqdim etməlidirlər:   Azərbaycan Respublikası Təhsil Nazirliyi, Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihə, Layihənin Əlaqələndirmə Qrupu, AZ1025, Bakı şəhəri, Nobel prospekti, 15. Əlaqə telefonları: 488 66 47/48; faks: 488 66 49. Email: y.manafova@edu.gov.az

Yaponiyanın Siyasi Tədqiqatlar üzrə Milli İnstitutu (GRİPS – National Institute for Policy Studies) magistratura və doktorantura proqramlarına qəbul elan edir.

Qeyd olunan ali təhsil müəssisəsi tərəfindən 1 və yaxud 2 illik Dövlət siyasəti, Makroiqtisadi siyasət, Dövlət maliyyəsi, İqtisadiyyat, planlaşdırma və dövlət siyasəti üzrə magistratura proqramları, 5 illik GRİPS Qlobal idarəetmə və Siyasi təhlil üzrə birləşdirilmiş magistratura-doktorantura proqramları və 3 illik doktorantura proqramları təklif edilir. Ən yaxşı göstəricilərə malik namizədlərə təqaüd verilməsi nəzərdə tutulur. Siyasi təhlil və doktorantura proqramlarını seçmək istəyən namizədlər 14 noyabr 2014-cü il tarixinədək müraciət edə bilərlər. Əlavə məlumatları  http://www.grips.ac.jp/en/admissions/apply/ ünvanından almaq mümkündür.

Ali Təhsil Layihəsi çərçivəsində Ətraf Mühitin İdarəolunması üzrə Çərçivə Sənədinə dair ictimai məsləhətləşmələrə dəvət

Təhsil Nazirliyi məmnunluqla bildirir ki, təklif olunan Ali Təhsil Layihəsinin maliyyələşdirilməsi məqsədi ilə Beynəlxalq Yenidənqurma və İnkişaf Bankından kreditin alınması üçün Azərbaycan Respublikası və Dünya Bankı arasında danışıqlar aparılır. Sözügedən Ali Təhsil Layihəsinin məqsədi tələbələrə yüksək keyfiyyətli təhsil vermək üçün ali təhsil sisteminin və ali təhsil müəssisələrinin potensialının gücləndirilməsidir  və onun icra müddəti 5 illik dövrü əhatə edir.   Ali Təhsil Layihəsi aşağıdakı komponentlərdən və alt-komponentlərdən ibarətdir:   Komponent 1: Ali Təhsil Sisteminin İnkişaf Etdirilməsi Alt-komponent 1.1: İdarəetmənin Təkmilləşdirilməsi Alt-komponent 1.2: Keyfiyyətə Təminat Mexanizmlərinin Gücləndirilməsi Alt-komponent 1.3: Maliyyələşdirmə İslahatları Alt-komponent 1.4: İctimaiyyətin məlumatlandırılması və İctimai Rəyin Öyrənilməsi   Komponent 2: Ali Təhsil Müəssisələrinin Potensialının Gücləndirilməsi Alt-komponent 2.1: Liderlik və İdarəetmə Potensialının Gücləndirilməsinə Dəstək Alt-komponent 2.2: Seçilmiş islahat tədbirlərinin pilot tətbiqi Alt-komponent 2.3: Keyfiyyətin Yüksəldilməsi üçün İnkişaf Təşəbbüslərinin Dəstəklənməsi   Komponent 3: Layihənin Əlaqələndirilməsi, Monitorinqi və Qiymətləndirilməsi.   Ali Təhsil Layihəsi çərçivəsində həyata keçiriləcək tədbirlər, əsasən, texniki yardımın göstərilməsinə yönəldiyindən ətraf mühitə dəyəcək zərər məhdud olacaqdır. Ətraf mühitə təsir edə biləcək təmir işləri “Keyfiyyətin Yüksəldilməsi üçün İnkişaf Təşəbbüslərinin Dəstəklənməsi” adlı 2.3 alt-komponenti çərçivəsində ali təhsil müəssisələrinin seçilmiş alt-layihələrində nəzərdə tutula bilər. Bu alt-layihələrin seçilməsi və  həyata keçirilməsində ətraf mühit problemləri nəzərə alınacaq. Həmin alt-layihələr çərçivəsində ətraf mühitə dəyə biləcək ziyanın qarşısını almaq məqsədilə Ətraf Mühitin İdarəolunması üzrə Çərçivə Sənədi (ƏMİÇS) tərtib olunmuşdur.  ƏMİÇS Ali Təhsil Layihəsi çərçivəsində alt-layihələrin tərtibi və həyata keçirilməsi zamanı Dünya Bankının “Ətraf Mühitin Qiymətləndirilməsi” siyasətinin müddəalarına və Azərbaycan Respublikasının ətraf mühitin mühafizəsi üzrə qaydalarına riayət olunmasına yardım etmək üçün nəzərdə tutulmuşdur. ƏMİÇS Dünya Bankının ətraf mühitin qiymətləndirilməsi qaydalarına uyğun olaraq ətraf mühiti mühafizə etmək üçün prosedur və icra tədbirlərindən ibarətdir. ƏMİÇS ictimai müzakirə üçün açıq elan olunur (sənədlə tanış olmaq üçün ƏMİÇS sözünün üzərinə tıklayın). Sizin ƏMİÇS ilə bağlı hər hansı rəy və təkliflərinizi səbirsizliklə gözləyirik. Verəcəyiniz hər bir təklif ƏMİÇS-in təkmilləşdirilməsində nəzərə alınacaqdır. ƏMİÇS ilə bağlı rəylərinizin 26 noyabr 2014-cü il tarixinədək elektron poçt və ya digər vasitə ilə aşağıdakı ünvana çatdırmağınızı xahiş edirik:   Layihə Əlaqələndirmə Qrupu Azərbaycan Respublikası, Bakı ş., AZ1008 Nobel pr., 15, “Azure” Biznes Mərkəzi, 10-cu mərtəbə, 60-cı otaq Tel: + 994 (12) 488 66 47/48; Fax: +994 (12) 488 66 49 Email: rustamov@edu.gov.az

Bakı Mühafizə Məktəbi mühafizəçi ixtisası üzrə müdavimlərin qəbulunu elan edir

Azərbaycan Respublikasının Təhsil Nazirliyi Qafqaz Universiteti ilə əməkdaşlıqda məktəb direktorları və gələcəkdə bu vəzifədə çalışmaq arzusu olan pedaqoji kadrların təlimlərdə iştirakı üçün müsabiqə elan edir.

Təlimlərin məqsədi müasir idarəetmə bilik və bacarığına yiyələnmiş, informasiya texnologiyalarına bələd, ölkəmizin təhsil və sosial inkişafına töhfə verə biləcək məktəb direktorlarını yetişdirmək və təkmilləşdirməkdir.   Təlimlər yalnız Bakı şəhərində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində işləyən təhsil işçilərini əhatə edəcək.   Təlimlərin müddəti: Təlimlər 2015-ci ilin  yanvar – aprel (3 ay) tarixlərini əhatə edəcək. Dərslər gündə 4 saat (həftəlik 16 saat) olmaqla, həftənin 4 günü təşkil ediləcək. Təlimlərin günortadan sonra  keçirilməsi planlaşdırılır.   Təlimdə əhatə ediləcək mövzular: • Təhsildə keyfiyyətin idarəedilməsi • Təhsili idarəetmənin hüquqi əsasları • Kompüter və təlim texnologiyaları • Təhsildə statistika və təhlil • Təhsilin idarəedilməsi və monitorinqi • Təhsili idarəetmənin  psixoloji əsasları • Kurikulum: Nəzəriyyə və tətbiq • Təhsildə maliyyənin idarəolunması   Eyni zamanda iştirakçılar üçün müxtəlif uğurlu təcrübəyə malik məktəblərə səfərlər, qısamüddətli praktika, Təhsil Nazirliyinin əməkdaşlarının və müxtəlif təhsil ekspertlərinin iştirakı ilə məruzələr də təşkil ediləcək.   Müsabiqədə iştirak üçün minimum tələblər: • Ali pedaqoji təhsil • 5 (beş) il pedaqoji iş təcrübəsi   Namizədlərdən gözlənilən digər keyfiyyətlər: • Liderlik bacarığı • Yüksək motivasiyalılıq • Səmərəli qərar qəbuletmə bacarığı • Nəticəyönümlülük • İKT-dən istifadə bacarığı • Məntiqi düşüncə bacarığı   Müraciət qaydası: Yuxarıda qeyd edilmiş tələblərə uyğun gələn namizədlər ərizə formasını (ƏLAVƏ) dolduraraq telim@edu.gov.az , telim@qu.edu.az elektron poçt ünvanlarına göndərməlidirlər.   Qeyd: Bütün yazışmalar və bildirişlər elektron poçt ünvanı ilə aparılacaq. Bu səbəbdən şəxsi elektron poçt ünvanlarınızdan istifadə etməyiniz və mütəmadi olaraq yoxlamağınız vacibdir.   Müraciət üçün son tarix: 30 noyabr 2014-сü il   Seçim qaydaları: Təlim iştirakçıları 3 mərhələli seçim əsasında müəyyən ediləcək. 1-ci mərhələdə namizədlər elektron poçt ünvanlarına (telim@edu.gov.az, telim@qu.edu.az) göndərəcəkləri ərizə forması əsasında seçiləcəklər. Növbəti mərhələdə namizədlərin Azərbaycan dilində rəsmi yazı və məntiqi düşüncə bacarıqları qiymətləndiriləcək. Bu mərhələdə uğur qazanmış namizədlər növbəti mərhələyə - müsahibəyə dəvət ediləcəklər. Hər üç mərhələnin nəticəsi olaraq 50 nəfərin təlimlərə seçimi nəzərdə tutulur.   Yekun qiymətləndirmə: Təlimlərdə iştirak etmiş şəxslər Təhsil Nazirliyi tərəfindən təşkil olunacaq yekun qiymətləndirmədə iştirak edəcəklər. İmtahanlarda qənaətbəxş nəticə göstərmiş namizədlərə “Uğur sertifikatı” təqdim olunacaq. “Uğur sertifikatı” əldə etmiş və hal-hazırda məktəb direktoru vəzifəsində çalışan şəxslərin işlərində səmərəliliyin artırılması üçün müəyyən həvəsləndirmələr təyin olunacaq, hal-hazırda direktor vəzifəsində çalışmayan digər şəxslər isə direktor vəzifəsi üzrə vakant yerlərə təyin olunmaq üçün ehtiyat kadr kimi qeydə alınacaqlar.   Müraciət forması

Bruney Darüssəlam hökumətinin 2015-2016-cı tədris ilində təhsil almaq imkanı barədə elanını nəzərinizə çatdırırıq:

Ölkə: Bruney Darüssəlam hökuməti Qurum: İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Ali təhsil müəssisələri: Bruney Darüssəlam Universiteti (UBD), Sultan Şərif Əli İslam Universiteti (UNİSSA), Bruney Texnologiya İnstitutu (ITB) İxtisas istiqamətləri: Müxtəlif ixtisaslar Yol xərci: Təhsil müddətində bir dəfə Maliyyələşdirmə forması: Ödənişsiz Yaşayış yeri: Universitet yataqxanası Yaş məhdudiyyəti: bakalavriat: 18-25 yaş aralığı magistratura, doktorantura: 35 yaşınadək. Kvota sayı: Məhdudiyyət yoxdur Son müraciət tarixi: 15.12.2014 Müraciət forması: Fərdi İnternet səhifəsi: www.mofat.gov.bn Əlaqə vasitələri: email: scholarship@mofat.gov.bn tel: 00 673 2261 177 fax: 00 673 2230 903

Azərbaycan Respublikasının Təhsil Nazirliyi “Kiçikyaşlı məktəblilər üçün ən yaxşı nəsr, nəzm və dram əsərləri” adlı müsabiqə elan edir:

Müsabiqənin keçirilməsində əsas məqsəd yaş psixologiyası nəzərə alınmaqla kiçikyaşlı məktəblilərə mənəvi zənginlik, vətənpərvərlik, milli və ümumbəşəri dəyərlər, emosional və idraki keyfiyyətlər aşılayan, onların bədii zövqünün inkişafını şərtləndirən ədəbi əsərlərin yazılmasını stimullaşdırmaqdan ibarətdir. Müsabiqəyə əsərlər toplu şəklində hazırlanır. Topluya daxil olan əsərlərin sayı və ümumi həcmi aşağıdakı qaydada müəyyən edilir: Nəsr əsərləri – 15 (1,5–2 çap vərəqi) Nəzm əsərləri – 20 (1–1,5 çap vərəqi) Dram əsərləri – 5 (2–2,5 çap vərəqi) Müsabiqəyə təqdim edilən toplular çap olunmuş 3 (üç) nüsxədə diskə yazılmış elektron variantı (PDF formatda) ilə birlikdə üzərində ünvan (AZ1008, Bakı şəhəri, Xətai prospekti, 49), “Bədii əsər müsabiqəsi” sözləri yazılmış və sayı 10-dan az olmamaqla hərf, yaxud rəqəmlərlə xüsusi kod işarə edilmiş bağlamada 2015-ci il iyun ayının 1-dən başlayaraq 1 (bir) ay müddətində qeydiyyata alınmaq üçün Təhsil Nazirliyinə göndərilir. Toplulara müəlliflərin indiyədək nəşr olunmuş əsərlərinin daxil edilməsinə yol verilmir. Toplulardakı əsərlərə Təhsil Nazirliyinin müəyyən etdiyi ekspert qrupları tərəfindən baxılır və hər birinə ayrıca rəy yazılır. Müvafiq toplulardakı nəsr əsərlərindən 12-si, nəzm əsərlərindən 15-i, dram əsərlərindən 3-ü müsbət dəyərləndirildiyi halda, həmin toplular müsabiqəyə buraxılmış hesab olunur. Ekspert qruplarındakı mütəxəssislərin adı gizli saxlanılır. Müsabiqənin mükafat fondu aşağıdakı kimi müəyyən edilir: I yer – 5000 (beş min) manat II yer – 3000 (üç min) manat III yer – 1500 (min beş yüz) manat Müsabiqəyə buraxılmış toplular mükafat yerlərinə uyğun qiymətləndirilmək üçün elektron variantda ümumi təhsil müəssisələrinə, tanınmış pedaqoqlara, qabaqcıl müəllimlərə göndərilir və ictimaiyyətin rəyini öyrənmək məqsədilə Nazirliyin internet saytında yerləşdirilir. Rəy və mülahizələr Nazirliyin eser.musabiqe@edu.gov.az elektron poçtuna göndərilməlidir. Mükafata layiq yerlər Nazirliyə daxil olan rəy və təkliflərin təhlili əsasında müəyyənləşdirilir. Müsabiqənin nəticələri 2015-ci ilin sonunadək yekunlaşdırılır. Mükafatlandırma mərasimi Təhsil Nazirliyində keçirilir. Qalib əsərlərin kitab (antologiya) şəklində çap olunması nəzərdə tutulur.

15/08/2020

Müəllimlərin işə qəbulu müsabiqəsinin üstünlükləri #TəhsilNazirliyi #EduAz #MİQ #Müəllim #MüəllimlərinİşəQəbulu

More
15/08/2020

Peşə təhsilinin perspektivləri və gənclərə yaratdığı fürsətlər müzakirə #TəhsilNazirliyi #EduAz #PeşəTəhsili

More
15/08/2020

Şagirdlərin elektron yerdəyişməsi sistemində hansı yeniliklər edilib? #TəhsilNazirliyi #EduAz #TətilVaxtı #EvdəQal

More

Sayt test rejimində çalışır